Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə61/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   57   58   59   60   61   62   63   64   ...   175

204

nimcə, bu çox düzgün və münasibdir. Burada qeyri-adi olan yalnız gips şüşələrdir. Çox ağıllıca düşünülüb.

Gündüzlər işığı yaxşı keçirir. Gecələr isə hər şeyi gizlədir, hətta ay işığını da içəri buraxmır. Məncə, çox

da böyük labirint deyil. Yeddiguşəli otağın qalan iki qapısının hara açıldığına baxmaq lazımdır.

Düşünürəm ki, istiqaməti asanlıqla tapacağıq”.

Ustadım səhv edirdi. Kitabxananı quranlar Vilhelmin düşündüyündən də hiyləgər çıxdılar. İşin nə

yerdə olduğunu necə izah edəcəyimi bilmirəm, amma qüllədən çıxdıqdan sonra irəliləmək getdikcə

çətinləşdi. İkiqapılı, bəzən də üçqapılı otaqlara rast gəlirdik. Bütün otaqların bir pəncərəsi vardı. Pəncərəsi

olan başqa otaqlardan çıxıb, Binanın mərkəzinə doğru irəlilədiyimizi düşünərək, girdiyimiz otaqların da

bir pəncərəsi vardı. Hər yerdə eyni dolablar və masalar, eyni cildli kitab rəfləri gördük. Bir otağı

başqasından fərqləndirmək üçün bizə heç nə kömək etmirdi. Yazıları oxumaqla yolumuzu tapmağa

çalışdıq. “İn diebus illis”' yazılmış otağa iki dəfə rast gəlincə, düşündük ki, az öncə çıxdığımız otaqdayıq.

Amma əvvəlki otaqda pəncərənin qarşısındakı qapı “Primogenitus mortuorum ”

104 105

 yazılmış qonşu

otağa açılırdı; burada isə elə həmin yerdə olan qapıdan “Apocalypsis İesu Christi” adlı başqa otağa keçid

vardı. Bu otağın adı yeddiguşəli zalın adıyla eyni olsa da, dördkünc idi. Belə nəticəyə gəldik ki, eyni

kəlmələr müxtəlif otaqlarda təkrarən yazılmışdır. “Apocalypsis” yazılmış, bir-birinə bitişik olan iki

otaqdan sonra “Cecidit de coelo stella magna”



106

 adlı başqa bir otaq gəlirdi.

Bu yazıların qaynağı aydın idi - Yuhənnanın İncili. Lakin onların nə məqsədlə yazıldığını, hansı

məntiqlə yerləşdirildiyini aydınlaşdıra bilmədik. Onlardan çox deyil, bir neçəsinin qara rənglə yox, qırmızı

rənglə yazıldığını görüncə, çaşqınlığımız daha da artdı.

104


Amma o günlərdə (latınca)

105


Ölülərdən ilk diriləni (latınca)

106


Göydən böyük bir ulduz düşdü (latınca)


205

Yenə gəlib yeddiguşəli ilk otağa çıxdıq (bu otağı asanlıqla tanıya bilirdik - burada yazı zalına enən

pilləkən vardı). Buradan, otaqları bir-birinin ardınca keçərək, sağa doğru getməyə çalışdıq. Lakin üç otağı

keçdikdən sonra dalana dirəndik. Buradan yalnız yan tərəfə keçid vardı. Yenə iki keçidli otağa rast gəldik,

bundan sonra ardıcıl olaraq dörd otaq və yenə dalan gördük. Geri dönüb əvvəlki otağa qayıtdıq. Bizə

məlum olmayan daha bir keçid vardı. Buradan girib, yeni bir otağı keçdikdən sonra təzədən yeddiguşəli

otağa gəlib çıxdıq.

“Buraya qayıdarkən, keçdiyimiz ən son otağın adı nə idi?” - deyə Vilhelm soruşdu.

Yaddaşımı qurdalayıb dedim: "Equus albus”

107

 .

“Gözəl. Tapa bilərikmi?”



Onu asanlıqla tapdıq. İndi “Equus albus” adlı otaqdan bayaq döndüyümüz tərəfə deyil, “Gratia vobis

et pax”

108

 yazılmış otağa girdik, buradan geriyə çıxışı olmayan yeni bir otağa keçdik. Və bayaq rast

gəldiyimiz “İn diebus illis” və “Primogenitus mortuorum” yazılarını buradakı otaqlarda da gördük (bu

otaqlar yeni idimi? yoxsa elə bayaq gördüyümüz otaqlardı?). Amma növbəti otağı ilk dəfə idi ki, görürdük:



“Tertia pars terrae conıbusta est ”

109

. Karıxıb qalmışdıq və olduğumuz yeri şərq qülləsinə nəzərən

müəyyənləşdirə bilmirdik.

Çırağı başımın üzərinə qaldırıb, yan otağa keçdim. Və birdən iyrənc gövdəsi kabus kimi yırğalanan

eybəcər bir varlıq qaranlıqdan çıxıb üstümə gəldi.

“İblis!” - deyə qışqırdım. Az qalmışdı ki, çırağı yerə salıb sındıram, özümsə ölü kimi ağarmış halda

Vilhelmin qucağına atıldım. O, çırağı əlimdən alıb, məni yüngülcə kənara itələdi və fikrimcə, fövqəladə

qətiyyətlə irəliyə doğru getdi. O da bu qorxunc varlığı görmüş olmalıydı, çünki diksinib geriyə çəkildi.

Sonra diqqətlə baxdı, çırağı qaldırıb yenidən irəli getdi. Və qəhqəhə ilə gülməyə başladı.

“Amma çox məharətlə düzəldilib! Güzgüdür bu!”

“Güzgüdür?”

“Hə, güzgüdür, mənim igid cəngavərim. Bir az əvvəl yazı zalında canlı düşmənin üstünə elə mərdliklə

atıldın ki! İndi öz kölgəndənmi qorxursan? Bu, əyri güzgüdür. Görüntünü böyüdərək və təhrif edərək

göstərir”.

Əlimdən tutub məni qapının qarşısındakı divarın yanına gətirdi. İndi yaxın məsafədən çıraqla

işıqlandırılan dalğalı və parlaq şüşə bizi çox eybəcər şəkildə  əks etdirirdi. Addım atınca, güzgüdəki

görüntülərimiz gah əyilir, gah büzüşüb-yığılır, gah da genişlənib-açılırdı.

“Optikaya aid kitablar oxumalısan, - Vilhelm razı-razı dedi, - heç olmasa, bu kitabxananı quranlara

məlum olan əsərləri bilməlisən. Ən yaxşılarım ərəblər yazmışlar. Əl-Hazanın qələmə aldığı “Gözlə

107

Ağ at (latınca)



108

Firavanlıq və sülh olsun sizə (latınca)

109

Yer üzünün üçdə biri yandı (latınca)




206

görünən vaqeələr haqqında” adlı əsərdə güzgülərin xassələri mükəmməl həndəsi düsturlarla izah edilir.

Bəzi güzgülər səthlərinin dəyişilməsi sayəsində ən kiçik əşyaları da böyüdə bilir (mənim göz şüşələrim

də oxşar xassəyə malikdir), bəzi güzgülər isə görüntüləri tərsinə çevrilmiş halda, oyri-üyrü göstərir. Hətta

biri iki göstərən, yaxud dörd göstərən güzgülər də var. Cırtdanı div kimi, divi də cırtdan kimi göstərən

güzgülərə də rast gəlinir”.

“Aman  Allah!  -  bərkdən  dedim.  -  Deməli,  kitabxanaya  girənləri  dəhşətə  salan  kabuslar  bundan

yaranır?”

“Ola bilər. Hər halda əla düşünülüb. - Vilhelm güzgünün üstündəki yazını oxudu: “Super thronos

viginti qııatuor”. - Biz artıq bu yazıya rast gəlmişik. Lakin həmin otaqda güzgü yox idi. Əksinə, bu otaqda

isə, pəncərə yoxdur, üstəlik, yeddigüşəli də deyil. Biz haradayıq? - O, ətrafa baxıb, dolaba yaxınlaşdı. -

Adso, bu qarabəxt oculi ad legendum



110

 olmadan kitabların iis-

110

 Qiraət üçün şüşələr (latınca)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə