Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə57/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   53   54   55   56   57   58   59   60   ...   175

1 9 0

“Min ilin tamam olmasından üç yüz il keçib, amma yırtıcı hələ gəlməyib”.

“Dəccal min il tamam olunca gəlməz. Min il tamam olur - möminlərin şahlığı başlayır. Sonra Dəccal

gəlib möminləri qovur, sonra da son döyüş olacaq...”

“Amma möminlər min il hökm edəcəklər, - Vilhelm dedi. - Ya onlar Məsihin ölümündən sonra min

il boyunca hökm etdilər, belə olduqda Dəccal artıq gəlməliydi. Ya da onların şahlığı hələ başlamayıb, və

deməli, Dəccalın gəlişinə hələ çox qalıb...” “Minillik Məsihin ölümündən deyil, Konstantinin bəxşişin-

dən hesablanır. Min il indi tamam olur...”

“Yəni indi möminlərin şahlığıdırmı?”

“Bilmirəm. Mən artıq heç nə bilmirəm. Yorulmuşam. Hesablamaq çox çətindir. Liebanlı Beat hər şeyi

hesablamışdır. Xorxedən soruş, o gəncdir, yaddaşı yaxşıdır... Lakin vaxt yetişdi. Yeddi surun səsini

eşitmədinmi?”

“Hansı yeddi surun?”

“Yoxsa birinci oğlanın necə öldüyünü eşitmədinmi? Miniatürçünü deyirəm. Birinci mələk ilk suru

çaldı və yerə qanla qarışıq od və dolu yağdı. İkinci mələk suru üflədi və dənizin üçdə biri qana döndü...

İkinci oğlan qan dənizində boğulmadımı? Üçüncü suru gözlə! Ölümə sular səbəb olacaq. Tanrı bizi cəza-

landırır. Monastırdan xaricdəki bütün dünyanı batil inanclar bürüdü; deyilənə görə Roma taxtında pozğun

bir papa oturub; müqədddəs çörəklə cadu edir, balıqlarını yemləyir... Bizim də içimizdən biri andı pozdu,

labirintin möhürünü qırdı...”

“Haradan bilirsiniz?”

“Bilirəm. Eşitmişəm. Hamı monastıra günahın girdiyini pıçıldayır. Paxla varmı səndə?”

Mənə verilən bu sualdan çox karıxdım. “Məndə paxla yoxdur...” - ürkəkcə dedim.

“Gələn dəfə paxla gətir mənə. Onları ağzımda saxlayıram. Görürsən, dişlərim yoxdur. Onları ağzımda

yumşalana qədər saxlayıram. Paxla tüpürcəyi qovur, aqua fons vitae'. Sabah mənə paxla gətirərsən?”

96

96

 Su - həyat mənbəyidir (latınca)




1 9 1

 “Sabah mütləq sizə paxla gətirərəm” - dedim. Amma qoca artıq mürgüləyirdi. Onun yanından

ayrılıb yeməkxanaya getdik.

“Onun dedikləri haqqında nə düşünürsünüz?” – ustadımdan soruşdum.

“O, yüz yaşlı qocaların müqəddəs ağılsızlığı içindədir. Onun sözlərində nəyin həqiqət, nəyinsə yanlış

olduğunu dərhal ayırd etmək çətindir. Amma düşünürəm ki, Binaya gedən yolu doğru göstərmişdir.

Dünən gecə Malaxianın haradan çıxdığını gördüm. O sovməədə, doğrudan da, üzərinə kəllə sümükləri

yapışdırılmış daş mehrab var. Gecə baxarıq”.




1 9 2

İKİNCİ GÜN

  A X Ş A M ,

Vilhelmh Adso Binaya girirlər; müəmmalı

casusla qarşılaşırlar; üzərində gizli hərflərlə tilsim yazılmış

kağız tapırlar və bir anlığa görünüb, qeyb olan

kitaba rast gəlirlər; qarşıdakı fəsillərdə bu kitabın axtarışı sürəcəkdir ;

xoşagəlməz hadisələrin sonunda Vilhelmin eynəkləri oğurlanır

Şam yeməyi qəmgin sükut içində keçdi. Venansionun cəsədinin tapılmasından on iki saatdan bir az

çox ötmüşdü. Onun boş qalmış yerinə hamı oğrun-oğrun baxırdı. Axşam duasının vaxtı gəlincə, xor yerinə

cərgə ilə gedən rahiblər alayı daha çox dəfn mərasimini xatırladırdı. Biz üçüncü mehraba göz qoymaq

üçün köndələn nefdə dayanıb, ayini izləyirdik. Kilsə az işıqlandırılmışdı deyə, Malaxia qaranlıqdan çıxıb

öz yerini tutarkən, biz onun haradan gəldiyini yenə də müəyyənləşdirə bilmədik. Buna baxmayaraq,

qaranlığa çəkilib, yan nefdə gizləndik ki, ayindən sonra heç kim bizi görməsin. Bürüncoyimin altında

yemək zamanı mətbəxdən çırpışdırdığım çıraq vardı. Onu bütün gecəni yanan bürünc üçayaqdan

alışdırmağı düşünürdüm. Çırağa yeni fitil qoymuş və çoxlu yağ tökmüşdüm. Əldə etdiyim işıq uzun

müddətə çatardı.

Qarşıdakı macəra məni o qədər həyəcanlandırmışdı ki, ayini izləyə bilmədim. Nə zaman qurtardığının

da fərqinə varmadım. Rahiblər kukollarını üzlərinə endirdilər və öz hücrələrinə tərəf sıra ilə yavaş-yavaş

getdilər. Kilsə boş qaldı. Ətrafa lampanın titrək işığı düşürdü.

“İndi, - Vilhelm dedi, - iş başına”.

Biz üçüncü sovməoyə yaxınlaşdıq. Mehrabın altındakı daşlara quru kəllələr yapışdırılmışdı. Dərin göz

çuxurları dəhşət saçırdı. Onlara incə  şəkildə yonulmuş baldır sümükləri dayaq verirdi. Vilhelm

Alinardodan eşitdiyi sözləri astadan təkrarladı:



193

“Sağdan dördüncü kəllə, gözlərinə bas...” - və barmaqlarını əti tökülmüş üzün göz çuxurlarına

soxdu. Cırıltı səsi eşidildi, mehrab yerindən tərpənərək gizli bir oxun ətrafında fırlandı və qarşımızda

qaranlıq keçid açıldı. Çırağın işığında rütubətli pillələr gördük. Aşağı enməzdən əvvəl gizli girişin

qapısını arxamızdan bağlayıb-bağlamamağı məsləhətləşdik. “Bağlamasaq yaxşıdır, - Vilhelm dedi. -

Məlum deyil içəridən aça biləcəyik, ya yox. Təqibdən qurtulmağımıza bu kömək etməz. Gecələr yeraltı

girişdən keçən şəxs, onu açmağı yaxşı bilir. Necə olsa, bizi tapacaqlar”.

On pillə aşağı endikdən sonra dərin bir keçidə düşdük. Divarlarda eninə qazılmış oyuqlar vardı,

sonralar bunu bir çox zirzəmidə gördüm. Lakin o zaman ömrümdə ilk dəfə idi ki, sümüklərin saxlandığı

yerə girirdim və çox qorxmuşdum. Rahiblərin sümükləri yüz illər boyunca torpaqdan qazılıb çıxarılmış

və oyuqlara yığılmışdı. Sümüklər ayırd edildiyindən, oyuqların bəzisində xırda sümüklər, digərində isə

kəllələr vardı; dığırlanıb düşməsinlər deyə, piramida şəklində səliqə ilə bir-birinin üstünə qoyulmuşdu.

Bu çox vahiməli səhnə idi, xüsusən də çırağımın titrək işığında. Oyuqların birində yalnız əllər gördüm -

barmaqları əbədi olaraq bir-birinə keçmiş bır yığın əl.

Birdən dəhşətlə çığırdım. Bu sümüklər məzarlığında bir canlının varlığını hiss etdim. Ciyildəyib

vurnuxurdu.

“Siçovullardır”, - ustadım məni sakitləşdirib dedi.

“Burada nə gəzirlər?”

“Bizim kimi buradan keçirlər. Çünki sümük məzarlığından Binaya və deməli, mətbəxə yol gedir.

Həmçinin ləzzətli kitablar olan kitabxanaya da. Malaxianın daim iztirablı görkəminin səbəbini indi

anlaya bilərsən. O, gündə iki dəfə buradan keçir. Doğrudan da, güləcək halı yoxdur”.

“Bəs nə üçün İncildə Məsihin gülməyindən bəhs edilmir? - deyə yersizcə soruşdum. - Xorxenin

dedikləri həqiqətdirmi?”

“Bir çox insan Məsihin gülüb-gülmədiyini bilmək istəmişdir. Məni bu məsələ az maraqlandırır.

Zənnimcə, heç zaman gülməmişdir; çünki 0, Tanrının Oğlu idi və hər şeyi əvvəlcədən



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə