Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə45/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   41   42   43   44   45   46   47   48   ...   175

151

rini axtarırıq və hamının baxışları lazımi istiqamətə yönəlməklə, bilaixtiyar bir nöqtəyə cəmləndi; biz də

oraya baxdıq və monastırın ortasındakı səkkizguşəli quyuya açılan hündür pəncərələrin birinin altında

boş masa gördük.

Soyuq noyabr günü olmasına baxmayaraq, yazı zalında ilıq hava vardı. Yazı zalının kifayət qədər istilik

qalxan mətbəxin istündə yerləşməsi təsadüfi deyildi; xüsusən də mətbəxdəki iki sobanın bacaları qərb və

cənub qüllələrinin içindəki iki dolama pilləkənə dayaq verən sütunun içindən keçdiyi üçün. Böyük zalın

əks tərəfindəki şimal qülləsinə gəlincə, burada pilləkən əlmasa da, yaxşıca qızdırılmış və ətrafına xoş bir

istilik yayan böyük bir buxarı vardı. Bundan başqa, yerə bolluca saman döşənmişdi: bu, həm

ayaqlarımızı qızdırır, həm də hərəkət edərkən ayaq səslərimizi boğurdu. Deyilənlərdən aydın olur ki, ən

ız qızdırılan yer zalın şərq tərəfi idi, doğrudan da, zaldakı masaların sayı çalışan rahiblərin sayından çox

olduğundan, rahiblərin sərq tərəfdəki masalarda oturmaqdan qaçdığını gördüm. Daha sonra şərq

qülləsindəki pilləkənin həm aşağıya - mətbəxə enən, həm də yuxarıya - kitabxanaya qalxan yeganə

pilləkən olduğunu görüncə, düşündüm: zalın belə qeyri-bərabər qızdırılması rahibləri həmişə bu

pilləkəndən uzaq tutmaq, buraya maraq göstərməkdən yayındırmaq və kitabxanaçının kitabxanaya

girişini daha asanlıqla nəzarətdə saxlamaq məqsədi ilə, incə bir ustalıqla hesablanmaıuışdırmı? Bəlkə də

bir meymun kimi ustadımı yamsılamaq istədiyim üçün şübhələrimdə ifrata varırdım, zira dərhal özüm

özümə etiraz edib, bu hesabın yayda işə yaramayacağını düşündüm, amma yenə də öz-özümə dedim:

yayda məhz bu tərəfə günəş işığı daha çox düşür və deməli, yenə də hamı buradan uzaqda oturmağa

çalışacaqdır.

Mərhum Vcnansionun masası buxarının qarşısında yerləşirdi və ən rahat yerlərdən biriydi. Mən o

dövrdə ömrümün çox az hissəsini yazı zalında keçirmişdim, amma sonralar həyatımın çox hissəsi orada

keçdi; bu səbəbdən uzun qış günlərində, barmaqlar qələm tutmaqdan key imiş, baş barmaqsa əzilmiş

kimi sı-



152

zıldadığı zaman (normal temperaturda belə, altı saat yazı yazdıqdan sonra əksər adamların barmaqları

“rahib qıcolması” ilə keyiyərək ağrı verir) masa arxasında oturmağın yazıçılara, başlıq yazanlara və

araşdırmaçılara necə cismani ağrılar çəkdirdiyini bilirəm. Bu səbəbdən də, müxtəlif əlyazmaların kənarla-

rında, dözülməz ağrının və səbirsizliyin əlamətləri kimi mirzələr tərəfindən yazılmış belə ifadələrə tez-tez

rast gəlinir: “Şükür olsun sənə, Tanrım, tezliklə hava qaralacaq” və ya “Ah, bir parç şərab olsa!” Yaxud

“Bu gün hava soyuq, heç nə görünmür, perqamcnt kələ-kötür, yazı bilinmir”. Köhnə bir məsəldə deyilir:

qələmi üç barmaq tutur, bütün bədənsə çalışır. Həm çalışır, həm yorulur, həm də ağrıyır.

Amma mən Venansionun masası haqqında danışırdım. Səkkizguşəli quyunun pəncərələri altına

düzülmüş, araşdırmaçılara aynlan o biri masalar kimi bu da kiçik bir masaydı. Eşiyə baxan pəncərələr

boyunca sıralanmış, miniatürçülərə və kitab üzü köçürənlərə aynlan masalar isə daha böyük idi. Amma

Venansionun da masasının üstündə kitab rəhləsi vardı - ehtimal ki, üzü köçürülmək üçün monastırın aldığı

hansı  əlyazmasındansa istifadə edirmiş. Masanın altındakı alçaq rəfin üstünə cildlənməmiş vərəqlər

tökülmüşdü, hamısı da latınca yazıldığından, bunlar Venansionun son tərcümələri olmalıydı. Xətt aydın

deyildi, vərəqlər kitaba yerləşməzdi. Görünür, bunlar üzköçürənlərə, ya da miniatürçülərə veriləcəkdi.

Onları oxumaq çox çətin idi. Burada bir neçə yunanca kitab da vardı. Daha bir yunanca kitab açıq halda

rəhlənin üstünə qoyulmuşdu. Son günlər Venansio bu əsərin tərcüməsi üstündə çalışırdı. O dövrdə mən

hələ yunan dilini bilmirdim, lakin ustadım dedi ki, bu kitab eşşəyə çevrilmiş kişi haqqında hekayədir və

Lukian adlı bir yazıçı tərəfindən qələmə alınmışdır. Mən Apuleyin yazdığı və rahibliyə hazırlaşanların

oxuması qəti qadağan edilmiş oxşar bir hekayəni xatırladım.

“Venansio belə bir kitabı nə üçün tərcümə edirdi?” - Vilhelm bizə yaxınlaşan Berenqardan soruşdu.

“Tərcümə Milanlı senyor tərəfindən monastıra sifariş edildi; əvəzində monastır şərqdəki bəzi

bağlardan şərab istehsal etmək



153

hüququ qazanacaqdır”. - Bercnqar əli ilə uzağı göstərdi. Lakin dərhal davam etdi, - “düşünməyin ki,

monastırımız ticarətlə məşğuldur. Amma bu dəyərli kitabı Bizans imperatorundan almış Venesiya

dojunun külliyyatından götürən sifarişçi bizə kitabın üzünü çıxarmaq hüququnu da verib, buna görə də

tərcümənin bir surəti kitabxanamızda qalacaqdır”.

“Deməli, kitabxananızda bütpərəstlərin əsərlərinə də yer var?” - Vilhelm soruşdu.

“Kitabxana həm həqiqətlərə, həm də yalanlara qucaq açır”, - çiynimizin arxasından səs eşidildi. Bu

Xorxe idi. Onun gözlənilməz gəlişindən yenə heyrətləndim (sonrakı günlər daha tez- tez

heyrətlənəcəkdim). Qoca yerin altından çıxırdı sanki, biz onu yox, o bizi görürmüş kimi. Çiyinlərimi

çəkdim - kor adamın yazı zalında nə işi vardı? - lakin tezliklə  əmin oldum ki, Xorxe harada aş, orada

başdır, o, abbadığın hər yerində anlaşılmaz şəkildə peyda olur. Yazı zalında da kifayət qədər çox zaman

keçirərdi; sobanın yanında oturub, sanki zalda baş verən hər şeyə nəzarət edirdi. Bir dəfə mən kitabxanada

olanda bərkdən qışqırdı: “Kim gəlir?” - və döndü. Mən heç bir səs eşitməmişdim, amma bir azdan,

doğrudan da, ayaq səsləri qalın samanlığın içində eşidilməz olan Malaxia içəriyə girdi. Rahiblər Xorxeyə

dərin hörmət duyurdular; ilahiyyata dair qaranlıq məsələləri onunla müzakirə edir və hansısa heyvan,

yaxud övliyanın rəsmdə necə təsvir olunmasını onunla məsləhətləşirdilər. O isə işığı sönmüş gözlərini

boşluğa dikir, yaddaşında canlı qalmış səhifələri vərəqləyirmiş kimi, saxta peyğəmbərlərin yepiskoplar

kimi geyinməli olduğunu, ancaq onların ağzından qurbağalar çıxdığını söyləyir ya da səmavi Yerusəlimin

divarlarının hansı daşlarla bəzədildiyini, yaxud arimaspların' xəritədə keşiş  İohannın torpaqlarının

yaxınlığında göstərilməli olduğunu deyirdi. Bu zaman təsvir ediləcək əcaibliklərin çox da cəlbedici

olmamasını və tanınacaq rəmz şəklində göstərilməsinin yetərli

88

88



Arimasplar - təkgözlü mifik skif xalqı (Herodota, Pomponi Meleyə, Avl Helliyə görə)


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə