manerası ilə, görünür, fəxr edirdi. O, dəqiq və aydın tərzdə bildirdi: “Henri
Sauven (pauza), 18-ci mərtəbə (pauza), 1816-cı otaq”. Mən liftə tərəf
yönəlmişdim, lakin sonra qayıtdım və dedim: “Sizi mənim sualıma verdiyiniz
cavabın möhtəşəm üslubu ilə təbrik etmək istəyirəm. Cavab aydın və dəqiqdir və
siz bunu, sadəcə olaraq, artistliklə edirsiniz. Beləsi çox rast gəlmir”.
O, məmnunluqdan işıqlanaraq pauzaları nə üçün etdiyini və hər bir ifadəni
nə üçün başqa cür yox, məhz belə səsləndirdiyini mənə izah elədi. Mənim bir
neçə sözüm onu başını bir qədər də dikəltməyə məcbur etdi. Mən isə on
səkkizinci mərtəbəyə qalxa-qalxa belə hiss keçirirdim ki, insan sevincinin ümumi
cəminə bu gün kiçicik bir zərrə əlavə etdim.
İnsanın əhəmiyyət kəsb etməsini etiraf etmək fəlsəfəsini həyata keçirməyə
başlamaq üçün nə vaxtsa Fransaya səfir təyin ediləcəyinizi, yaxud “Elk-klub”da
dəniz sahilində qonaqlıqlar keçirilməsi komitəsinin sədri seçiləcəyinizi
gözləməyə lüzum yoxdur. Siz onun köməyi ilə hər gün möcüzələr yarada
bilərsiniz.
Məsələn, əgər ofisiant sizə sifariş etdiyiniz fransızca qızardılmış kartof
əvəzinə kartof püresi gətirirsə, gəlin deyək: “Narahat etdiyim üçün bağışlayın”...
“Siz mərhəmət göstərib”... “Siz zəhmət çəkib”... və s. – bu kiçik lütfkarlıqlar
gündəlik həyatın monoton işləyən mexanizmini yağ kimi yağlayır və hər şeydən
başqa, yaxşı tərbiyənin əlamətidir.
Gəlin başqa bir illüstrasiyanı götürək. Siz nə vaxtsa Holl Keynin “Xristian”,
“Hakim”, “Men adasından olan adam” kitablarını oxumusunuz? Onun romanlarını
milyonlarla adam oxuyur, milyonlarla. O, dəmirçi oğlu idi. Onun məktəb təhsili
səkkiz siniflə məhdudlaşmışdı, ancaq ölümü məqamında o, dünyanın nə vaxtsa
tanıdığı ən varlı ədib idi.
Onun tarixçəsi belədir: Holl Keyn sonetləri və balladaları sevirdi, o, Dante
Q.Rossettinin əsərlərinin hamısını, hərfi mənada, udmuşdu. O hətta onun qələmi
altından çıxan şedevrlərə tərif oxuduğu kiçik bir əsər də yazdı və onun surətini
Rossettinin özünə göndərdi. Rossetti heyran qalmışdı. “Mənim qabiliyyətlərimlə
bağlı bu qədər yüksək rəyi olan cavan oğlan, – deyə Rossetti, çox güman,
fikirləşmişdi, – özü gərək əsl ləl-cəvahir ola”. Beləliklə, Rossetti həmin dəmirçi
oğlunu yanına, Londona dəvət elədi və onu öz katibi etdi. Bu, Holl Keynin
həyatında dönüş nöqtəsi oldu, çünki öz yeni yerində o, tanınmış yazıçılarla hər
gün görüşməyə başladı. Onların məsləhətini, öyüd-nəsihətini alan və onların
dəstəyindən ilhamlanan Holl Keyn öz adını göyün yeddinci qatına qaldıran yazıçı
karyerasına başladı.
Onun Men adasının Qrib Kestldəki evi Yer kürəsinin hər yerindən gələn
turistlər üçün əsl Məkkə oldu və o, özündən sonra iki milyon beş yüz min dollar
həcmində varidat qoydu. Ancaq, kim bilir, o, heç kimin tanımadığı dilənçi kimi də
ölə bilərdi, əgər məşhur bir insanın qarşısında öz heyranlığını ifadə etdiyi esseni
yazmasaydı.
İnsanın səmimi-qəlbdən etiraf etməsinin heyrətamiz gücü bax
bu cürdür.
Rossetti özünü əhəmiyyət kəsb edən adam hesab edirdi. Bu, qəribə də deyil.
Demək olar, hər kəs özünün əhəmiyyətli və özü də çox əhəmiyyətli olduğunu
hesab edir.
downloaded from KitabYurdu.org
Bu, istənilən xalqda eynilə belədir.
Siz özünüzün yaponlar qarşısında üstünlüyünüzü hiss edirsinizmi? Ancaq
eynilə bu qədər də şübhə yoxdur ki, yapon sizin qarşınızda, sözsüz, üstün
olduğuna əmindir. Köhnə nəsildən olan yapon ağ adamla yapon xanımının rəqs
etdiyini görsə, cin atına minər.
Siz zənn edirsiniz ki, indusdan yüksəkdə durursunuz? Bu, sizin hüqu-
qunuzdur. Ancaq azı bir milyon indus sizin üzərinizdə elə bir həddi olmayan
üstünlük hiss edir ki, üstünə sizin kafir kölgənizin düşməsiylə murdarlanan
yeməyə heç əlini də vurmaz.
Siz özünüzün eskimoslar qarşısında üstünlüyünüzü hiss edirsiniz? Yenə də
bu, sizin ayrılmaz hüququnuzdur. Ancaq eskimosların sizin haqqınızda nə
düşündüklərini bilmək sizə, çətin ki, xoş gələcək. Eskimosların arasında
anadangəlmə avara, heç nəyə gərək olmayan avaralar, ümumiyyətlə, işləmək
istəməyənlər nadir hal deyil. Eskimoslar onları “ağ adamlar”, yəni onları son
dərəcə nifrət ifadə edən sözlərlə adlandırırlar.
Hər bir xalq başqa xalqlar qarşısında özünün üstün olduğuna əmindir.
Patriotik hisslər və müharibələr öz başlanğıcını bu əminlikdən götürür.
Mübahisəolunmaz həqiqət budur ki, rastlaşdığınız hər bir kəs nədəsə sizin
qarşınızda öz üstünlüyünü hiss edir. Və onun qəlbinə ən düzgün yol – ona incə
şəkildə anlatmaqdır ki, siz onun öz kiçik dünyasında əhəmiyyət kəsb etdiyini
etiraf edirsiniz və bu etiraf tamamilə səmimidir.
Emersonun sözlərini xatırlayın: “Rast gəldiyim hər bir adam hansısa bir
sahədə məni üstələyir və mən ondan öyrənməyə hazıram”.
Lakin bu təzahürün qəmli tərəfi bundan ibarətdir ki, hansısa bir insana
münasibətdə üstün olduğuna hamıdan az haqqı olan adi adamlar öz içində
özündən aşağıda olduqlarını hesab etdikləri kəslərə qarşı uyuşmazlıq hissini hər
vəchlə qızışdırmağa çalışır; özündən aşağıda olanlarla ünsiyyət faktının onları
alçaltdığını, bundan az qala ürəklərinin bulandığını büruzə verərək, bunu
hamının eşidəcəyi şəkildə xitablar və hisslərinin gur təzahürü ilə nümayiş
etdirirlər.
Şekspirin bunun haqqında dediyi kimi: “Məğrur insan, hətta xırda müvəqqəti
hakimiyyət verilmiş insan Tanrının göyləri qarşısında elə bir ağlasığmaz tamaşa
oynayır ki, mələkləri göz yaşları tökməyə məcbur edir”.
İşgüzar adamların – mənim kurslarımın dinləyicilərinin – mənimsədikləri
prinsipləri praktikada tətbiq etmələri və çox gözəl nəticələrə nail olduqları ilə
bağlı sizə üç əhvalat danışmaq istəyirəm. Gəlin birinci olaraq Konnektikutdan
olan vəkilin başına gələn hadisəni götürək. O, qohumlarına görə adının
çəkilməməsinə üstünlük verib.
Kurslara qəbul ediləndən bir qədər sonra cənab R. həyat yoldaşı ilə onun qo-
humlarına baş çəkmək üçün öz avtomobilində Lonq-Aylendə yollanmışdı. Ərini
öz qoca xalası ilə söhbət etməyə qoyub, qadın özünün nisbətən cavan
qohumlarıgilə gedir. Cənab R. isə qərara alır ki, məhz qoca xanım ilə söhbət
bundan bir qədər əvvəl kurslarda haqqında söhbət gedən etiraf etmək prinsipini
tətbiq eləmək üçün pis olmazdı. O, nəyi səmimi olaraq tərifləyə, nəyə heyran qala
biləcəyi barədə fikirləşə-fikirləşə ətrafa göz gəzdirdi.
downloaded from KitabYurdu.org