197
“Şüşələr onun nəyinə lazımdır?”
“Çünki bu sirli kağız barəsində danışdıqlarımızı eşitmişdi! O, bu kağızın əhəmiyyətli olduğunu bilir.
Şüşələrsiz onu oxuya bilməyəcəyimi düşünmüşdür. Həm də kağızı başqalarına göstərməyəcəyimə də
əmindir. İndi heç bir fərqi yoxdur - kağız məndədir, ya yox”.
“Amma eynəkləriniz haqqında haradan bilirdi?”
“Birincisi, onların haqqında mən özüm şüşə ustasına danışmışdım. İkincisi isə, bu gün səhər yazı
zalında Venansionun kağızlarına baxmaq üçün onları taxmışdım. Deməli, artıq çox adam bilir ki, bu cihaz
mənə oxumaq üçün lazımdır. Doğrudan da, adi əlyazmasını bəlkə də onlarsız hələ oxuya bilərəm, amma
bunu yox, - deyə o, sirli perqamenti yenidən açdı, - çox kiçik yunan hərfləri ilə yazılmışdır, yuxarı hissəsi
isə, ümumiyyətlə, anlaşılmazdır”.
O, vərəqi yenə də alova sarı tutdu və gizli işarələr - sanki sehrin gücü ilə - daha aydın görünməyə
başladı. “Venansio mühüm məlumatları gizlətmək istəmişdir və buna görə də görünməz, lakin isidildikdə
üzə çıxan mürəkkəblə yazmışdır. Bəlkə də limon şirəsidir... Təəssüf ki, onun hansı maddədən istifadə
etdiyini bilmirik. Yazılar yenidən yox ola bilər. Qulaq as. Sənin gözlərin daha itidir. Bu işarələrin üzünü
cəld köçür. Amma dəqiqliklə. Çalış ki, işarələr bir az da böyük olsun”. Onun tapşırığım yerinə yetirdim -
heç nə anlamadan işarələrin üzünü köçürdüm. Tilsimə oxşayan dörd-beş sətirlik yazı alındı. Qarşımızdakı
müəmma haqqında oxucuda təsəvvür yaratmaq üçün bir neçə ilk işarəni bura yazıram:
Mən yazıb qurtardıqdan sonra Vilhelm vərəqi gözlərindən bir az uzaqda tutdu ki, oxuya bilsin. “Bu,
məxfi əlifbadır. Yozmaq lazımdır, - dedi. - Yəqin ki, işarələr pis yazılmışdır, sənsə onu daha da korladın.
Lakin anlamaq olur ki, bunlar bürc işa-
rələridir. Bax, bu birinci sətirdə... deməli... - O, vərəqi bir az da kənarda tutub, gözlərini qıydı. - Hə...
Oxatan, Günəş, Merkuri, Əqrəb...”
“Bunlar nə deməkdir?”
“Əgər sadəlövh biri yazmışsa, ən geniş yayılan bürc əlifbasından istifadə etmiş olmalıdır: Günəş - A,
Yupiter - B... Bu zaman ilk sətir belə olardı... Yoxlayaq. Yaz... RAİQASVL... - O duruxub qaldı. - Yox,
bunun heç bir mənası yoxdur. Həm də Venansio o qədər də sadəlövh deyildi. O, yeni bir açar yaradaraq,
buna uyğun olaraq hərflərin yerini dəyişmişdir. Biz bu açarı tapacağıq”.
“Axı necə?” - heyranlıqla soruşdum.
“Ərəb üsulunun köməyi ilə. Kriptoqrafıya
97
üzrə ən gözəl əsərlər kafirlərin qələmindən çıxıb.
Oksfordda bir neçəsini oxumuşam... Biliklərə yiyələnməyin yolunun dilləri öyrənməkdən keçdiyini deyən
Bekon min dəfə haqlı idi. Əbu Bəkr Əhməd bin Əli bin Vaşiyyə ən-Nəbatinin yüz illər öncə yazdığı
“Mömin müsəlmanın qədim yazıların sirrini açmağa duyduğu coşqun istək haqqında” adlı kitabda
cadugərlikdə zəruri olduğu qədər ordular, yaxud şahlar və onların elçiləri arasında xəbərləşmədə də
faydalı olan gizli əlifbaları necə tərtib və ayırd etmək haqqında çoxlu tövsiyələr vardır. Bu barədə ərəblərin
başqa kitablarında da ağıllı məsləhətlərə rast gəlmişəm. Məsələn, bir hərfi başqa hərflə dəyişmək, sözü
tərsinə yazmaq, sözün iki hərfini saxlamaqla qalanlarını tərsinə yazmaq. Bundan başqa, hərflərin yerinə
başqa işarələr də, məsələn, bürc işarələri də qoyula bilər. Bu zaman əvvəlcə əlifbanın hərfləri, sonra isə
məxfi əlifbanın hərfləri rəqəmlərlə işarələnir, daha sonra uyğun gələn rəqəmlər tutuşdurulur...”
“Venansionun hansı üsuldan istifadə etdiyini isə bilmirik...”
“Hamısını yoxlamaq lazımdır... Başqalarını da... Gizli məktubun şifrəsini tapmaq üçün, ilk növbədə,
burada nə yazıldığını təxmin etmək lazımdır”.
“Amma bundan sonra şifroni tapmağa lüzum yoxdur ki!” - gülərək dedim.
“Elə demə. İlk sözlərin necə ola biləcəyini təsəvvür etmək lazımdır. Sonra isə bunlardan çıxardığın
97
kriptoqrafıya - gizli yazılar, şifrlər haqqında elm
198
qaydanın mətnin geridə qalan hissəsinə uyğun gəlib-gəlmədiyini yoxlamalısan. Məsələn... bu yazıda,
Afrikanın sərhədinə gedən yolun göstərilməsi şübhəsizdir. Demək olar ki, buna əminəm. Ahəngliyin sa-
yəsində... İlk üç kəlməni özün tapmağa çalış. Hərflərə baxma, onların sayına fikir ver... IIIIIIII IIIII
IIIIIII... Bu sözləri iki-üç hərfdən ibarət hecalara bölək. Nə alınacaq? Ta-ta-ta, ta-ta, ta-ta- ta... Ağlına bir
şey gəlmədimi?”
“Yox... heç nə...”
“Amma mənim ağlıma Secretum finiş africae' gəlir...Baxaq. Axırıncı kəlmədə birinci və altıncı hərflər
eyni olmalıdır. Doğrudan da, belədir: hər ikisi Yer üzünün işarəsidir. Birinci sözün ilk hərfi - S - ikinci
sözün son hərfi ilə eyni olmalıdır... Gözəl. Bu da uyğun gəlir. Qız bürcünün işarəsi. Deyəsən, biz düzgün
yoldayıq. Fəqət bu, təsadüflər zənciri də ola bilər. Qanunauyğunluğu axtarmaq lazımdır”.
“Harada axtaraq?”
“Beynimizdə. Düşünüb tapmalı, sonra da yoxlamalıyıq. Amma bunun üçün günlər lazımdır. Amma
uzun sürməz. Çünki elə bir gizli dil yoxdur ki, səbr və bacarığın qarşısında dayana bilsin, bunu unutma.
Lakin indi vaxtımız yoxdur. Kitabxanaya baxmalıyıq. Bundan başqa, göz şüşələrim olmadan yazının
ikinci hissəsini oxuya bilməyəcəyəm və əfsuslar olsun ki, sən də mənə kömək edə bilməzsən, zira sənin
fikrincə...”
“Ellinlilərin yazısını oxumaq olduqca çətindir...” - onun sözünü acizanə şəkildə tamamladım.
“Tamamilə doğrudur. Bax görürsən Bekon nə qədər haqlı imiş? Öyrən! Lakin ruhdan düşməyək.
Perqamenti və sənin yazılarını götürüb, kitabxanaya qalxaq. İndi şeytanın bölük-bölük orduları da
qarşımızı kəsə bilməz”.
98
98
Afrikanın sərhədinin sirri (latınca)
199