Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   24   25   26   27   28   29   30   31   ...   62

gecə klublarında,
131
dükanlarda,
132
sığorta alışı zamanı,
133
eyni zamanda  it
seleksionerləri kimi şəxsi satışlarda
134
göstərilən xidmətlərin də  bu sahəyə
aid edilməsini təklif ediblər. Səhiyyənin birbaşa  Etnik Bərabərlik Direk-
tivinin əhatə dairəsində olmasına baxmayarq, bu sahə özəl səhiyyə və
xüsusən də şəxslərin xəstəlik üzrə məcbüri sığortanın verilməsi sahəsində
sağlamlıq xərclərinin ödənilməsini ehtiva edən xidmətlərin əhatə dairəsinə
düşə bilər. Bu mənada AƏM xidmətləri gəlir əldə edən orqanın ödəniş
müqabilində  səhiyyə  xərclərinin  ödənilməsini  nəzərdə  tutan  sərbəst
hərəkət etmə azadlığı kontekstində şərh edir.
135
Etnik Bərabərlik Direktivi ev təminatını müəyyən etməmişdi. Lakin təklif
olunmuşdu  ki,  bu  məsələ  beynəlxalq  insan  hüquqları  kontekstində
müəyyən olunsun. Xüsusən isə AB Fundamental Hüquqlar Xartiyasının 7-
ci  Maddəsi  ilə  tənzimlənən  şəxsin  evinə  hörmət  hüququ, AİHK-in  8-ci
Maddəsi (nəzərə alsaq ki, Aİ-na üzv dövlətlər bu konvensiyaya qoşulub,
gələcəkdə Aİ-nin AİHK-a qoşulacağı nəzərdə tutulur) və Beynəlxalq İqti-
sadi, Sosial və Mədəni Konvensiyanın 11-ci Maddəsində nəzərdə tutulmuş
adekvat yerləşmə hüququ ilə tənzimlənsin. AİHM mənzil hüququna geniş
mənada baxdı belə ki, bura mobil evlər, treyllerlər, karavanlar və hətta
onların qeyri qanuni yerləşməsi halları da daxil edildi.
136
İqtisadi, Sosial və
Mədəni Hüquqlar üzrə BMT Komitəsinə görə, adekvat evlə təmin olunma,
bir sıra tələblərə cavab verməlidir. Xüsusən isə növbəti addımlar atılmalıdır:
ev müəyyən elementlərdən qorunmaq üçün lazımi keyfiyyətdə olmalıdır;
məskunlaşan şəxsin mədəni özəlliklərini əks etdirməlidir (eyni ilə karvan,
86
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
131. İsveçrə  Ali Məhkəməsi, Escape Bar və Restoran  Etnik Ayrıseçkiliyə qarşı Ombudsmana qarşı
T-2224-07, 1 Oktyabr 2008. İngiliscə icmalı üçün bax FRA InfoPortal, İş 365-1; Ayrıseçkiliyə qarşı
mübarizə aparan expertlərin Avropa Şəbəkəsində mövcuddur, 8 (İyul 2009) ‘Ayrseçkilik əleyhinə
Avropanın Hüququnun İcmalı s. 68
132. Bezirksgericht Döbling (Avstriya), GZ 17 C 1597/05f-17, 23 yanvar 2006. Engiliscə xülasə üçün bax
FRA InfoPortal, İş1-1. Orijinal mətn: http://infoportal.fra.europa.eu/InfoPortal/caselawDownloadFile.
do?id=1
133. Nîme Apelyasiya Məhkəməsi, Lenormand Balensiyaya qarşı No. 08/00907 6 noyabr 2008 və
Fransa Cinayət Platası – Kassasiya Məhkəməsi, No. M 08-88.017 və No. 2074 7 Aprel 2009. İşin ingilis
dilində xülasəsi, Ayrıseçkiliyə qarşı mübarizə aparan expertlərin Avropa Şəbəkəsində mövcuddur, 9
(Dekabr  2009) ‘Ayrseçkilik əleyhinə Avropanın Hüququnun İcmalı s. 59. 
134. Svea Apelyasiya Məəhkəməsi, Ombudsman Cinsi Oriyentasiya zəminində Ayrı Seçkiliyə qarşı
A.S., qarşı İşi No. T-3562-06, 11 fevral 2008. İşin ingilis dilində xülasəsi, Ayrıseçkiliyə qarşı mübarizə
aparan ekspertlərin Avropa Şəbəkəsində mövcuddur, 8 (İyul 2009) ‘Ayrseçkilik əleyhinə Avropanın
Hüququnun İcmalı s. 69.
135. ECJ Kahll v. Union des Caisses de Maladie, Case C-158/96, [1998] ECR I-1931, 28 April 1998,
ECJ, Peerbooms v. Stichting CZ Groep Zargverzekeringen, Case C-157/99 [2001] ECR I-5473, 12 July
2001, and ECJ, Muller Faure v. Onderlinge Waarborgmaatschappij, Case C-385/99 [2003] ECR I-4509,
13 May 2003
136. AİHM, Bukley Birləşmiş Krallığa qarşı (Buckley v. UK) (No. 20348/92), 25 sentyabr 1996.


nəqliyyat vasitəsi, düşərgə dayanacağı və digər qeyri mənzil vasitələri də
daxil olmaqla); ictimai xidmətlərə, sanitar xidmətlərinə, iş imkanlarını təmin
edən xidmətlərə yaxın olmalı;  müvafiq infrastruktur vasitəsilə iş yerlərinə
və ictimai xidmətlərə çatımlı olmalıdır. Eyni zamanda müvafiq qiymətə,
zorla  və  yekun  köçürülmədən  qorunmuş  olmalıdır.
137
Bu  yerləşmə
(məskunlaşma)  anlayışı  həm  də  Fundamental  Hüquqlar  üzrə  Avropa
Agentliyinin  (FHAA)  Avropa  İttifaqında  Roma  hökuməti  və  Səyyahın
Məskunlaşması: Bərabərliyə Doğru
138
yekun hesabatının yanaşmasında
da mövcuddur.
Bu  yanaşmanın  qəbul  edilməsi  o  deməkdir  ki,  evlə  təmin  olunmağa
çatımlılıq anlayışı yalnız dövlət və özəl ev sahibləri və əmlakçılar tərəfindən
bu  və  ya  digər  şəxsə  əmlakın  satılıb-satılmaması  ilə  bağlı  qərarın
verilməsini  əhatə  etməyəcək.  Bura  eyni  zamanda,  təmin  edilən  evin
yerləşməsi (məsələn, etnik qruplar üçün aşağı keyfiyyətli və yaxud uzaqda
yerləşmiş məkanlarda məskunlaşdırmaq), təmirli (məsələn, xüsusi qrup-
ların mülkiyyətinin yaxşı halda saxlanılmasında problemlərin olması) və
kirayə zamanı (məsələn, xüsusi qruplar üçün qalma müddətində müha-
fizənin aşağı olması, yüksək kirayə haqqları, və ya yüksək depozitlərin
olması) da bərabər münasibətlərin təmin edilməsi daxil olacaq. 
Misal:  Belçikada  Konqoles  mənşəli  şəxslərə  mənzil  verməkdən
çəkinən ev sahibi həm cinayət məsuliyyətinə, həm də cərimə olu-
naraq, mülki məsuliyyətə cəlb edilib. Şəxsin keçmiş ev sahiblərindən
verdiyi xasiyyətnamə və yaxşı gəlirinin olması faktına baxmayaraq,
məsuliyyətə  cəlb  edilmiş  ev  sahibi  keçmişdə  qeyri-vətəndaşların
ödəmələrində  problem  yaşadığını  əsas  gətirərək,  onunla  kirayə
müqaviləsi bağlamaqdan imtina edib.
139
3.4.3.1.  Avropa Konvensiyası və ev də daxil olmaqla mal 
və xidmətlərin konteksti
AİHM 8-ci Maddəni iqtisadi və sosial xarakterli münasibətlər də daxil ol-
maqla şəxsi həyata təsir etmə ilə nəticələnən işləri də əhatə etməklə tövsif
87
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
137. İqtisadi, Sosial və Mədəni Hüquqular üzrə BMT Komitəsi, “Ümumi Şərh No 4: Adekvat evlə təmin
olunma hüququ(Art.11 (1))” BMT sənədi E/1992/23, 13 dekabr 1991.
138. FRA, Roma hökuməti və Aİ-da Səyyahların yerləşməsi: Bərabərliyə doğru addımlar, İcmal Hesabatı
(Vyana   FRA, mart 2010)
139. Correctionele Rechtbank van Antwerpen, Qərar 6 Dekabr 2004 (Belçika). İngiliscə icmalı üçün bax:
FRA InfoPortal, İş 15-1, orijinal mətn üçün bax: http://infoportal.fra.europa.eu/InfoPortal/ caselawDown-
loadFile.do?id=15. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə