Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

tərəfindən  bu  əməliyyatların  xərclərinin  əvəzinin  ödənilməsindən
imtina olunmuşdu.
177
Ərizəçinin sığorta şirkətinə qarşı iddiasına baxan
Almaniya Apelyasiya Məhkəməsi müəyyən etdi ki, tibbi prosedurlar
razılaşma ilə tələb olunduğu kimi ‘zəruri’ olmayıb və buna görə də
ərizəçi çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququna malik olmayıb.
AİHM müəyyən etdi ki, gender mənsubiyyətinin xarakterini və əvvəlki
vəziyyətə qayıtmağın mümkün olmadığı tibbi prosedurlardan keçmək
barədə  verilən  qərarın  ağırlığını  nəzərə  alsaq,  milli  məhkəmənin
yanaşması  ərizəçinin təkcə ədalətli məhkəmə araşdırması hüququnu
təmin edə bilmədiyindən AİHK-in 6-cı Maddəsini pozmayıb, həm də
AİHK-in  8-ci  Maddəsi  ilə  müəyyən  olunan  şəxsi  həyata  hörmət
hüququnu pozub. Bununla belə, mahiyyətcə eyni faktlardan söhbət
getdiyindən, AİHM 14-cü Maddə ilə uyğunluq məsələsinə baxmadı. 
Ümumiyyətlə danışsaq, məlum olur ki, ‘gender mənsubiyyəti’ məsələsi ilə
bağlı qanunvericilik həm Avropa və həm də milli səviyyədə əhəmiyyətli
dərəcədə aydınlıq gətirilməsini tələb edir. Bu sahədə mövcud olan milli qa-
nunvericilik haqqında aparılan son araşdırmalar bu sahədə Avropada vahid
yanaşmanın olmadığını göstərir və Dövlətlər ‘gender mənsubiyyəti’ ilə cinsi
oriyentasiyanın  bir  hissəsi  kimi  və  ‘cinsi  ayrı-seçkiliyin’  bir  hissəsi  kimi
məşğul olan iki qrupa bölünür.
178
Təqaüd yaşı ilə bağlı cinsi əsasla fərqli rəftar haqqında bir sıra işlər göstərir
ki,  AİHM  Dövlətə  fiskal  və  sosial  siyasət  məsələləri  üzrə  geniş
qiymətləndirmə sərbəstliyi verəcək.
179
Misal:  Stec  və  Başqaları  Birləşmiş  Krallığa  qarşı  işində  ərizəçilər
şikayət etmişdilər ki, kişilər və qadınlar üçün nəzərdə tutulan fərqli
pensiya  yaşlarının  nəticəsi  olaraq,  pensiya  yaşına  uyğun  olaraq
müəyyənləşdirilən  müavinətin  dəyişməsinə  görə  onların  hər  biri 
107
Müdafiə olunan əsaslar
_____________________________________
177. AİHM, Van Kück Almaniyaya qarşı (Van  Kück  v. Germany) (No. 35968/97), 12 iyun 2003.
178. FRA, Homophobia and Discrimination on Grounds of Sexual Orientation in the EU Member States:
Part I – Legal Analysis  (Vienna,  FRA, 2009),  pp. 129-144; Commissioner for Human Rights, Human
Rights and Gender Identity (Issue Paper by Thomas Hammarberg, CoE Commissioner for Human
Rights, Strasbourg, 29 July 2009), CommDH/IssuePaper(2009)2.
179. Bu işlər həmçinin fərqli münasibətin əsaslandırılması ilə bağlı faydalı müzakirə təmin edir və
beləliklə də bu Vəsaitin əvvəlində əsaslandırılma ilə bağlı müzakirənin genişləndirilməsi üçün bu
konsepsiyanın daha ətraflı izah olunması üçün şərait yaradır.


əlverişsiz vəziyyətə düşüb.
180
AİHM müəyyən etdi ki, prinsipcə cins
əsasında ayrı-seçkiliyə yalnız o halda haqq qazandırmaq olar ki, ‘çox
ciddi  səbəblər’  mövcud  olsun.  Lakin,  iqtisadi  və  sosial  strategiya
tədbirlərinə gəldikdə AİHK-a əsasən Dövlətə geniş sərbəstlik verilir ...
Çünki, dövlət cəmiyyət və onun ehtiyacları haqqında birbaşa biliyə
malik  olduğundan,  milli  məhkəmələr  nəyin  sosial  və  iqtisadi
səbəblərlə ictimai maraqlara xidmət etdiyini beynəlxalq hakimlərdən
daha  yaxşı  bilir  və  Məhkəmə  ümumilikdə  qanunvericinin  siyasət
seçiminə hörmətlə yanaşır ... yalnız bir şərtlə ki, həmin siyasət açıq-
aşkar əsassız olmasın. AİHM müəyyən etdi ki, mənşə etibarilə fərqli
pensiya yaşları əslində ‘xüsusi tədbirlər’in bir formasıdır, çünki onlar,
qadınların  onları  müstəqil  gəlirdən  məhrum  edən  evdəki  ənənəvi
rolları  ilə  əlaqədar  olaraq  məruz  qala  biləcəyi  maliyyə  çətinliyini
aradan qaldırmaq üçün nəzərdə tutulub. Müəyyən olundu ki, hökumət
kişi və qadınların pensiya yaşlarının tədricən bərabərləşdirilməsinə
başlayıb və hökumət bunu bir neçə il ərzində etməyi seçməklə və ya
dəyişiklikləri  tezliklə  tətbiq  etməməklə  mülahizə  sərbəstliyi
çərçivəsindən kənara çıxmayıb.
181
Oxşar  yanaşma  işə  götürməklə  əlaqədar  daha  geniş  mülahizələrlə
əsaslandırılan fərqli yanaşma ilə bağlı işlər üzrə AƏM-in verdiyi qərarlarda
da sərgilənmişdir.
Misal: Schnorbus işində Hessenin Ədliyyə Nazirliyinin məcburi hərbi
və ya mülki xidməti başa vurmuş kişi namizədlərə praktiki hüquqi
təqlimlər üçün üstünlük verilməsi təcrübəsi dolayısı ilə cinsi əsasda
ayrı-seçkilik  kimi  müəyyən  olunmuşdu.
182
Bununla  belə,  AƏM
müəyyən etdi ki, həmin təcrübə obyektiv şəkildə əsaslandırılmışdı,
çünki, kişi cinsindən olan müraciətçilərin karyeralarında hərbi xidmətlə
əlaqədar yaranan ləngimənin təsirinin aradan qaldırılması məqsədini
daşıyırdı.
Misal: Megner və Scheffel işi kiçik (həftədə on beş saatdan az) və 
108
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
180. AİHM, Stek və Başqaları Birləşmiş Krallığa qarşı (Stec and Others v. UK) [GC] (Nos. 65731/01 və
65900/01), 12 aprel 2006.
181. Eynilə bax: AİHM, Barrou Birləşmiş Krallığa qarşı (Barrow v. UK) (No. 42735/02), 22 avqust 2006,
paras. 20-24, 37; AİHM, Pearson v. UK (No. 8374/03), 22 avqust 2006, paras. 12-13, 25; AİHM, Valker
Birləşmiş Krallığa qarşı (Walker v. UK) (No. 37212/02), 22 avqust 2006, paras. 19-20, 37.
182. AƏM, Şnorbus Land Hessenə qarşı (Schnorbus v. Land Hessen), İş C-79/99 [2000] ECR I-10997,
7 dekabr 2000


qısa  müddətli  işlərin  xəstəliyə  və  qocalığa  görə  icbari  sığorta
sxemlərindən,  həmçinin  işsizlik  sığortası  sxeminə  ödəniş  etmək
öhdəliyindən kənarlaşdırılmasını nəzərdə tutan Alman qanunvericiliyi
ilə  bağlı  idi.
183
Həmin  qayda  potensial  olaraq,  yarım-ştat  və  qısa
müddətli əsaslarla işləməyə təbiətcə daha çox meylli olan qadınlara
qarşı dolayı ayrı-seçkilik kimi müəyyən olunmuşdu. AƏM hökumətin
əks arqumentlərini qəbul etdi. Həmin arqumentlərdə deyilirdi ki, əgər
hökumət kiçik və qısa müddətli işçiləri sığorta sxeminə daxil etməli
olsaydı,  xərclər  bütün  sistemi  aşardı,  çünki,  bu  halda  sxemin
ödənişlərlə maliyyələşdirilməsi daha mümkün olmazdı. AƏM həmçinin
qəbul etdi ki, kiçik və qısa müddətli işçilərə də tələb vardır və hökumət
bu  tələbin  təmin  olunmasına  yalnız  onların  sosial  təhlükəsizlik
sistemindən  kənarlaşdırmaqla  kömək  edə  bilərdi.  Əgər  bu
yanaşmadan istifadə olunmasaydı, ehtimal ki, bu cür işlər istənilən
halda,  lakin  qeyri-qanuni  şəkildə  görüləcəkdi. AƏM  qəbul  etdi  ki,
hökumətin legitim bir sosial siyasət məqsədi var idi və Dövlətə ‘sosial
və məşğulluq siyasətinin’ həyata keçirilməsi üçün hansı tədbirlərin
uyğun  olmasını  seçmək  üçün  ‘daha  geniş  səlahiyyət  sərbəstliyi’
verilməlidir. Buna uyğun olaraq da, fərqli rəftara haqq qazandırıldı.
Bu nəticə AƏM-in aşağıdakı işi ilə qarşılaşdırıla bilər. Aşağıdakı işdə AƏM
hökumətin qaldırdığı əhəmiyyətli fiskal məsələlərə baxmayaraq, cinsi ayrı-
seçkiliyə sosial siyasət kontekstində haqq qazandırılmasını qəbul etmədi.
Misal: the De Weerd, née Roks, və Başqaları işi əmək qabiliyyətinin
itirilməsinə görə müavinət haqqında milli qanunvericiliklə bağlıdır.
184
1975-ci ildə milli qanunvericiliklə kişilərə və subay qadınlara əmək
qabiliyyətinin itirilməsinə görə, əmək qabiliyyətinin itirlməsinə qədər
olan gəlirlərindən asılı olmayaraq müavinət müəyyən edildi. 1979-cu
ildə müvafiq qanunvericiliyə dəyişiklik edildi və həmin müavinət evli
qadınlara da şamil olundu. Bununla belə, müavinəti alan şəxsin əmək
qabiliyyətini itirməzdən əvvəlki il müəyyən səviyyədə gəlirinin olması 
109
Müdafiə olunan əsaslar
_____________________________________
183. AƏM, Megner və Şeffel Innungskrankenkasse Vorderpfalza qarşı (Megner and Scheffel v. In-
nungskrankenkasse Vorderpfalz), İş C-444/93 [1995] ECR I-4741, 14 dekabr 1995. Oxşar olaraq, AƏM,
Nolte v. Landesversicherungsanstalt Hannover, Case C-317/93 [1995] ECR I-4625, 14 dekabr 1995.
184. AƏM, De Weerd, née Roks, and Others v. Bestuur van de Bedrijfsvereniging voor de Gezondheid,
Geestelijke en Maatschappelijke Belangen and Others, İş C-343/92 [1994] ECR I-571, 24 fevral 1994.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə