95
Əhalinin sağlamlığını müəyyən edən əsas 4 qrup amil
ayırd edilir (şəkil).
Orqanizminfərdixüsusiyyətləri. İnsanın törədicilərlə yolux-
ması heç də həmişə yoluxucu xəstəliyin inkişafına gətirib çıxar-
mır. Xəstəliyin inkişaf imkanı, onun gedişi və nəticəsi bir çox
hallarda qeyri-spesifik müdafiə amillərindən və orqanizmin i m-
mun sisteminin vəziyyətindən asılıdır.
İmmun sistem ətraf mühitin çoxsaylı zərərli amillərinin tə si-
ri nə məruz qalır. İnsanın istehsalat fəaliyyəti ilə əlaqədar olaraq,
qeyri-spesifik müdafiə amillərinin və immun sistemin f ə a liy yə-
ti nə ekoloji stress də təsir göstərir.
Orqanizmin immun sisteminin vəziyyətinə təsir göstərən eko -
loji amillər immuntrop ekzoamillər adlanır. Bu amilləri iki b ö yük
qrupa bölmək olar:
1. təbii – temperatur, radiasiya, ultrabənövşəyi şüalanma, m ik-
ro ele mentlər və s.;
96
2. antropogen – HES, AES, torpaqların qurudulması /suvarıl-
ması, sənaye müəssisələrinin tullantıları, kimyəvi birləşmələrin
ge niş tətbiqi.
Təsir xarakterinə görə ekzoamillər aşağıdakı şəkildə qruplaş-
dırılır: a) yumşaq/bərk; b) birbaşa/vasitəli təsir; c) tənzim olu-
nan/ tənzim olunmayan; ç) qısa/uzun təsirli; d) lokal/qlobal;
e) o r qanizmdə toplanan/ toplan mayan.
Təbii abiotik (qeyri-antropogen) amillərə daxildir: a) fiziki-
coğrafi amillər, xüsusilə: coğrafi yerləşmə, insolyasiya, geoloji
xüsusiyyətlər, yerin relyefi, torpağın xüsusiyyəti, su mən bə lə-
rinin olması və vəziyyəti, yeraltı sular, su mübadiləsinin dinami-
kası, atmosferin vəziyyəti; b) iqlim amilləri – iqlim zonaları,
m ö v sümilik, havanın temperaturu, atmosfer təzyiqi, havanın
nisbi rütubəti, küləyin istiqaməti, yağıntıların miqdarı; c) təbii
fövqəladə hallar: qasırğa, tufan, siklonlar, sunami, tornado, zəl-
zələ, daşqınlar, vulkan püskürməsi, şaxta, qeyri-adi isti, quraq-
lıq, yanğın, sürüşmə, qar uçqunları.
Heyvanların – qan infeksiyalarının infeksiya mənbəyi və b i-
o loji keçiricilərinin arealının mövcud olması təbii amillərdən
asılıdır. Torpağın xarakteri bir sıra helmintlərin həyat tsiklinə t ə-
sir göstərir. İlin fəsli KRVİ, “uşaq infeksiyaları”, A viruslu hepa-
tit, leptospiroz, yersiniozlar, gənə ensefaliti, gənə borreliozu və
s. yoluxucu xəstəlik lərə təsir edir. Kəskin bağırsaq infeksiyaları-
nın yayılması bir çox hallarda su mənbələrinin vəziyyətindən
asılıdır.
Təbii amillər törədicilərin xarakteristikasına, patogen liyinə
və virulentliyinə, aktivliyinə və dəyişkənliyinə təsir edir. Trans-
missiv xəstəliklərin törədicilərinin xassələri təbii amillərdən ası-
lıdır: təbiət amilləri də ağcaqanadların və gənələrin çoxalmasına
müsbət və ya mənfi təsir edə bilər.
Müxtəlif yoluxucu xəstəliklər zamanı epidemik prosesin döv-
riliyi xəstəlik sporadik səviyyəyə enənə qədər aktual qalır. Epi-
demik prosesin dövriliyi son onillikdə yoluxucu xəstəliklərin ən
geniş yayılmış xəstəliklərinin timsalında aydın izlənir. M ə sələn,
Rusiya Federasiyasında dizenteriya zamanı 1925–2000-ci illər
ərzində xəstələnmənin 4 yüksəliş dövrü (hər birinin d a vam etmə
97
müddəti 18 il), A hepatitində 1953-cü ildən 9-10 il davam edən 4
tsikli, B hepatitində 1975-ci ildən 11 il davam edən tsikli, s k ar-
latina zamanı 1945-ci ildən 10-12 il davam edən 5 tsikli, gə nə
ensefalitində 1947-ci ildən 17-18 il davam edən 3 tsikli, t ul yare-
miya zamanı 1950-ci ildən – 17 il davam edən 3 tsikli, leptospi-
rozlarda 1956-cı ildən 4-5 il davam edən tsikllər m ü şa hi də olun-
muşdur.
Dövriliyin formalaşmasında epidemik prosesin hər 3 halqası
və törədicinin dəyişkənliyi böyük əhəmiyyət daşıyır. Ətraf mühit
şəraiti – təbii amillər aparıcı rol oynayır. Yer kürəsində yaşayan
bütün canlılara böyük təsir göstərən təbii amillər arasında g ü-
nəşin aktivliyi daha kəskin nəzərə çarpır.
A.L.Çijevski (1897–1964) epidemiyaların günəşin aktiv li-
yindən asılılığını öyrənmişdir. Hazırda hesab etmək olar ki, epi-
demiyaların və pandemiyaların baş verməsi, hər şeydən əvvəl
günəşin aktivliyinin səviyyəsi ilə əlaqədardır. Müəyyən edilmiş-
dir ki, məhz günəşin aktivliyinin maksimal illərində pandemiya-
lar kəskin şəkildə artır və böyük əraziləri əhatə edir. A . L . Çi jev s ki
təyin etmişdir ki, vəbanın pandemiyalarının dövrləri 2,65 və 5,5
il davametmə müddətinə malikdir. Bu dövrlər günəşin 11 illik
tsiklinin dörddə birini və yarısını təşkil edir. Rusiyada 100 il
ərzində xəstələnmənin təhlili göstərdi ki, vəbanın 1823-cü ildə
başlamış ilk epidemiyasından etibarən ən yüksək xəstələnmə
hal ları günəşin aktivliyinin maksimal illərinə təsadüf edir, hal-
buki vəbanın minimal xəstəlik halları qeydə alınan dövrlər
günəşin aktivliyinin minimal illərinə düşür.
Qriplə xəstələnmənin 500 il ərzində təhlili göstərmişdir ki,
qrip epidemiyalarının dövrləri orta hesabla 11,3 il təşkil edir və
gü nəşin aktivliyinin dövrləri ilə üst-üstə düşür. Epidemik alov-
lanmaların əksəriyyəti günəşin aktivliyi artdığı və ya azaldığı
dövrlərə təsadüf edir, yəni epidemiyalar günəşin aktivliyinin m i-
ni mum-maksimum və ya maksimum-minimum dövrlərində baş
verir. Taun, difteriya, skarlatina, meninqokokk infeksiyası,
quduzluq zamanı epidemiyaların yaranmasının günəşin aktivli-
yindən müəyyən asılılığı təyin olunmuşdur. Məsələn, taun epi-
demiyalarının daha çox maksimal günəş aktivliyində yaranması
və geniş yayılması izlənir.