Pikketin batalyonları meyvə bağından və qarğıdalı sahəsindən sürətli marşla
keçdilər, çəmənliyi və dərəni ötdülər. Bütün bu müddət ərzində artilleriya
onların cərgələrində dəhşətli qırğın törədirdi. Lakin onlar irəliləyirdilər – zəhmli
və qarşısıalınmaz.
Qəfildən qəbiristanlıq divarının arxasından şimallıların gizlənən piyadaları
ayağa qalxdı və yaylım atəş dalınca yaylım atəşlə Pikketin heç nə ilə müdafiə
olunmayan batalyonlarını güllələməyə başladılar. Təpənin zirvəsi vulkan
püskürməsi zamanında olduğu kimi büsbütün alov dənizinə büründü. Bu,
dəhşətli qırğın idi. Beş dəqiqə ərzində Pikketin beş min nəfərindən beşdə dördü,
o cümlədən, tək bircə zabiti salamat qalmaqla, qalanlarının hamısı həlak oldu.
Sağ qalan yeganə zabit salamat olan əsgərləri son döyüşə çağırdı. Daş divarın
üstünə sıçrayıb qalxaraq, o, qılıncının ucunda qaldırdığı komandir kepkasını
yellədə-yellədə qışqırdı: “Onlara poladın iyini dadızdıraq, uşaqlar!” Və onlar
bunu etdilər.
Divarın üstündən tullanaraq onlar öz düşmənlərinin üstünə atılır, onları
süngüləriylə dəlmə-deşik edir və kəllələrini qundaqla dağıdırdılar. Onlar
şimallıları qəbiristanlıq təpəciyindən süpürüb atdılar və onun zirvəsində
cənubun hərbi bayrağını qaldırdılar.
Bu bayraq Gettensberq qəbiristanlığının üzərində yalnız qısa an ərzində
dalğalandı və həmin qısa məqam Konfederasiya qüvvələrinin müvəffə-
qiyyətlərinin ən yüksək nöqtəsi oldu.
Sağ qalan yeganə zabit salamat qalan əsgərləri son döyüşə qaldırdı və
əsgərlər onun arxasınca getdilər, lakin bu hücum sonun başlanğıcı idi. Linin qüv-
vəsi çatışmadı. O, şimallıların müdafiəsini qıra və Vaşinqtona doğru keçib gedə
bilmədi. Və o, bunu dərk edirdi.
Cənub məhkum olunmuşdu.
Baş verəndən Li o qədər sarsılmış və qüssələnmişdi ki, Cənub Ştatları
Konfederasiyasının prezidenti Ceferson Devisə Baş komandan postundan istefa
xahişi ilə müraciət etdi. O “daha cavan və bacarıqlı adamla” əvəz olunmasını
xahiş edirdi. Əgər Li Pikketin bədbəxt yürüşündə və hücumunun sonluğunda
başqa kimi isə ittiham etmək istəsəydi, onda o, özü üçün bir çox alibi tapa bilərdi.
Diviziyanın komandirlərindən bir çoxu onların üzərinə qoyulan vəzifəni
yerinə yetirməmişdi.
Süvarilər piyadaların hücumunu vaxtında dəstəkləmədi.
Filankəs səhv hərəkət etdi, o biri əmri yanlış başa düşdü.
Lakin Li həddən artıq nəcib insan idi, çətin ki, başqalarını ittiham etmiş olay-
dı. Pikketin pərən-pərən salınmış və qana bələnmiş batalyonunun qalıqları
müdafiə oluna-oluna Konfederasiya qoşunlarının yerləşdiyi xəttə çəkiləndə
Robert Li atın belində onların qarşısına çıxdı.
O, əsgərləri qəhrəman kimi salamladı və məğlubiyyət üçün günahın hamısını
öz üzərinə götürdü. Onun özünü mühakimə etməsi qısa və acı qüdrətlə dolu idi.
“Bütün bunlar mənim vicdanımın üzərindədir, – dedi o. – Mən və yalnız mən bu
döyüşü uduzdum”. Belə bir etiraf etmək üçün tələb olunan xarakterə və mərdliyə
malik olan çox az general tapıla bilər.
Əsərləri nə vaxtsa ümumun marağını doğuran ən orijinal ağıllardan biri idi
Elbert Habbard, onun kinayəli mülahizələri isə tez-tez hiddət fırtınası qoparırdı.
downloaded from KitabYurdu.org
Lakin Habbard insanlarla münasibətlərdə nadir rast gəlinən bacarığı sayəsində
öz düşmənlərini çox vaxt dosta çevirirdi.
Məsələn, hansısa bir hiddətlənmiş oxucu məktub yazaraq onun mə-
qalələrindəki filan və filanla qəti surətdə razı olmadığını bildirəndə və sonda
Habbardı filan və filan adlandırıb söyəndə Habbard ona təqribən aşağıda
göstərilənə bənzəyən bir cavab verirdi:
“Bunun üzərində düşündükdən sonra hiss etdim ki, heç özüm də həmin
ifadələrlə tam razılaşmıram. Bu gün yazdığım heç də o demək deyil ki, sabah da
mənim xoşuma gələcək. Bu məsələ ilə bağlı sizin nöqteyi-nəzərinizi bilmək
mənim üçün çox faydalı və xoş idi. Gələn dəfə bizim tərəflərə yolunuz düşəndə
siz mütləq mənə baş çəkməlisiniz və biz sizinlə bu problemin bütün aspektlərini
diqqətlə müzakirə edərik.
Uzaqdan sizin əlinizi bərk-bərk sıxıram və səmimiyyətlə...”
Sizə bu şəkildə münasibət göstərən adama nə deyə bilərsiniz? Beləliklə, biz
haqlı olanda gəlin adamları öz nöqteyi-nəzərimizə yumşaq və ədəb-ərkanla
çəkməyə çalışaq. Biz səhv edəndə isə – bu, kifayət qədər tez-tez baş verəcək,
bircə əgər özümüz özümüzün qarşısında vicdanlıyıqsa – gəlin tez və
səmimiyyətlə öz səhvlərimizi etiraf edək. Bu cür praktika yalnız möcüzəli
nəticələr verməyəcək, həm də istənilən vəziyyətdə özünüz üçün şəxsi nöqteyi-
nəzərinizi müdafiə etmək cəhdləri ilə müqayisədə – istəyirsiniz inanın,
istəyirsiniz yox – yüz qat artıq cəlbedici olacaqsınız.
Köhnə məsəli xatırlayın: “Dalaşmaqla çox şey əldə etməzsən, güzəştə
getməklə isə gözlədiyindən çox şey alarsan”.
Bu nöqteyi-nəzərdən 3-cü qaydanı yadda saxlamaq çox ağıllı tədbir olardı ki,
burada deyilir:
Əgər siz haqlı deyilsinizsə, bunu dərhal və səmimi-qəlbdən etiraf edin.
Dördüncü fəsil
İnsanın dərrakəsinə doğru
ən düzgün yol
Əgər siz əsəbi vəziyyətdə olaraq bir-iki yağlı ifadə işlədərsinizsə, bununla
ürəyinizi boşaldaraq yüngüllük tapmış olarsınız. Bəs sizin həmsöhbətinizin halı
necə olacaq? Ləzzəti o da sizinlə bölüşəcəkdirmi? Döyüşkən tonunuz və
düşməncəsinə münasibətiniz şəraitində sizinlə razılaşmaq ona daha asan
olacaqdırmı? “Əgər siz mənim yanıma düyünlənmiş yumruqlarla gəlsəniz, –
demişdi Vudro Vilson, – mən düşünürəm ki, mənim yumruqlarım da sizinkilər
kimi bərk düyünlənəcəkdir, lakin siz mənim yanıma gələrsinizsə və deyərsinizsə
ki, “Gəlin əyləşək və danışaq, baxışlarımız haçalananda isə nə üçün haçalandığını
və haçalanmanın nədən ibarət olduğunu başa düşək”, onda biz tezliklə aşkar
edəcəyik ki, bir-birimizdən elə də uzaq deyilik, aşkar edəcəyik. Bizim
fikirlərimizin üst-üstə düşdüyü bəndlər daha çoxdur və işdir, razılığa gəlmək
üçün bizim səbrimiz, səmimiliyimiz, istəyimiz bəs edərsə, onda biz razılığa gələ-
cəyik”.
Bu sözlərin nə qədər doğru olduğunu Con D.Rokfeller-oğuldan yaxşı heç kəs
bilmir. 1915-ci ildə Rokfeller Koloradoda ən çox nifrət olunan adam idi. Amerika
sənayesinin tarixində ən qanlı tətillərdən biri iki dəhşətli il ərzində ştatı lərzəyə
gətirmişdi. Qəzəblənmiş, döyüşkən ruhda olan şaxtaçılar Kolorado yanacaq və
downloaded from KitabYurdu.org