89
(lepto spi rozlar, tulyaremiya, toksoplazmoz), gah spesifik canlı
k e çi ricidən (malyariya, pappataçi qızdırması), nəhayət, mühitin
spesifik keçi riciləri və abiotik amillərlə infeksiya mənbəyi ara-
sındakı mürəkkəb biosenotik münasibətlərdən (leyşmanioz, gənə
və ağcaqanad ensefalitləri, bəzi helmintozlar, hemorragik qızdır-
malar və s.) asılıdır.
Qeyd edilən xəstəliklər ancaq infeksiya mənbələri və ya spe-
sifik keçiricilərin arealında yayılır. Bəzən isə onlar elə iqlim
zonalarında yayılırlar ki, orada patogen parazitin fazalı inkişafı
üçün şərait yaradan xarici mühitdə abiotik amillərin (temperatur,
rütubət, tor pağın strukturu və s.) daim təsir etdiyi yoluxucu xəs tə-
lik törə di ci sinin mənbəyi olsun (məsələn, ankilosto midoz la r da).
L.V.Qromaşevski (1965) endemiya anlayışını iki yerə: “təbii
endemiklik” və “statistik endemiklik”liyə bölür. Birinciyə zoo-
noz və zooantroponozlar, ikinciyə isə bütün antroponozları daxil
edir.
Patogen mikrobların spesifik lokalizasiyası
Digər elmlərdə olduğu kimi, epidemiologiyanın qanunları və
q a nunauyğunluqları da hadisə və proseslərin münasibət və m a-
hiyyət əlaqələrini meydana çıxarır. Qanunlar müəyyən və qeyri-
mürəkkəb əlaqələr və münasibətləri ifadə edir, qanunauy ğun luqlar
özünü qanunların təsirinin cəmi kimi göstərir. Epi de mi ologiyanın
qanunları ayrı-ayrı hadisələr və ya hətta onların müxtəlif c ə-
hətləri arasında (məsələn, orqanizmdə patogen parazitin lokali-
zasiyası ilə yoluxma mexanizmi və ya yoluxma m e xa nizmi ilə
parazitin bəzi bioloji xüsusiyyətləri arasında) yaranan əlaqə və
m ü nasibətləri ifadə edir.
Ancaq onlar yalnız mühüm münasibətləri ifadə edə bilərlər:
epidemik prosesin mütləq elementlərinin qarşılıqlı əlaqəsi və ya
e p i demik prosesin əsas hərəkətverici qüvvələri – sosial şə ra it-
lər lə coğrafi mühit amilləri arasındakı münasibət. Məsələn, insan
və heyvan orqanizmində patogen parazitin lokalizasiyası onun
ayrı-ayrı növlərinin optimal yaşayış mühitinə müqayisəli uyğun-
laşmasının qanunauyğun nəticəsidir. Ancaq lokalizasiyanın yü k-
sək patogenetik və kliniki əhəmiyyətə malik müxtəlifliyinə bax-
90
ma yaraq (xüsusilə polipatogen parazitlərdə), patogen m i k ro blarda
onun xarici mühitə ifrazı yolları və həmin növün gələcək varlığını
təmin edən toxuma, üzv və sistemlərə müvafiq adaptasiya yaran-
mışdır (bağırsaqlar – qarın yatalağı və dizenteriya bakteriyaları,
vəba vibrionları və enteroviruslar üçün, tənəffüs sistemi – qrip
virusları, adenoviruslar və difteriya bakteriyaları üçün, qan döv-
ranı sistemi – Provaçek rikket siyaları, Obermeyer spiroxetləri,
pappataçi qızdırması virusu, malyariya plazmodiumları üçün,
x a rici dəri və selikli qişa örtüyü – mikozların, traxomanın, dəri
leyşmaniozunun törədicisi üçün).
Epidemioloji nöqteyi-nəzərdən bu, spesifik lokalizasiyadır.
O, patogen parazitin yoluxma mexanizmini müəyyən edir və
on un bioloji xüsusiyyətlərini formalaşdırır: xarici mühitdə ya -
şa ma formaları (spor əmələgətirmə, məsələn, qara yara, tetanus,
botulizm və yara anaerob bakteriyaları), xarici mühit amil lə rinə
davamlılıq, transovarial və transfazal yolla yoluxma və s. Pato-
gen parazitin spesifik lokalizasiyası və yoluxma mexanizmi bir-
birilə qarşılıqlı əlaqədədir. Bu hadisələrin bir-birindən sıx asılı-
lığı epidemik prosesin inkişafına səbəb olur.
Patogen parazitin insan və heyvan orqanizmində spesifik l o-
ka lizasiyası və törədicilərin müvafiq yoluxma mexanizmi insan-
ların yoluxucu xəstəliklərinin təsnifatının elmi əsasını təşkil edir.
Bu meyara əsasən onlar aşağıdakı şəkildə təsnif olunur: 1) həzm
sisteminin yoluxucu xəstəlikləri, 2) tənəffüs yollarının yoluxucu
xəstəlikləri, 3) qan sisteminin yoluxucu xəs tə lik ləri, 4) xarici ö r-
tük lərin yoluxucu xəstəlikləri, 5) vertikal ö tü rülən yoluxucu xəs-
tə liklər.
Epidemik prosesin hərəkətverici qüvvələri
Epidemik prosesin əsas hərəkətverici qüvvələrini onun 3 m ü t -
ləq şərtinin (infeksiya mənbəyi, yoluxma amilləri, həssas orqa-
nizm) qarşılıqlı təsirinin cəmi, sosial şərait və coğrafi mühitin ə l-
verişli amilləri təşkil edir.
Yoluxucu xəstəliklərin cəmiyyətdə yayılması və onların pro fi-
laktikası və ləğv edilməsində sosial şəraitlər mühüm rol oynayır.
Onların içərisində aşağıdakı sosial şərait elementləri əsas yer tu -
tur:
91
- əhalinin iqtisadi fəaliyyətinin xarakteristikası (sənaye, kənd
tə sərrüfatı, ticarət, xüsusi peşələr) və iqtisadiyyatın coğrafiyası;
- əhalinin maddi təminatının dərəcəsi və ümumi sanitariya
m ə dəniyyətinin səviyyəsi;
- iş prosesləri zamanı və məişətdə insanların ünsiyyət formaları;
- əhalinin sıxlığı və yerləşmə xüsusiyyətləri (yaşayış mən tə-
qə lərinin tipləri, mənzillərin xarakteri);
- yaşayış məntəqələrinin abadlıq səviyyəsi (su təchizatının
tip ləri, su təmizləyici sistem və s.);
- əhalinin məişət xüsusiyyətləri, tarixən formalaşmış adət və
ə n ə nələri;
- nəqliyyat yolları şəbəkəsi, nəqliyyatın üstünlük təşkil edən
növ ləri, nəqliyyat əlaqələrinin xarakteristikası;
- əhalinin demoqrafik göstəriciləri (doğum, ölüm);
- miqrasiya proseslərinin səciyyəsi;
- səhiyyənin vəziyyəti, tibb elminin, eləcə də epidemiologiya
və onunla əlaqəli sahələrin (gigiyena, mikrobiologiya, virusolo-
giya, yoluxucu xəstəliklərin klinikası və s.) inkişaf səviyyəsi.
Sosial şəraitlər epidemik prosesin bütün elementlərinə, xü su-
silə infeksiya mənbəyi və yoluxma mexanizminə təsir edir. İnsa-
nın yoluxucu xəstəliklərinin təkamülündə sosial amillərin əhə-
miy yəti aydın görünür. coğrafi mühit amilləri ilə yanaşı, sosial
yaşayış şəraiti də epidemik prosesin əsas hərəkətverici qü v-
vəsidir, onun təsiri altında törədicinin bioloji xassələri, yoluxma
mexanizmi, infeksiya mənbəyinin – ev və vəhşi heyvanların bio-
loji xüsusiy yətləri, eləcə də insanların həyat tərzi d ə yişilir. Bir
sözlə, yoluxucu xəstəliklərin epidemiologiyası də yi şir. Epidemik
prosesin kəmiyyət və keyfiyyətcə dəyişməsi c ə miyyətin tarixi
inkişaf mərhələrinə uyğun baş verir. Sosial şəraitlərin epidemik
prosesin əsas hərəkətverici qüvvələri kimi qəbul edilməsi elmi
mahiy yətindən başqa, yoluxucu xəstəliklərə qarşı effektiv m ü ba-
rizə tədbirlərinin işlənib hazırlan masında təcrübi təbabət üçün
geniş perspektivlər açır.
V.D.Belyakov epidemik prosesi bir-birilə sıx qarşılıqlı əla-
qə si olan 3 bölmədən (yarımsistem) ibarət sistem kimi nəzərdən
ke çirir.
Birincibölmə (yarımsistem) – epidemik prosesin amil lərinin
(bio loji, sosial, təbii), onun inkişafının səbəb və şəraitləri.
Dostları ilə paylaş: |