mərasiminə rast gəlmişdik. Camaat ilk dəfə onlara övliyalar kimi baxırdı, sonra isə onların kafir
olduqlarını pıçıldamağa başladılar. Amma hər dəfə eyni adamlardan söhbət gedirdi. Onlar
yalnız ayıb yerlərini örtərək - görünür, hər cür utanc hissinə qalib gəlmişdilər - şəhərin küçələrindən
keçirdilər. Hər birinin əlində xam dəridən qamçı vardı və qan çıxanadək öz çiyinlərinə vururdular;
Xilaskarın əzablarını gözləri ilə görmüş kimi bolca göz yaşı axıdıb, ağılar söyləyərək Məsihdən mərhəmət
və Məryəm Anadan yardım diləyirdilər. Yalnız gündüzlər deyil, gecələr də əllərində şam, hətta qışın
şaxtasında da çılpaq halda bir yerə toplaşaraq kilsələri gəzir, əllərində bayraqlar və şamlar tutmuş
yepiskopların ardınca mehrabların önündə yerə sərilirdilər. Yalnız aşağı təbəqədən olan sadə insanlar
deyil, əsilzadə qadınlar və tacirlər də... Onların fədakar etirafçılar və tövbəkarlıq mücahidləri olduqlarını
anladım: oğurluq edənlər götürdükləri şeyləri geri qaytarırdılar, günahkarlar tövbə edirdilər...
Lakin Vilhelm onlara laqeydcə baxıb dedi ki, bu, həqiqi tövbəkarlıq deyildir. Və bunu sübh çağı dediyi
sözlərlə izah etdi: böyük tövbəkarlıq və təmizlənmək dövrü sona çatdı, gördüklərimiz isə kütlənin
ehtirasını müəyyən bir çərçivəyə salmaq üçün bizlərin etdiyi cəhdlərdir; doğrudan da, küfr olan və hər
kəsə qorxu aşılayan başqa bir tövbəkarlıq istəyinə düşməsinlər. Lakin bu iki tövbəkarlıq arasındakı fərqi,
əgər vardısa da, görə bilmədim. Zənnimcə, fərq bunların davranışları ilə deyil, müqəddəs kilsənin bu və
ya digər davranışlara hansı nöqteyi-nəzərlə : axması ilə müəyyənləşirdi.
Ubertino ilə mübahisəmizi dönə-dönə xatırlayırdım. Vilhelm onun mistik olsa da, həqiqi inancı ilə
bidətçilərin pozğun inancları arasında fərqin, demək olar ki, olmadığını söyləməklə insafsızlıq edirdi.
Əlbəttə ki, Ubertino bundan bərk incimişdi; fərqi görə bilən hər kəs onun yerində olsaydı, özünü təhqir
edilmiş sayardı. Belə nəticəyə gəldim ki, Ubertino küfrlə iman arasındakı fərqi məhz görə bildiyi üçün
bidətçilərdən fərqlənir. Vilhelm isə, yəqin, bu fərqi görə bilməyi unutduğu üçün inkvizitor vəzifəsindən
ayrılmışdı. Məhz buna görə o, mənə sirli rahib
146
Dolçino haqqında danışa bilmədi. “Amma belədirsə, - öz-özümə dedim, - deməli, Vilhelm Tannnın
mərhəməti və hikmətindən məhrum olmuşdur, zira bu hikmət nəinki şərlə xeyir arasındakı fərqi anlamağı
öyrədir, hətta mühakimə etmək bacarığı da bəxş edir”. Ubertino və Montefalklı Klara (ətrafı günahkarlarla
dolu olsa da) məhz ayırd edə bildikləri üçün övliya olaraq qalmışdılar. Müqəddəslik - elə bu qabiliyyətə
malik olmaqdır.
Lakin Tanrı Vilhelmi nə üçün bu qabiliyyətdən məhrum etmişdi? Axı onun çox iti zəkası vardı və
təbiət hadisələrinə aid olan hər bir şeydə ən xırda fərqi, ən kiçik oxşarlığı ayırd edə bilirdi...
İçəriyə daha bir rahib girəndə mən bu düşüncələrə qərq olmuşdum, Vilhelm isə sakitcə südünü içirdi.
O salamlaşdı: dünən yazı zalında gördüyümüz, üzündə daim eyni bir ifadə olan İskəndəriyyəli Aymaro
idi. O, sanki insan nəslinin fani olmasından təəccüblənə bilmirdi, üzündə bu kosmik fəlakətə laqeydlik
ifadəsi vardı.
“Hə, Vilhelm qardaş, bizim dəlixanaya alışa bildinizmi?”
“Zənn edirdim ki, bura məziyyət və elm baxımından ən dəyərli insanların məskənidir”, - Vilhelm
təmkinlə cavab verdi.
“Əvvəllər belə idi. Həm abbatlar abbat idi, həm də kitabxanaçılar kitabxanaçı. İndi isə...Siz özünüz də
gördünüz, - o, barmağı ilə yuxarı mərtəbəni göstərdi. - Gözləri korun gözlərinə oxşayan yarıölü alman
gözləri ölü gözlərinə bənzəyən kor ispana can-başla qulaq asır; sanki Dəccal hər an gələ bilər. Qədim
perqamentləri qazıyaraq pozurlar, yeniləri nədənsə buraya gəlib çıxmır. Biz burada oturmuşuq, əsl həyatsa
aşağıda, şəhərlərdədir. Bir zamanlar dünya monastırlarımızdan idarə olunurdu. İndi isə baxın, imperatora
dostları ilə düşmənlərini burada görüşdürmək daha sərfəlidir. Missiyanızla bağlı bəzi şeylər bizə
məlumdur, rahiblər daim boşboğazlıqla məşğuldur, başqa işləri yoxdur... Amma ölkədəki vəziyyətə hakim
olmaq üçün imperator monastırları vecinə də almır, şəhərlərdə qalır. Biz burada dən üyüdürük, quşları
yemləyirik. Şəhərlərdə isə qumaşı maral
dərisinə dəyişirlər, maral dərisini ədviyyat dolu çuvallarla dəyiş-düyüş edirlər, sonra da hamısını yaxşı
pullara satırlar. Biz r.ımizi qoruyuruq, onlar isə sərvət üstünə sərvət yığırlar. Kitablar da eləcə. Onların
kitabları bizimkilərdən daha gözəldir”
Əlbəttə, dünya daim yenilənir. Amma burada abbatın gülsün nədir?”
Q günahkardır. Kitabxananı əcnəbilərin əlinə verdi, bütün m: rastın isə kitabxanam qorumaq üçün bir
qalaya çevirdi. Müqəddəs Benediktin rahibləri bu italyan yüksəkliklərində bütün italyanlara dayaq
olmalıdır, italyanlar ölkələrinin taleyini özləri həll etməlidirlər. Bunun əvəzinə... indi hətta papadan
məhrum olan italyan şəhərləri nə ilə yaşayır? Ticarətlə məşğul olurlar, zənginləşirlər. Onlar fransız
kralından da zəngindirlər. Deməli, biz də onlardan nümunə götürməliyik. Nəyi bacarırıq? Kitablarımı?
Eləsə, kitablarla məşğul olmaq və onları dünyanın bütün universitetlərinə göndərmək lazımdır. Və
vadilərdə nələr baş verdiyini öyrənmək lazımdır... Vəzifənizə olan bütün hörmətimə rəğmən, Vilhelm
qardaş, mən imperatoru nəzərdə tutmuram. Amma boloniyalıların və florensiyalıların nə ilə məşğul
olduqlarını öyrənmək lazımdır. İtaliyadan Provansa gedib-gələn zəvvarlarla tüccarların yoluna buradan
nəzarət edə bilərik. Kitabına sadə xalq dilində yazılmış ədəbiyyatla da məşğul olmalıdır, latınca
yazılmayan yeni kitablara da diqqət yetirilməlidir... Bunun əvəzində isə bir ovuc əcnəbi bizimlə istədiyi
kimi davranır və kitabxananı qədim qaydalarla idarə edir, sanki Klyunidə baş rahib hələ də mehriban
Odiyondur...”
“Amma abbat italyandır axı”, - Vilhelm dedi.
“Abbatın heç bir əhəmiyyəti yoxdur, - Aymaro vərdiş etdiyi təbəssümlə dedi. - Onun başı kitab
rəfləridir. Böcəklərin gəmirdiyi kitab rəfləri. Papanın acığına abbatlığı yarıqardaşlarla doldurub...
Möhtərəm Vilhelm, sizin müqəddəs ordeninizi təhqir edən dönüklərdən bəhs edirəm... İmperatora
yarınmaq üçün isə şimal ölkələrinin hamısından buraya rahiblər çağırır, sanki özümüzdə gözəl mirzələr,
yunan və ərəb dillərini bilənlər yox-
Dostları ilə paylaş: |