552
oxumazdın. Lakin Vilhelm işə qarışdı. Bəlkə də məni and içməkdən saxlamaq üçün deyil, qeyri-iradi
hiddətdən, qeyzdən, abbata etiraz etmək, onun beynimi dumanlandıran ovsununu pozmaq üçün araya
girmişdi.
“Buna uşağın nə dəxli var? Sualı mən verdim, təhlükə haqqında sizə mən xəbərdarlıq etdim, ad
söyləmənizi sizdən mən istəyirəm... Bəlkə mənim də üzüyünüzü öpüb, müşahidələrimi və fikirlərimi
unutmağa and içməyimi istəyirsiniz?”
“Hə, siz... - abbat laqeydcə dedi. - Bir dilənçi rahibdən bizim ənənələrin gözəlliyini anlamasını, ya da
bizim təmkinimizə, heysiyyətimizə, mərhəmət naminə mövcud olan sirlərimizə ehtiram göstərməsini tələb
etmək olmaz... Bəli, mərhəmət və vicdan naminə! Biz ordenimizin möhtəşəmliyini saxlayan susmaq
əmrinə hörmət edirik. Siz isə qəribə, həqiqətə bənzəməyən əhvalatlar danışdınız. Uğrunda qətllər törədilən
yasaq olunmuş kitab... Yalnız mənim bilməli olduğum sirləri öyrənmiş kimsə... Bunlar sayıqlamalar,
əsassız uydurmalardır! İstəyirsiniz, onları qışqıra-qışqıra danışın, sizə heç kim inanmaz! Əgər qondarma
fikirlərinizdə zərrə qədər həqiqət olsa belə... İndi bu işi öz əlimə və öz məsuliyyətim altına alıram.
Nəticələrə özüm cavabdehəm. Kifayət qədər təsir vasitəm, kifayət qədər səlahiyyətim var. Mən lap
başlanğıcda böyük axmaqlıq etdim. Üz-gözündən ağıl yağsa da, özünü etibarlı göstərsə də, yad bir adama
güvənmək olmaz. Yalnız mənim səlahiyyətimə aid olan şeyləri araşdırmağı yad bir adamdan rica etmək
lazım deyildi. Lakin heç nə itirilməmişdir. Siz mənim fikrimi doğru anladınız. Nəhayət, istədiyimi sizdən
eşitdim. Mən lap əvvəldən bilirdim ki, bütün cinayətlərin səbəbi - bəkarət andının pozulmasıdır. Günah
etiraf etmə zamanı öyrəndiyim şeyləri başqa birindən (burada ehtiyatsızlığa yol verdim!) eşitmək
istəyirdim. İndi hər şey yolundadır. İndi bunları sizdən eşitdim. Etdiyiniz, ya da etmək istədiyiniz hər şeyə
görə sizə çox minnətdaram. Danışıqlar aparıldı. Buradakı vəzifəniz sona çatdı. İnanıram ki, imperatorluq
sarayında sizi səbirsizliklə gözləyirlər. Sizin kimi insanları uzun müddətə buraxmazlar. Monastırımızdan
getməyinizə rüsxət verirəm. Bu gün, yəqin ki, gecdir, qaranlıqda yola çıxmağınızı istəmirəm, yollar
təhlükəlidir. Səhər sübh tezdən yola düşərsiniz. Yox, mənə təşəkkür etməyin. Burada rahiblər arasında
sizi də görmək və qonaqpərvərliyimizlə şərəfləndirmək, doğrudan da, bir zövq idi. İndi müridinizlə
birlikdə əşyalarınızı toplaya bilərsiniz. Sabah dan söküləndə sizinlə vidalaşmağa gələcəyəm. Sizə ürəkdən
təşəkkür edirəm. Əlbəttə ki, təhqiqata davam etmək üçün əziyyət çəkməyin. Rahibləri do daha narahat
etməyin. Gedə bilərsiniz”.
Beləcə, bizi sadəcə yola salmırdılar, boynumuzdan basıb qovurdular. Vilhelm təzim etdi və biz
nərdivanla aşağı düşdük.
“Bu nə deməkdir?” - deyə soruşdum. Artıq heç nə anlamırdım.
“Özün fərziyyə yürütməyə çalış. Sən bunu artıq öyrənməliydin”.
Mən, doğrudan da, bunun qaydasını öyrənmişdim: bir-birinə zidd və ağlasığmaz olan ən azı iki
fərziyyə yürütməlisən. “Elə isə, - dedim və udqunub qaldım. Fərziyyə irəli sürməkdə çox da mahir
deyildim. - Yaxşı. Birinci ehtimal. Abbat bütün bunları çoxdan bilirdi. Lakin əmin idi ki, siz heç bir şey
553
öyrənməyəcəksiniz. Bir təhqiqatçı kimi siz onu tamamilə təmin edirdiniz. İlk vaxtlar söhbət yalnız
Adelmodan gedirdi. Lakin abbat yavaş-yavaş anladı ki, iş getdikcə dolaşığa düşür və onun özü də ha-
disələrə müəyyən ölçüdə qarışır. İndi sizin bu əhvalatı ortaya çıxarmağınızdan qorxur. İkinci ehtimal.
Abbat heç nədən şübhələnmirdi (sizin nədən şübhələndiyinizi bilmədiyim üçün mən özüm do bilmirəm).
Lakin, necə olsa da, qətllərin rahiblər arasında... kişibaz rahiblər arasında gedən mübarizədən qaynaqlan-
dığını hesab edirdi. İndi siz onun gözlərini açdınız. O, qəflətən dəhşətli bir şeyi anladı. Caninin adı ona
məlumdur. Bütün bu cinayətləri törətmiş adamın kim olduğunu dəqiq bilir. Lakin başqa birinin iştirakı
olmadan bu məsələni həll etmək istəyir. Və monastırın şərəfini xilas etmək üçün bizi uzaqlaşdırır”.
“Razıyam. Yaxşı mülahizələr yürütməyə başlayırsan... Deməli, sən də görürsən ki, hər iki halda bizim
abbatı monastırın ad-sanı maraqlandırır. İstər qatil olsun, istər zavallı qurban - hər iki halda bu müqəddəs
icmanın şərəfini zədələyəcək xəbərlərin dağların o tayına yayılmasını istəmir. Nə qədər istəyirsiniz rahib
öldürün, amma monastırın şərəfinə toxunmayın... Eh, sizi... - Vilhelm getdikcə qəzəbindən boğulurdu. -
Bu mülkədar bici, Akvinolunun yanında qəbirqazan işlədikdən sonra şöhrətlənən bu tovuzquşu, üfürülmüş
şərab tuluğu! Əncir boyda üzük taxdığı üçün qürrələnən danqaz! Siz klyunilər hamınız lovğasınız!
Şahlardan daha pis, baronlardan daha çox baronsunuz!”
“Ustadım!” - incik, narazı halda kəkələdim.
“Sus, sən də eyni xəmirdən yoğrulmusan! Siz sadə insanlar deyilsiniz, onların oğulları da deyilsiniz.
Avam birinə rast gəlsəniz, bəlkə də ona sığınacaq verərsiniz. Amma lazım gələrsə, dünən olduğu kimi,
gözünüzü yummadan onu dünyəvi hakimiyyətin əlinə təslim edərsiniz. Özünükülərdon biri olsa, belə et-
məzsiniz, mütləq üstünü örtərsiniz! Abbone özü caninin öhdəsindən gələ bilər. O səfili tapar, xəzinə
zirzəmisində xəncərlə bağırsaqlarını tökər, sümüklərini təbərrük yerinə mücrülərə qoyar... Yetər ki,
monastırın şərəfi zədələnməsin! Və qəflətən bir fransiskan, xalqın içindən çıxmış bir minorit peyda olub,
sizin alicənab evinizdə təzək topasını qazıb çıxarır! Yox artıq, Abbone nəyin bahasına olursa olsun, buna
izin verməz. “Sizə çox minnətdarıq, Vilhelm qardaş, imperator sizi gözləməkdən yorulub, bu gözəl
üzüyümə baxıb zövq alın və dəf olub gedin”. Amma məni kiminləso səhv salmışınız! Mənim işim yalnız
Abbone ilə deyil. Mənim məsələm sona çatmamış təhqiqatdır. Və sizin hamınızı inandırıram ki, bunu
öyrənmədən, monastırı tərk etməyəcəyəm. O, sabah mənim getməyimi istəyir? Gözəl, buranın ağası odur.
Lakin sabaha qədər mütləq öyrənəcəyəm. Buna borcluyam”.
“Buna borclusunuz? Amma indi sizi kim məcbur edir?”
“Heç kim heç zaman öyrənməyə məcbur etmir, Adso. Öyrənmək sadəcə lazımdır, vəssalam. Hətta
yanlış anlamaq bahasına olsa da”.
Vilhelmin mənsub olduğum orden və onun abbatları haqqında dediyi acıqlı sözlərdən hələ də sarsılmış
və pərişan halda idim. Buna görə də, Vilhelmə üçüncü fərziyyəmi söyləyib, abbata az da olsa, bəraət
qazandırmağa çalışdım. Deyəsən, bu işdə çox ustalaşmışdım. “Siz üçüncü ehtimalı hesaba almırsınız,
ustadım - dedim. - Bu günlər ərzində biz gördük ki... üstəlik, bu gün səhər Nikolanın dediklərindən və