Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə32/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   28   29   30   31   32   33   34   35   ...   234

98

Bu qanunauyğunluqların mənşəyi aydındır, belə ki, Yer k ü-

rəsində olan mikrofloranın hamısının fəaliyyəti günəşin a  k tiv li-

yin dən  sıx  asılıdır.  İnsanın  xəstəliklərə  yoluxma  səviyyəsi  də, 

həmçinin  orqanizmin  fiziki-kimyəvi  reaksiyasındakı  dəyişik lik-

lər  sayəsində  günəşin  aktivliyindən  asılıdır.  Bütün  üzvi  aləm  – 

mik ro- və makroorqanizm Günəşdən alınan enerjinin d ə yiş kən li-

yi ni hiss edir.

EHM-da aparılmış hesablamalar göstərdi ki, yoluxucu xəs tə-

lik lərin hamısına 3, 5, 8, 11, 14 və 18-19 ilə yaxın dövrlərə malik 

tsikliklik  xasdır.  Bununla  bərabər,  ümumi  məcmuda  10-11  illik 

tsikl  üstünlük  təşkil  edir.  Müxtəlif  yoluxucu  xəstəliklərlə  xəs-

tələnmənin  təhlili  zamanı  aşkar  edilən  5-6  illik  tsikl  10-11  illik 

tsik ldən  sonra  ikinci  yerdə  durur.  Bu  tsikl  davamlılığına  görə 

günəşin aktivliyinin əsas 10-11 illik tsiklinin yarısını təşkil edir.

EHM-nın  əsasında  günəşin  aktivliyinin  epidemik  prosesə 

təsiri  sübuta  yetirilmişdir.  Lakin  bu  zaman  yadda  saxlamaq 

lazımdır ki, çox vaxt onun bir sıra kiçik intervallara bölünməsi 

baş verir. Ona görə də əsas 11illik epidemiya dalğası gözdən itir. 

Epidemik prosesin günəşin aktivliyi ilə əlaqəsi olduqca mürək-

kəb dir. Yoluxucu  xəstəliklərin  yayılması  biosferdə  gedən  digər 

pro seslərlə də əlaqədədir, onlar günəşin aktivliyi ilə sıx bağlıdır.

İnsana günəşin aktivliyinin təsirini tüpürcəyin bakterisid xas-

sələrinin  günəşin  11  illik  tsiklə  malik  aktivliyindən  asılılığının 

timsalında  izləyə  bilərik:  minimal  günəş  aktivliyində  (1964-cü 

il) tüpürcək hətta güclü durulaşmadan sonra mikrobların milyon-

larla  koloniyalarını  tamamilə  öldürmüşdür,  günəşin  aktivliyi 

mak simal  səviyyəyə  çatdıqda  isə  (1968)  tüpürcəyin  bakterisid 

xas səsi  kəskin  azalmışdır.  Bu  dəyişikliklər  müəyyən  dərəcədə 

i n feksion xəstələnməyə də təsir göstərir, belə ki, xəstəlik törə di-

cisinin  aqibəti  ağız  boşluğunun  vəziyyətindən  çox  asılıdır  –  o, 

elə ilk mərhələdə tüpürcəklə təmasda olduqda məhv ola bilər.

Bağırsaq qrupu bakteriyalarının yolunda ikinci sədd sayılan 

m ə də  şirəsinin  turşuluğu,  həmçinin  bakterisidliyi  də  günəşin 

aktivlik səviyyəsindən asılıdır. Sübut edilmişdir ki, günəşin a k-

tivliyi nə qədər yüksəkdirsə, mədənin turşuluğu bir o qədər aşağı 

düşür və uyğun olaraq bağırsaq bakteriyalarının təsirindən m ü-

da fiə qabiliyyəti də zəifdir.




99

Qanın  bakterisid  xassələri  də  həmçinin  günəşin  aktivliyinə 

uyğun olaraq dəyişir, o, eyni zamanda mövsümdən asılıdır. G ü-

nə şin  maksimal  aktivliyində  qan  zərdabının  mikroorqa nizmləri 

öldürmək qabiliyyəti günəşin minimal aktivliyinə nisbətən t ə q-

ribən 1/3 dəfə azdır.

Epidemik prosesə günəşin aktivliyinin təsir mexanizmi ç o x-

cəhətlidir.  Günəşdən  elektromaqnit  şüalanması  baş  verir  ki, 

buraya radiodalğalar, rentgen şüalanması, ultrabənövşəyi və inf-

raqırmızı şüalanma daxildir. Bu şüalanmanın bir qismi Yer sət-

hinə  çatır,  digəri  isə  atmosferdə  tutulur.  Yerin  biosferinə  daxil 

olan şüalanma nəinki insan orqanizminə, həmçinin bitki və hey-

vanat aləminə birbaşa təsir göstərir. Təbii ki, o, mikroor qa nizm-

lərə  də  təsir  edir.  Bu,  difteriya  törədiciləri  üzərində  qoyulmuş 

təcrübələrdə əsaslı şəkildə sübuta yetirilmişdir. 9 il ərzində hər 

gün aparılmış müşahidələr göstərmişdir ki, onların x ü su siy yət lə-

ri nin  kəskin  dəyişiklikləri  çox  vaxt  günəşin  maksimal  a k tiv li-

yində  rast  gəlinir.  Günəşin  minimal  aktivliyində  belə  kəskin 

dəyişikliklərə ildə 5-7 dəfə rast gəlinmişdir. Difteriya kulturasını 

qurğuşun ekranla örtdükdə (bu, kosmik şüaların daxil olmasına 

m a neçilik yaradır) onda kulturanın xassələrinin kəskin d ə yi şik-

lik ləri  bütün  müşahidə  dövründə  bir  dəfə,  yəni  mövsümdə  bir 

dəfə – təsir edən amillərin intensivliyi maksimal səviyyəyə çat-

dıqda baş vermişdir.

Deməli, epidemik prosesin dövriliyinin xarici səbəbləri epi-

demik prosesin sisteminə daxil olan bütün elementlərə təsir edir. 

Bu  elementlər  daxili  səbəblərin  hesabına  dəyişir.  Bu  halda 

xəstələnmənin dinamikasının təbii dalğavari prosesinin gedişinə 

apa rılan sosial tədbirlərin nəticəsində baş verən dəyişikliklər də 

t ə sir edir. Bunlar isə bir sıra hallarda xəstələnmənin səviyyəsini 

sporadik səviyyə qədər azaldaraq dövriliyi aradan qaldırır.

Sosial amillər. Epidemiologiyada  sosial  amillər  insanların 

həyat şəraitinin mürəkkəb məcmuyudur. Onlara insanların isteh-

salat fəaliyyəti və maddi təminatı, məişət, əmək və istirahət şəra-

iti; əhalinin sıxlığı və onların yaşayış yeri (şəhər, kənd), yaşadığı 

tikilinin tipi və onun sanitar-texniki vəziyyəti; qidalanmanın milli 

və regional xüsusiyyətləri, əhalinin miqrasiyası aiddir. Müəyyən 




100

dərəcədə  epidemik  prosesə  səhiyyənin  vəziyyəti,  tibbi  yardım, 

dərman vasitələri ilə təminat, əhalinin sanitar maariflənməsi, təbii 

fəlakətlər,  müharibələr  və  əhalinin  rifahına  təsir  göstərən  d i gər 

hadisələr əhəmiyyətli təsir edir.

Sosial-iqtisadi  və  təsərrüfat-texniki  amillər  arasında  epide-

mik prosesə aşağıdakılar təsir edir:

• demoqrafik amillər: əhalinin sıxlığı və strukturu, təbii h ə rə-

kə ti, əhalinin çoxalması, doğum, miqrasiya, ölüm göstəricisi, h ə-

ya tın davametmə müddəti;

• etnik, mədəni, təhsil, etik və dini amillər, elm və texnikanın 

inkişaf səviyyəsi, texnologiyanın keyfiyyəti;

• sosial sabitlik, işsizlik, cinayətkarlıq, narkomaniya, intihar;

• əhalinin maddi təminatı, təhsil səviyyəsi, əhalinin fərdi gigi-

yenik vərdişlərinin və sanitar mədəniyyətinin səviyyəsi;

• iqtisadi qeyri-sabitlik;

• kommunal  sanitar-gigiyenik  amillər,  yaşayış  sahəsinin  sıx-

lığı,  fərdi  və  ümumi  yaşayış  fondu,  mənzilin  xarak teristikası, 

kom munal təminatın vəziyyəti, su təchizatı, kanalizasiya, enerji 

təminatı, istilik sistemi, yaşayış məntə qələrinin zibildən və qida 

tullantılarından təmizlənməsi;

• keyfiyyət  və  kəmiyyət  xarakteristikası,  texnologiya,  icti mai 

q idalanma, disbalans, zülal-kalori çatmamazlığı;

• təbiətdən  istifadə,  əmək  fəaliyyəti  prosesində  antropogen  s  ə-

naye,  aqrosənaye  amilləri,  o  cümlədən  əhalinin  popul yasiyasına 

t ə sir edən atmosferin, suyun, torpağın kimyəvi, fiziki, bioloji ç i r k-

lənmə səviyyəsi;

• ticarətin, nəqliyyatın, beynəlxalq əlaqələrin intensiv ləşməsi;

• antropogen fövqəladə vəziyyətlər: a) texnogen (müəs si  sə lə r-

 də qəzalar, o cümlədən qlobal, məsələn, Çernobıl hadisəsi kimi, 

n ə q liyyatda olan bədbəxt hadisələr, yan ğınlar və partlayışlar); b) 

s o sial, sosial-iqtisadi və ya sosial-siyasi (müharibələr, terrorizm, 

həmçinin bioterrorizm, qaçqınların intensiv axını).



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə