Az rbaycan Respublikas t hsil Nazirliyinin


Yoluxucu və parazitar xəstəliklərin beynəlxalq təsnifatı



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə40/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   36   37   38   39   40   41   42   43   ...   234

124

Yoluxucu və parazitar xəstəliklərin beynəlxalq təsnifatı

Xəstəliklər,  travmalar  və  ölüm  səbəbləri  haqqında  B ey nəl-

xal q statistik təsnifatda (1965) birinci sinif “yoluxucu və parazi-

tar  xəstə lik ləri”  ayrılаraq  yoluxucu  və  parazitar  xəstəliklər 

sinfinə ancaq “yo lu xu cu”, “transmissiv” xəstəliklər salınmışdır. 

Nəticədə yoluxucu xəs təliklərin çoxu təsnifatın bütün siniflərinə 

səpələnmişdir. Yoluxucu və parazitar xəstəliklərin ardıcıl yer ləş-

di rilməsi  birinci  sinfin  da xi lin də  müəyyən  taksonomik  qrupa 

(bakteriya,  virus,  rikketsioz,  spi ro xetoz,  mikoz,  helmintoz)  aid 

olmasına əsaslanır. Ancaq qəbul edilən bu qayda heç də hər yer-

də hesaba alınmayıb (ayrı-ayrı hallarda klinik və ekoloji əla mət-

lər  nəzərə alınıb).



Epidemik prosesin təkamülü

Müasir anlayışlara görə epidemik prosesin inkişafına po pul-

yasiya və növlərarası münasibət səviyyəsində törədici ilə insan 

or qa nizmi  arasında  yaranmış  qarşılıqlı  münasibətlər  təsir  gös-

tərir. Parazitar sistemlər üçün xas olan əlaqələr epidemik proses 

haq qında təlimin daxili bioloji əlaqələridir. Sosial və təbii mühit 

ele mentləri  epidemik  prosesin  inkişafında  böyük  rol  oynayır. 

Be lə liklə,  epidemiologiya  üçün  bioloji  elmlərlə  əlaqələr  epide-

mik proses haqqında təlimdə daxili əlaqələri təmin edir.

Epidemik  prosesin  inkişaf  mexanizmi  müasir  epidemio lo gi-

yada ümumiləşdirilmiş 3 nəzəriyyənin əsasında dərk edilir: epi de-

mik  prosesin  daxili  tənzimləmə  (özünütənzimləmə)  nəzə riy yəsi 

(V.D.Belyakov, 1975), törədicilərin yoluxma mexanizmi nəzəriy-

yəsi (L.V.Qromaşevski, 1941), transmissiv və bir qisim yo lu xucu 

xəstəliklərin təbii-ocaqlılıq nəzəriyyəsi (Y.N .Pavlovski,1938).



125

Epidemik proses haqqında təlimin əsas bölmələri və onların 

qarşılıqlı əlaqəsi.

Epidemik prosesin təzahürü müxtəlif əhali qruplarında, ərazi 

və zaman daxilində xəstəliyin strukturuna və intensivliyinə görə 

fərqlənir.  V.D.Belyakov  epidemiyaəleyhinə  tədbirlərin  həcminə 

və məzmununa, epidemik diaqnostikanın istiqamətinə və əhaliyə 

göstərilən əksepidemik xidmətin təşkilinə, epidemik prosesin i n-

kişaf sxeminə, yaranmış yeni elmi təsəvvürlərə əsasən müvafiq 

düzəlişlər etmişdir.

Riyazi üsullar və elektron hesablama texnikasının epidemio-

loji  müayinə  və  əksepidemik  tədbirlərdə  tətbiq  edilməsi  epide-

mioloji  diaqnostikanın  imkanlarını  xeyli  artırmışdır,  bu  isə  öz 

n öv bəsində  epidemik  prosesin  inkişaf  intensivliyinin  müxtəlif 

şəraitlərdə  kəmiyyətcə  qiymətləndirilməsini  mümkün  etmişdir. 

Bunun əsasında operativ epidemioloji təhlilin aparılması, yolu-

xu cu  xəstəliklərin  proqnozlaşdırılması  üsullarının  işlənməsi  və 

əksepidemik  xidmətin  keyfiyyətinin  yüksəldilməsinə  effektiv 

təsir  göstərən  sistemin  yaranması  imkanı  meydana  gəlmişdir. 

Be lə ki, qrip, adenovirus, streptokok, stafilokok və s. yoluxucu 

xəs  təlik lərdə epidemik prosesin inkişaf xüsusiyyətlərinin hər tə-

rəfl i müayinəsi nəinki yoluxucu xəstəliklərin qanunauyğunluqla-

rını  yeni  aspektdə  öyrənməyə,  hətta  epidemik  prosesin  özünü-

tən zim ləmə  sisteminin  varlığını  müəyyən  etməyə  imkan  verdi 

(Belyakov V.D. 1975).

Epidemik  prosesin  tənzimlənməsi  (özünütənzimləmə)  əks 

əlaqə əsasında fəaliyyət göstərən parazit törədici və insan – s a-

hib populyasiyalarının genotipik və fenotipik cəhətdən müxtəlif 

olan və daim dəyişən, bir-birilə qarşılıqlı əlaqədə olan sistemin 

vasitəsilə təmin edilir.

Epidemik prosesin inkişaf mexanizmini təşkil edən səbə biy-

yət- nəticə əlaqələrinin yeni anlayışı əhalinin yoluxucu xəs tə lik-

lərlə  xəstələnməsinin  qanunauyğunluqlarının  və  onun  ə s a sında 

bu xəstə liklərə qarşı mübarizənin yeni prinsiplərinin, e l ə cə də l a-

zımi  vəsait,  üsul  və  tədbirlərin  öyrənilməsi  üçün  pers pek tiv 

şərait  yaradır.  Belə  ki,  biliklərin  müasir  səviyyəsində  epidemik 

prosesin özünü tənzimləmə nəzəriyyəsinin qəbul edil məsi i m mun-



126

rezistent  insanların  genotipik  və  fenotipik  xüsu siy yət lə ri ni  n ə-

zə rə alaraq, antroponoz yoluxucu xəstəliklərə qarşı mübarizədə 

əsas  prinsip  kimi  profilaktikanın  fərdləşdirilməsini  ön  plana 

çəkir.

Bu  şəraitdə  əsas  qüvvələri  epidemik  prosesin  fasiləsizliyini 



təmin edən və törədicinin kollektivdə saxlanmasında xüsusi rolu 

olan,  immuniteti  zəifləmiş  şəxslərin  müdafiəsi  üçün  profilaktik 

tədbirlər  planının  işlənib  hazırlanmasına  və  təcrübəyə  tətbiq 

edilməsinə yönəltmək lazımdır.



L.V.Qromaşevskinin yoluxucu xəstəliklərin törədicilərinin

 yoluxma mexanizmi təlimi

Patogen  törədicilərin  yoluxma  mexanizmi  təkamül  pro se-

sin də  yoluxucu  xəstəliyin  törədicisinin  yoluxmuş  orqanizmdən 

sağlam həssas or qanizmə ötürülməsini təmin edən forma laş mış 

üsulların məcmusudur. 

Yoluxucu  xəstəliklərin  törədicilərinin  yoluxma  mexanizmi 

nəzəriyyəsi L.V.Qromaşevski (1941) tərəfindən işlənib hazır lan-

mış dır.  O,  XX  əsrin  40-cı  illərinə  qədər  yoluxucu  xəstəliklərin 

patologiyasına  dair  toplanmış  məlumatları  araşdıraraq  antro po-

noz larda epidemik prosesin inkişafına nəzər yetirir və törə di ci lə-

rin  yoluxma  mexanizmi  nəzəriyyəsini  yaradır.  Bu  mexanizm 

törədicinin spesifik sahibin orqanizmini dəyişməsini və onun b i o  -

loji növ kimi təbiətdə saxlanmasını təmin edir. 

Bu  nəzəriyyəyə  görə  patogen  törədicinin  yoluxma  me xa-

nizmi canlıların uzun təkamül prosesində yaranmışdır və yolu-

xu cu xəstəliklərin törədicilərinin parazitar təbiəti ilə bağlıdır. P a-

ra zit  sahibin  orqanizmində  yaşaması  üçün  əlverişli  şərait  tapır 

(lazımi  qida,  müvafiq  temperatur  və  s.).  Lakin  parazit  təbiətdə 

nö vünü saxlamaq üçün hökmən öz sahibini tərk etməlidir. Para-

zitin başqa sahibə keçməsinin əsas səbəbi ondadır ki, yoluxmuş 

sahibin orqanizmində xəstəlik nəticəsində immunoloji (müdafiə) 

dəyişiklik baş verir, bunun nəticəsində parazitin yaşa ması üçün 

əlverişsiz şərait yaranır ki, o da mikrobların ölümünə gətirib ç ı-

xara bilər.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə