Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/62
tarix29.09.2017
ölçüsü2,8 Kb.
#2335
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

qızlıq adını da saxlamağa icazə verdiyinə baxmayaraq, Avropa İnsan
Hüquqları Məhkəməsi (AİHM) müəyyən etdi ki, bu cinsi əsasla ayrı-
seçkilikdir, çünki, qanunvericilik kişini familyasını dəyişməyə məcbur
etmir.
Misal: Zarb Adami Maltaya qarşı işdə ərizəçi şikayət etdi ki, andlılar
məhkəməsində  işləməyə  çağırılmaq  ayrı-seçkilik  yaradır,  çünki,
təcrübədə andlı iclasçıların siyahısı tərtib olunarkən  bir qayda olaraq
kişilərə daha çox üstünlük verilir.
170
Statistika göstərirdi ki, beş ildən
artıq müddət işləyən andlı iclasçıların 95%-indən çoxu kişilər idi və
AİHM müəyyən etdi ki, mülki vəzifələri ilə əlaqədar qadınlarla kişilər
müqayisəli vəziyyətdə olduğundan bu ayrı-seçkilik idi.
‘Cins’  konsepsiyası  həmçinin  elə  təfsir
olunmuşdur  ki,  buraya  ərizəçinin  cinsi  ilə
əlaqədar daha mücərrəd mənada, yəni gen-
der  mənsubiyyətinin  məhdud  müdafiəsinə
icazə  verən  ayrı-seçkiliyə  məruz  qaldığı
vəziyyətlər də daxildir.
Beləliklə  də,  gender  mənsubiyyətinin  daha
geniş qəbul edilən anlayışı yalnızca gender
mənsubiyyətini cərrahiyə yolu ilə dəyişənləri
(transseksualları) 
deyil, 
həmçinin 
öz
genderlərini  transvetizm  və  ya  başqa  cins
kimi  geyinmək  və  ya  sadəcə  əks  cinsin
nümayəndələri  ilə  assosiasiya  olunan
danışıq və ya kosmetik tərzi qəbul etmək kimi
digər  formalarda  ifadə  etməyi  seçənləri  də
ehtiva edir.
P. S. və Cornwall Dairə Şurasına qarşı (P. v. S. and Cornwall County Coun
104
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
170. AİHM, Zarb Adami Maltaya qarşı (Zarb Adami v. Malta) (No. 17209/02), 20 iyun 2006.
171. Geniş şəkildə qəbul olunmuş anlayış ‘Beynəlxalq İnsan hüququnun Cinsi Oriyentasiya və Gender
Mənsubiyyəti ilə əlaqədar tətbiqi haqqında Yogyakarta Prinsipləri’ndən (‘Yogyakarta Principles on the
Application of International  Human Rights law in Relation to Sexual Orientation and Gender Identity’)
götürülmüşdür, mart 2007-ci il, bax: www.yogyakartaprinciples.org/principles_en.htm. Həmin prinsiplər
Beynəlxalq İnsan Hüquqları üzrə müstəqil ekspertlər qrupu tərəfindən qəbul olunmuşdur.
Gender mənsubiyyəti hər bir
şəxsin dərindən hiss etdiyi da-
xili və şəxsi gender təcrübə-
sinə əsaslanır ki, bu da
doğuşdan olan cinslə üst-üstə
düşə də bilər, bilməyə də. Bu-
raya şəxsin bədən duyumu
(yəni, azad şəkildə seçildiyi
halda bədənin xarici
görnüşünün və ya
funksiyasınıntibbi, cərrahi və
ya digər üsullarla dəyişdiril-
məsi) və geyim, nitq və mane-
ralar da daxil olmaqla genderin
digər ifadə formaları da aid-
dir.
171


cil)  işindən  sonra  ayrı-seçkiliyə  qarşı  direktivlərə  görə  ‘cins’  dedikdə
həmçinin  fərdin genderini dəyişmək istədiyinə və ya dəyişdiyinə görə ona
qarşı  ayrı-seçkilik  də  başa  düşüləcək.  Bununla  da  məlum  olur  ki,  AB
hüququ  əsasında  təfsir  olunan  mənada  cins  anlayışı  gender
mənsubiyyətini yanlız dar mənada müdafiə edir.
Misal: K.B. NHS Pensiya Agentliyinə qarşı (K.B. v. NHS Pensions
Agency) işi KB-nin transeksual olan partnyoruna dullar üçün nəzərdə
tutulan pensiyanın verilməsindən imtina edilməsi ilə bağlı idi.
172
Bu
imtinanın səbəbi o idi ki, transeksual cütlük evli olmaq tələbinə cavab
verə  bilməzdi;  həmin  vaxt  qüvvədə  olan  İngilis  hüququna  əsasən
transeksuallar evlənə bilməzdilər.
Ayrı-seçkilik məsələsinə baxarkən AƏM müəyyən etdi ki, burada cinsi
əsasda heç bir ayrı-seçkilik yoxdur, çünki, pensiyanın kimə düşməsini
müəyyənləşdirərkən  kişi  və  ya  qadın  olmaqdan  asılı  olan  heç  bir
əlverişsiz rəftar yox idi. Buna görə də AƏM mülahizəsinin istiqamətini
dəyişdi, və əsas diqqətini evlilik məsələsinə yönəltdi.
Qeyd  olundu  ki,  transseksuallar  həmin  vaxt  evlənmək  iqtidarında
olmayıblar və bu səbəbdən də evli cütlüyün sağ qalan üzvü üçün
nəzərdə  tutulan  pensiyadan  faydalana  da  bilməzdilər,  lakin  ho-
moseksuallar bunu edə bilərdi. AİHM-in baxdığı Christine Goodwin
173
işinə nəzər salındı. Bütün bunları nəzərə alaraq, AƏM o nəticəyə gəldi
ki, sözügedən Britaniya qanunvericiliyi bərabər rəftar prinsipinə uyğun
deyildi, çünki transseksualların onların partnyorlarının ödənişlərinin
bir hissəsindən faydalanmasına mane olurdu. 
Misal: eyni məsələlər Richards işində də ortaya çıxdı.
174
Kişi kimi
doğulmuş  Richards  cinsinin  dəyişdirilməsi  üçün  cərrahi  əməliyyat
etdirmişdi. İş Birləşmiş Krallıqda Dövlət pensiya hüququ ətrafında
yaranmışdı.  Həmin  vaxt  qadınlar  Dövlət  pensiyasını  60  yaşdan
etibarən, kişilər isə 65 yaşdan etibarən alırdılar. Richards 60 yaşında
Dövlət pensiyası üçün müraciət edəndə onun müraciəti rədd edilmiş
və izah edilmişdi ki, hüquqi baxımdan o kişi kimi tanınır və buna görə 
105
Müdafiə olunan əsaslar
_____________________________________
172. K.B. NHS Pensiya Agentliyinə qarşı (K.B. v. NHS Pensions Agency),  İş C-117/01 [2004] ECR I-
541, 7 yanvar 2004.
173. AİHM, Kristin Qudvin  Birləşmiş Krallığa qarşı (Christine Goodwin v. UK) [GC] (No. 28957/95), 11
iyul 2002.
174. AƏM, Riçards İş və Pensiya məsələləri üçzrə Dövlət Katibliyinə qarşı (Richards v. Secretary of
State for Work and Pensions), İş C-423/04 [2006] ECR I-3585,27 aprel 2006.


də  o,  65  yaşına  çatana  kimi  Dövlət  pensiyası  üçün  müraciət  edə
bilməz.  AƏM  müəyyən  etdi  ki,  bu  şəxsin  cinsini  dəyişdirməsinə
əsaslanan qeyri-bərabər rəftar idi və buna görə də sosial təhlükəsizlik
məsələləri ilə bağlı kişi və qadınlara münasibətdə bərabər rəftar prin-
sipinin tətbiqi haqqında Direktivin 4(1)-ci Maddəsinə zidd olan ayrı-
seçkilik hesab olundu.
175
AİHM hələ, gender mənsubiyyətinin qorunan əsaslardan biri kimi 14-cü
Maddə ilə əhatə olunub-olunmadığı barədə qərar qəbul etməli və bunun
yalnız ‘transseksuallara’ aid olduğunu, yoxsa gender mənsubiyyətinin daha
geniş  təfsir  olunduğunu  da  müəyyən  etməlidir.  Bu  o  demək  deyil  ki,
məhkəmə  hələ  ümumiyyətlə  gender  mənsubiyyəti  məsələsi  ilə  məşğul
olmayıb. Belə ki, AİHM müəyyən etmişdir ki, cinsi oriyentasiya kimi gender
mənsubiyyəti də fərdin şəxsi həyatının sahəsinin bir hissəsini təşkil edir və
bu səbəbdən də hökumətin müdaxiləsindən azad olmalıdır.
Misal:  Christine  Goodwin  Birləşmiş  Krallığa  qarşı  və    I.  Birləşmiş
Krallığa qarşı  işləri oxşar faktlarla bağlı idi.
176
Hər ikisi kişidən-qadına
cinsdəyişmə  üçün  cərrahi  əməliyyat  etdirmiş  ərizəçilər  şikayət
etmişdilər  ki,  hökumət  cinslərini  göstərmək  üçün  onların  doğum
haqqında şəhadətnamələrinə dəyişiklik edilməsinə icazə verməkdən
imtina  edir.  Başqa  sənədlərin  və  ərizəçilərin  adlarının  dəyişdiril-
məsinin  mümkün  olmasına  baxmayaraq,  doğum  haqqında
şəhadətnamələr hələ də, iş sahəsi və ya təqaüd kimi cinsin hüquqi
baxımdan uyğun olduğu məsələlərlə bağlı müəyyən məqsədlər üçün
istifadə olunurdu və bu da o demək idi ki, ərizəçilər hüquqla tanınan
cinslərini bildirmək məcburiyyəti qarşısında qalanda xəcalət çəkir və
alçaldılırdılar.  AİHM  (keçmiş  presedent  hüququna  qarşı  çıxaraq)
qərara gəldi ki, bu şəxsi həyata hörmət hüququ və 12-ci Maddə ilə
müəyyən  olunan  evlənmək  hüququnun  pozuntusudur,  lakin  14-cü
Maddənin də pozulub pozulmadığına baxmadı.
Misal: Van Kück işində cinsinin dəyişdirilməsi üçün cərrahi əməliyyat
etdirmiş və hormonal müalicə götürmüş ərizəçiyə özəl sığorta şirkəti 
106
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
175. Şuranın sosial təhlükəsizlik məsələlərində kişi və qadınlara bərabər münasibət prinsipinin proqres-
siv tətbiqi haqqında 79/7/EEC saylı 19 dekabr 1978-ci il tarixli Direktivi, OJ 1979  L 6, p. 24.
176. AİHM, Kristin Qudvin Birləşmiş Krallığa qarşı (Christine Goodwin v. UK) [GC] (No. 28957/95), 11
iyul 2002; AİHM, İ Birləşmiş Krallığa qarşı (I. v. UK) [GC] (No. 25680/94), 11 iyul 2002. oxşar olaraq,
AİHM, L Litvaya qarşı (L. v. Lithuania) (No. 27527/03), 11 sentyabr 2007


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə