Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

edib.  AİHM eyni zamanda 8-ci Maddə ilə təmin edilən mənzil hüququnu da
genişlənmiş şəkildə tövsif edib. Qeyd edildiyi kimi, bu karvan, daşınar evlər
kimi  adi  olmayan  evləri  özündə  ehtiva  edəcək.  Dövlətdə  yaşayış  üçün
çətinliklər yaradan, pis şəraitli evlərin olması da AİHM tərəfindən qeyri-in-
sani davranış kimi dəyərləndiriləcək.
Misal: Moldovalı və digərləri Rumıniyaya qarşı (N 2) işində ərizəçilər
evlərindən təqib olunaraq çıxarılmışdılar, daha sonra isə ev travma
yaradan  bir  şəraitdə  sökülmüşdü.
140
Onların  evlərinin  yenidən
qurulması ləng getmiş və aralıq müddətdə onlara verilən müvəqqəti
yaşayış  yerinin  şəraiti  olduqca  aşağı  keyfiyyətdə  olmuşdu. AİHM
bəyan etdi ki: 
‘… ərizəçilərin son on ildə yaşayış şəraitindəki keyfiyyətin olduqca
aşağı, sanitariya baxımından problemli, olduqca çox insanın yaşadığı
şəraitə malik olması, eyni zamanda məmurların onlara münasibəti
ərizəçilərin sağlamlığına, psixoloji vəziyyətinə təsir edib, bu isə on-
lara qarşı qeyri insani münasibətin göstərilməsi, şərəf və ləyaqətin
alçaldılması ilə nəticələnib.’
Digər  faktorlarla  birgə  müəyyən  olunan  bu  məqam  AİHM-i  3-cü
Maddəyə zidd olaraq alçaldıcı münasibətin olmasını müəyyən etməyə
yönləndirdi, baxmayaraq ki, yuxarıdakı çıxarışda mənzil şəraitini təsvir
edən ifadə tərzinin özü belə bir pozuntunu aşkar etmək üçün kifayət
idi.
141
Misal: Dokic Bosniya və Herseqovinaya qarşı işdə ərizəçi mülkiyyət
hüququna  müdaxilə  ilə  üzləşmişdi.
142
Keçmiş  Yuqoslaviyanın
parçalanmasından öncə, ərizəçi həmin ölkənin silahlı qüvvələrinin
üzvü  və    hərbi  məktəbdə  mühazirəçi  idi.  O  Sarayevoda  mənzil
almışdı, lakin Bosniya və Herseqovinada müharibə olduğu zaman,
onun hərbi məktəbi hazırkı Serbiyaya köçməsi səbəbindən, ərizəçi
də  hazırkı  Serbiyanın  silahlı  qüvvələrinə  qoşulmuşdu.  Münaqişə
zəminində məmurlar ona mülkiyyətinin restitusiyasına (bərpasına) 
88
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
140. AİHM, Moldovan və Başqaları Rumıniyaya qarşı (Moldovan and Others v. Romania) (no. 2) (Nos.
41138/98 və 64320/01), 12 iyul 2005
141. AİHM-nin presedent hüququ müəyyən edir ki, müəyyən hallarda ayrı-seçkiliyə yönəlmiş münasibət,
alçaldıcı münasibətlə nəticələnə bilər, məsələn bax, AİHM Smith və Grady Böyük Britaniyaya qarşı Nos.
33985/96 və 33986/96),27 sentyabr 1999.)
142. AİHM, Đokić v. Bosnia and Herzegovina (No. 6518/04), 27 may 2010.


icazə verməmiş və bunu onun xarici dövlətin silahlı qüvvələrinin üzvü
olması  ilə  əsaslandırmışdılar.  Milli  səviyyədə,  bu  addım
əsaslandırılmış hesab edilmişdi, belə ki, ərizəçi Bosniya və Herse-
qovinada hərbi əməliyyatlar keçirmiş xarici ölkənin silahlı qüvvələrinin
üzvü  olduğundan  “qeyri-loyal”  (etibarsız)  vətəndaş  sayılmışdı.
Ərizəçinin  qeyd  edilən  silahlı  qüvvələrin  üzvü  olmasından  başqa,
digər  qeyri-loyallıq  nümayiş  etdirməsi  faktının  olmamasını  nəzərə
alaraq AİHM AİHK-in 14-cü Maddəsinə əsasən mülkiyyət ilə bağlı
qərarın ərizəçinin etnik mənsubiyyəti səbəbindən (belə ki, müəyyən
silahlı qüvvələrdə xidmət şəxsin etnik mənsibiyyəti ilə səciyyələnirdi)
verildiyini müəyyənləşdirmişdi. Restitusiyanın olmaması və alternativ
yerləşmənin, kompensasiyanın təmin edilməməsi şəxsin mülkiyyət
hüququnun pozulması ilə nəticələnmişdi.
3.4.4.  Məhkəmə sisteminə  çatımlılıq
Məhkəmə sisteminə çatımlılıq mal və xidmətlərin bir hissəsi olaraq birbaşa
şəkildə ayrı-seçkilik əleyhinə direktivlərdə vurğulanmasa da, bunun Dövlət
tərəfindən ictimaiyyətə ödəniş müqabilində göstərilən xidmət olması hesab
olunur.  Nəhayət,  ayrı-seçkilik  əleyhinə  olan  direktivlər  vətəndaşların
direktivlər üzrə pozulmuş hüquqlarının bərpası, müdafiəsi üçün müraciət
etmələrinə şərait yaradacaq məhkəmə və/və ya inzibati prosessual sis-
temin  yaradılmasını  dövlətlərin  üzərinə  öhdəlik  kimi  qoyub.
143
Bundan
əlavə, Aİ hüququnun ən vacib prinsiplərindən biri ondan ibarətdir ki, hər bir
şəxs  Aİ  hüququndan  irəli  gələn  “səmərəli  məhkəmə  müdafiəsi
hüququ”ndan  bəhrələnməlidir.
144
Beləliklə,  hətta  məhkəmə  sisteminə
çıxışın mal və xidmətlər kateqoriyasına daxil olduğunu söyləmək mümkün
olmasa  da,  məhkəmə  sisteminə  çıxışın  direktivlərin  icrası  nöqteyi-
nəzərindən sərbəst bir hüquq kimi (ayrı-seçkiliyi sübuta yetirmək tələbi ol-
madan) mövcud olduğunu söyləmək mümkündür. 
89
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
143. Maddı 9(1), Bərabərlik üzrə Əmək Direktivi; Maddə 17(1), Gender Bərabərliyi Direktivi (Recast);
Maddə 8(1), Mal və Xidmətlər üzrə Gender Direktivi; Maddə 7(1), İqri Bərabərlik Direktivi
144. Bax, məsələn AƏM, Vassilakis and digərləri Dimos Kerkyras qarşı İşi  C-364/07 [2008] ECR I-90,
12 İyun 2010; AƏM, Sahlstedt və digərləri Komissiyaya qarşı İşi  C-362/06 [2009] ECR I-2903, 23 Aprel
2009; AƏM, Angelidaki və digərləri   Organismos Nomarkhiaki Aftodiikisi Rethimnis, qarşı İşi C-378/07
[2009] ECR I-3071, 23 Aprel 2009.


3.4.4.1.  Avropa Konvensiyası və məhkəmə sisteminə 
çatımlılıq konteksti
AİHK-nın 6-cı Maddəsində məhkəmə sisteminə (ədalət mühakiməsinə)
çatımlılıq ayrıca bir hüquq kimi təsbit edilib. AIHM ədalət mühakiməsinə
çıxış sahəsində ayrı-seçkilik halları ilə bağlı bir sıra işlərə baxıb:
Misal: Paraskeva Todorova Bolqarıstana qarşı işdə yerli məhkəmənin
ərizəçinin  məhkumluğunun  şərti  cəza  ilə  əvəz  edilməsi  üzrə
mürəciətindən  imtina  etməsi  və  bunun  etnik  azlıqlar  arasında
cəzasızlıq  mədəniyyətinin  artmasına  qarşı  tədbir  olaraq
əsaslandırılması 14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı Maddənin
pozulması kimi dəyərləndirilib.
145
Misal: yuxarıda müzakirə olunan Moldovalı və digərləri Rumıniyaya
qarşı (N. 2) işdə mülki və cinayət proseslərinin həddən artıq təxirə
salınması  (birinci  qərarın  verilməsi  üçün  7  ilin  sərf  edilməsi)  6-cı
Maddənin pozulmasına səbəb olub.
146
Ləngimələrin həm çoxsaylı
prosesual səhvlərdən, həm də məmurların romalı (qaraçı) ərizəçilərə
qarşı  ayrı-seçkiliyə gətirib çıxaran qərəzli münasibətindən irəli gəldiyi
müəyyən edildi. Bu isə 14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı
Maddənin pozulması kimi dəyərləndirildi.
Misal:  Anakomba  Yula  Belçikaya  qarşı işdə  ərizəçinin  milli
qanunvericiliyə  əsasən  məhz  Belçika  vətəndaşı  olmaması
səbəbindən dövlət tərəfindən verilən atalıq müavinətini ala bilməməsi
14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı Maddənin pozulması kimi
dəyərləndirildi.
147
Burada qeyri vətəndaşların dövlət tərəfindən verilən
tam maddi dəstəyi almaqla bağlı mütləq hüququ olduğu təklif edilmir.
Belə olan şəraitdə AİHM-in belə qərar verməsinə bir neçə faktor təsir
edib. Bu faktorlardan biri də  odur ki, hətta baxmayaraq ki, ərizəçi
yaşayış icazəsini yeniləmək prosesində idi, məhz həmin anda yaşayış
icazəsi olmadığına görə ona müavinət verilməsindən imtina edilib.
Əlavə olaraq, AİHM qərarını həm də belə bir faktla əsaslandırdı ki, 
90
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
145. AİHM, Paraskeva Todorova Bolqarıstana qarşı (Paraskeva Todorova v. Bulgaria) (No. 37193/07),
25 mart 2010.
146. AİHM Moldovan və Başqaları Rumıniyaya qarşı (Moldovan and Others v. Romania) (no. 2) (N.
41138/98 və 64320/01), 12 iyul 2005.
147. AİHM, Anakomba Yula Belçikaya qarşı (Anakomba Yula v. Belgium)  (No. 45413/07), 10 mart 2009,
4.7-ci Fəsildə müzakirə edilmişdir.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə