86
Bu anlayış həm sporadik şəkildə baş vermiş xəstəlik hallarına,
həm də çoxlu xəstələnmələrə aiddir. Bu kateqoriyanın əhəmiyyəti
çox böyükdür. Belə ki, yoluxucu xəstəliyin xü sus iy yət lərini n ə-
zə rə alaraq, epidemik ocağın sərhədlərini tə yin edir və həmin əra-
zidə lazımi əksepidemik tədbirlər həyata keçirilir.
Epidemik ocağın yaranması həmişə infeksiya mənbəyinin
əmə lə gəlməsi ilə bağlıdır. Ocağın yaranmasında ancaq konta-
gioz xəstələr rol oynayırlar. Əksər zoonoz xəstəliklər, şərti-pa to-
gen mikroblarla törədilən toksikoinfeksiyalar, tetanus və bir çox
başqa xəstəliklərlə yoluxmuş xəstələr epidemik ocağın əmələ
gəlməsinə səbəb olmur.
Epidemik ocağın fəaliyyət müddəti ən əvvəl infeksiya mən-
bə yinin yoluxduruculuq dövrünün müddətindən asılıdır. Belə ki,
kəskin yoluxucu xəstəliklərdə o, həftələr və aylarla, xroniki s ü-
rən yoluxucu xəstəliklərdə (vərəm, qarın yatalağının xroniki t ö-
rə di ci gəzdirənliyi və s.) isə on illərlə saxlanıla bilər. Ocaq o z a-
man sönmüş hesab edilir ki, xəstənin sağalması, h os pi tal laş dırılması
və ya ölüm nəticəsində ocaqda törədicinin ifrazı dayanır, yoluxma
amil rolu oynayan bütün əşyalar z ə rər siz ləş di ri lir, canlı keçiricilər
məhv edilir və təmasda olan həssas əhalinin maksimal inkubasiya
dövrü başa çatır.
Epidemik ocağın sərhədi xəstəliyin kontagiozluğundan, törə-
dicinin yoluxma mexanizmindən və ocağın sanitar-gigiyenik x a-
rak teristikasından asılıdır. Göyöskürək zamanı epidemik ocağın
sərhədi xəstənin otağı ilə məhdudlaşa bilər. Göyöskürək törə di-
ci sinin olduğu bəlğəm damcıları xəstədən 1,5-2 m-dən çox m ə-
sa fədə yayılmır, çünki törədici ətraf mühitdə tez məhv olur.
Dizenteriya, infeksion hepatit və s. xəstəliklərdə epidemik o ca-
ğın sərhədi təmasda olan mənzilləri və ya yataqxananı əhatə edir.
Yoluxma bu hallarda ümumi istifadə yerlərində baş verə bilər,
çün ki törədici nəcislə çirklənmiş səthlərdə uzun müddət saxlanır.
Qızılcanın və su çiçəyinin ocağı bəzən bir mənzilin əra zi sin-
dən kənara çıxır, buna səbəb hava axını ilə törədicilərin pil lə kən-
lə rarası sahə və ventilyasiya şaxtaları vasitəsilə uzaq məsafəyə
yayılmasıdır.
87
Xüsusi təhlükəli xəstəliklərin sərhədləri isə daha genişdir.
Təbii çiçək, taun, vəba xəstələri olan epidemik ocaqdan xəstəlik
ş ə hər və rayon ərazisinə yayılır.
Sporadikxəstələnmə (yunanca “sporadicos” – yayılmış, t ə sa-
dü fi, tək-tək).
Bu kateqoriya, eləcədə epidemiya və pandemiya k a te qo ri ya-
la rı epidemik prosesin kəmiyyət və keyfiyyətcə, onun məkan və
zaman daxilində yayılmasını intensiv və ekstensiv göstəricilərini
ifadə edir.
Əsasən tək-tək xəstələnmə ilə özünü göstərən, əhalinin m ü-
əy yən yoluxucu xəstəliklə hazırkı məkan və zaman çərçivə sində
çox da yük sək olmayan xəstələnməsinə sporadik xəstələnmə d e-
yilir (İ.İ.Yolkin, 1973). Başqa sözlə, bir-birilə nəzərə çarpan
əlaqəsi olmayan, istənilən vaxtda baş verən tək-tək xə s tə lən mə yə
sporadik xəstələnmə deyilir (D.V.Vinoqradov-Voljinski, 1973).
Məsələn, əhalinin hər 10000 nəfərinə ildə 0,5-1 qarın yatalağı,
2-3 difteriya və 300-500 qriplə xəstələnmə hadisəsi d ü şür.
Epidemiya (yunanca “epi”-üzərinə, “demos” - xalq, əhali).
Sporadik xəstələnmənin səviyyəsinin yüksəlməsi və böyük
miq darda epidemik ocaqların əmələ gəlməsi ilə özünü göstərən
y o luxucu xəstəliyin intensiv yayılmasına epidemiya deyilir
(İ.İ.Yolkin, 1973). Başqa sözlə desək, müəyyən ölkəni (şəhəri,
kollektivi) əhatə edən, eyni infeksiya mənbəyindən baş verən və
yoluxma yolları ümumi olan, eləcə də bir-birilə yoluxma zənciri
ilə əlaqəli olan, əhali arasında eyniadlı yoluxucu xəstəliyin küt-
ləvi yayılmasına epidemiya deyilir (D. V.Vinoqradov-Voljinski,
1973). Burada epidemik prosesin gərginliyinin kəmiyyət meyarını
qiymətləndirmək çətinlik törədir, çünki hər bir epidemiya müx-
təlif gərginliyə malikdir.
Hazırkı hadisədə sporadik xəstələnmə ilə mütləq ciddi m ü-
qayisəli və obyektiv analiz aparmaq lazımdır ki, vaxtında adi xəs-
tələnməni xroniki sürən epidemiyadan fərqləndirmək müm kün
olsun, çünki uzun müddət davam etdikdə xronik epidemiya bu
yer üçün “adi” göstəricilər kimi qələmə verilir. Belə fərqlən-
dirmənin böyük təcrübi əhəmiyyəti var. Sporadik xəstələnməni
epidemiyadan obyektiv fərqləndirmək üçün yoluxucu xəstəliyin
88
səviyyəsinin düzgün qiymət ləndirmə meyarını müəyyən etmək
lazımdır. Bunun üçün ölkə, ayrı-ayrı respublika və zonalarda
geniş yayılmış yoluxucu xəstəliklərin nisbi epidemioloji gö s-
təriciləri (xəstələnmə, ölüm, letallıq) əsas götürülə bilər.
Epidemiya bir neçə ölkəni və qitəni əhatə edə bilər. Epide-
miya dövründə müəyyən ərazidə yaşayan əhali arasında xəs tə-
lən mə 2-5-10-20 və daha çox arta bilər ki, bu, epidemik prosesin
gərginliyindən asılıdır. Müəyyən rayonda, şəhərdə, ölkədə xəs tə-
lən mə səviyyəsinin xeyli yüksəlməsinə bir-birilə əlaqəsi olma-
yan bir neçə epidemiyaların baş verməsi səbəb ola bilər. Xəs tə li-
yin epidemioloji xüsusiyyət lərin dən və onun y a y ıl ma şəraitindən
asılı olaraq, epidemiyalar qısa müddətdə, sürətlə və ya yavaş
in kişaf edir. Yavaş inkişaf edən epidemiya uzun müddət sürür və
xəstəliyin səviyyəsi yüksək olaraq qalır.
Pandemiya (yunanca “pandemiya” – ümumxalq hadisəsi).
Bəzi xəstəliklər (qrip, təbii çiçək, taun, vəba) qısa müddət
ərzində geniş miqyasda yayılaraq, bütün dünya ölkələrini və ya
bir neçə qitəni əhatə edir. Xəstəliyin belə yayılmasına pande-
miya deyilir. Başqa sözlə desək, pandemiya müəyyən ölkədə və
ya eyni zamanda bir neçə ölkədə yoluxucu xəstəliklərin qeyri-
adi yüksək səviyyədə epidemik yayılmasıdır (İ.İ.Yolkin, 1973).
Epidemik prosesin bu cür inkişafına xüsusi təhlükəli y o lu-
xu cu xəstəliklər səbəb ola bilər, belə xəstəliklərdə törədici ilə
həssas orqanizmin görüşü, adətən, xəstələnmə ilə nəticələnir. Bu
xəstəliklərdən XIX əsrdə vəba 5 dəfə, XX əsrin ikinci yarısında
isə qrip xəstəliyi bir neçə dəfə pandemiya şəklində yayılmışdır.
Endemiya (yunanca “endomos” – yerli).
Epidemioloji cəhətdən bu kateqoriya müəyyən ərazidə yer-
ləşən və epidemik prosesin gərginliyindən asılı olmayaraq, əhali
arasında yoluxucu xəstəliyin məhdud (lokal) şəkildə yayılmasını
ifadə edir. Başqa sözlə desək, müəyyən ərazidə yaşayan əhali ara-
sında uzun müddət ərzində hər hansı yoluxucu xəstəliyin m üx-
təlif miqdarda daima baş verməsi endemiya adlanır.
Xəstəliyin məhdud yayılmasını, adətən, coğrafi mühitin x ü-
su siyyətləri ilə əlaqələndirirlər: gah daimi abiotik yoluxma amil-
ləri ilə hazırkı yerə xas olan infeksiya törədicisinin mənbə yindən
Dostları ilə paylaş: |