Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə31/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   27   28   29   30   31   32   33   34   ...   234

95

 Əhalinin sağlamlığını müəyyən edən əsas 4 qrup amil  

ayırd edilir (şəkil).

Orqanizminfərdixüsusiyyətləri. İnsanın törədicilərlə yolux-

ması heç də həmişə yoluxucu xəstəliyin inkişafına gətirib çıxar-

mır.  Xəstəliyin  inkişaf  imkanı,  onun  gedişi  və  nəticəsi  bir  çox 

hallarda qeyri-spesifik müdafiə amillərindən və orqanizmin i m-

mun sisteminin vəziyyətindən asılıdır.

İmmun sistem ətraf mühitin çoxsaylı zərərli amillərinin tə  si-

ri nə məruz qalır. İnsanın istehsalat fəaliyyəti ilə əlaqədar olaraq, 

qeyri-spesifik müdafiə amillərinin və immun sistemin f ə a liy yə-

ti nə ekoloji stress də təsir göstərir.

Orqanizmin immun sisteminin vəziyyətinə təsir göstərən eko -

loji amillər immuntrop ekzoamillər adlanır. Bu amilləri iki b ö yük 

qrupa bölmək olar:

1. təbii – temperatur, radiasiya, ultrabənövşəyi şüalanma, m ik-

ro ele mentlər və s.;




96

2. antropogen – HES, AES, torpaqların qurudulması /suvarıl-

ması,  sənaye  müəssisələrinin  tullantıları,  kimyəvi  birləşmələrin 

ge niş tətbiqi.

Təsir xarakterinə görə ekzoamillər aşağıdakı şəkildə qruplaş-

dırılır:  a)  yumşaq/bərk;  b)  birbaşa/vasitəli  təsir;  c)  tənzim  olu-

nan/  tənzim  olunmayan;  ç)  qısa/uzun  təsirli;  d)  lokal/qlobal;  

e) o r qanizmdə toplanan/ toplan mayan.



Təbii abiotik  (qeyri-antropogen)  amillərə  daxildir:  a)  fiziki-

coğrafi  amillər,  xüsusilə:  coğrafi  yerləşmə,  insolyasiya,  geoloji 

xüsusiyyətlər,  yerin  relyefi,  torpağın  xüsusiyyəti,  su  mən bə lə-

rinin olması və vəziyyəti, yeraltı sular, su mübadiləsinin dinami-

kası,  atmosferin  vəziyyəti;  b)  iqlim  amilləri  –  iqlim  zonaları, 

m ö v sümilik,  havanın  temperaturu,  atmosfer  təzyiqi,  havanın 

nisbi  rütubəti,  küləyin  istiqaməti,  yağıntıların  miqdarı;  c)  təbii 

fövqəladə hallar: qasırğa, tufan, siklonlar, sunami, tornado, zəl-

zələ, daşqınlar,  vulkan püskürməsi, şaxta, qeyri-adi isti, quraq-

lıq, yanğın, sürüşmə, qar uçqunları.

Heyvanların – qan infeksiyalarının infeksiya mənbəyi və b i-

o  loji  keçiricilərinin  arealının  mövcud  olması  təbii  amillərdən 

asılıdır. Torpağın xarakteri bir sıra helmintlərin həyat tsiklinə t ə-

sir göstərir. İlin fəsli KRVİ, “uşaq infeksiyaları”, A viruslu hepa-

tit, leptospiroz, yersiniozlar, gənə ensefaliti, gənə borreliozu və 

s. yoluxucu xəstəlik lərə təsir edir. Kəskin bağırsaq infeksiyaları-

nın  yayılması  bir  çox  hallarda  su  mənbələrinin  vəziyyətindən 

asılıdır.

  Təbii  amillər  törədicilərin  xarakteristikasına,  patogen liyinə 

və virulentliyinə, aktivliyinə və dəyişkənliyinə təsir edir. Trans-

missiv xəstəliklərin törədicilərinin xassələri təbii amillərdən ası-

lıdır: təbiət amilləri də ağcaqanadların və gənələrin çoxalmasına 

müsbət və ya mənfi təsir edə bilər.

Müxtəlif yoluxucu xəstəliklər zamanı epidemik prosesin döv-

riliyi xəstəlik sporadik səviyyəyə enənə qədər aktual qalır. Epi-

demik prosesin dövriliyi son onillikdə yoluxucu xəstəliklərin ən 

geniş yayılmış xəstəliklərinin timsalında aydın izlənir. M ə sələn, 

Rusiya  Federasiyasında  dizenteriya  zamanı  1925–2000-ci  illər 

ərzində xəstələnmənin 4 yüksəliş dövrü (hər birinin d a vam etmə 



97

müddəti 18 il), A hepatitində 1953-cü ildən 9-10 il davam edən 4 

tsikli, B hepatitində 1975-ci ildən 11 il davam edən tsikli, s k ar-

latina zamanı 1945-ci ildən 10-12 il davam edən 5 tsikli, gə nə 

ensefalitində 1947-ci ildən 17-18 il davam edən 3 tsikli, t ul yare-

miya zamanı 1950-ci ildən – 17 il davam edən 3 tsikli, leptospi-

rozlarda 1956-cı ildən 4-5 il davam edən tsikllər m ü şa hi də olun-

muşdur.


Dövriliyin formalaşmasında epidemik prosesin hər 3 halqası 

və törədicinin dəyişkənliyi böyük əhəmiyyət daşıyır. Ətraf mühit 

şəraiti – təbii amillər aparıcı rol oynayır. Yer kürəsində yaşayan 

bütün  canlılara  böyük  təsir  göstərən  təbii  amillər  arasında  g ü-

nəşin aktivliyi daha kəskin nəzərə çarpır.

A.L.Çijevski  (1897–1964)  epidemiyaların  günəşin  aktiv li-

yindən asılılığını öyrənmişdir. Hazırda hesab etmək olar ki, epi-

demiyaların  və  pandemiyaların  baş  verməsi,  hər  şeydən  əvvəl 

günəşin aktivliyinin səviyyəsi ilə əlaqədardır. Müəyyən edilmiş-

dir ki, məhz günəşin aktivliyinin maksimal illərində pandemiya-

lar kəskin şəkildə artır və böyük əraziləri əhatə edir. A . L . Çi jev s ki 

təyin etmişdir ki, vəbanın pandemiyalarının dövrləri 2,65 və 5,5 

il  davametmə  müddətinə  malikdir.  Bu  dövrlər  günəşin  11  illik 

tsiklinin  dörddə  birini  və  yarısını  təşkil  edir.  Rusiyada  100  il 

ərzində  xəstələnmənin  təhlili  göstərdi  ki,  vəbanın  1823-cü  ildə 

başlamış  ilk  epidemiyasından  etibarən  ən  yüksək  xəstələnmə 

hal ları  günəşin  aktivliyinin  maksimal  illərinə  təsadüf  edir,  hal-

buki  vəbanın  minimal  xəstəlik  halları  qeydə  alınan  dövrlər 

günəşin aktivliyinin minimal illərinə düşür.

Qriplə  xəstələnmənin  500  il  ərzində  təhlili  göstərmişdir  ki, 

qrip epidemiyalarının dövrləri orta hesabla 11,3 il təşkil edir və 

gü nəşin aktivliyinin dövrləri ilə üst-üstə düşür. Epidemik alov-

lanmaların  əksəriyyəti  günəşin  aktivliyi  artdığı  və  ya  azaldığı 

dövrlərə təsadüf edir, yəni epidemiyalar günəşin aktivliyinin m i-

ni  mum-maksimum və ya maksimum-minimum dövrlərində baş 

verir.  Taun,  difteriya,  skarlatina,  meninqokokk  infeksiyası, 

quduzluq  zamanı  epidemiyaların  yaranmasının  günəşin  aktivli-

yindən  müəyyən  asılılığı  təyin  olunmuşdur.  Məsələn,  taun  epi-

demiyalarının daha çox maksimal günəş aktivliyində yaranması 

və geniş yayılması izlənir.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə