586
“Müqəddəs Fransisk insanları belə öyrədirdi - cisimlərə başqa tərəfdən baxmaqla”.
“Eybi yox, biz onlara yenidən dərs verdik. Dünən öz qardaşlarını gördünmü? Onlar bizim sıralarımıza
qayıtdılar. Onlar daha avamların dilində danışmırlar. Avamlar, ümumiyyətlə, danışmamalıdırlar. Amma
bu kitabda deyilir ki, guya avamların sözlərində həqiqət ola bilər. Bu fikrə yol vermək olmaz. Mən buna
yol vermədim. Mənim iblis olduğumu deyirsən. Haqsızsan. Mən Allahın əli idim”.
“Allahın əli yaradır, gizlətmir”.
“Keçilməsinə izin verilməyən sərhədlər vardır. Tanrı da bəzi kağızların üstünə „Hic sunt leones“
222
yazılmasını istəmişdir”.
“Tanrı müxtəlif iyrənc məxluqları da yaratdı. Səni də O yaratdı. Və bütün bunlar haqqında danışmağa
izin verdi”.
Xorxe titrək əllərini kitaba uzatdı və onu özünə tərəf çəkdi. Kitab onun qarşısında açıq, amma çevrilmiş
vəziyyətdə idi. Buna görə də, Vilhelm hələ onu oxuya bilərdi. “Elədirsə, Tanrı nə üçün bu kitabın yüz illər
boyunca itib-batmasına, yalnız bircə nüsxəsinin qalmasına, Allah bilir, harada itib getmiş olan o nüsxənin
o surətinin yunanca bilməyən bir kafirin külliyyatında illərlə gömülü qalmasına, sonra köhnə bir
kitabxananın zirzəmisinə atılmasına izin verdi? Onu tapmaq, götürmək və daha uzun illər xəlvəti yerdə
gizlətmək üçün hikməti-ilahiyyə tərəfindən nəyə görə sən deyil, mən çağrıldım? Mən bilirəm ki, bu, sanki
qarşımda almaz kimi parıltılı hərflərlə yazılmışdır və sənin görmədiklərini görən gözlərimlə onu görə
bilirəm. Amma mənim etdiklərimin Allah iradəsi olduğunu da bilirəm. Ata, Oğul və Müqəddəs Ruh
adına”.
222
Burada şirlər var (lat.)
Y E D D İ N C İ G Ü N
5 8 7
G E C Ə ,
Yanğın olur və fəzilətlərin artıqlığı üzündən
cəhənnəm qüvvələri qalib gəlir
Qoca susdu. Sanki daha rahat oxuya bilmək üçün vərəqlərini sığallayırmış kimi, ya da kimsə qapıb
aparmasın deyə qorumaq istərcəsinə əllərini kitabın üstündə açıq tutmuşdu.
“Bütün bunlann heç bir faydası olmadı, - Vilhelm dedi. - Oyun bitdi. Səni də, kitabı da tapdım, o birilər
əbəs yerə öldülər”.
“Əbəs yerə deyil, - deyə Xorxe cavab verdi. - Bəlkə lazım olduğundan çox insan öldü. Bu kitabın Allah
tərəfindən lənətləndiyini isbat etmək lazımdırsa, bu da bir sübutdur. Amma onlar, yəqin ki, əbəs yerə
ölməmişdir. Əbəs yerə ölmədikləri daha dəqiq olsun deyə, qoy bir ölü də əlavə edilsin”.
Bunu dedikdən sonra cansız və demək olar ki, şəffaf əlləri ilə nəmli vərəqlərdən birini tutaraq, çəkib
qopardı, sonra daha birini qoparıb, parça-parça etdi və bir-bir ağzına ataraq, öz canına hopmalı olan
müqəddəs çörək tikələri kimi səylə çeynəməyə başladı.
Vilhelm oturub tilsimlənmiş kimi baxırdı, sanki nə baş verdiyini dərk etmirdi. Sonra özünə gəlib,
qocaya tərəf əyilərək bağırdı: “Nə edirsən?”. Xorxe cavab yerinə qansız damaqlarını göstərib, dişlərini
ağartdı; solğun dodaqlarının arasından axan sarı tüpürcək çənəsindəki ağarmış, seyrək saqqalının üstünə
tökülürdü.
“Yeddinci surun səslənməsini gözləyirdin - elə deyilmi? Dinlə, səmadan enən səs gör nə deyir! “Yeddi
göy gurultusunun dedikləri kitabı gizlə, onu yazma, onu götür və ye: acısı mədəni yandıracaq, amma
dodaqların bal kimi dadacaq”. Görürsən? Budur, səslənməsi lazım olmayan şeyi gizləyirəm, onu öz içimdə
gizləyirəm və onun məzarına çevrilirəm”.
5 8 8
Güldü, bəli, Xorxe güldü. Onun güldüyünü ilk dəfə görürdüm. Dodaqlarını qəmgin-qəmgin büzərək,
qırtlağıyla elə qəribə gülürdü ki, ağladığını sanardın. “Sən bunu gözləmirdin, Vilhelm, elə deyilmi? Bu
qoca Allahın köməyi ilə yenə sənə üstün gəldi, elə deyilmi?”. Vilhelm kitabı dartıb almağa çalışarkən,
havanın dalğalanmasından onun hərəkətlərini duyan Xorxe sol əli ilə kitabı sinəsinə sıxaraq, sağ əli ilə
də vərəqlərini cırıb ağzına ataraq geri çəkildi.
Onların arasında masa vardı. Vilhelm əlinin qocaya çatmadığını görüncə, qaça-qaça masanın
ətrafından dolanmaq istədi, amma cübbəsinin ətəyi kətilə ilişdi, kətil aşdı və gurultunu eşidən Xorxe
rəqibinin niyyətini anladı. Qoca yenidən, bu dəfə daha ucadan qəhqəhə çəkib güldü və gözlənilməz
çevikliklə sağ əlini uzadıb çırağı axtardı; isti havanın istiqaməti ilə onu asanlıqla tapdı və ağrıya əhəmiyyət
vermədən, əlini alovun üstünə basdı. Çıraq söndü. Hər yer qaranlığa büründü və Xorxenin son, üçüncü
qəhqəhəsi eşidildi: “İndi məni tapın görüm! İndi mən sizdən daha yaxşı görürəm'.”. Sonra qəhqəhələr
kəsildi. Daha heç bir şey eşidilmirdi. Onun səssiz-səmirsiz yeridiyini bilirdik, qəflətən peyda olmasının
səbəbi də bu idi. Y alnız otağın müxtəlif yerlərində cırılan kağızların səslərini ara-sıra eşidirdik.
“Adso! - Vilhelm var gücü ilə bağırdı. - Qapıda dur. İmkan vermə ki, aradan çıxsın!”
Amma o, əmrlər verməkdə gecikmişdi. Çünki lap əvvəldən səbrimi basıb, qocanın üstünə atılmaqdan
özümü zorla saxlayırdım; və işıq sönən kimi irəliyə doğru cumaraq, ustadımın dayandığı yerdən deyil,
qarşı tərəfdən masanın ətrafına dolandım. Xorxenin qapıya doğru qaçmasına yol verdiyimi çox gec an-
ladım, çünki qoca qaranlıqda qeyri-adi cəldliklə hərəkət etməyi bacarırdı. Doğrudan, cırılan kağızların
səsini arxamızda eşitdik; bu səslər sanki qonşu otaqdan gəlirmiş kimi, bir az boğuq eşidilirdi. Bununla
birlikdə başqa bir səs də eşitdik - paslanmış qapı rəzələrinin kəskin və ağır cırıltısı.
5 8 9
“Güzgü! - deyə Vilhelm bağırdı. - Bizi içəri qapadır!”. Səs gələn tərəfə, qapıya doğru atıldıq. Oturacağa
ilişdim, ayağım bərk ağrıdı, amma buna əhəmiyyət vermədim. Çünki bir fikir beynimdə şimşək kimi
çaxmışdı: əgər Xorxc bizi içəriyə kilid- lərsə, buradan heç zaman çıxmayacağıq! Qaranlıqda qapını aça
bilməyəcəkdik, çünki yayın bu tərəfdən necə hərəkətə gətirildiyini bilmirdik.
Vilhelmi də mənim kimi çarəsizlik qüvvəsinin irəliyə apardığını sanıram; çünki ikimiz də eyni anda
qapının astanasına çatıb, üzümüzə qapanmaqda olan güzgünün arxasında dayana bildik. Düz vaxtında
yetişmişdik. Qapı müqavimətimizə tab gətirməyib dayandı, biz daha qüvvətlə itələdik və qapı daha di-
rənməyib, geriyə doğru açıldı. Xorxe, yəqin ki, qüvvələrin bərabər olmadığını hiss edib, qapını buraxmış
və qaçıb getmişdi. Beləcə, lənətlənmiş otaqdan qurtulduq, lakin qocanın hansı səmtə getdiyini bilmirdik.
Zil qaranlıq idi. Birdən çıxış yolunun olduğunu xatırladım.
“Ustadım, məndə çaxmaq daşı var!”
“Bəs nəyi gözləyirsən! - Vilhelm bağırdı. - Çırağı tap, tez yandır!”. Yenə qaranlığa, geriyə, Afrikanın
sərhədinə doğru atıldım, əlimi uzadıb, ətrafımda gəzdirə-gəzdirə çırağı axtardım və onu məncə, ilahi
möcüzə ilə, demək olar ki, dərhal tapdım. Əlimi cübbəmin altına soxub, çaxmaq daşını çıxartdım.
Əllərim titrəyirdi və yalnız üçüncü, ya da dördüncü cəhddən sonra çırağı yandıra bildim. Vilhelm isə
qapıda dayanıb tələsdirirdi: “Tez ol! Tez ol!”. Nəhayət, çıraq işıqlandı.
“Tez! - deyə Vilhelm qaranlığa doğru atılaraq qışqırdı. - Yoxsa o, Aristotelin hamısını yeyəcəkdir!”
“Və öləcək!” - onun dalınca labirintin dərinliklərinə dalaraq, məyus-məyus dedim.
“Böyük iş olacaq, ölürsə ölsün, lənətə gəlmiş! - deyə Vil- helm gözlərini ətrafında gəzdirərək cavab
verdi. - Kağızdan o qədər tıxıb ki, taleyini çoxdan müəyyənləşdirib. Amma istədiyim kitab!..”
Dostları ilə paylaş: |