583
arzulamağa ixtiyarı vardır. Amma biz belə bir şeyə sahib olmamalıyıq, ola bilmərik. “Kipriani ziyafəti”nə
utanmadan gülən rahibciklərə bax! Gör İlahi kəlam necə ibliscə təhrif edilmişdir! Lakin onlar pis iş
tutduqlarını dərk edirlər. Amma Filosofun nüfuzu ilə pozğun təxəyyülün ucqar oyunları qanunilik qaza-
nacağı gün, ah!.. Həmin gün doğrudan da, kənar və qeyri-qanuni olanlar mərkəzə sıçrayacaq və beləcə,
mərkəzin bütün izləri silinəcək. Allah bəndələri terra incognita-nm, yəni naməlun dünyanın
uçurumlarından yuxarı atılmış vəhşi heyvanlar məclisinə çevriləcək və həmin gün bəlli dünyanın ucqarları
xristian imperiyasının ürəyi olacaqdır; arimasplar' Peterin taxtına çıxacaq, blemmilər
218 219
monastıra
girəcək, şişqarın, yekəbaş eybəcərlər kitabxananı qoruyacaqdır! Qullar qanun verəcək, biz (amma nəzərə
al ki, sən də bizimlə olacaqsan) hər cür qanunsuzluğa boyun əyəcəyik. Pis nüfuz sahibi olan bir yunan
filosofu (sənin Aristotelin də onunla müttəfiq olub, burada onun sözlərindən iqtibaslar gətirir) demişdir
ki, düşmənlərimizin ciddiliyinə qarşı gülüşlə, gülüşünə qarşı isə ciddiliklə çıxmalıyıq. Atalarımızın böyük
ehtiyatkarlığı sayəsində seçim çoxdan edilmişdir: əgər gülmək - rəiyyətin əyləncəsidirsə, rəiyyətin hər cür
azadlıq istəyi zəiflədilib alçaldılmalı, sərtliklə qorxudulmalıdır. Rəiyyətin öz gülüşünü itiləyərək, onu
əbədi həyata aparmaq və bədənin, cinsiyyətin istəklərindən, yeyib-içmək arzularından və bütün çirkin
ehtiraslardan xilas etmək istəyən çobanların ciddiliyinə qarşı bir silaha çevirmək imkanları yoxdur. Amma
bir gün kimsə çıxıb Filosofun sözlərini yayaraq və beləcə, Filosofun adından danışaraq gülüş sənətini
kəskin bir silaha çevirərsə, əgər inandırma sənəti gülüş sənəti tərəfindən sıxışdırılarsa, əgər dirilişin səbirlə
təsəlliverici təsvirlərinin yaradılmasını ən müqəddəs və ən möhtərəm təsvirlərin səbirsizcə təhrif edilərək
dağıdılması əvəzləyərsə - ah, o gün sən və sənin bütün elmin alt-üst olacaq, Vilhelm!”
218
Skit tayfalarından biri
219
Qədim Misir tayfası
584
“No üçün? Mon savaşardım. Öz ağlımı başqasının ağlına qarşı qoyaraq. Məncə, hər halda, belə bir
dünya Bernardo Guinin alovu və qızdırılmış dəmirinin Dolçinonun alovu və qızdırılmış dəmiri ilə
döyüşdüyü dünyadan qat-qat yaxşıdır”.
“Sən do şeytanın tələsindən qaça bilməzdin. Armageddon vaxtı ölüm-qalım savaşında qarşı tərəfdə
döyüşərdin. Lakin o günə qədər kilsə döyüşə öz qaydalarını qoymağı bacarmalıdır. Xalqın lənəti bizi
qorxutmaz, çünki hətta küfrdə belə, üsyankar mələkləri lənətləyən Yehovanın qəzəbinin dolayı yolla əks-
sədasını eşitməyi bacarırıq. Yenilik xəyalları naminə çobanları öldürənlərin kini bizi qorxutmaz, çünki
hökmdarlar İsrail xalqını bu kinlə məhv etməyə can atırdılar. Donatistin qəddarlığı, sünnətlinin dəlicəsinə
fədailiyi, boqomilin şəhvəti, albigensin təkəbbürlü yoxsulluğu, flagellantın qaniçənliyi, Azad Ruh ra-
hiblərinin başgicəlləndirici yamanlığı bizi qorxutmaz. Biz onların hamısını tanıyırıq və bizim
müqəddəsliyimizlə onların günahlarının eyni kökdən olduğunu bilirik. Bu insanlar bizim üçün təhlükəli
deyil. Onları necə məhv edəcəyimizi, daha doğrusu, alçaqlıqlarının nadirində
220
doğulan ölüm yanğısını
inadkarcasına zenit nöqtəsinə yüksəldərək öz-özlərini məhv etmələrinə necə izin verəcəyimizi yaxşı
bilirik. Üstəlik, mən tam əminəm ki, onların mövcudluğu zəruridir, dəyərlidir, çünki biz məhz onlara qarşı
durmaqla ilahi yaradılışı tarazlaşdırırıq. Onların günahkarlığı bizim fəzilətimizi rəğbətləndirir, onların
küfrləri bizim mədhiyyolərimizi ürəkləndirir, onların azğın tövbəsi bizi qənaətcil edər, nəzirlərimizin
səxavətini artırar, onların dinsizliyi bizim dindarlığımızın parlamasına səbəb olar, eynən hər şeyin
başlanğıcı və sonu olan Tanrı ucalığının daha parlaq işıq saçması üçün qaranlıqlar şahının ümidsizliyi və
etirazları ilə birlikdə gərəkli olması kimi. Amma əgər bir gün lağlağı sənəti, icazə verilmiş xalq
coşqunluğu kimi deyil, müdriklərin müqəddəs kitablarla möhkəmlənmiş ayrılmaz hüququ kimi, hətta
alicənab və azad insanlara da xas olan bir sənətə çevrilərsə, əgər günlərin birində, heç olmasa, bircə nəfər
“Tanrının insan kimi zühur etməsinə gülürəm!” deməyə cəsarət edərsə, o zaman bu küfrü susdurmaq üçün
heç bir silahımız olmayacaq. O zaman cismani maddənin yel buraxmada və gəyirmədə üzə çıxan qara
qüvvələri hücuma keçəcək; o zaman yalnız ruhun tabeçiliyində olan yel buraxma və gəyirmə istədiyi yerdə
əsmək haqqına yiyələnəcək!”
“Likurq gülüşə heykəl qoymuşdu”.
“Bunu məsxərəyə bəraət qazandırmaq istəyən Klorisionun kitabından oxumusan. O yazır ki, bir xəstə
ona gülməyi əmr etmiş bir həkim tərəfindən sağaldılır. Əgər Tanrı onun yer üzündəki günlərinin sona
çatmasını istəmişsə, onu sağaltmağa nə gərək vardı?”
“Xəstəliyini sağaltdığını düşünmürəm. Yəqin ki, xəstəyə xəstəliyinə gülməyi öyrətmişdir”.
“Xəstəliyi qovmazlar. Yox edərlər”.
“Xəstə ilə birlikdə”.
“Əgər lazım gələrsə”.
“Sən şeytansan”, - bu zaman Vilhelm dedi.
Xorxe, guya, anlamadı. Gözləri görsəydi, həmsöhbətinə çaşqın-çaşqın baxdığını deyərdim. “Mən?” -
deyə soruşdu.
220
Nadir (ərəbcə) - zenitə əks olan nöqtə. Şaquli xətlə göy sferasının ən aşağı kəsişmə nöqtəsi
585
“Sən. Sənə yalan deyiblər. Şeytan - cismin qələbəsi deyil. Şeytan - ruhun lovğalığıdır, təbəssümsüz
dindarlıqdır, heç zaman şübhə edilməyən həqiqətdir. Şeytan qaraqabaqdır, çünki həmişə hara getdiyini
bilir və həmişə çıxdığı yerə geri dönür. Sən şeytansan və şeytan kimi qaranlıqda yaşayırsan. Əgər məni
inandırmağa çalışırdınsa - bunu bacarmadın. Mən sənə nifrət edirəm, Xorxe, əlimdən gəlsəydi, səni
lümlüt, dalına quş lələkləri soxulmuş halda, üzün bir hoqqabazın, ya da təlxəyin üzü kimi boyanmış
vəziyyətdə aşağıya, həyətə aparardım; bütün monastır sənə baxıb gülsün və səndən daha qorxmasınlar
deyə. Sənə məmnuniyyətlə bal yaxıb, tüklərin içinə yıxardım, sonra da boynuna xalta keçirib, yarmarkada
gəzdirərdim və hamıya göstərib deyərdim: sizə həqiqəti söyləyən və həqiqətin ölüm dadında olduğunu
deyən budur. Amma siz onun sözlərinə deyil, təşəxxüslü görkəminə inanmışınız. İndi mən sizə deyirəm,
ehtimalların sonsuz dövretməsində Tanrı sizə belə bir dünya da təsəvvür etməyinizə izin verir ki, keçmişdə
həqiqət carçısı olan biri - yüz il öncə öyrəndiyi bir neçə sözü təkrarlayan rəzil bir uyuq olsun”.
“Sən şeytandan da pissən, minorit, - o zaman Xorxe dedi. - Sən təlxəksən. Hamınızı yetişdirən o övliya
kimi. Sən eynən Fransisk kimisən. O Fransisk ki, de toto corpore fecerat linguam
221
, hoqqabazlar kimi
tamaşa göstərərək moizələr oxuyur, xəsislərin ovcuna qızıl pullar qoyaraq karıxdırır, rahibələrin
dindarlığını, onlara moizə yerinə Miserere oxuyaraq ələ salır, fransızca dilənir, viola ifaçısının
hərəkətlərini taxta çubuqla təqlid edir, dəbdəbə içində yaşayan acgöz rahibləri utandırmaq üçün sərsərilər
kimi cındır geyinir, çılpaq halda qara atılır, heyvanlar və otlarla söhbət edir, hətta Məsihin mövludunun
sirri mövzusunda kənd tamaşaları düzəldir, qoyunların mələməsini yamsılayaraq Beyt-Ləhm quzusunu
çağırırdı... Yaxşı örnək olub. Məgər, bu Florensiyalı rahib Diotisalvi minorit deyildimi?”
“Minorit idi, - deyə Vilhelm gülümsədi. - Vaizlər monastırına gedib, ona əvvəlcə müqəddəs təbərrük
kimi saxlamaq üçün İohann qardaşın cübbəsindən bir parça verilməsə, yeməyə əl uzatmayacağını
söyləyən adam. Bu qumaş parçasını alınca, onunla dalını silmiş və nəcisliyə atmışdı. Sonra da dəyənəyin
ucuyla nəcisi qarışdıraraq bağırmışdı: “Ah, əfsuslar olsun, yardım edin, qardaşlar, müqəddəs təbərrükü
ayaqyolunda itirdim!”
“Görürəm, bu əhvalat xoşuna gəlib. Bəlkə o biri minoritin, Millemosklu rahib Paolonun hekayəsini də
danışmaq istəyirsən; bir gün buzun üstündə sürüşüb yıxılır və yerliləri onu ələ salır; bir nəfər: Üstünə
uzanmaq üçün daha yumşaq bir şey istəmirsən ki”, - deyə soruşur. O da: “Hə, arvadını” - deyə, cavab
verir... Siz həqiqəti belə axtarırsınız...”
221
Bütün bədəni dil idi (lat.)
Dostları ilə paylaş: |