104
bir-bi ri ilə vahid infeksiya mənbəyi, yoluxma yolları və amilləri
ilə bağlıdır.
Epidemiya – sporadik xəstələnmə səviyyəsindən yüksək olan
(məsələn, qrip üçün adi səviyyədən 5-10 dəfə çox) və ya onun
qeydə alınmadığı yerdə baş verən xəstələnmədir.
Epidemiyalar başvermə vaxtına, yayılma ərazisinə, inten siv-
li yi nə, inkişaf mexanizminə görə təsnif edilir. Kəskin bağırsaq
infek siyalarının epidemiyalarının diferensiasiyası təsnifat m e-
ya rı sayıla bilər.
Müasir kəskin bağırsaq infeksiyaları üçün 80-95% halda
xəstələnmənin sporadik səviyyəsi səciyyəvidir, lakin bu xəs tə lik-
lə rin epidemik alovlanmaları da qeydə alınır. V.P.Serqiev və baş-
qa. (2000) KBİ-nin tiplərinin unifikasiya edilmiş təsnifatını və
o n ların aşağıdakı əlamətlərini vermişlər:
• ərazi prinsipinə görə lokal (müəyyən əraziyə və ya əhali qru-
puna uyğunlaşmış) və yayılmış (qonşu əraziləri və əhali qrupla-
rını əhatə edən) epidemiyalar ayırd edilir;
• zaman əlamətinə görə – kəskin (törədicinin ötürülməsinin
son amillərinin bir dəfə yoluxması və maksimal inkubasiya dövrü
ərzində inkişaf edən) və xronik epidemiyalar (törədicinin ö tü-
rülməsinin son amillərinin dövri və ya sistematik şəkildə infeksi-
yalaşması ilə şərtlənən və bir neçə inkubasiya dövrünə m ü vafiq
gələn zaman intervalında qeydə alınan) ayırd edilir;
• İnsanların yoluxma yerinə görə – məişətdə (ev tipi), m ü a li-
cə-profilaktika müəssisələrinin stasionarlarında (hospital tipi),
m ü təşəkkil kollektivlərdə (idarə tipi), istirahət zamanı (rekrea-
sion tip) və s.
• Törədicinin başlıca yoluxma yoluna görə – qida, su və m ə i-
şə t epidemiyaları;
• Törədicinin son yoluxma amilinə görə – qida, su və məişət e p i-
demiyaları;
• Törədicinin son yoluxma amilinin infeksiyalaşması m e xa-
niz minə görə – qida epidemiyaları (qida məhsularının b i rin cili
və ikincili çirklənməsi ilə bağlıdır), su epidemiyaları (s u bu raxıcı
qurğularda suyun təmizlənməsi və dezinfeksiyası qaydalarının
göz lənil məməsi; torpağın üst qatlarından çirklənmiş suların z ə-
105
də lənmiş su kəmərləri şəbəkəsinə və ya su quyularına sızması;
təsərrüfat və kanalizasiya sularının açıq su mənbələrinə axıdıl-
ması; kiçik su çənlərində içməli suyun zərərsizləşdirilməsi və
saxlanması qaydalarına riayət edilməməsi ilə bağlıdır);
• İnfeksiya mənbəyindən asılı olaraq, KBİ antroponozlara
(şigel yozlar, eşerixiozlar, stafilokokkozlar, virus bağırsaq infek-
siya ları, amöbiaz, ləmblioz), zoonozlara (salmo nelyozlar, k a m-
pi lo bak terioz, kriptosporidioz) və sapro nozlara (vəba, potensial
patogen enterobakteriyalarla şərtlənən bağırsaq infeksiyaları, b a-
ğırsaq klostridiozları, psevdomonaz, halofil vibriozlar, yersi ni-
ozlar) bölünür. KBİ epidemiyalarında insanlar (antropo noz la r-
da), heyvanlar (zoonozlarda) və ətraf mühit (sapronozlarda)
i n feksiya mənbəyi ola bilər.
Pandemiya – yoluxucu xəstəliklərin ölkənin bütün ə r a zi-
sində, qonşu dövlətlərdə, bəzən isə dünyanın bir çox ölkələrində
yayılması ilə xarakterizə olunur. Yəni pandemiya yoluxucu
xəstəliyin bir neçə ölkə və ya qitə arasında kütləvi yayılması ilə
s ə ciyyələnən epidemik prosesin intensivliyinin bir formasıdır.
Keçən əsrdə dəfələrlə qrip, vəba pandemiyaları olmuş, İİV-in-
fek siyanın pandemiyası başlan mışdır.
Endemiya – müəyyən ərazi üçün xas olan və ya daim rast g ə-
li nən xəstələnmə səviyyəsi olub, konkret ərazidə epidemik pro-
se sə təsir göstərən təbii, bioloji və sosial amillərdən asılıdır
(məsələn, təbii-ocaqlı xəstəliklər).
Ekzotik xəstəliklər – həmin ərazi üçün xas olmayan (orada
epi demik prosesin saxlanması üçün lazımi şəraitin olmaması ilə
əla qə dar) yoluxucu və parazitar xəstəliklərdir. Ekzotik x ə s tə-
lən mə bu infeksiyanın rast gəlmədiyi əraziyə törədicinin x a ri c-
dən gətirilməsi hesabına inkişaf edir. Yoluxma həmin ərazidən
kənarda baş verir. Yoluxucu xəstəliyin ekzotik yoluxma hadisəsi
h ə mişə gətirilmə sayılır, lakin heç də gətirilmə xəstəliklər hamısı
ekzotik deyildirlər. MDB hüdudlarında dəri leyşmaniozu halları
gətirilmədir, lakin ekzotik deyildir, sarı qızdırma halları isə eyni
zamanda həm gətirilmə, həm də ekzotikdir.
106
Ocaqda aparılan əksepidemik tədbirlər
Ocaqda əksepidemik tədbirlər üç istiqamətdə aparılır: infek-
siya mənbəyinə (xəstə və törədicigəzdirən); yoluxma m e xa niz-
mi nə; təmasda olan sağlam şəxslərə (ehtimal olunan infeksiya
m ənbəyi kimi) qarşı. Xəstə və törədicigəzdirənlərə qarşı aparılan
t ə dbirlər, onların erkən aşkar edilməsi, təcrid olunması (onu
ə hatə edən şəxslərdən ayırmaq) və müalicəyə cəlb olunmasından
ibarətdir.
Xəstələrin aşkar edilməsi passiv (xəstənin tibbi yardım üçün
m ü r aciət etməsi zamanı) və aktiv şəkildə (tibb müəssi sələrində
profilaktik müayinə və sorğu zamanı, həyətyanı yoxla malar v a-
sitə silə) həyata keçirilir. Xəstəliyin erkən diaqnozu həkim və ya
feldşer tərəfindən kliniki əlamətlərə əsasən qoyulur. Onu təs diq
etmək üçün epidemioloji məlumatlardan, laborator m ü a yi nə lər-
dən və allergik sınağın nəticələrindən istifadə olunur.
Göstərilən diaqnostik üsullar müxtəlif yoluxucu xəstəlik lərdə
eyni əhəmiyyətə malik deyildir. Belə ki, karantin və təbii-o c aqlı
xəstəliklərin (taun, vəba, sarı qızdırma, gənə ensefaliti, tul ya re mi-
ya, Kü- qızdırması və s.) aşkar edilməsində epidemioloji an amnez
xüsusi əhəmiyyət daşıyır. Xəstənin karantin xəs təlik lə rinin qeydə
alındığı ölkələrdə və ya epidemik ərazilərdə (təbii-ocaqlı xəs tə-
lik lərdə) olması klinik və başqa məlumatlarla yanaşı, diaqnozun
qoyulmasında da böyük rol oynayır.
Erkən diaqnostika üçün aşağıdakı laborator üsullardan geniş
istifadə etmək lazımdır: bakterioloji, seroloji, allergik, antitoksik
dəri reak siyaları, mikroskopiya (malyariya, qayıdan yatalaq), h e-
m o k ultura (qarın yatalağı) və s. Son zamanlar bir çox xəs tə lik lə-
rin (bağırsaq xəstəlikləri, rikketsiozlar, tulyaremiya, bruselyoz,
taun, arbovirus xəs təlikləri və s.) ekspress diaqnostikasında flüo-
ressensiya edən əks-cisimlər üsulu və dolayı hemaqlütinasiya
reaksiyasından istifadə edilir.
Baş verən yoluxucu xəstəlik hadisələri müalicə-profilaktika
ida rə ləri tərəfindən mütləq qeydiyyata alınır. Qrip, angina, y u-
xa rı tənəffüs yollarının kəskin iltihabı xəstəlikləri aşkar ed il-
dik də həkim və ya feldşer statistik talonu doldurur. Səpgili, qayı-
Dostları ilə paylaş: |