669
Visseral leyşmanioz
Xronik gedişli, temperaturun dövri surətdə artması, proqres-
siv ləşən qanazlığı, leykopeniya, qranulositopeniya, hepa to sp le-
no meqaliya və kəskin şəkildə arıqlama ilə səciyyələnir. Xəstəlik
həm çinin kala-azar, uşaq leyşmaniozu, daxili leyşmanioz da a d-
landırılır.
Visseral leyşmaniozun 2 əsas formaları ayırd edilir: Hin dis tan
kala-azarı və Aralıq dənizi.
Törədici. Visseral leyşmanioz qamçılılara aid olan Leishma-
nia donovani (infantum) tərəfindən törədilir, onun biologiyası
bəzi fərqlər istisna olmaqla şəhər tipli dəri leyşmaniozuna oxşar-
dır. Bu fərqlər: leyşmanial formalar (qamçısız) visseral leyşma-
niozda dalaq, qaraciyərin qan və limfa kapillyarlarının endotel
h ü ceyrələrində, limfa düyünlərində, makrofaqlarda, sümük iliyi-
nin mielositlərində (retikulo-endotelioz) aşkar edilir.
İnvaziya mənbəyi. İnvaziya mənbəyi çaqqallar, tülkülər,
o x lu kirpilər, qum siçanlarıdır. Onlar vasitəsilə invaziyanın rezer-
vuarına sinantrop və ev heyvanları da (itlər, bəzən pişiklər də) cəlb
olunur.
Visseral leyşmaniozun Aralıq dənizi formasında invaziya
mən bəyi qismində itlər böyük epidemioloji təhlükə təşkil edir.
İnvaziya mənbəyinin yoluxduruculuq dövrü. Visseral leyş -
ma niozla xəstə olan heyvanlar xəstəliyin bütün dövründə y o lux -
durucudur, xüsusən də keçiricilərin dişləməsi üçün dəri xoraları
əlçatan olduqda. İnfeksiya yoluxmadan sonra 3-4 ay ərzində
d avam edə bilər və simptomsuz gedişdə 3 il müddətində sürə b i-
lər. Visseral leyşmaniozla xəstə insan epidemioloji rol oynamır.
Yoluxma mexanizmi və yolu. Törədicinin yoluxma mexa-
niz mi – transmissivdir. Leyşmaniyaların keçiriciləri Phleboto-
mus cinsi hünüləridir. Keçirici yarımsəhra zonasında yerləşmiş
ev lə rin arasında bitən ağajlarda, bitkilərdə yuva salır.
Həssaslıq və immunitet. İnsanlar, xüsusən də uşaqlar visse-
ral leyşmanioza qarşı yüksək dərəcədə həssasdırlar. Bir qayda
o la raq, keçirilmiş invaziyadan sonra davamlı immunitet əmələ
gəlir və homoloji reinvaziya hallarına nadir təsadüf edilir. Lakin
670
qazanılmış immunitetin yaranması çox vaxt xəstənin reak tiv-
liyindən və müalicənin başlanması müddətindən asılıdır. Dəri
leyşmaniozunun hər iki tipinə qarşı çarpaz immunitet müşahidə
edilmir.
Epidemik prosesin təzahürləri. Visseral leyşmaniozun əsas
ojaqları tropik və subtropik ölkələrdə: Şərqi və Şimali Hindistan,
Şri-Lanka, İraq, İran, Aralıq dənizi sahillərində, Afrikada yer-
ləşmişdir.
MDB ölkələrində visseral leyşmanioza Orta Asiya, Zaqafqa-
ziya və cənubi Qazaxıstanda rast gəlinir. Bütün ojaqlarda, Hin-
distandan başqa, visseral leyşmaniozun Aralıq dənizi forması
m ü şa hidə edilir. İnsanlar, xüsusən də uşaqlar (“uşaq” leyşma-
nio zu) vis seral leyşmanioza çox həssasdırlar. Yaş artdıqca xəstə-
lən mə aza lır və çox nadir hallarda reinfeksiya halları qeydə alı-
nır. Keçi ril miş xəstəlikdən sonra visseral leyşmanioza qarşı
gər gin i m mu nitet yaranır, lakin bu, dəri leyşmaniozu ilə yolux-
madan q o ru mur.
İnkubasiya dövrü. Adətən, 2-4 aydır, 2 həftədən 2 ilə qədər
davam edə bilər.
Əsas klinik əlamətlər. Visseral leyşmaniozun klinik şəkli
proq ressivləşən anemiya, dəri örtüklərinin avazıması, qara ci yərin
və dalağın xeyli böyüməsi, qızdırma ilə səciyyələnir. Müa li cə
olunmayan hallarda xəstəlik qısa müddət ərzində kaxeksiya və
letal nəticə ilə başa çatır. Uşaqlarda xəstəlik sürətlə inkişaf edir,
ağır gedişi ilə xarakterizə olunur, 3-6 aydan sonra ölümə g ə tirib
çıxarır. Böyük uşaqlarda və böyüklərdə xəstəlik çox vaxt xronik
şəkildə bir neçə ilə qədər sürür.
Müalicədə solyusurmin (solyustibozan) tətbiq edilir. Para zi-
tin sürməyə rezistent formaları da vardır.
Laborator diaqnostika. Müayinə üçün material – sümük
iliyindən (adətən, döş sümüyündən, yaxud baldır sümüyündən,
az hallarda qaraciyərdən) punktat götürülür, yaxma hazırlanır və
əkmələr aparılır. Müayinələr dəri leyşmaniozunda olduğu kimi
yerinə yetirilir.
Profilaktik və əksepidemik tədbirlər kənd tipli dəri leyş-
ma nio zunda olduğu qaydada həyata keçirilir. Rekon va les sent lər
671
xəs təliyi keçirdikdən sonra 6 ay ərzində dispanser müşahidə a l-
tında saxlanılır; xəstəliyin residivləri baş verdikdə onlarla tək ra ri
müalicə kursu aparılır.
Tripanosomozlar
Tripanosomozların törədicisi müxtəlif tripanosomalardır. Tri-
panosomalar arasında insan üçün patogen olan növlərin sayı üç -
dür: Trypanosoma gambiense və Trypanosoma rhodesiense A f-
rika tripanosomozunu (yuxu xəstəliyi) törədir; Trypanosoma
cruzi – Amerika tripanosomozunun (Şaqas xəstəliyi) törə di ci si dir.
Yuxu xəstəliyində tripanosomanın həyat tsiklinin birinci
hissəsi Se-se milçəyinin həzm kanalında, ikinci hissəsi – sahibin
orqanizmində gedir.
Onurğalı sahiblərdə (insan və ya vəhşi heyvanlar) tripano-
somalar qanda olur və keçiricinin dişləməsi zamanı onun mədə-
si nə düşürlər. Afrika tripanosomozunun törədicisinin keçiricisi
Gl o s sina cinsindən olan qansoran milçəklər və ya Se-se milçəyi,
Amerika triponosomozunun keçiricisi isə taxtabitidir.
Profilaktikada şəxsi və ictimai tədbirlər həyata keçirilir.
Şəx si profilaktika – dərman preparatlarının qəbulu; ictimai – k e-
çi ricilərin məhv edilməsi, onların yumurta qoyduqları yerlərin
ləğv edilməsidir.
Lyamblioz
Qamçılılır sinfinin digər mühüm epidemioloji əhəmiyyətə
malik növü lyambliyalardır (Lamblia intestinalis).
Lyambliyalar həm vegetativ formada mövcud olur, həm də
sis ta əmələ gətirmək qabiliyyətinə malikdir. Vegetativ forma ak -
tiv hərəkətli və armudabənzər formadadır. Bədənin ön ucu gir də -
lənmiş, arxa ucu itiləşmişdir. Bədənin ön ucunda – yarıq şək-
lində sorucu disk vardır. İki nüvəsi, 4 cüt qamçıları vardır.
Hərəkəti xarakterikdir, parazit uzununa oxu boyu fırlanma h ə -
rə kəti sayəsində yanı üstə çevrilir. Preparatda lyambliyalar otaq
temperaturunda qısa müddətdə məhv olur. Qidanı bütün b ə dən
sət hi ilə sorurlar. Uzununa, bölünmə yolu ilə çoxalırlar.
Dostları ilə paylaş: |