Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

tələbi  də  nəzərdə  tutulmuşdu.  Həmin  qanunvericilik  gəlir  barədə
tələbin  qadınlara  qarşıdolayı  ayrı-seçkilik  olması  iddiası  əsasında
mübahisələndirildi, çünki qadınların tələb olunan həddə gəliri əldə
etmək  imkanı  kişilərlə  müqayisədə  daha  az  idi.  Dövlət  öz
arqumentində  bildirdi  ki,  bü  cür  fərqli  yanaşma  dövlət  xərclərinə
qənaət  etmək  üçün  büdcədən  maliyyələşməməklə  əsaslandırılır.
AƏM müəyyən etdi ki, AB hüququ Dövlətə hansı kateqoriyadan olan
şəxslərin  sosial  təhlükəsizlik  müavinətlərindən  faydalanmasını
nizamlamağı  qadağan  etməsə  də,  Dövlət  bunu  ayrı-seçkilik
formasında edə bilməz. 
Bu iki iş onların faktları üzrə uzlaşdırıla bilər və yəqin ki De Weerd, née
Roks və Başqaları işi ‘qayda’, Megner və Scheffel işi isə istisna kimi hesab
oluna bilər. AB hüququ Üzv Dövlətlərin üzərinə xüsusi sosial təhlükəsizlik
rejimləri müəyyən etmək öhdəliyi qoymur, lakin bu cür rejimlər müəyyən
edildikdə Məhkəmə müəyyən qrupların sadəcə fiskal məsələlərlə əlaqədar
olaraq kənarda saxlanılmasına icazə verməyəcək, çünki bu, bərabər rəftar
prinsipinin ciddi şəkildə zəiflədə və sui-sitifadə hallarına şərait yarada bilər.
Bununla belə, əgər fərqli rəftar bütövlükdə xəstəlik və işsizlik sığortası sx-
eminin çökməsinin qarşısını alan yeganə vasitədirsə, xüsusən də əgər bu
sistemin  çökməsi  insanları  qanunla  tənzimlənməyən  əməklə  məşğul
olmağa məcbur edəcəksə, bu cür fərqli yanaşmaya tolerant qalmaq olar.
4.3. Cinsi oriyentasiya
Tipik  olaraq  cinsi  oriyentasiya  ilə  bağlı
ayrı-seçkilik  barədə  işlərdə  şəxs  ho-
moseksual  və  ya  biseksual  olduğundan
əlverişsiz  rəftara  məruz  qalır,  lakin  bu
əsasla heteroseksual olmağa görə ayrı-
seçkilik də qadağan edilir.
110
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Cinsi oriyentasiya ‘hər bir şəxsin
fərqli genderdən və ya eyni
genderdən və ya birdən daha çox
genderdən olan fərdlərə
münasibətdə dərin emosional,
təsiredici və seksual cazibədarlıq
qabiliyyəti və həmin fərdlərlə
intim münasibətləri başa düşülə
bilər’.
185
_____________________________________
185. Geniş şəkildə qəbul olunmuş bu anlayış ‘Beynəlxalq İnsan hüququnun Cinsi Oriyentasiya və Gen-
der Mənsubiyyəti ilə əlaqədar tətbiqi haqqında Yogyakarta Prinsipləri’ndən (‘Yogyakarta Principles on
the Application of International  Human Rights law in Relation to Sexual Orientation and Gender Iden-
tity’) götürülmüşdür, mart 2007-ci il, bax: www.yogyakartaprinciples.org/principles_en.htm.


Misal:  İsveç  Ombudsmanı  tərəfindən  baxılan  Cinsi  Oriyentasiya
zəminində Ayrı-seçkiliklə bağlı bir işdə (‘HomO’) heteroseksual bir
qadın  lezbiyanların,  qeylərin  və  transseksualların  hüquqlarının
müdafiəsi üzrə İsveç milli federasiyasında təhlükəsiz cinsi məlumat
məmuru kimi işə müraciəti rədd edilərkən cinsi oriyentasiyası səbəbi
ilə ayrı-seçkiliyə məruz qalmasından şikayət etmişdi.
186 
Həmin təşki-
latdan ona bildirilmişdi ki, onlar mənsubiyyətcə homoseksual və ya
biseksual olan bir kişini işə götürmək istəyirlər ki, o həmkarları ilə daha
yaxşı ünsiyyətdə ola bilsin. Müəyyən olunmuşdu ki, qadın həmin işin
məqsədləri baxımdan homoseksual və ya biseksual kişi ilə müqayisə
olunmağa iddia edə bilməzdi (və buna görə də o, özünə münasibətdə
az əlverişli rəftara məruz qaldığını sübut edə bilməzdi), və ya hər bir
halda ayrı-seçkilik vəzifənin həqiqi tələbi baxımından əsaslı idi.
AİHK-in 14-cü Maddəsi ‘cinsi oriyentasiyanı’ müdafiə olunan əsas kimi
aydın şəkildə sadalamasa da, AİHM bir sıra işlərdə açıq şəkildə müəyyən
edib ki, cinsi oriyentasiya da ‘digər’ əsaslara daxildir.
187
Misal: S.L. Avstriyaya qarşı işində ərizəçi şikayət edirdi ki, milli qa-
nunvericilik tərəflərdən birinin yaşı on səkkizdən aşağı olan kişilər
arasında razılıq əsasında olan cinsi münasibətləri cinayət əməli kimi
müəyyən  edir.
188
Bunun  əksinə,  qadınlara  isə  on  dörd  yaşından
etibarən  (həm  lezbian,  həm  də  heteroseksual)  cinsi  münasibətdə
olmağa  icazə  verilir. AİHM  müəyyən  etdi  ki,  bu  cinsi  oriyentasiya
zəminində ayrı-seçkilikdir.
Misal:  E.B.  Fransaya  qarşı  işində  ərizəçinin  övladlığa  uşaq
götürməklə bağlı müraciəti o əsasla rədd edilmişdi ki, ərizəçi xanımın
evində  kişi  rolunu  oynayan  yoxdur.
189
Milli  qanunvericilik  subay
valideynlərin  övladlığa  uşaq  götürməsinə  icazə  verirdi  və  AİHM
müəyyən etdi ki, dövlətin bu qərarı ona əsaslanırdı ki, həmin qadın
başqa bir qadınla münasibətdə idi və birlikdə yaşayırdı. Buna uyğun
olaraq  da  AİHM  müəyyən  etdi  ki,  ayrı-seçkilik  cinsi  oriyentasiya
zəminində baş verib.
111
Müdafiə olunan əsaslar
_____________________________________
186. HomO, Decision of 21 June 2006, Dossier No. 262/06.
187. Bax, məsələn, AİHM, Frette Fransaya qarşı (Fretté v. France) (No. 36515/97), 26 fevral 2002, para. 32.
188. AİHM, S.L. Avstriyaya qarşı (S.L. v. Austria) (No. 45330/99), 9 yanvar 2003.
189. AİHM, E.B. Fransaya qarşı (E.B. v. France) [GC] (No. 43546/02), 22 yanvar 2008.


Qeyd  olunmalıdır  ki,  AİHM  dövlətin  cinsi  oriyentasiya  zəminində
müdaxiləsinə qarşı həmçinin AİHK-nın 8-ci Maddəsi ilə təmin olunan şəxsi
həyat hüququ əsasında da müdafiə edir. Belə ki, əgər bu zəmində ayrı-
seçkilik  baş  verərsə,  sadəcə  8-ci  Maddəyə  əsaslanaraq  ayrı-seçkiliyin
olduğu  barədə  arqument  gətirməyə  ehtiyac  olmadan  da  pozuntunun
olduğuna iddia etmək mümkündür.
Misal: Dudgeon Birləşmiş Krallığa qarşı işi böyüklər arasında razılıq
əsasında olan homoseksual cinsi münasibətləri kriminallaşdıran milli
qanunvericilik haqqında idi.
190
Ərizəçi şikayət etdi ki, o, bir homosek-
sual kimi təqib olunmaq riski altındadır. AİHM müəyyən etdi ki, bu özü-
özlüyündə  onun  şəxsi  həyatına  hörmət  hüququnun  pozulmasıdır,
çünki  şəxsi  həyata  ‘cinsi  həyat’  da  daxildir.  Məhkəmə  həmçinin
müəyyən etdi ki, ictimai əxlaqın qorunması legitim məqsədə xidmət
etsə  də,  bunu  şəxsi  həyata  bu  səviyyədə  müdaxilə  etmədən  də
həyata keçirmək olardı.
AİHM xüsusilə də, Dövlətin müdaxilələrinin fərdlərin ləyaqətinin şəxsin
cinsi həyatı və ya ailə həyatı kimi əhəmiyyətli elementlərinə toxunduğu
hallarda fərdləri bu cür müdaxilələrdən daha çox müdafiə etməyə çalışır.
Aşağıdakı iş göstərir ki, şəxsi həyata müdaxilə cinsəlliklə bağlı olduqda
bu cür müdaxiləyə haqq qazandırmaq çətindir.
Misal:  Karner  Avstriyaya  qarşı  işi  əsas  sahib  vəfat  etdikdə  onun
qohumunun  və  ya  ‘həyat  yoldaşının’  avtomatik  olaraq  icarə
müqaviləsinin tərəfi olmasını müəyən edən milli qanunvericiliyin (İcarə
haqqında Qanunun 14-cü bölməsinin) təfsiri haqqında idi.
191
Ərizəçi
öz partnyoru, yəni vəfat etmiş əsas sahib ilə birlikdə yaşayırdı. Milli
məhkəmələr milli qanunvericiliyi elə təfsir etdilər ki, həmin qanun-
vericilik, hətta nigahsız yaşayan hetroseksual cütlükləri əhatə etsə
də, homoseksual cütlüklərə şamil edilmədi. Hökumət cinsi oriyen-
tasiya zəminində fərqli rəftara yol verilmiş olduğunu qəbul etdi, lakin
iddia etdi ki, bu ənənəvi ailələrin öz yaşayış yerlərini itirmələrinə qarşı
qorunması üçün edilib ki, bu da həmin fərqli rəftara haqq qazandırır.
AİHM müəyyən etdi ki, ənənəvi ailənin qorunması legitim məqsəd ola
bilsə  də,  ‘cinsi  və  ya  cinsi  oriyentasiya  zəminində  fərqli  rəftar 
112
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
190. AİHM, Dudgeon v. UK (No. 7525/76), 22 oktyabr 1981.
191. AİHM, Karner v. Austria (No. 40016/98), 24 iyul 2003, paras. 34-43.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə