180
bir-biri ilə cinsi əlaqədə olub ağır günaha batırlar, boqomillərin həm bolqar, həm də draqun qolunun
küfrünü mənimsəyirlər!” “Yalvarıram sizə, - Vilhelm cavab verdi, - ayrı-ayrı anlayışları bir-birinə,
qarışdırmayın! Sizin sözlərinizdən belə çıxır ki, yarıqardaşlar, patarenlor, valdenslər, katarlar, bolqar
boqomilləri və Draqovis təfriqəçiləri - bütün bunlar eyni şeylərdir!” “Bəli, hamısı bir bezin qırağıdır, -
abbat acıqla dedi. - Çünki onların hamısı bidətçilərdir, kafirlərdir. Çünki onların hamısı mədəni dünyanın
və səhv etmirəmsə, sizin də dəstəklədiyiniz imperatorluğun nizamını təhlükəyə atırlar. Yüz... yox, yüz
illərlə bundan əvvəl Breşialı Arnaldonun davamçıları əsilzadələrin və kardinalların malikanələrinə bir-
birinin ardınca od vurub yandırdılar; bütün bunlar lombard və pataren batil inanclarının meyvələri idi. Bu
bidətçilər haqqında çox dəhşətli şeylər öyrəndim... Heysterbaxlı Sczarı oxudum... Veronada Müqəddəs
Hedeon kilsəsinin keşişi Everhard yaşadığı evin sahibinin hər gecə arvadı və qızları ilə birlikdə evdən
çıxdığını görmüşdür. Üçündən birinə, bilmirəm hansına, hara getdiklərini və bu vaxt nə iş gördüklərini
sual etmişdir. “Bizimlə gəl, görərsən”, deyə ona cavab verilmişdir; və o da onların ardınca düşüb, kişilərin
və qadınların toplaşdığı böyük bir yeraltı məkana getmişdir. Bir kafirbaşı tam sükut içində dayanmış
kütlənin önündə küfrlə dolu nitq söyləmiş və onu dinləyənlərin hamısından öz həyatlarını və adətlərini
yubanmadan dəyişməyi tələb etmişdir. Sonra şamlar söndürülmüş və hər kos öz arvadı ilə başqasının
zövcəsi, yeniyetmə qızla qoca qarı, bakirə ilə dul, xanımla kəniz arasında fərq qoymadan və hətta (ən pisi
bu idi, belə əxlaqsızlıqları dilimə gətirdiyim üçün mərhəmətli Tanrım məni bağışlasın) öz bacısını, yaxud
qızını istisna etmədən ən yaxınlıqdakı qadının üstünə atılmışdır. Everhard bütün bunları görüncə, şən və
eyş-işrətə meylli bir gənc olduğundan, özünü bu icmanın üzvü kimi apararaq, ev sahibinin qızma, yoxsa
başqa bir qıza tərəf bu dəqiq molum deyil yaxınlaşmış və şamlar söndürülən kimi, onunla günaha
batmışdır. Nə yazıq ki, o, bir ildən də çox belə davranmışdır. Nəhayət, kafirbaşı icmaya yeni qəbul edilmiş
gəncin hər
181
gecə ayinlərdə səylə iştirak etdiyini və bununla da başqa yeniyetmələri tərbiyə etmək hüququnu qazanmış
olduğunu söyləmişdir. Bunu eşidən Everhard iradəsizliyi üzündən düşdüyü uçurumu görmüş və küfr
etməyə meylli olduğu üçün deyil, qızların cazibəsinə düşdüyü üçün yeraltı toplantıya getdiyini söyləyərək,
onlardan uzaqlaşmağı bacarmışdır. Bu zaman onu qovmuşlar. Bax görürsünüz, bütün bu bidətçilərin -
patarenlərin, katarların, ioahimitlərin və hər cür spiritualların adətləri və batil inancları belədir. Həmdə
burada təəccüblənməli bir şey yoxdur; əgər onlar vücudun diriləcəyinə və bədxahların cəza çəkəcəyi
cəhənnəmə inanmırlarsa, heç bir cəza çəkmədən istədikləri rəzilliyi edə biləcəklərini sanırlarsa və özlərini
sırtıqcasına calbaro, yəni “pak” adlandırırlarsa, heyrətlənməyə dəyməz”.
“Abbone - ustadım dedi, - siz bu möhtəşəm və müqəddəs məkanda dünyadan təcrid olunmuş
haldasınız, insanların şor və pisliklərindən uzaqda dayanmısınız. Şəhərlərdəki həyat buradan
göründüyündən də zəngin və mürəkkəbdir; həm də bilirsiniz, hər şeyin bir dərəcəsi vardır, o cümlədən
səhvlərin və günahların da. Lut peyğəmbər, hətta Tanrının göndərdiyi mələklər haqqında pis fikirlərə
düşən yurddaşlanndan daha az günahkar idi; Pyotrun xəyanəti İudanın xəyanəti ilə müqayisədə dənizdə
damla kimidir və təsadüfi deyildir ki, biri bağışlandı, ikincisi bağışlanmadı. Bax buna görə də katarları
patarenlərlə eyniləşdirmək düzgün deyildir. Patarenlər - Müqəddəs Kilsə Anamızın qanunları çərçivəsində
quruluşu dəyişdirmək istəyən cərəyan idi. Onlar, sadəcə, ruhanilərin həyat tərzini düzəltməyə çalışır-
dılar...”
“Şərəfsiz ruhanilərin xütbələrinə məhəl qoymamağa çağıraraq”.
“Bəli, bu səhv idi. Lakin onların nəzəriyyələrində yeganə səhv elə bu idi. Onlar heç zaman ilahi
qanunları dəyişməyi irəli sürmədilər”.
“Bəs pataren təbliğatı - iki əsr bundan əvvəl, Romada cahil kütləni qiyama və əsilzadələrlə
kardinalların mülklərini viran etməyə sürükləyən - Breşialı Amaldonun təbliğatı necə?”
182
“Amaldo şəhər hakimiyyətini də islahatlara cəlb etməyə çalışdı. Onlar bunu qəbul etmədilər; bu zaman
Amaldo yoxsullar və məzlumlar arasında dəstək qazanmağa məcbur oldu. Onun daha az qüsurlu bir şəhər
qurmaq çağırışını qəbul etmiş cahil kütlənin qəzəb və hiddətinə görə o məsuliyyət daşımır”.
“Şəhər həmişə qüsurludur”.
“Şəhər - sizin və bizim çobanı olduğumuz Tanrı bəndələrinin yaşadıqları yerdir. Şəhər - zəngin din
adamlarının yoxsul və ac insanlara ləyaqət və məziyyətlər haqqında moizə oxuduqları rəzillik yeridir.
Pataren qiyamı məhz bundan doğmuşdur. Bu, qəmli də olsa, anlaşılmaz deyildir. Katarların əməli isə ta-
mam başqadır. Katarlar - müqəddəs kilsəmizin təlimindən kənara çıxan Yaxın Şərqin batil inanclarından
biridir. Onların ayağına yazılan cinayətləri, doğrudan da, işlədiklərini ya da işləməkdə olub-olmadıqlarını
bilmirəm. Yalnız bilirəm ki, onlar nikahı rədd edir, cəhənnəmi inkar edirlər. Günahsız olduqları bir çox
cinayətin onların adına etiqadlarından (əlbəttə ki, batil) ötrü, yazılıb-yazılmadığını bilmək istəyərdim”.
“Deməli, siz deyirsiniz ki, katarlarla patarenlər eyni deyildirlər və hər ikisi də iblisanə küfrün çoxsaylı
iyrənc surətlərinin yalnız ayrı-ayrı rəzil tərəfləridir?”
“Mən deyirəm ki, bu batil inanclardan bir çoxunun, təbliğ edilən nəzəriyyələrin hansı məzhəbə
mənsubluğundan asılı olmayaraq, sadə insanlar arasında kök atmasının səbəbi, bu insanlara başqa bir
həyat tərzinin yollarını göstərmiş olmasıdır. Mən deyirəm ki, sadə insanlar çox vaxt nəzəriyyələri araşdıra
bilmirlər. Mən deyirəm ki, cahil kütlə katar təlimini pataren təlimi ilə, bunların hər ikisini isə spirituallarm
təlimi ilə tez-tez qarışdırır. Abbone, sadə insanların həyatı biliklərlə işıqlandırılmamışdır. Onlar bizim
köməyimizə çatan dəqiq şərhlərə və təfsirlərə fikir vermirlər. Onların həyatı yoxsulluq və xəstəlik
qarşısında acizdir; cahillikdən dilləri bağlanmışdır. Ona görə də belə insanların əksəriyyəti üçün bidətçi
dəstələrə qoşulmaq, nəhayət, öz narazılıqlarını hayqırmağın bir yoludur. Kardinalın evi ruhanilərin
həyatını kamilləşdirmək məqsədi ilə də yandırıla bilər, cə-
Dostları ilə paylaş: |