Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   29   30   31   32   33   34   35   36   ...   62


4
Müdafiə olunan əsaslar
4.1. Giriş
Ayrı-seçkiliyə  qarşı  Avropa  direktivləri  ‘qorunan  əsasların’  müəyyən
olunmuş və məhdud siyahısını verməklə, cins (Mallar və Xidmətlər üzrə
Gender Direktivi, Gender Bərabərliyi Direktivi), cinsi oriyentasiya, əlillik,
yaş və ya din və ya inanc (İşə götürərkən Bərabərlik Direktivi), irq və ya
etnik mənşə (İrqi Bərabərlik Direktivi) kimi kateqoriyaları əhatə etməklə,
müəyyən  ‘qorunan  əsaslar’  əsasında  fərqli  münasibəti  qadağan  edir.
Avropa  İnsan  Hüquqları  Konvensiyası  isə  bunun  əksinə  olaraq,  qeyri-
məhdud bir siyahı müəyyən edir ki, bu da direktivlərlə üst-üstə düşür, lakin
həm də onların əhatə dairəsini aşır. Konvensiyanın 14-cü Maddəsində dey-
ilir ki, ‘cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya
sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya
digər hər hansı əlamətlərə görə’ heç bir ayrı-seçkilik  olmamalıdır. ‘Digər
hər hansı əlamətlər’ kateqoriyası Avropa İnsan Hüquqları Məhkəməsinə
(AİHM) imkan verdi ki, ayrı-seçkiliyə qarşı direktivlərin açıq şəkildə müdafiə
etdiyi, daha dəqiq desək əlillik, yaş və cinsi oriyentasiya kimi səbəbləri də
bu siyahıya daxil etsin.
1-ci  Fəsildə  qeyd  olunur  ki,  Əsas  hüquqlar  haqqında Avropa  İttifaqı  ()
Xartiyasının 21-ci Maddəsində də ayrı-seçkilik qadağası var. Həmin Xartiya
Avropa İttifaqının təsisatları üçün məcburi hüquqi qüvvəyə malikdir, lakin
həm də Üzv dövlətlər Avropa İttifaqı hüququnu təfsir və tərbiq edərkən on-
lara tətbiq olunur. Xartiyanın ayrı-seçkiliklə bağlı müddəasında ‘digər hər
101


hansı əlamətlər’ kimi açıq bir zəminin olmamasına baxmayaraq, həmin
müddəa həm AİHK-da, həm də ayrı-seçkiliklə bağlı direktivlərdə müəyyən
olunan əsaslardan ibarətdir.
4.2.  Cins
Cinsi ayrı-seçkilik özü-özünü nisbətən izah edir ki, bu bir fərdin ya qadın,
ya  da  kişi  olması  faktına  əsaslanan  ayrı  seçkilikdir.  Bu  Aİ-nın  sosial
siyasətinin ən inkişaf etmiş aspektidir və uzun müddət əsas hüquq hesab
olunub. Bu əsasla müdafiənin inkişaf etdirilməsi ikili məqsədə xidmət edirdi:
birincisi, bu iqtisadi məqsədə xidmət edirdi, o mənada ki, vahid bir bazarda
haqsız rəqabətin aradan qaldırılmasına kömək edirdi, və ikincisi, siyasi
səviyyədə  isə  bu,  İttifaqın  sosial  tərəqqisinə  və  həyat  və  iş  şəraitinin
yaxşılaşdırılmasına  yönəlik  bir  şərait  yaradırdı.  Nəticə  etibarilə,  cinsi
əsasda ayrı-seçkiliyə qarşı müdafiə Avropa İttifaqının əsas funksiyası olub
və  olaraq da qalmaqdadır. Bərabər rəftarın təmin edilməsinin sosial və
iqtisadi əhəmiyyətinin qəbul edilməsi Əsas Hüquqlar haqqında Xartiyada
da ona vacib yer verilməsi ilə daha da möhkəmləndirildi. Oxşar qaydada,
AİHK-da da cinsi əsasla ayrı-seçkiliyə qarşı müdafiə yaxşı inkişaf etdirilib.
Cinsi ayrı-seçkilik üzrə işlər adətən qadınların kişilərə nisbətən daha az
əlverişli  rəftara  məruz  qalması  ilə  bağlı  olsa  da,  heç  də  həmişə  belə
olmur.
Misal: Defrenne SABENAya qarşı işdə ərizəçi şikayət etmişdi ki, əmək
vəzifələrinin eyni olmasına baxmayaraq, ona öz kişi həmkarlarından
daha  az  əmək  haqqı  verilir.
167
Avropa  Ədalət  Məhkəməsi  (AƏM)
müəyyən  etdi  ki,  bu  açıq-aydın  cinsi  ayrı-seçkilikdir.  Bu  qərara
gələrkən AƏM İttifaqın həm iqtisadi və həm də sosial ölçülərinə diqqət
çəkdi və bildirdi ki, ayrı-seçkiliyə qarşı mübarizə Aİ-ni məqsədlərinə
doğru inkişaf etdirməyə kömək edir.
Yuxarıda  müzakirə  edilmiş  Bilka  işində AƏM  işəgötürənin  menecment
mülahizələrinə əsaslanan fərqli rəftar məsələsinə baxıb ki, işəgötürənin
həmin  rəftarı  adekvat  işçi  heyəti  təmin  etmək  üçün  tam-ştat  işi
102
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
167. AİM, Defrenne Sabenaya qarşı (Defrenne v. SABENA), İş 43/75 [1976] ECR 455, 8 aprel 1976.


həvəsləndirmək  məqsədi  ilə  yarım-ştat  işçilərin  peşəkar  pensiya
sxemindən kənarlaşdırılmasına haqq qazandırırdı. Bu işdə AƏM bu cür
tədbiri məruz qalınan fərqli rəftara mütənasib hesab edib-etmədiyini açıq
şəkildə bildirmədi. Bununla belə, bu aşağıdakı işdə daha aydın idi.
Misal: Hill və Stapleton işində hökumət dövlət qulluğunda iş bölgüsü
sxemini təqdim etmişdi ki həmin sxemə əsasən bir vəzifə müvəqqəti
olaraq iki fərd arasında bölüşdürülə bilərdi, yəni tam iş saatının 50%-
ni işləyib həmin tam iş üçün nəzərdə tutulan əmək haqqının 50%-ni
almaq  mümkün  idi.
168
Bu  vəzifələr  olduqda  işçilər  öz  tam-ştat
vəzifələrinə qayıda bilərdilər. Qaydalar tam-ştat üzrə işləyən şəxslərə
imkan verirdi ki, tam-ştat işdə ödəniş şkalası üzrə ildə bir dəfə artım
alsınlar. Lakin, vəzifəni bölüşən işçilərdə bu artım yarıya bölünürdü
və  iki  illik  bölüşdürülən  iş  bir  artıma  bərabər  idi.  Hazırkı  işdə  iki
şikayətçi öz vəzifələrinə tam-ştatlı işçilər kimi qayıtmış və artımın on-
lara tətbiq olunması vasitələrindən şikayət ediblər. AƏM müəyyən etdi
ki,  bu,  cinsi  əsaslarla  edilmiş  dolayı  ayrı-seçkilikdir,  çünki  iş
bölüşdürülməsində  iştirak  edənlərin  tam  əksəriyyəti  qadınlar  idi.
Hökumət fərqli rəftara haqq qazandırmağa çalışarkən bildirdi ki, bu
cür  rəftar  artımın  xidmətin  həqiqi  müddətinə  uyğun  olaraq  tətbiq
olunması prinsipinə əsaslanırdı. AƏM müəyyən etdi ki, bu, sadəcə
obyektiv  kriteriyalarla  dəstəklənməyən  bir  fikir  idi  (çünki,  başqa
şəxslərin də xidmət müddətinin iş saatlarının faktiki sayına uyğun
hesablandığını göstərən sübut yox idi). AƏM daha sonra qeyd etdi ki,
‘işəgötürən  iş  bölüşdürülməsi  sxemindən  irəli  gələn  ayrı-seçkiliyə
sadəcə bu cür ayrlı-seçkiliyin olmadığı halda xərclərin artacağı səbəbi
əsasında haqq qazandıra bilməz’.
Bununla  da,  belə  görünür  ki,  AƏM  cinsi  əsasla  ayrı-seçkiliyin  sadəcə
işəgötürənlərin  maliyyə  və  ya  idarəetmə  məsələləri  ilə  əlaqədar
əsaslandırmalarını qəbul etmir.
Misal: Ünal Tekeli  Türkiyəyə qarşı işdə ərizəçi şikayət edib ki, milli
qanunvericilik məcbur edirdi ki, qadın evləndikdən sonra ərinin adını
götürsün.
169
Qanunvericiliyin  qadına  ərinin  adından  əlavə  öz 
103
Müdafiə olunan əsaslar
_____________________________________
168. AƏM, Hill və Stapleton Gəlir Komissiyaları və Maliyyə Şöbəsinə qarşı (Hill and Stapleton v. The
Revenue Commissioners and Department of Finance), İş C-243/95 [1998] ECR I-3739, 17 iyun 1998.
169. AİHM, Ünal Tekeli Türkiyəyə qarşı (Ünal  Tekeli v. Turkey) (No. 29865/96), 16 noyabr 2004.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə