110
Buna əsaslanaraq L.V.Qromaşevski ilk dəfə olaraq, yoluxucu
x əs təliklərin təkamül qaydasını yaratmağa cəhd göstərdi. Bu
q ay danın üstünlüyü ondadır ki, xəstəlik törədicisi onun patoge-
nezi və yoluxma mexanizmi arasında təbii əlaqə yaratmışdı. L. V.
Q ro ma şevskinin təsnifatı həm epidemioloqlar, həm də kli ni sis t-
lər arasında geniş yayıldı və Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) tərəfindən qəbul edildi.
İnsanın yoluxucu xəstəliklərini L.V.Qromaşevski 5 qrupa b ö-
lür: I qrup – bağırsaq yoluxucu xəstəlikləri (törədicinin bağır-
saqda və ətraf orqanlarında lokalizasiyası), II qrup – tənəffüs
yo l larının yoluxucu xəstəlikləri (törədicinin tənəffüs yollarının
selikli qişasında və ağciyərlərdə lokalizasiyası), III qrup – qan sis-
teminin yoluxucu xəstəlikləri (törədicinin qan və limfada lokaliza-
siyası), IV qrup – xarici örtüyün yoluxucu xəstəlikləri (t ö rə di ci nin
əsasən xarici örtükdə – dəridə və selikli qişalarda l o kalizasiyası),
V qrup – müxtəlif yoluxma mexanizminə malik olan yoluxucu
x əs təliklər.
Yoluxucu xəstəliklərin müxtəlif qrupları üçün infeksiyanın
yoluxma mexanizmləri, yolları və amilləri (L.V.Qromaşevski)
Orqanizmdə
tö rədicinin
lokalizasiyası
Yoluxma
mexanizmi
Yoluxma yolları
Yoluxma amilləri
Mədə-bağırsaq
yolu
Fekal-oral
Alimentar
Qida
Su
Su
Təmas-məişət
Çirkli əllər
Qab-qacaq və s.
Respirator yol Aerogen
(respirator)
Hava-damcı
Hava
Hava-toz
Toz
Qan
Transmissiv
Qansoran
keçiricilərin
dişləməsi ilə
Ektoparazitlər
Qan
Şprislər
cərrahi
alətlər
İnfuziya məhlulları və s.
Parenteral
cinsi
Xarici
örtüklər Təmas
Yara
Güllə və s.
Məişət-cinsi
Kəsici əşyalar və s.
Rüşeym
hüceyrələri
Vertikal
111
Sonralar bu təsnifat daha bir qrupla tamamlanmışdır – bir
n e çə yoluxma mexanizmi olan infeksiyalar əlavə edilmişdir.
Çox güman ki, yalnız hemo-kontakt yoluxma mexanizminə ma -
lik nozoloji formalar xüsusi qrupa aid ediləcək, lakin bu, heç də
özünü doğrultmur. Belə ki, belə yoluxma mexanizminə malik
x əs təliklər (B, C, D viruslu hepatitlər, İİV-infeksiya, sitomeqa lo-
virus infeksiyası və s.) bir neçə yoluxma mexanizmli xəstəliklər
qrupuna daxil edilə bilər, çünki onların vertikal və ya hemo-
kontakt mexanizmlə yanaşı, digər yoluxma yolları da vardır.
L.V.Qromaşevski və onun tələbələrinin apardığı tədqiqatlar
nəticəsində yoluxucu xəstəliklərin təsnifatının elmi əsasları y a-
ra dıldı. Tədqi qat lar bu sahədə gələcək elmi işlərin aparılması
üçün əsas oldu. Təsnifatın əsa sını törədicinin spesifik yoluxma
m e xanizminin onun orqanizmdə loka lizasiyası uyğunluğu müd-
də ası təşkil edirdi. Onun əsasında antro po noz ların təsnifatı
verildi. Lakin bu əsaslarla zoonozların təsnifat laş dırılması ç ə tin-
lik lərə rast gəldi.
O da aydındır ki, törədicinin lokalizasiyası və yoluxucu xəs-
tə liklərin belə yoluxma mexanizmi təsadüfü ola bilər. Belə ki,
haçansa bir dəfə siçovul dişləməsindən sonra insanda taun x əs-
təliyi baş verdiyinə görə biz taunu “dişləmə” xəstəliyinə aid edə
bilmərik. Qeyd etmək lazımdır ki, zoonozlarda (tulyaremiya,
bruselyoz, gənə ensefaliti və s.) insan, ümumiyyətlə, yoluxucu
xəs təlik törədicilərinin mənbəyi deyil və ya yoluxucu xəs təlik
törədicilərinin mənbəyi kimi müəyyən əhəmiyyətə malikdir
(məsələn, ağciyər taununda). Bir-birindən tamamilə fərqlənən
bir neçə yoluxma mexanizminə malik olan (məsələn, opistor-
xoz) çoxüzvlü parazitar xəstəliklərin təsnifatını yoluxma mexa-
nizminin əsasında qurmaq çoxlu çətinliklərlə qarşılaş dı. B e lə-
lik lə, L.V.Qromaşevskinin insanın yoluxucu xəstəliklərinin
t ə s ni fatında aparıcı yer tutan nəzəriyyəsi, antroponozlar istisna
olmaq la, digər xəstəliklərin təsnifatı üçün təzədən baxılmalıdır,
çünki bu nəzəriyyədə parazitzmin müxtəlif halları lazımi də rə-
cədə qiymətlən dirilməmiş, orada təsadüfi və yalançı parazitizm
112
haqqında məlumat, qurdların biologiyasının xüsusiyyətləri və
onların epidemiologiyası öz əksini tapmamışdır.
Yoluxucu xəstəliklərin təsnifatının digər əsaslarda qurul-
masının çoxlu cəhdləri olmuşdur. Onlardan ən əhəmiyyətlisi
yoluxucu xəs təlik lərin törədicilərinin müxtəlif təbiətli olmasını
nəzərə almaq idi. Bu cəhətdən infeksiya mənbəyinin təhlili çox
maraqlıdır. Epidemioloqlar müşahidə etmişlər ki, bir halda yolu-
xucu xəstəlik lərin törədicilərinin mənbəyi insan, digər halda
heyvandır. Ona görə də Virxovun təklif etdiyi zoonozlar termini
qəbul edildi. Bu, heyvanların yoluxucu xəstəlik törədicilərinin
insanlara keçmək qabiliyyətinə malik olmasıdır. Sonralar zoo-
nozların əksinə, insan ların yoluxucu xəstəlikləri antroponoz
xəstəliklər adlandırıldı.
L.V.Qromaşevskinin təsnifatını təkmilləşdirmək məqsədilə
İ.N.Yol kin təsnifatın əsas müddəalarını saxlayaraq, yoluxucu
xəst əlikləri 2 qrupa – an troponozlar və zoonozlara ayırdı. Bu
t əs nifat sonradan tamamilə V.M.Jda novun təsnifatına daxil
edildi. Qeyd etmək lazımdır ki, para zi tiz min müxtəlif növləri ilə
yoluxucu xəstəliklərin törədicilərinin müx təlifliyi, bu və ya baş-
qa nozoloji növlərin epidemik prosesin polimorf inkişafı, nozo-
loji xəstəliklərin ancaq bir əlamətə əsasən (infeksiya mən bəyi)
antroponoz və zoonoz xəstəliklərə ayrılması ciddi çətinlik t ö-
rədir. Məsələn, taun xəstəliyinin bubon və ağciyər formasını an -
caq bir əlamətə görə (infeksiya mənbəyi) antroponozlara və zoo-
nozlara aid etmək olmaz, hərçənd xəstəliyin ilk mənbəyi
hey vanlardır. Teniyaların inkişafının növbə ilə insan və heyvan
orqanizmində keçməsinə baxmayaraq, teniozları zoonozlara aid
e t mək lazımdır. Bir sıra başqa xəstəliklərin təsnifatında da (den-
qe qızdırması, gənə qayıdan yatalağı, difillobotrioz və s.) ç ə tin-
liklər yaranır.
Bunu asanlaşdırmaq məqsədilə İ.N.Yolkin və V.K.Yaşkul
(1963, 1964, 1965) parazitizmin təbiəti əsasında və parazitlərlə
i n sanların əlaqəsini nəzərə alaraq insanın yoluxucu xəstəliklərini
3 qrupa – antroponozlar, zoonozlar və antropozoonozlara ayırır.