672
Sistalar – lyambliyanın hərəkətsiz formalarıdır. Uzunluğu 10-14
mkm-dir. Forması ovaldır. Qişası qalındır, yaxşı görünür, çox z a-
man, elə bil ki, sistanın özündən ayrılmışdır. Bu əlamət sistanı
digər oxşar törədicilərdən fərqləndirməyə imkan verir. Lyuqol
məh lulunda sarımtıl-qəhvəyi rəngdə rənglənir. Rənglən mə sis-
tada 4 nüvəni görməyə imkan verir.
Lyambliyalar nazik bağırsağın yuxarı şöbəsində yaşayır. S o-
rucu diskin köməyi ilə xovlara yapışırlar. Lyambliyalar öd k i-
səsində yaşamır, çünki öd onlara öldürücü təsir göstərir. Duode-
nal zondlama zamanı onların tez-tez burada aşkar edilməsi lyam -
bli yaların möhtəviyyata onikibarmaq bağırsağın divarlarından
düş məsi ilə izah olunur.
Adətən, vegetativ formalar nəcislə xaric olunmur, lakin ishal
z a manı onları təzəcə ifraz olunmuş maye nəcisdə tapmaq müm-
kündür. Lyambliyalar onlar üçün əlverişsiz olan bağırsağın aşağı
şöbələrinə düşərək sistaya çevrilir və bu zaman nəcislə xaric o lu -
nurlar. Sistalar havanın rütubətindən və temperaturundan asılı
olaraq 1 aya qədər saxlanırlır. Qurudulma onları tez məhv edir.
Yoluxma çirklənmiş əllər, oyuncaqlar, qida və su vasitəsilə olur.
Bağırsağa düşən sistalar vegetativ formaya çevrilir. Bir sista iki
v e ge tativ forma əmələ gətirir.
Lyambliyalar geniş yayılmışdır, daha tez-tez uşaqlarda rast g ə-
linir. Çoxlu miqdarda yoluxduqda bağırsağın selikli qişasını m e-
xa niki surətdə qıcıqlandıra və sorulmanı müəyyən dərəcədə çə tin-
ləşdirə bilirlər. Bu zaman qarında küt ağrılar, quruldamalar, is hal,
iştahanın pozulması, ürəkbulanma, bəzən isə sağ qabırğaaltı nahi-
yə də ağrılar əmələ gəlir. Bu xəstəlik lyamblioz adlanır. Bəzi hal-
larda lyambliyalar bağırsağın və öd yollarının digər xəstəlik lərinin
g e dişini ağırlaşdırır.
Diaqnoz. Yoluxmuş şəxsdə lyambliyaları asanlıqla aşkar e t-
mək olur. Belə ki, nəcis formalaşmışdırsa, nativ yaxmada mik ro-
skopiya zamanı sistalar aşkar edilir. Paralel olaraq Lyuqol məh-
lu lu ilə rənglənmiş yaxmalara baxırlar.
Təzə ifraz olunmuş maye nəcisdə və duodenal zondlama z a-
manı alınmış materialda hərəkətli vegetativ formaları aşkar e t-
mək olar. Dəqiq diaqnoz üçün nəcisdə sistaları aşkar etmək k i-
673
fayətdir, bununla əlaqədar vegetativ mərhələləri aşkar etmək üçün
təzə ifraz olunmuş nəcisi və duodenol zondlama za manı alınmış
materialı təcili müayinə etmək lazım gəlir. Lakin bəzi hallarda
kop ro sko piya və duodenal zondlama metodlarının birgə aparıl-
ması lyam bliozun aşkar edilmə tezliyini artırır. İnvaziya zəif d ə-
rəcədə olduqda zənginləşdirmə metodundan istifadə olunur. Sis-
talar qeyri-müntəzəm ifraz olunduğundan çoxsaylı müa yi nə lər
t ə ləb edilir.
Qeyd etmək lazımdır ki, lyambliyaların geniş şəkildə ya yıl-
ma sı (parazitgəzdirənlik) bəzən müayinə edəni çaşdırır və lyam-
bliozun hiperdiaqnostikasını törədir. Buna görə də mədə-bağır-
saq traktının və ya öd yollarının zədələnməsinin klinik mən zə rəsi
nəzərə çarpdıqda xəstəliyin digər mümkün olan səbəb lərini (bak-
terioloji müayinə aparmaqla) istisna etmək lazımdır.
Lyamblioz invazion xəstəlik olub, simptomsuz parazitgəz dir-
mə şəklində keçərək bəzən nazik bağırsağın funksiyasının p o zul -
masına (xronik ishal, steatoreya) gətirib çıxarır.
Törədici. İbtidai – lyambliya Lambliaintestinalis qamçılılar
sinfinə aiddir.
Lyambliyaların vegetativ formaları armudvarı olur. Para zitin
uzunluğu 9-18 mkm, eni 5-10 mkm. 2 nüvəsi və 4 cüt qam çı sı
var. Patogenlik xüsusiyyəti az öyrənilib. Lyambliyaların sista ları
oval formadadır, ətraf mühitə ifrazatla xaric edilirlər. İfra zat da
onlar öz invazion xüsusiyyətlərini 16-20
0
C-də 4 gün ərzində
sax layırlar, 2-4
0
C –21 gün, suda 18-22
0
C-də 16-18 gün ərzində
sağ q a lırlar. Quruma öldürücü təsir göstərir (bir neçə dəqiqə
müd də tin də). Lyambliya sistaları amöblər kimi xlor pre pa rat la-
rına qarşı çox davamlıdır. Lyambliyaların vegetativ formalarının
ətraf m ü hi tə davamlılığı aşağıdır (2 saata qədər).
İnvaziya mənbəyi. İnsan – xəstə və ya parazitgəzdirəndir. S i-
çan və siçovullarda olan lyambliyalar insan üçün patogen deyildir.
İnvaziya mənbəyinin yoluxduruculuq dövrü. Lyambliozla
xəs tə və ya parazitgəzdirən uzun müddət ərzində (aylar) nəcislə
ly am bliya sistalarını xaric edir. Lyambliyanın vegetativ forma la-
rı nın i n san orqanizmində parazitlik etməsi məhdud müddətdə
(3 0- 40 g ün ) davam edir.
Yoluxma mexanizmi və yoluxma yolları. Lyambliyalarla y o-
lux ma əsasən sistaların udulması ilə baş verir. Başlıca yoluxma
674
amilləri çirkli əllər, çirklənmiş məhsullar və şəxsi gigiyena qay-
da larına əməl etmədikdə müxtəlif qulluq əşyaları ola bilər. Bu
amillər uşaq kollektivlərində daha böyük əhəmiyyət daşıyırlar.
Su amili də yoluxmada əhəmiyyətli rol oynayır.
Həssaslıq və immunitet. Lyamblioza qarşı həssaslıq müəy-
yən yaşlar üçün xarakterikdir – uşaqlarda o, böyüklərə nisbətən
yüksəkdir. Bəziləri bunu anadangəlmə və ya qazanılmış im mun-
defisitlə əlaqələndirirlər. Bununla yanaşı, spesifik immunitet də
qeyd edilir. Belə ki, uşaq yaşlarında keçirilən xəstəlikdən sonra
tək rar yoluxma baş vermir. Lakin simptomsuz parazitgəzdirmə
müm kündür.
Epidemik prosesin təzahürü. Lyamblioz əsasən sanitar-gi-
gi yenik səviyyəsi aşağı olan yerlərdə geniş yayılmışdır. Bəzi
döv lətlərdə (ABŞ) əhalinin yoluxması 15-20%-ə çatır. Bir çox
uşaq kol lektivlərində (qeyri-qənaətbəxş sanitar şəraitdə olan) u ş-
aq la rın yoluxması əhəmiyyətli dərəcədə yüksək ola bilər. B ö-
yüklər ara sında isə sistagəzdirmə halı uşaqlara nisbətən 3-4 dəfə
azdır. Mək təbəqədər və məktəb yaşlı uşaqların yoluxması təd-
ricən zəifl əyir və 16 yaşda tam itir.
İnkubasiya dövrü. 1-3 həftədir.
Klinik əlamətlər. Lyambliozun bağırsaq forması üçün daha
çox səhərlər müşahidə olunan ishal xarakterikdir. Nəcis ödlə q a-
rı ş mış olur. İshal nəcisin normallaşması dövrləri ilə növ bə lə şir.
Bir çox hallarda öd yolları və onikibarmaq bağırsaqda lyam-
bli yaların ikincili məskunlaşması baş verir ki, bu da selikli qişa-
nın iltihablaşması və qaraciyərin absesinə səbəb ola bilər. İşta ha-
sız lıq ümumi əzginlik, yüksək həssaslıq qeyd edilir. Bağırsaq
for malarından (enterit, entero kolit) başqa, qaraciyər (duodenit)
və qarışıq forma da əmələ gəlir.
Müalicə. Furozolidon, trixopol, aminoxinol. Ölüm halları
qeyd edilmir.
Laborator diaqnostikası. Duodenal möhtəviyyatın və nativ
yax mada nəcisin protozooloji müayinəsi (Lyuqolla boyanmış)
z a manı həm vegetativ formalar, həm də sistalar aşkar edilə bilər.
H a belə dəri-allergik sınaq qoyula bilər.
Profilaktik və əksepidemik tədbirlər. Amöbiazda olduğu k i-
mi dir.
Dostları ilə paylaş: |