Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   23   24   25   26   27   28   29   30   ...   62

münasibətləri başa çatdıqdan sonra təmin edilən sosial güzəştlər üzrə
verilən  əlavə  hüquqları  ehtiva  etmir.
120
Əsasən  sərbəst  hərəkət  etmə
kontekstində  sosial  güzəştlər  miqrant  işçini  qəbul  edən  Dövlətin
cəmiyyətinə inteqrasiya etməsi üçün yaradılan şərait çərçivəsində ona
verilməsi  nəzərdə  tutulan  üstünlükləri  nəzərdə  tutur.  Məhkəmələr  də
aşağıdakı  misallar  üzrə  sosial  güzəştin  müəyyən  edilməsində  liberal
mövqe tuturlar: 
•  “uşağın  dünyaya  gəlməsi  ilə  bağlı  verilən  faizsiz  kredit.  Bu  kreditin
məğzinin uşaq artımının stimullaşdırılması olmasına baxmayaraq, AƏM
kreditin az təminatlı ailələr üçün əlavə gəlir olmasına əsaslanaraq, bunu
sosial güzəşt kimi dəyərləndirdi;
121
• mədəniyyət sahəsində müqavilə əsasında xaricdə təhsil alan milli işçilərin
dəstəklənməsi;
122
• cinayət prosesi üzrə məhkəmələrdə işə  şəxsin vətəndaşı olduğu ölkənin
dilində baxılması hüququ.
123
3.4.2.3. Təhsil
Təhsilə çatımlılıq üzrə ayrı-seçkilkdən müdafiə ilkin olaraq xüsusilə işçilərin
uşaqlarına yönəldilmiş 1612/68 saylı Qaydanın 12-ci Maddəsində şəxslərin
sərbəst hərəkəti kontekstində inkişaf etdirilib. Göründüyü kimi təhsil sahəsi
peşə təlimi məsələsi ilə üst-üstə düşə bilər. Lakin bunun əsas məqsədi
sadəcə ümumi biliyin inkişafına yönələn peşə təlimi sahəsinə aidiyyatı is-
tisna olunan ali təhsil proqramlarına aid olub olmaması aydın deyil. 
Misal: Casagrande  Landeshauptstadt  Münchenə qarşı işdə ərizəçi
Almaniyada işləyən İtalyan vətəndaşının qızı idi.
124
Alman məmurları
“təhsildə  davamiyyəti”  təmin  etmək  üçün  təhsil  yaşı  çatmış
məktəblilərə aylıq təqaüd verirdilər. AƏM müəyyən edir ki, təhsildə
davamiyyəti həvəsləndirmək üçün atılan hər bir addım təhsilin əhatə
dairəsində sayılır.  
83
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
120. 
AƏM, Komissiya Fransaya qarşı (Commission v. France), İş C-35/97 ECR I-5325, 24 sentyabr 1998.
121. AƏM, Reina Landeskreditbank Baden-Württembergə qarşı (Reina v. Landeskreditbank Baden-
Württemberg), İş 65/81 [1982] ECR 33, 14 yanvar 1982.
122. AƏM, Matteucci Belçikanın fransız icmasına qarşı (Matteucci v. Communauté française of Bel-
gium), Case 235/87 [1988] ECR 5589, 27 sentyabr 1988.
123. AƏM, Mutscha qarşı cinayət prosesi (Criminal Proceedings against Mutsch), Case 137/84 [1985]
ECR 2681, 11 may 1985.
124. AƏM, Casagrande v. Landeshauptstadt München, İş 9/74 [1974] ECR 773.


3.4.2.4. Avropa Konvensiyası və sosial rifah və təhsil 
konteksti 
AİHK-da sosial rifahla bağlı heç bir hüquq nəzərdə tutulmasa da, AİHM-nin
yurisprudensiyasına əsasən, güzəştli ödəmələr, pensiyalar kimi sosial rifah
yönümlü sahələr ya 1 saylı Protokolun 1-ci Maddəsi, ya da 8-ci Maddənin
əhatə dairəsinə düşür.
125
AİHK-da birbaşa səhiyyə hüququ ilə bağlı norma olmamasına baxmayaraq,
AİHM  müəyyən  edib  ki,  xəstəlik  tarixçələri
126
kimi  səhiyyə  ilə  bağlı
məsələlər 8-ci Maddə və ya səhiyyəyə çatımlılıqda problemlərin səviyyəsi
qeyri-insani  və  alçaldıcı  münasibətə  gətirib  çıxararsa  3-cü  Maddə  ilə
tənzimlənsin.
127
Bu eyni zamanda səhiyyəyə çatımlılıq üzrə ayrı-seçkilik
hallarının 14-cü Maddə ilə tənzimlənməsi məsələsini də müzakirəyə çıxara
bilər. 
Nəqliyyat biletləri kimi güzəştlərin sosial güzəştlər kimi töfsivi AİHK-da qeyri
müəyyən  olsa  da, AİHM  bu  güzəştin  ailənin  rifahını  artırmaq  məqsədi
daşıdığı  hallarda  bu  məsələ  üzrə  8-ci  Maddənin  genişlənmiş  təfsirdən
istifadə edir. 
AİHK-in 1 saylı Protokolunun 2-ci Maddəsi birbaşa təhsil hüququnu əhatə
edir, bununla da  AİHM 14-cü Maddə üzrə olan şikayətlərin təhsil hüququ
sahəsində ayriseçkilik hallarına bu maddə ilə baxacaq. AİHK üzrə təhsil
sahəsində ayrı-seçkilik məsələsi 2.3.1-ci Fəsildə D.H. və digərləri Çexiya
Respublikasına qarşı işdə
128
və 5.3-cü Fəsildə Oršuš və digərləri Xor-
vatiyaya
129
qarşı işdə müzakirə edilib.
84
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
125. Xüsusilə bu işlərə bax:  AİHM, Andrejeva Latviyaya qarşı [GC] (No. 55707/00), 18 Fevral 2009;
AİHM, Gaygusuz Avstriyaya qarşı (No. 17371/90), 16 Sentyabr 1996; və AİHM, Koua Poirrez Fransaya
qarşı  (No. 40892/98), 30 Sentyabr 2003, Hamısı  4.7-ci Fəsildə müzakirə edilir 
126. AİHM, K.H. və Başqaları Slovakiyaya qarşı (K.H. and Others v. Slovakia) (No. 32881/04), 28 aprel
2009.
127. AİHM, Słavomir Musiał Polşaya qarşı (Sławomir Musiał v. Poland) (No. 28300/06), 20 yanvar 2009.
128. AİHM, D.H. və Başqaları Çex Respublikasına qarşı (D.H. and Others v. the Czech Republic) [GC]
(No. 57325/00), 13 noyabr 2007.
129. AİHM, Oršuš və Başqaları Xarvatiyaya qarşı (Oršuš and Others v. Croatia) [GC] (No. 15766/03), 16
mart 2010.


3.4.3.Ev də daxil olmaqla, mal və xidmətlərə 
çatımlılıq 
Ev  də  daxil  olmaqla,  mal  və  xidmətlərə  çatımlılıqda  ayrı-seçkilikdən
müdafiə İrqi Bərabərlik Direktivində irqi zəmində müdafiə, Mal və Xidmətlər
üzrə Gender Direktivində isə cinsi zəmində müdafiə maddələri ilə təmin
olunur. Mal və Xidmətlər üzrə Gender Direktivinin 3-cü Maddəsinin 1-ci
bəndi bu müddənı daha da dəqiqləşdirərək bildirir ki, onun “sözügedən
şəxsdən asılı olmayaraq dövlət qurumları da daxil olmaqla, dövlət və özəl
sektorda ictimaiyyətə açıq olan və özəl və ailə həyatından kənarda təklif
edilən bütün mal və xidmətləri və bu kontekstdə həyata keçirilən bütün
əqdləri” əhatə edir. Lakin o, Preambulanın 13-cü Maddəsi açıq şəkildə
“media və ya reklam məzmunlu” və “özəl və dövlət təhsili” məsələlərinə
şamil edilməni istisna etdi, baxmayaraq ki, sonuncu istisna Etnik Bərabərlik
Direktivinin təhsillə bağlı olan əhatə sahələrini daraltmadı. Mal və Xidmətlər
üzrə Gender Direktivi Aİ-nın Fəaliyyəti üzrə Müqavilənin 57-ci maddəsinə
də istinad edir: 
‘Xidmətlər bu Müqavilənin məqsədləri üçün əvəzi ödənilən  “xidmətlər”
kimi başa düşülür …
“Xidmətlər” xüsusən aşağıdakıları ehtiva edəcək
(a) sənaye yönümlü xidmətlər;
(b)kommersiya yönümlü xidmətlər; 
(c)əl işi ilə məşğul olan sənətkarların fəaliyyəti;
(d) peşələrin fəaliyyəti.’
Buradan belə nəticə meydana gələ bilər ki, bu, tam şəxsi kontekstdə baş
verməyən  və  özəl  və  dövlət  təhsil  sahələrini  istisna  etməklə,  ödəniş
müqabilində təmin edilən bütün mal və xidmətlərə şamil edilir. 
Milli qurumların təcrübəsi bu sahəyə həm də barlarda,
130
restoranlarda və
85
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
130. Bərabər münasibət üzrə hökümət qurumu (Macarıstan) İş No. 72, aprel 2008. İngiliscə xülasə üçün
bax - Ayrıseçkiliyə qarşı mübarizə aparan ekspertlərin Avropa Şəbəkəsində mövcuddur, iş 322-1; 8 (iyul
2009) ‘Ayrıseçkilik əleyhinə Avropanın Hüququnun İcmalı s.49


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə