Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə40/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   36   37   38   39   40   41   42   43   ...   175

135

xordan, bəlkə yataqxanadan, bəlkə do xəstəxanadan dedi. Mən e::raz etdim və dedim ki, dünən o özü,

Vilhelm kitabxana ilə çox maraqlanmışdı. O da başqalarının dediyi ilə deyil, öz xoşuna gələn şeylərlə

maraqlanmaq istədiyini söylədi. Lakin kitabxana, əlbəttə ki, diqqət mərkəzindədir və buna görə də oraya

girrməyə cəhd etmək pis olmazdı. Hadisələr elə istiqamət almışdı ki, marağımıza imkan verməliydik ki,

bizi qonaq olduğumuz monastırın qaydalarına və adətlərinə hörmət və nəzakətin sərhədindən kənara

çıxarsın.

Kilsənin həyətindən uzaqlaşdıq. Rahiblər messa ayinindən sonra xordan çıxırdılar. Biz kilsənin qərb

divarı boyunca gedərkən Berenqarın yan qapıdan çıxıb, məzarlıqdan keçərək Binaya :ərəf tələsdiyini

gördük. Vilhelm onu səslədi, Berenqar dayandı və biz ona gəlib çatdıq. O, kilsədə gördüyümüzdən daha

həyəcanlıydı, Vilhelm Bensio kimi onu da qəflətən yaxalamağı qərara aldı.

“Belə çıxır ki, Adelmonu son dəfə görən sənsən”, - o, Berenqara dedi.

Berenqar bayılacaqmış kimi səndələdi. “Mən?” - deyə zorla eşidiləcək səslə soruşdu. Vilhelm, yəqin

ki, Bensionun Berenzarla Adelmonu kilsənin həyətində söhbət edərkən gördüyü barədə sözlərini

xatırlayıb, onu yoxlamaq üçün bu sualı vermişdi Lakin o, gözlənilmədən hədəfi vurmuşdu. Berenqar indi

həqiqətən baş vermiş başqa bir son görüş haqqında düşünürdü. Çünki qırıq-qırıq səslərlə danışmağa

başladı:

“Belə deməyə nə haqqınız var, mən də onu hamı kimi, .atmazdan əvvəl görmüşəm!”

Lakin Vilhelm ona nəfəs aldırmamağı qərara almışdı. “Yalandır, onu daha sonra da gördün və son

göstərmək istədiyindən də çox şey bilirsən. Lakin indi iki qətldən söhbət gedir! Və sən susa

bilməyəcəksən! Bir insanın dilini açmağın çox üsulu olduğunu yaxşı bilirsən!”

Vilhelm mənə dəfələrlə demişdi ki, hələ inkvizitor olduğu zamanlarda işgəncələrə əl atmaqdan imtina

etmişdir. Lakin bu-

nu bilməyən Berenqar onu yanlış anladı. Bəlkə də Vilhelm özü yanlış başa düşülməyini istəmişdi. Nə




136

olursa olsun, o, məqsədinə çatmışdı.

“Hə, hə, - Berenqar çətinliklə dedi və göz yaşlan içində boğuldu. - Hə, mən həmin axşam Adelmonu

görmüşdüm, amma ölüsünü!”

“Harada, - Vilhelm soruşdu, - yamacın ətəyindəmi?”

“Yox, yox, burada, yuxanda, məzarlıqda. Qəbirlərin arasında gəzirdi, kabuslar arasında kabus,

soxulcanlar içində soxulcan kimi... Onunla rastlaşdım... və qarşımdakının canlı insan olmadığını dərhal

anladım, onun üzü meyit üzü kimiydi, gözləri indidən əbədi əzabla yanırdı... Əlbəttə ki, mən yalnız ertəsi

gün onun kabusu ilə söhbət etdiyimi anladım... onun ölümünü öyrəndikdən sonra... lakin o anda belə,

lənətlənmiş bir ruh, bir həyula gördüyümü dərk etmişdim... Ey Uca Tannm, onun boğuq səsi sanki

qəbirdən gəlirdi!”

“Bəs nə dedi?”

“Mən lənətləndim! - mənə belə dedi. - Qarşında cəhənnəmdən xortlamış birini görürsən, dönüb

gedəcəyim yer də cəhənnəm! - mənə belə dedi. Mənsə qışqırdım: “Adelmo, doğrudanmı cəhənnəmdən

gəlirsən? Cəhənnəm əzabı necə olur?” Tir-tir əsirdim, çünki həmin gün axşam duasında Tanrı qəzəbi

haqqında dəhşətli səhifələrin oxunduğunu dinləmişdim. Mənə dedi: “Cəhənnəm əzabı dilimizin deyə

biləcəyindən qat-qat böyükdür. Bu günədək büründüyüm bu idrak pərdəsini görürsənmi? O qədər ağırdır

ki, elə bil, Parisin ən böyük qülləsini, ya da dünyanın ən yüksək dağını belimdə daşıyıram, əzir məni. Və

bu yükü ata bilməyəcəyəm. Bu cəza boş qürurum üzündən, bədənimi ləzzətlər yuvasına çevirdiyim üçün,

başqalarından çox bildiyimi zənn etdiyim üçün təxəyyülümün yaratdığı idbarlardan zövq alaraq, bundan

ruhumun da eybəcərləşdiyini bilmədiyim üçün ilahi ədalət tərəfindən mənə verildi - indi əbədi olaraq

onlarla yaşamağa məhkumam. Görürsənmi? Bu lənətlənmiş örtük bədənimi köz kimi, alov kimi yandırır;

bu cəza Tanrıya xoş getməyən cismani günahlanmdan ötrü mənə verildi, indi bədənim



137

od tutub yanır; cismani pislikləri bəslədim mən... və indi bu tükənməz alovun içində yanıb qovruluram!

Əlini ver mənə, əziz ustadım, - mənə belə dedi, - qoy bu görüş mənə verdiyin dərslərin əvəzi olaraq, ibrət

olsun sənə; əlini toxundur mənə, mehriban ustadım”, - və alov içində yanan barmağını əlimə toxundurdu;

odlu bir tər damlası düşdü əlimin üstünə və sümüklərimə qədər yandırıb-yaxdı; yaranı günlərcə hamıdan

gizlədim. Sonra qəbirlərin arasında gözdən itdi, ertəsi gün məzarlıqda danışdığım adamın uçurumun

dibində cəsədinin tapıldığını öyrəndim...”

Berenqar boğula-boğula göz yaşı tökürdü. Vilhelm sonra soruşdu: “Bəs o nə üçün sənə “Əziz ustadım”

deyirdi? Axı siz yaşıdsınız. Ona nəsə öyrətmişdinmi?”

Berenqar titrəyə-titrəyə əyildi, kukolunu üzünə doğru çəkdi, diz çöküb Vilhelmin ayaqlanndan yapışdı:

“Bilmirəm, məni nə üçün belə çağırdığını bilmirəm, mən ona heç bir şey öyrətmədim!” - Hıçqırıqlar içində

boğulduğundan zorla danışırdı. - Qorxuram, ata, yalvarıram, günahlarımı sizə deyib tövbə etmək

istəyirəm, rəhm edin mənə, içimi bir şeytan gəmirir!”

Vilhelm kənara çəkildi və onu qaldırmaq üçün əlini uzatdı. “Yox, Berenqar, - o dedi. - Məndən tövbəni

qəbul etməyi istəmə, öz dilinin cilovunu açıb, mənim ağzıma möhür vurmağı istəmə. Səndən öyrənmək

istədiyim hər şeyi deyəcəksən mənə. Deməsən belə, özüm ortaya çıxaracağam. Diləyirsən, mərhəmət dilə

məndən, susmağım üçün yalvarma. Bu monastırda həddindən çox insan yalnız susmağı bacarır. Yaxşı olar

ki, cavab verəsən, gecənin zil qaranlığında onun üzünün solğun olduğunu necə gördün, yağmurlu, fırtınalı,

qarlı bir gecədə əlini necə yandırdın, məzarlıqda nə edirdin? Hə, tez ol! - deyə Berenqarın çiyinlərindən

tutub bərk silkələdi. - Heç olmasa, bunu de!”

Berenqarın bütün bədəni titrəyirdi. “Məzarlıqda nə etdiyimi bilmirəm, xatırlamıram. Üzünü necə

gördüyümü bilmirəm... Bəlkə də əlimdə işıq vardı... Yox, onun əlində işıq vardı; deyəsən, şam tutmuşdu

əlində... amma onun üzünü gördüm mən... bəlkə də şamın işığı düşmüşdü...”



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə