cəmiyyətə daxil deyil, həm də özünün qaynayıb-daşan entuziazmı sayəsində
onun prezidenti, həmçinin də Hotel Mülkiyyətçilərinin Beynəlxalq Cəmiyyətinin
prezidenti olmuşdu. Bu cəmiyyətlərin qurultaylarının harada keçirilməsindən
asılı olmayaraq, o, əgər bunun üçün ona dağları aşmaq və dəniz və səhralardan
keçmək lazım gələrdisə də, mütləq onlarda iştirak edirdi. Beləliklə, mən onu növ-
bəti dəfə görəndə həmin cəmiyyətin fəaliyyəti barədə söhbətə başladım. Necə
gur cavab reaksiyası doğurdu! Necə bir cavab! O, məftunluqdan, demək olar,
titrəyən səslə öz cəmiyyəti haqqında yarım saat danışdı. Həmin gün onun
təşkilatını tərk etməzdən əvvəl mən əyani surətdə əmin olmaq imkanı əldə etdim
ki, cəmiyyət onun hobbisi, onun həyatının əsas şövqü idi. Onu da deyim ki, bu
dəfə mən çörək barədə bir söz belə danışmadım. Amma üstündən bir neçə gün
keçəndən sonra onun hotelinin qulluqçusu zəng vurdu və məhsulun nümunələri
və qiymət siyahıları ilə gəlməyimi xahiş elədi.
“Bilmirəm, siz qocanın başına nə iş açmısınız, – dedi o, – lakin o, sizdən başqa
heç kəs barədə eşitmək belə istəmir”.
Buna yaxşı-yaxşı diqqət verin! Mən bu adamın qulağını dörd il ərzində ondan
sifariş almaq istəyim barədə söhbətlərlə doldururdum və bir o qədər də
dolduracaqdım, əgər zəhmət çəkib onun nə ilə maraqlandığı və nə barədə söhbət
etməyi xoşladığını öyrənməsəydim”.
Beləliklə, əgər siz adamları özünüzə yaxınlaşdırmaq istəyirsinizsə, 5-ci
qaydaya əməl edin:
Həmsöhbətinizin maraqları dairəsinə daxil olanla bağlı söhbət aparın!
Altıncı fəsil
İnsanları özünüzə dərhal
necə yaxınlaşdırmalı
Mən Nyu-Yorkda Üçüncü küçə ilə Səkkizinci avenyunun tinindəki poçtamtda,
sifarişli məktubu göndərmək üçün növbədə dayanmışdım. Diqqət yetirdim ki,
məktubların qeydiyyata alınması yerində oturan klerki öz işi bezdirib – zərflərin
çəkisini ölçmək, marka satmaq, qalığı qaytarmaq, qəbz yazıb vermək – ildən-ilə
eyni bir monoton darıxdırıcı iş. Özlüyümdə fikirləşdim: “Bu oğlanın mənə yaxşı
münasibət göstərməsinə çalışmalıyam. Bunun üçün ona xoşagələn nə isə
deməliyəm, öz barəmdə yox, onun haqqında. Beləliklə, özümdən soruşdum, –
onda nə var ki, buna səmimi heyran qalmaq olardı?”
Bu cür suallara bəzən cavab tapmaq çox da asan deyil, ələlxüsus da kifayət
edəcək qədər təcrübəyə malik olmayanda. Lakin haqqında danışdığım halda bu
heç bir çətinlik törətmirdi, çünki dərhal gözümə məndə hədsiz heyranlıq hissi
meydana çıxaran bir şey dəydi.
“Necə də istəyərdim ki, mənim də sizdəki kimi gözəl saçlarım olsun!” – deyə
o, mənim zərfimi tərəzidə çəkəndə dilləndim.
O, yüngülcə səksənib mənə baxdı, sifəti təbəssümlə nurlandı. “Siz nə
danışırsınız, – dedi, – indi onlar əvvəllər olduğu kimi yaxşı deyillər”. Mən onu
inandırdım ki, saçları keçmiş gözəlliyinin bir hissəsini itirmiş olsa da, bununla
belə, onlar hələ çox gözəldir. O, fövqəladə dərəcədə məmnun olmuşdu. Biz bir az
da söhbət etdik və onun mənə dediyi son sözlər bunlar oldu: “Mənim saçlarım
çoxlarının xoşuna gəlir”.
downloaded from KitabYurdu.org
Mərc kəsirəm ki, bu oğlan həmin gün lençə sanki havada addımlayırmış kimi
gedirdi. Mərc kəsirəm ki, axşam evə qayıdanda o, həyat yoldaşına bunu
danışmışdı. Mərc kəsirəm ki, o, güzgüdə özünə baxmışdı və demişdi: “Mənim,
həqiqətən də, gözəl saçlarım var”.
Bir dəfə mən bu əhvalatı tədbirdə danışdım və iştirak edənlərdən biri
məndən soruşdu: “Bəs sizə ondan nə lazım idi?”
Ondan mənə nə lazım idi!!! Mən ondan nə almağa çalışırdım!!!
Əgər biz yalnız özümüz üçün nə isə bir fayda əldə etmək lazım gələndə
mərhəmət və minnətdarlıq şüalandıra bilən qədər eqoistiksə, əgər bizim
qəlblərimiz bürüşmüş turş alma kimidirsə, onda bizi mütləq bizim tamamilə
layiq olduğumuz müflislik gözləyir.
Ah, əlbəttə, həmin oğlandan mən mütləq nəsə almaq istəyirdim. Lakin bu nə
isə qiyməti olmayan şey idi və mən onu aldım – bu hissi aldım ki, həmin oğlana
əvəzində onun mənə heç nə verə bilməyəcəyini verdim. Bu cür hiss onu həyata
gətirən hadisə keçəndən sonra hələ uzun müddət işıq saçır və mahnı oxuyur.
İnsan davranışının ən vacib bir qanunu var. Əgər ona əməl edəriksə, onda biz
heç vaxt xoşagəlməz vəziyyətə düşmərik. Çünki o, sizə saysız-hesabsız dost və
daimi firavanlıq təmin edəcəkdir. Lakin onu pozmağımıza bəndik ki, biz dərhal
sonsuz xoşagəlməz hadisələr zolağına düşürük. Həmin qanun deyir: həmişə elə
hərəkət et ki, başqasında özünün əhəmiyyət kəsb etdiyi ilə bağlı təəssürat
yaransın. Professor Con Dyüi demişdir: “Öz əhəmiyyətinin etiraf olunduğu ilə
bağlı ehtiraslı hiss insan təbiətinin ən dərin prinsipidir”. Mən artıq göstərmişəm
ki, məhz bu niyyət bizi heyvanlardan fərqləndirir, ona cavab olaraq meydana
çıxan sivilizasiyaya həyatı o verib.
Filosoflar insanlar arasında qarşılıqlı münasibətlərin qanunları üzərində min
illərlə düşünüblər və bütün bu dəllallıqlardan ortaya yalnız bir vacib prinsip
çıxarılıb. O, təzə deyildir. O, tarixin özü kimi qədimdir. İranda Zərdüşt ona əməl
etməyi öyrədirdi. Hələ 24 yüzillik əvvəl onu Çində Konfutsi bərqərar edirdi,
laoizmin banisi Lao-Tzı Xanya dərəsində öz şagirdlərinə bunu öyrədirdi. Budda
onu Məsihdən beş əsr əvvəl müqəddəs Qanqın sahillərində yayırdı. İnduizmin
müqəddəs kitabları insanlar arasında qarşılıqlı münasibətlərin qanunlarını İsa
Məsih bunu İudeyanın daşlı təpələrində yayandan min il əvvəl öyrədirdi.
İsa Məsih bunu dünyada ən vacib fikirdə cəmləşdirdi: “Adamların sizinlə
necə rəftar etməyini istəyərdinizsə, onlarla o cür də rəftar edin”.
Siz ünsiyyətdə olduğunuz adamlardan razılıq almaq istəyirsiniz? Siz istə-
yirsiniz ki, olduğunuz kimi qiymətləndiriləsiniz? Siz özünüzün kiçik dairənizdə
əhəmiyyət kəsb edən adam olmaq istəyirsiniz? Siz ucuz, yalançı, qulaq üçün xoş
mədhiyyə eşitmək istəmirsiniz, bunun yerinə əhəmiyyət kəsb etmənizin səmimi
etirafının həsrətindəsiniz? Siz istəyirsiniz ki, dostlarınız və işçiləriniz Çarlz Şvab
kimi “öz razılıqlarında səmimi və təriflərində səxavətli” olsunlar? Biz hamımız
bunu istəyirik.
Beləliklə, Qızıl qaydaya tabe olaq və insanlara özümüz üçün əldə etmək
istədiyimizi verək.
Necə? Nə vaxt? Harada? Cavab birdir! Həmişə və hər yerdə.
Məsələn, mən radiomərkəzdə bir işçidən Henri Sauvenin kabinetinin
nömrəsini soruşdum. Cavansayağı dəblə geyinmiş klerk özünün arayış vermək
downloaded from KitabYurdu.org