548
“Hə, demək belə, - Abbone dedi. - Aydındır. Amma bu nəticəyə necə gəlib çıxdınız, bunu necə
düşündünüz?”
“Uzun hekayədir. Amma sizə onu deyə bilərəm ki, baş vermiş bütün cinayətlər bir-biri ilə əlaqəlidir
və yeganə məqsəd daşımışdır. Bu məqsəd - kiminsə aşkar etmək istəmədiyi bir şeyin hamıya
açıqlanmasının qarşısını almaqdır. Bu ana qədər kitabxananın sirləri barədə nə isə bilənlər... istər buna
hüququ olduğu üçün istərsə də gizlicə olaraq, fərqi yoxdur... bütün bu adamların hamısı ölmüşdür. Yalnız
bir nəfər istisna olmaqla. Siz”.
“Demək istəyirsiniz ki... demək istəyirsiniz ki...” - abbatın səsindən bilinirdi ki, boyun damarları
şişmişdir; nəfəsini zorla çəkirdi.
“Mənim sözlərimi yanlış anlamayın, - deyə Vilhelm cavab verdi (bəlkə də həqiqətən eyham vurmağa
çalışmışdı). - Mən yalnız onu demək istəyirəm ki, özü bilən, amma başqa heç kimsənin bilməyini
istəməyən biri var. Bilən son adam sizsiniz. Deməli, yeni qurban siz ola bilərsiniz. Əgər bu yasaq kitab
haqqında bildiyiniz hər şeyi dərhal mənə danışmasanız. Və ən əsası... Bu monastırda yaşayanlardan
kitabxana haqqında sizin qədər kimin bildiyini söyləməsəniz. Bəlkə də daha çox! Kimdir o?”
“Bura soyuqdur, - abbat dedi. - Çıxaq”.
Dərhal qapıdan uzaqlaşıb, onları aşağı enən pilləkənin başında gözlədim. Abbat məni görüb gülümsədi.
“Bu rahibcik son günlərdə, yəqin ki, çox dəhşətli şeylər eşitmişdir! Eybi yox, oğlum. Qorxuya düşmə.
İnan, burada həqiqətdə olduğundan daha çox fitnələr uyduruldu”.
Bir əlini qaldırdı və gün işığı adsız barmağındakı ali mövqenin əlaməti olan möhtəşəm üzüyü
aydınlatdı. Üzük gözəl qaşları ilə birlikdə par-par parıldayırdı.
“Bunun haqqında nə bilirsən? - məndən soruşdu. - Bu mənim hakimiyyətimin, amma eyni zamanda,
yükümün də rəmzidir. Bu, sadəcə, bəzək deyil. Həm də mühafizə etdiyim İlahi Sözün valehedici
məcmusudur”. Barmaqları ilə daşa, daha doğrusu, insan məharətinin və təbiətin səxavətinin çələngi olan
rəngbərəng və parıltılı daşlara toxundu.
“Bu ametistdir, — o dedi. - Təvazökarlığın aynasıdır, bizə Müqəddəs Mattanın alicənablığını və
həlimliyini xatırladır; bu xalsedondur, mərhəmət nişanı, Yusifin və Müqəddəs Böyük Yakobun
mərdliyinin rəmzi; bu yaspisdir, Müqəddəs Peterin adı ilə bağlı inancın əlaməti; sardoniks şəhidliyin
işarəsidir, Müqəddəs Bartolomeonu xatırladır; yaqut, ümid və düşüncə rəmzi, Müqəddəs Andrenin və
Müqəddəs Paulun daşı; bu da bcril - din, səbir və bilik - Müqəddəs Tomasın fəzilətləri... Daşların dili nə
füsunkardır, - deyə davam etdi, mistik düşüncələrə dalaraq, - ənənəvi təfsirçilər Harunun sirdaşından və
Həvarinin kitabındakı səmavi Qüdsün təsvirindən götürdülər bu dili! Digər tərəfdən, Sionun divarlarına
Musanın qardaşının köksünü bəzəyən eyni dəyərli daşlardan döşənmişdi, yalnız karbunkul, əqiq və
damarlı əqiqdən başqa; Əski Buyruqda bunlar da göstərilir, İncildə isə xalscdon, sardoniks, xrizopraz və
giasintlə əvəz edilmişdir”.
Vilhelm ağzını açmaq istədi, amma baş rahib əlini qaldıraraq onu danışmağa qoymadı və sözünə
davam edib dedi: “Yadımdadır, bir duada bütün qiymətli daşlar Müqəddəs Məryəmin fəzilətləri ilə
əlaqələndirilib, gözəl şerlərlə təsvir edilmişdi. Nişan üzüyü, onu bəzəyən qiymətli daşların dilində təzahür
edən ali həqiqətlərin əks olunduğu rəmzi şer kimidir. Yaspis etiqadın, xalsedon məhəbbətin, zümrüd
paklığın, sardoniks bakirə həyatın qayğısızlığının, yaqut Qolqof çarmjxında qanı axan ürəyin rəmzidir;
rəngbərəng parıltılı xrizolit Məryəmin möcüzələrinin qeyri-adi müxtəlifliyini, giasint mərhəməti, ametist
mavi-çəhrayı qarışıq rəngi ilə Tanrı eşqini xatırladır... Amma üzüyün qaşında bunlardan daha az şey dilə
gətirməyən başqa daşlar da var idi; cismani və ruhi paklığı əks etdirən büllur; həlimliyin rəmzi, kəhrəba
daşına bənzəyən liquri; Müqəddəs Məryəmin tövbəkar ürəklərin dərin tellərini özünə çəkib mərhəmət
mizrabı ilə dilləndirdiyi kimi, dəmiri cəzb edən ahənrüba daşı. Gördüyünüz kimi, bütün bu daşlardan, az
miqdarda olsa da, mənim də üzüyümdə vardır”.
O, barmağındakı üzüyü oynadır və sanki məni düşünmək qabiliyyətindən məhrum etmək istərcəsinə,
parıltılı şüaları ilə
550
551
gözlərimi qamaşdırırdı. “Daşların ecazkar dili var, elə deyilmi? Başqa müqəddəslər üçün daşlar müxətlif
mənalar daşıyır. Papa III İnnokenti üçün yaqut asayiş və rifah, süleymandaşı - mərhəmət bildirir.
Müqəddəs Brunon üçün akvamarin qüsursuz çalarları ilə ilahiyyat elminin bütün incəliklərini əks etdirir.
Firuzə sevinci dilə gətirir; sardoniks serafımləri, topaz xeruvimləri cəlb edir; yaspis dövlətləri, xrizolit
mülkləri, sapfır məziyyətləri, damarlı əqiq hakimiyyəti, beril şahlıqları, yaqut baş mələkləri, zümrüd
mələkləri əks etdirir. Qiymətli daşların dili rəngarəngdir, onların hər biri mətnin mənasından, şərhin
istiqamətindən asılı olaraq bir yox, bir neçə həqiqəti əks etdirir. Bəs şərhin istiqamətini necə seçməyi,
mətnin hansı hissəsindən doğru məna çıxarmağı kim göstərir? Cavabı bilirsən oğlum bunu sənə öyrətdilər.
Səlahiyyət sahibləri göstərir! Hakimiyyət - ən ali nüfuza, dolayısı ilə müqəddəsliyə bürünmüş ən etibarlı
təfsirçidir. Yoxsa dünyanın bizim günahkar gözlərimizə təqdim etdiyi müxtəlif əlamətləri necə şərh edə
bilərdik? Şeytanın bizə qurduğu şirnikləndirici tələlərdən necə qaçmağı haradan öyrənərdik? Yadında
saxla: daşların dilinə şeytanın sonsuz nifrəti var! Müqəddəs Hildegard da buna şahiddir! O murdar heyvan
anlayır ki, bu dildə ifadə edilmiş istənilən məlumat şərhin səviyyəsindən və istiqamətindən asılı olaraq
müxtəlif cür işıqlandırıla bilər və şeytan, əlbəttə ki, bu şərhi təhrif etməyə çalışır, çünki o məlun, daşların
şöləsində, cənnətdən qovulmazdan öncə özünün də sahib olduğu dəyərlərin parıltısını hiss edir və anlayır
ki, bu parıltı ona cəza kəsilən - həmin alovdan doğur”. Öpmək üçün üzüyü mənə uzatdı. Diz çökdüm.
Başımı sığalladı. “Buna görə də, oğlum, sənə təlqin olunan, şübhəsiz yalan və qorxunc fikirləri tezliklə
unut. Bütün rahib ordenləri arasında ən böyüyünə və ən nəcibinə daxil olmusan. Bu ordenin baş rahiblərin-
dən biri də mənəm. Sən mənim tabeçiliyimdəsən. Əmrimi dinlə. Bütün bunları unut. Qoy dodaqların
həmişəlik möhürlənsin. And iç”.
Məyus və sarsılmış halda and içməyə hazır idim. Əziz oxucu, belə olsaydı, mənim həqiqətlərlə dolu
bu hekayəmi indi
Dostları ilə paylaş: |