Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə218/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   214   215   216   217   218   219   220   221   ...   234

666

İnkubasiya dövrü. 2 aydan 1,5 ilə qədərdir, orta hesabla 3-7 

aydır.


Əsas klinik əlamətləri. Dişləmə yerində açıq sahələrdə, əsa-

sən də üzdə xırda, tək-tək, nadir halda çoxsaylı parlaq səthə ma -

lik  dairəvi  qabarcıqlar  əmələ  gəlir.  Tədricən  onlar  bozumtul, 

son  ra isə qırmızı- qonur və ya göyərmiş rəng alırlar. Bir neçə ay -

dan sonra qabarcıqlar sorula bilər, lakin daha çox onlar xo ra la-

şır lar.  Xora  dairəvidir,  qabıqla  örtülmüşdür,  xəmirə  bənzəyir, 

ş əbə  kəli k ə narları vardır; sero-hemorragik xora möhtəviyyatında 

xəs  təliyin  törədiciləri  aşkar  edilir.  Xoralaşma  qranulomaların 

ə m ə  lə gəlmə sin dən etibarən 6 ay, bəzən isə 1 il sonra baş verir. 

Z ə də lən mə y e rində diametri 15 mm olan ulduzvarı çapıq əmələ 

gəlir. Proq noz, adətən, qənaətbəxşdir. 

Müalicə. Sürmə preparatlarından (solyusurmin), delaqil, m o-

no misin, aminoxinol istifadə olunur.



Laborator  diaqnostika.  Dağılmamış  qabarcığın  punktatı 

(se roz-hemorragik ekssudat) və ya dağılmış xoradan qaşıntı m ü-

a yinə  edilir.  Bakterioskopiya  üçün  yaxmanı  Romanovski  üsulu 

ilə boyayırlar. Bu zaman parazitin protoplazması göy rəngə, n ü-

vəsi – qırmızı-yaqut rənginə boyanır. Xəstəliyin ikinci yarısında 

bak te rioskopiya nəticə verə bilməz. Ən etibarlı metod materialın 

NNN mühitinə əkilməsidir, az hallarda ağ siçanlarda bioloji s ı-

naq  qoyulur.  Leptomonadlardan  olan  antigenlə  dəri-allergik  s ı-

naq qoyulur ki, o da xəstəliyin ilk ayında müsbət olur.

Profilaktik  tədbirlər.  Xəstəliyin  yayılmasının  qarşısını  al -

maq məqsədilə xəstələrin erkən aşkarlanmasını və müalicəyə cəlb 

edilməsini  həyata  keçirirlər.  Hünülərin  uçuş  yerlərində  y a şayış 

məskənlərində kütləvi zərərləşdirmə (tiofos, heksaxloran) apar-

maq  lazımdır.  Fərdi  qorunmaq  üçün  dəriyə  repellentlərin 

çəkilməsi, pəncərələrin torlanması, yataq miçətkənlərindən isti-

fa də edilməsi məsləhət görülür. Son vaxtlar vaksinoprofilaktika 

aparılır ki, o da dəri leyşmaniozunun hər 2 tipinə qarşı immuni-

tet yaradır.

Əksepidemik tədbirlər. Leyşmaniozun dəri forması ilə xəs-

tə lər müalicəyə cəlb olunmalıdırlar. İnfeksiyanın hünülər vasi tə-

si lə yoluxma imkanını aradan qaldırmaq üçün zədələnmiş sahəni 



667

örtən sarğıların (leykoplastır) qoyulması, mənzildə hünülərin q ı-

rılması tövsiyə edilir. 

Kənd tipli (səhra) dəri leyşmaniozu. Kəskin invazion xəs tə-

lik olub, şəhər tipli dəri leyşma nio zuna bənzəyir, lakin ondan dəri 

zədələnmələrinin kəskin-iltihabi xarak teri ilə fərqlənir. Bu for ma 

Borovski xəstəliyinin 2-ci tipi (kəskin nekrozlaşan), murqab, pen-

din xorası da adlanır.

Törədici. Şəhər tipli dəri leyşmaniozunun törədicisi Leishma-

nia tropica major (leyşmaniyanın  böyük  forması),  leyşmanial 

mər  hələnin  ölçüləri  (4-6×1-3  mkm)  L. tropica minora nisbətən

b ö yükdür. Başqa cəhətlərinə görə şəhər tipli dəri leyşmaniozu ilə 

oxşardır.



İnvaziya mənbəyi. İnvaziya mənbəyi qumluq səhraların s a-

kinləri  olan  vəhşi  gəmiricilər  –  qum  siçanları:  böyük,  qır mızı-

quy  ruq siçanlar, həmçinin nazikbarmaq sünbülqıran sayılır. B ö-

yük qum siçanının leyşmaniyalarla yoluxması 70%-ə çatır, bəzi 

biotoplarda isə başdan başadır. Leyşmaniyaların gəmirici popul-

yasiyasında sirkulyasiyası Phlebotomus cinsi qansoran hünüləri 

vasitəsilə həyata keçir.

İnvaziya  mənbəyinin  yoluxduruculuq  dövrü.  Gəmiricilər 

sp on  tan  olaraq  leyşmaniozla  7,5  ay  ərzində  xəstələnir,  onların 

q  u  laqları, burnu, göz qapaqları zədələnir. Hünülər-hematofaqlar 

yoluxdurucu sayılır. Hünü qansormadan 6-8 gün sonra yoluxdu-

rucu olur. 26-30

0

C temperaturda hününün tam metaformozu 1 ay 



d a vam edir.

Yoluxma mexanizmi və yolu. Yoluxma mexanizmi – trans-

missivdir.  Parazit  gəmiricilərin  yuvalarında  yaşayan  Phleboto-

mus cinsi – Ph.papatasii, Ph.sergenti, Ph. caucasicus hünülərinin 

hematofaq  dişi  fərdlərinin  dişləməsi  zamanı  ötürülür.  Yoluxma 

i n sanın fəaliyyəti nəticəsində (səhra və yarımsəhraların məskun-

laş  ması) yaranmış antropurgik ocaqlarda baş verə bilər. Hününün 

uçuş radiusu – 1,5-2 km-ə çatır.

Həssaslıq və immunitet şəhər dəri leyşmaniozunda olduğu k i-

midir. İmmunitetin fərqləndirici cəhəti ondadır ki, səhra tipli dəri 

leyşmaniozunda o daha tez (xəstəliyin başlanğıcından 2 ay son-

ra) yaranır və homoloji superinfeksiyaya qarşı davamlı rezis ten t-

lik əmələ gəlir.



668

Epidemik prosesin təzahürləri. Asiya ölkələrində (Hindis-

tan, ÇXR), Afrikada (Saxara), həmçinin Ərəbistan yarımadası və 

c ə nubi Avropada rast gəlinir.

MDB ölkələrindən Özbəkistan və Türkmənistan respubli ka-

larında müəyyən rayonlarda sporadik şəkildə qeyd olunur. Dəri 

leyşmaniozundan fərqli olaraq, immunitet daha tez – xəstəliyin 

baş lanğıcından  2  ay  sonra  əmələ  gəlir.  Xəstəlikdə  mövsümilik 

q  a  barıq  ifadə  olunur,  avqust-sentyabrda  xəstəlik  keçirənlərin 

sayı ən yük sək həddə çatır. Ağır epidemik alovlanmalar da baş 

verə bilər. Kənd (səhra) tipli dəri leyşmaniozu səhra və y a rım-

səh raların məs kunlaşmasında iştirak edən köçkünlər, inşaatçılar, 

geoloqlar və digər kontingentlər arasında qeydə alınır. Məskun-

laşma yer lə rinin ə t rafında yerləşən kənd məntəqələrində də rast 

gəlinir.


İnkubasiya dövrü. 1-4 həftədir.

Əsas  klinik  əlamətləri.  Şəhər  formasında  rast  gəlinən  dəri 

z ə də lənmələrindən fərqli olaraq, kəskin nekrozlaşan formada qra-

nulomalar üzə nisbətən daha çox aşağı ətraflarda yerləşirlər. Baş-

lanğıc infiltrat kəskin-iltihab, furunkulabənzər xarakter alır, pro-

sesin  inkişafı  tezləşmişdir  –  1-3  həftədən  sonra  xoralaşma  baş 

verir, bütün proses – dişləmədən xoranın epitelləşməsinə qədər 

olan müddət 2 aydan 6 aya qədər çəkir. Çapıqlar həmçinin atro-

fik xarakter, “ştamplı” forma alır. Müalicə və proqnozu – şəhər 

tipli leyşmanioza oxşardır.

Laborator diaqnostika şəhər tipində olduğu kimidir.

Profilaktik tədbirlər. Şəhər tipli dəri leyşmaniozunda apa-

rılan  profilaktik  tədbirlərə  əlavə  olaraq  kənd  leyşmaniozunun 

qarşısının  alınması  məqsədilə  yaşayış  məskənlərində  və  ya  iş 

yer  lə rində (ekspedisiya, tikinti) 1,5-3 km radiusunda ətrafda g  ə  -

mi    ri cilərin  və  hünülərin  qırılmasına  yönəldilmiş  tədbirlərin  h ə-

yata keçirilməsi vacibdir.



Əksepidemik tədbirlər. Şəhər tipli dəri leyşmaniozunda o l-

du  ğu kimi aparılır. Həmçinin xəstənin təbii endemik ocaqda o l-

ma sını, peşəsi və ya onun hər hansı endemik ocağa getməsi araş-

dırılır.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə