Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə51/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   47   48   49   50   51   52   53   54   ...   175

170

“Hə, əlbəttə, - Vilhelm ehtiramla cavab verdi. - Zati-aliləri Tanrımızın məhz bu şəkildə mədh

edilməsinin gərəkli olduğuna inanırlarsa, zənnimcə, monastırınız bu baxımdan uca zirvələrə çatmışdır”.

“Belə də olmalıdır, - abbat dedi. - Əgər Süleymanın məbədində Tanrının iradəsi və peyğəmbərlərin

buyruğu ilə keçilərin, qoyunların və danaların qanını yığmaq üçün qızıl qablar, ikiqulplu küplər və qızıl

suyuna çəkilmiş piyalələr istifadə edilirdisə, Məsihin qanını toplamaq üçün daha çox qızıl və daha qiymətli

daşlarla bəzədilmiş qablar, insanların bu günə qədər düzəltdiyi ən dəyərli nə varsa, böyük ehtiramla və

əskilməz inancla istifadə edilməlidir! Əgər ikinci dəfə dünyaya gəldikdə mələklər və qılmanlar kimi

doğulsaq da, belə ağlasığmaz qurban üçün nə etsək azdır”.

“Həqiqətən”, - dedim.

“Bəziləri buna etiraz edib deyirlər ki, müqəddəs ayinlər üçün yalnız ilhamlı ruh, pak qəlb və həqiqi

iman zəruridir. İbadətin təməlinin bunlar olduğunu ilk dəfə açıq şəkildə deyən biz ol-




171

madıqmı? Amma bununla birlikdə, biz əminik ki, Tanrını mədh etmək üçün müqəddəs əşyaların zahiri

gözəlliyə malik olması da zəruridir; çünki, Xilaskarımızın qayğısına cavab olaraq bütünlüklə, hər şeyi tam

şəkildə görməyimizin qayğısına qalanı mədh edərək tam və istisnasız xidmət etməyimiz çox düzgün və

ədalətlidir”.

“Ordeninizin öndərləri daim bu mövqedə olmuşlar, - Vilhelm başını tərpədərək dedi. - Böyük və

möhtərəm abbat Suqeri tərəfindən kilsələrin zahirən zinətləndirilməsinə aid verilmiş gözəl məsləhətləri

xatırlayıram”.

“Tamamilə doğrudur, - abbat razılaşdı. - Bir baxın, bu xaça. Hələ tam düzəldilməyib... - deyə böyük

bir ixlaskarlıqla xaçı əlinə aldı və onu heyranlıqdan nurlanmış üzünə yaxınlaşdırdı. - Burada bir neçə inci

çatışmır, çünki buna uyğun ölçüdə inci tapa bilmədim. Müqəddəs Andrey üzünü Qolqof xaçına tərəf

tutaraq demişdi ki, bu xaç İsanın inci kimi olan cisminin qalıqları ilə, zinətləndirilmişdir. Məhz buna görə

indi o möhtəşəm təchizatın bu miskin bənzəri məhz incilərlə bəzədilməlidir. Amma buraya, Xilaskarın

düz başının üstündəki yerə, inanıram ki, indiyədək sizin rast gəlmədiyiniz bir gözəllikdə almaz əlavə

etməyi lazım bildim”. Və uzun, bəyaz barmaqları ilə xaç taxtasının ən dəyərli yerlərini nəvazişlə oxşadı -

“xaç fil sümüyünün” demək daha doğru olardı, çünki xaçın qolları bu bahalı xammaldan hazırlanmışdı.

“Bu Tanrı evinin sonsuz gözəllikləri ilə ruhumu oxşadığım zaman rəngbərəng dəyərli daşlar tilsimləyir

məni, dünyadan, zahiri qayğılardan qoparır və elə dərin fikir dəryasına qərq oluram ki, cismi olanı ruhun

mərtəbəsinə ucaltmaqla, müqəddəs məziyyətlərin müxtəlifliyi haqqında düşünürəm - bu zaman, necə

deyərlər, özümü kainatın qəribə bir bölgəsində, dünyanın murdarlığından uzaq, amma göy üzünün pak-

lığına da ucalmayan bir yerdə hiss edirəm. Və mənə elə gəlir ki, Tanrının lütf etdiyi mühakimələr yolu ilə

sanki bu bəşəri və alçaq dünyadan o uca aləmə keçirəm”.

O, üzünü nefə tərəf çevirərək danışırdı. İlahi bərəkətlə yuxarıdan tökülən işıq seli üzünü və ilahi vəcdin

gətirdiyi ruh yüksəkliyi ilə xaç şəklində açdığı əllərini nura qərq etmişdi. “Bütün məxluqat, - dedi, - həm

gözlə görünənlər, həm də görünməz olanlar, hər cür işığı yaradanın varlığa çevirdiyi bir işıqdır. Bu fil

sümüyü, bu əqiq, hətta ətrafımızdakı bu daş qüllələr də işıqdır; çünki onların nə qədər gözəl və qəşəng

olduqlarını duyur və hiss edirəm; zira onlar öz nisbət qaydalarına tabedirlər və bununla da cins və növləri

baxımından başqa cinslərdən və növlərdən fərqlənirlər; onların hər biri buyrulan saydan və quruluşdan

kənara çıxmaz və hər biri özünə uyğun yerdə bərqərar olar. Baxdığım əşyalar öz təbiətlərinə görə nə qədər

dəyərlidirsə, onları bir o qədər yaxşı dərk edirəm və bu zaman ilahi ziya daha aydın işıq saçır; zira öz

bütünlüyünə görə əlçatmaz olan ilahi səbəbin möhtəşəmliyini dərk etmək mənə nəsib olacaqsa, peyin, ya

da bir böcək bu müqəddəs səbəbi üzə çıxara bilirsə, almaz və qızıl kimi möcüzəvi nəticələr mənə bu səbəbi

daha aydın aşkar edəcəkdir! Beləcə, bu qiymətli daşlar vasitəsi ilə  ən uca niyyətləri dərk edən zaman

dünyanın fanilikləri üzündən, ya da zənginlik istəyindən deyil, səbəbi olmayan ilk səbəbə pak aşiqli-

yimdən ötrü heyrətlənmiş ruhum göz yaşı tökür”.

“Həqiqətən sizin sözləriniz - ilahiyyatın ən gözəl ifadələrindəndir”, - Vilhelm mülayim səslə dedi.




172

Mənsə onun, bəlağət ustadlarının ironia adlandırdıqları düşüncə tərzindən istifadə etmək istədiyini

anladım. Lakin buna düzgün əməl etmək üçün uyğun promıntiatio' seçilməsi də zəruridir, amma Vilhelm

heç zaman buna riayət etmirdi. Ona görə də düşüncə tərzlərindən daha çox, söz sənətinin növlərinə vərdiş

etmiş abbat Vilhelmin niyyətini anlamadı və onun sözlərini hərfi mənada qəbul edib, eyni mistik

coşqunluqla cavab verdi: “Bəli, bəli, ağlasığmaz ilahiliyə aparan ən qısa yol budur. Bizim zənginliyimiz

- Tanrının cisimlərdə təcəssümüdür”.

Vilhelm nəzakətlə öskürdü və “...eee... ehmm...” deyə boğazını arıtladı. O, söhbətin mövzusunu

dəyişmək istəyəndə həmişə belə edərdi. Sanki bitkin bir fikri ifadə etmək üçün çox çətinlik

94

94



 İntonasiya (latınca)


173

çəkdiyindən - bu, düşünürəm ki, onun ölkəsinin insanlarına aid olan xüsusiyyət idi - söhbətə başlayanda

uzun-uzadı ah-oh çəkməyə, “hm” deməyə vərdiş etmək sayəsində söhbətin mövzusunu dəyişməyi həmişə

asanlıqla bacarardı. Eyni zamanda, Vilhelm sözə başlamazdan əvvəl, nə qədər çox ah-oh çəksəydi, “hm”

deyə boğazını arıtlasaydı, bir o qədər söyləyəcəyi nitqi bütün təfərrüatı ilə götür-qoy etdiyini yaxşı

bilirdim.

Beləcə, Vilhelm mızıldandı: “E-e..m-m... biz gələcək toplantıdan... yoxsulluq haqqında müzakirədən

danışmaq istəyirdik...”

“Yoxsulluq? - Abbat, zənginlik haqqında danışarkən qalxdığı zirvədən çətinliklə enirmiş kimi dalğın

halda soruşdu. - Hə, toplantı...”

Sonra qismən bildiyim, qismən də onların söhbətindən öyrəndiyim məsələlərin diqqətlə müzakirəsinə

başladılar. Söhbət, hadisələri olduğu kimi anladan hekayəmin əvvəlində bəhs edilən, ikili çəkişmələrdən

- bir tərəfdən imperatorun papa ilə, digər tərəfdən papanın Peruca Ruhani Məclisində, illər sonra olsa da,

spiritualların Məsihin yoxsulluğu haqqındakı müddəalarını qəbul etmiş fransiskanlarla mübarizəsindən

gedirdi. Həmçinin fransiskanların imperatorluqla birləşdikdən sonra yaranmış mürəkkəb vəziyyətdən bəhs

edilirdi. Yeri gəlmişkən, qarşılıqlı çəkişmələrin və yaxınlaşmaların nəticəsində yaranmış üçbucaq, son

zamanlar Müqəddəs Benedikt ordeninə bağlı rahiblərin mənə hələ də qaranlıq görünən müdaxiləsi ilə

dördbucağa çevrilmişdi. Düzünü desəm, mən heç zaman aydınlaşdıra bilmədim ki, benediktçi rahiblər

fransiskan-spiritullara hələ onların bəzi fikirlərini qəbul etməzdən əvvəl nə üçün sığınacaq vermiş və

kömək göstərmişdir. O dövrdə spirituallar hər cür dünya malından imtina etməyi təbliğ edirdilərsə, mənim

ordenimin abbatları da - elə bu gün öz təsdiqini tapmış olan - məziyyətcə az olmasa da, tamamilə əks bir

yol tutmuşdular. Zənnimcə, abbatlar papanın hədsiz qüdrətə sahib olmasının yepiskopları və şəhərləri də

hədsiz dərəcədə gücləndirəcəyini düşünürdülər. Amma mənim ordenim on illərlə dünyəvi ruhanilər və

şəhər tacirləri ilə fasiləsiz mübarizə aparmaqla, göy üzü ilə yer




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə