Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə37/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   33   34   35   36   37   38   39   40   ...   175

125

“Bos nə üçün onu öldürüblər? Bütün bunlar pozğun şüurun əməlləridir. Lakin hər şeydən əvvəl

meyitdə yaraların, yaxud zədələrin olub-olmadığını təyin etmək lazımdır. Məncə onu hamamxanaya

aparsınlar, soyundurub yuduqdan sonra yaxşı-yaxşı müayinə etsinlər. Mən indi gəlirəm”.

Severin abbatın izni ilə donuzotaranların cəsədi aparmalarına göz qoyarkən, ustadım rahiblərin

gəldikləri yolla xora qayıtmalarını, eyni şəkildə xidmətçilərin də uzaqlaşdırılmasını və meydançada heç

kimin qalmamasını abbatdan xahiş etdi. O, sual vermədən ustadımın dediklərini yerinə yetirdi. Beləcə,

cəsədin çıxarılması üçün görülən xoşagəlməz iş zamanı ətrafına qan sıçramış çəlləyin yanında tək qaldıq.

Qar qıpqırmızı rəngə boyanmış, bəzi yerlərdə isə (su tökülən yerlərdə) əriyib gölməçələr yaratmışdı.

Cəsədin uzadıldığı yerdə böyük bir qara ləkə vardı.

“Yaxşı düşünülüb, - Vilhelm rahiblərin və xidmətçilərin bir-birinə qarışmış izlərinə baxıb dedi. - Əziz

Adso, qar elə gözəl perqamentdir ki, insan bədənləri onun üzərində açıq-aydın oxuna bilən izlər buraxır.

Amma qarşımızdakı bu qar - silinməmiş palimpsestdir

84

. Bəlkə də bunun üzərində maraqlı bir şey oxuya



bilməyəcəyik. Buradan kilsəyə qədər rahiblərin, tövlələrə və pəyələrə qədər isə xidmətçilərin tapdağı

altında qalmışdır. Ayaq dəyməmiş tək sahə - pəyələrdən Binaya gedən yoldur. Görək orada maraqlı bir

şeyə rast gələ biləcəyikmi?”

“Nə mənada?” - mən soruşdum.

“Əgər o, çəlləyin içinə özü düşməmişdirsə, deməli, onu kimsə oraya atıb, güman ki, ölü halda. Cəsəd

daşıyan adam qarda daha dərin izlər buraxmalıdır. İndi axtar görüm, ətrafdakı bütün rəsmləri bərbad etmiş

bu qışqırıqçı rahiblərin izlərindən fərqli izlər tapa biləcəksənmi?”

Axtarışa başladıq. İndidən deyim ki, çəlləklə Bina arasında axtardığımız şeyi (Tanrı məni boş yerə

qürrələnməkdən qoru

84

palimpsest (yunanca) - perqamentin üzərindəki köhnə mətn silindikdən sonra yazılmış yeni mətn




126

sun!) məhz mən tapdım. Bunlar biz gələnə qədər heç kimin ayaq basmadığı sahədə bir insanın ayaq izləri

idi. Çox dərin, həm də ustadımın dərhal ayırd etdiyi kimi, rahiblərin və xidmətçilərin izləri qədər aydın

deyildi. Deməli, bu izlər təzə ola bilməzdi, çünki üstünə qar yağmışdı. Amma daha maraqlısı o idi ki, bu

izlərin arasında oyuq kimi daha dərin başqa bir iz uzanırdı, sanki ayaq izlərini buraxan adam ağır bir şeyi

sürüyə-sürüyə aparırmış. Qısası, bu izlər Binanın cənub qülləsi ilə şərq qülləsini birləşdirən divar tərəfdə

yerləşən yeməkxananın qapısından çəlləyə qədər uzanırdı.

“Yeməkxana,  yazı  zalı,  kitabxana,  -  Vilhelm  pıçıltı  ilə  dedi.  -  Yenə  kitabxana.  Vcnansio  Binada

ölmüşdür, böyük bir ehtimalla kitabxanada”.

“Niyə məhz kitabxanada?”

“Mən özümü qatilin yerinə qoymağa çalışıram. Venansio yeməkxanada, mətbəxdə, yaxud yazı zalında

ölmüşsə, öldürülmüşsə, onu nə üçün orada atıb getməyəsən? Amma kitabxanada canını tapşırmışsa, onu

mütləq oradan çıxarmaq lazım idi. Birincisi, çünki cəsədi orada heç zaman tapmazdılar (bəlkə də qatili

cəsədin ortaya çıxması daha çox maraqlandırırmış), ikincisi, ehtimal ki, qatil diqqətlərin kitabxanaya

yönəlməsini istəməmişdir”.

“Bəs cəsədin tapılmasını qatil nə üçün istəmişdir?”

“Bilmirəm. Bütün bunları təxmin edirəm. Kim deyir ki, Venansio ona görə öldürülmüşdür ki, qatil

məhz onu öldürmək istəyirmiş? Bəlkə, onu başqa birinin yerinə, nəyəsə işarə olsun deyə, nəyisə anlatmaq

üçün öldürmüşlər?..”

“Dünyadakı bütün yaradılışlar - kitab və yazı kimidir... - deyə mızıldandım. - Bəs qatil nəyə işarə etmək

istəyirmiş?”

“Mənim bilmədiyim də elə budur. Amma unutmayaq, bəzi işarələr var ki, görünüşdə işarəyə oxşasalar

da, heç bir məna daşımırlar: dra-da-dam, yaxud da-ra-ram kimi...”

“Dəhşətlidir! - ucadan səsləndim, - da-ra-ram demək üçün insan öldürmək!”




127

“Bir olan Tanrıya inanıram, demək üçün də, insan öldürmək dəhşətlidir!” - Vilhelm cavab verdi.

Bu an Severin bizə yaxınlaşdı. Cəsədi yuyub, diqqətlə müayinə etmişdilər. Nə yara vardı, nə də beyin

zədələnməsi. Sanki cadu ilə öldürülüb.

“Ya da Allahın qəzəbinə gəlib?” - Vilhelm soruşdu.

“Ola bilər”, - Severin cavab verdi.

“Bəlkə zəhər verilib?”

Severin duruxdu: - “Bəlkə də”.

“Sən zəhər saxlayırsan?” - Vilhelm xəstəxanaya tərəf gedərək soruşdu.

“Yəqin ki, hə. Zəhər deyəndə, nəyi qəsd etməyinə baxır. Maddələrin çoxu az miqdarda verilərsə,

xəstəni müalicə edər, amma həddindən artıq istifadə edilərsə - ölümə səbəb olar. Yaxşı bir nəbatatçı kimi

belə otlardan saxlayıram, lakin onlardan ehtiyatla istifadə edirəm. Məsələn, pişikotu becərirəm. Başqa

otların məhluluna ondan bir neçə damcı qarışdırsan, ürək döyüntüsünü aradan qaldırar. Lakin həddən çox

istifadə etsən, bayılmaya və ölümə yol açar”.

“Sənə məlum olan zəhərlərin izlərinə cəsəddə rast gəldinmi?”

“Yox. Lakin zəhərlərin çoxu iz buraxmır”.

Biz xəstəxanaya girdik. Venansionun cəsədi hamamxanada yuyularaq, buraya gətirilmiş və Severinin

laboratoriyasındakı böyük masanın üstünə uzadılmışdı. Distillə qazanları, şüşə və gildən qayrılmış digər

cihazlar mənə kimyagər emalatxanalarını xatırlatdı. Qapının yanındakı divara vurulmuş uzun rəflərin üs-

tünə rəngbərəng maddələrlə dolu şüşə qablar, nəlbəkilər, bardaqlar düzülmüşdü.

“Gözəl dərmanlardır, - Vilhelm dedi. - Hamısı öz bağçanızdandır?”

“Yox, - Severin cavab verdi. - Burada bizim yerlərdə bitməyən çox nadir bitkilər də var. Uzun illər

boyunca dünyanın dörd bir yanından gələn rahiblər onları mənə gətiriblər. Mən nadir və qiymətli

maddələri, burada becərdiyim bitkilərdən aldığım məhlullarla qarışdırmağa çalışıram. Bax... Üyüdülmüş

iynoyarpaq bitki. Çindən gətirilib, bir ərəb alimindən almışam. Sokotriya ozvayı - Hindistanda bitir -

yaraların qaysaq bağlamasına kömək edir. Gümüşüyarpaq bitki ölüləri dirildir, daha doğrusu, bayılanları

ayıldır. Siçanotu çox təhlükəlidir, ondan udsan, dərhal öldürər. Bor duzu ağciyərləri müalicə edir. Horfolu

kəllə yaralarına kömək edir. Saqqız ağacının kitrəsi qanlı öskürəyi və tərləməni aradan qaldırır. Mirra...”

“Cadugərlərin istifadə etdiyimi?”

“Cadugərlərin istifadə etdiyi. Amma uşaqsalmanm qarşısını almaq üçün yaxşı dərmandır.



Bcılsamodendron myrra adlı ağacdan hazırlanır. Bu isə mumiyadır, mumiyalanmış meyitlərin çü-

rüntüsündən alınır. Bir çox ecazkar dərmanların hazırlanmasında istifadə edilir. Mcmdragola officinalis

yuxusuzluğa kömək edir...”

“Cismani istəkləri söndürməyə də”, - deyə ustadım tamamladı.

“Belə deyirlər, amma təxmin etdiyiniz kimi monastırımızda bu məqsədlər üçün istifadə edilmir, -

Severin gülümsədi. - Bir buna baxın. - O, şüşə qablardan birini götürüb dedi. - Kadmiumdur. Gözlərə




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə