etməsi üçün o, sadəcə məcburi xarakter daşıyan göstərişlərlə
məhdudlaşmamalı, "müdafiənin şamil olunduğu əsaslardan" hər hansı
birinə görə müəyyən şəxslərlə daha əlverişsiz şəkildə davranmağa açıq-
aydın üstünlük vermə və ya buna açıq-aydın sövq etmə hallarını da əhatə
etməlidir. Bu elə bir sahədir ki, məhkəmə praktikası vasitəsilə inkişaf etdirilə
bilər.
Ayrı-seçkiliyin yolverilməzliyi barədə direktivlər üzv dövlətlərin üzərinə ayrı-
seçkilik aktları ilə mübarizə üçün cinayət qanunvericiliyindən istifadə etmək
öhdəliyi qoymasa da, Avropa İttifaqı Şurasının Çərçivə qərarı Aİ-nin üzvü
olan bütün dövlətlərin üzərinə belə bir vəzifə qoyur ki, hər hansı qrupa qarşı
irq, dərinin rəngi, ailə mənşəyi, din və ya əqidə, milli və ya etnik mənşə
zəminində zorakılığa və ya nifrətə təhrik etmə ilə, habelə bu cür qruplara
qarşı irqçi və ya ksenofobiya xarakterli materialların yayılması, soyqırıma,
hərbi cinayətlərə və insanlıq əleyhinə cinayətlərə göz yumulması, bu
halların inkar edilməsi və ya adiləşdirilməsi ilə əlaqədar olaraq cinayət
sanksiyaları nəzərdə tutsunlar.
45
Üzv dövlətlər həmçinin irqçilik və ya
ksenofobiya niyyətini ağırlaşdırıcı hal kimi nəzərə almağa borcludurlar.
Buna görə də tamamilə mümkündür ki, təqib etmə və ayrı-seçkiliyə təhrik
aktları, ayrı-seçkilik təşkil etməkdən əlavə, həm də konkret olaraq irqi və ya
etnik zəmində baş verdiyi təqdirdə milli qanunvericilikdə cinayət əməli kimi
nəzərdə tutula bilər.
Nümunə: Bolqarıstan məhkəmələrinin icraatındakı işdə bir parlament
üzvü roma (qaraçı), yəhudi və türk icmalarını, eləcə də ümumiyyətlə
"əcnəbiləri" təhqir edən bəzi fikirlər səsləndirmişdi. O, bu icmaların
bolqarlarının öz dövlətlərini idarə etmələrinə mane olduğunu, cəzasız
qalmaqla cinayətlər törətdiyini və bolqarları adekvat tibbi yardım
almaq imkanından məhrum etdiyini bildirmiş və xalqı dövlətin bu
müxtəlif qrupların "müstəmləkəsinə" çevrilməsinin qarşısını almağa
çağırmışdı.
46
Sofiya Regional Məhkəməsi bu qənaətə gəldi ki, bu hal
təqibə bərabərdir və ayrı-seçkiliyə təhrik təşkil edir.
38
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
45. Avropa İttifaqı Şurasının "İrqçiliyin və ksenofobiyanın müəyyən formaları və ifadələri ilə cinayət qa-
nunvericiliyi vasitəsilə mübarizə haqqında" Çərçivə qərarı № 2008/913/JHA, 28 noyabr 2008-ci il, OJ L
328, 6.12.2008, p. 55.
46. Sofiya Regional Məhkəməsi, 2860/2006 saylı mülki iş üzrə 164 saylı qərar, 21 iyun 2006-cı il.
Qərarın ingiliscə qısa icmalını bu mənbədən tapmaq olar: FRA InfoPortal, Case 11-1.
2.4.2. İnsan hüquqları haqqında Avropa Konven-
siyasında nəzərdə tutulan təqib etmə və
ayrı-seçkilik qoyma barədə göstəriş vermə
AİHK-da təqib etməni və ayrı-seçkilik qoyma barədə göstəriş verməni
nəzərdə tutan konkret müddəa olmasa da, onun mətnində eyni məsələ ilə
əlaqədar konkret hüquqlar yer alıb. Belə ki, təqib etmə AİHK-ın 8-ci
maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatına hörmət edilməsi
hüququnun, yaxud 3-cü maddədə nəzərdə tutulmuş qeyri-insani və ya
ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalmamaq hüququnun tətbiq
dairəsinə, ayrı-seçkilik qoyma barədə göstəriş vermə isə vəziyyətdən asılı
olaraq 9-cu və ya 11-ci maddələrdə nəzərdə tutulmuş din azadlığının və ya
toplaşmaq azadlığının tətbiq dairəsinə düşə bilər. Bu hərəkətlərin ayrı-
seçkilik motivlərindən qaynaqlandığı aşkar edildikdə, AİHM müvafiq
maddələrin ayrı-seçkiliyi qadağan edən 14-cü maddə ilə birgə götürülmüş
halda pozuntusunun baş verib-vermədiyini araşdırır. Aşağıdakı seçmə
nümunələrdə yuxarıda müzakirə edilənlərə bənzər faktlara aid olan, AİHK
kontekstində araşdırılan işlər təqdim edilir.
Nümunə: Baçkovski və başqaları Polşaya qarşı işdə Varşava meri ho-
mofobiya xarakterli açıqlamalar verərək bildirmişdi ki, seksual oriyen-
tasiyaya əsaslanan ayrı-seçkilik barədə məlumatlılığı artırmaq
məqsədi daşıyan yürüşün keçirilməsinə icazə verməkdən imtina
edəcək.
47
Müvafiq inzibati orqanın qərar çıxarması üçün müraciət
edildikdə icazə verməkdən başqa əsaslara görə imtina edildi,
məsələn, nümayişçilər arasında toqquşmanın qarşısını almaq əsas
kimi göstərildi. AİHM bu qənaətə gəldi ki, merin açıqlamaları müvafiq
orqanların qərarına təsir göstərə bilərdi və qərar seksual oriyen-
tasiyaya əsaslanmışdı, buna görə də ayrı-seçkiliyə məruz qalmamaq
hüququ ilə birgə götürülmüş halda sərbəst toplaşmaq hüququnun
pozuntusunu təşkil edirdi.
Nümunə: Paraskeva-Todorova Bolqarıstana qarşı işdə milli
39
Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri
____________________________
47. AİHM, Baçkovski və başqaları Polşaya qarşı (ərizə № 1543/06), 3 may 2007-ci il.
məhkəmələr roma (qaraçı) mənşəli şəxsi məhkum edərkən cəzanın
icrasının təxirə salınması barədə ittiham tərəfinin tövsiyəsini açıq-
aşkar rədd edərək qaraçı azlığı arasında cəzasızlıq ənənəsinin
mövcud olduğunu bildirmiş və bu zaman həmin ənənənin konkret
fərdə də aid olduğunu nəzərdə tutmuşdular.
48
AİHM bu qənaətə gəldi
ki, bu qərar ərizəçinin ayrı-seçkiliyə məruz qalmamaq hüququ ilə birgə
götürülmüş halda onun ədalətli məhkəmə araşdırması hüququnu
pozub.
2.5. Xüsusi və ya spesifik tədbirlər
Yuxarıda qeyd edildiyi kimi, dolayı ayrı-seçkilik hallarında ayrı-seçkiliyin
baş verdiyi barədə qərar çıxarmaq üçün bu fakt əsas təşkil edir ki, müvafiq
fərqlər nəzərə alınmadan eyni qayda hər kəsə tətbiq edilir. Belə vəziyyəti
düzəltmək və onun qarşısını almaq üçün hökumətlər, işəgötürənlər və
xidmət təchizatçıları öz qayda və praktikalarında bu cür fərqlərin nəzərə
alınmasını təmin etməlidirlər, yəni cari siyasət və tədbirlərini nizamlamaq
üçün müəyyən tədbirlər görməlidirlər. BMT kontekstində bunlar "xüsusi
tədbirlər", Aİ hüququ kontekstində isə "spesifik tədbirlər" və ya "pozitiv
tədbir" adlandırılır. Xüsusi tədbirlər görməklə hökumətlər "formal
bərabərlikdən" daha çox, "substantiv bərabərliyi", yəni cəmiyyətdə mövcud
olan imkanlardan yararlanmaqda bərabərliyini təmin edə bilirlər.
Hökumətlər, işəgötürənlər və xidmət təchizatçıları xüsusi tədbirlərin
görülməsinin məqsədəuyğunluğunu nəzərdən keçirmədikdə onların qayda
və praktikalarının dolayı ayrı-seçkilik təşkil etməsi riski artmış olur.
AİHM bildirib ki, "[AİHK-ın] təmin etdiyi hüquqlardan istifadə edilməsində
ayrı-seçkiliyə məruz qalmamaq hüququ həmçinin o hallarda pozulmuş olur
ki, dövlətlər ... vəziyyətləri əhəmiyyətli dərəcədə fərqli olan şəxslərlə fərqli
rəftar etmirlər".
49
Eynilə, ayrı-seçkiliyin yolverilməzliyinə dair Aİ
direktivlərinin pozitiv tədbir görülməsini birbaşa nəzərdə tutan
müddəalarında deyilir: "bərabər rəftar prinsipi [müdafiənin şamil olunduğu
əsasla] əlaqədar əlverişsiz vəziyyətin qarşısını almaq və ya bu vəziyyəti
40
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
____________________________
48. AİHM, Paraskeva-Todorova Bolqarıstana qarşı (ərizə № 37193/07), 25 mart 2010-cu il.
49. AİHM, Tlimmenos Yunanıstana qarşı [BP] (ərizə № 34369/97), 6 aprel 2000-ci il, 44-cü bənd. Eynilə
bu qərara bax: AİHM, Pritti Birləşmiş Krallığa qarşı (ərizə № 2346/02), 29 aprel 2002-ci il, 88-ci bənd.
Dostları ilə paylaş: |