Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə41/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   37   38   39   40   41   42   43   44   ...   234

127

Bəzi xəstəliklərdə (qızılca, hünü qızdırması və s.) immunitet 

elə tez yaranır ki, törədici artıq xəstəlikdən bir neçə gün sonra 

məhv olur. Bununla yanaşı, bir qisim xəstəliklərdə (vərəm, qarın 

yatalağı və s.) immunitetin zəifləməsi nəticəsində törədici uzun 

müddət, bəzi hallarda ömrünün sonunadək orqanizmdə qalır. Bu 

halda da törədicinin yoluxma mexanizmi fəaliyyət göstərməlidir, 

çünki sahibin ömrü müəyyən qədər məhduddur, törədicinin bio-

loji növ kimi saxlanması üçün o, bu müddətdə yerini (sahibini) 

hökmən dəyişməlidir. Beləliklə, əgər xəstəlik törədiciləri yer də-

yiş mək  qabiliyyətinə  malik  olmasaydı,  onda  sahibi  ilə  birlikdə 

məhv olardı və bununla da yoluxucu xəstəliklər ləğv olardı.

Yoluxmuş insan və ya heyvan orqanizmi infeksiya mən bə yi-

dir, onlar törədicini sağlam (həssas) orqanizmlərə keçirirlər. Mə -

lum  olduğu  kimi,  epidemik  proses  3  halqadan  ibarətdir:  infek-

si ya  mənbəyi,  yoluxma  mexanizmi  və  həssas  orqanizm.  Uzun 

müd dət  hesab  edilirdi  ki,  dövr  edən  törədici  dəyişmir,  əhalinin 

həssaslığı  isə  kütləvidir.  Bu  fikir  ancaq  yoluxucu  xəstəliyin 

ma ni fest növündə özünü doğruldur.

Zoonoz xəstəliklərdə epidemik prosesin inkişaf mexanizmini 

aydınlaşdıran zaman əsas və əlavə infeksiya mənbəyinin olması 

müəyyən edildi. Əsas infeksiya mənbəyi bioloji növün təbiətdə 

saxlanmasını təmin edən təbii yaşayış şəraiti – spesifik sahibdir, 

əla və  mənbə  isə  törədicinin  əlavə  sahibi  olub,  onu  insanlara 

keçirir.  İnsan  bəzi  zoonozlarda  (taun)  törədicinin  əlavə  (epide-

mioloji cəhətdən təhlükəli) infeksiya mənbəyi ola bilər. Törə di-

ci nin rezervuarı (saxlandığı yeri) törədici populyasiyasının təbii 

yaşayış şəraiti ilə birgə əlaqəsinin cəmidir.

Yoluxucu xəstəliklərin yoluxma mexanizmi mürəkkəbliyi ilə 

fərqlənir. O, 3 mərhələdən ibarətdir: 1) törədicinin yoluxmuş or -

qa  nizmindən xaricə ifraz olunması, 2) törədicinin xarici mühitdə 

yaşaması, 3) törədicinin yeni sahibin orqanizminə daxil olması. 

Hər  bir  yoluxucu  xəstəliyin  törədicisi  bioloji  təkamül  pro se-

sin də nəinki öz sahibinin orqanizminə, həm də yoluxma mexa niz-

minə  uyğunlaşır.  Törədicinin  yoluxmuş  orqanizmdən  sağ lam 

(həssas)  orqanizmə  keçməsi  bu  təkamül  prosesində  f o r  ma laşmış 

spesifik  yoluxma  mexanizmi  vasitəsilə  həyata  keçir.  Müxtəlif 



128

törədicilər sahibin müəyyən üzv və toxumalarına u y ğun  laşır və 

orada onların inkişaf etməsi üçün əlverişli şərait ya ranır (spesifik 

lokalizasiya). Müəyyən edilmişdir ki, bu və ya di gər üzv və t  o-

xu  malarda məskunlaşma nəinki onların, eləcə də sahibin bütün 

orqanizmində  dəyişiklik  törədir.  Belə  ki,  xəstəlik  m ər kəzi  sinir 

sistemini, endokrin və başqa sistemləri əhatə edərək ümumilikdə 

maddələr mübadiləsinin pozulmasına səbəb olur. 

Bəzi  patogen  törədicilər  ancaq  bir  toxumada  (monotrop) 

parazit həyat sürür. Məsələn, yoğun bağırsağın selikli qişasında 

ya şayan  dizenteriya  törədicisi  və  ya  yuxarı  tənəffüs  üzvlərinin 

epitel  hüceyrələrində  yaşayan  qrip  törədicisi  belələrindəndir. 

Bu nunla yanaşı, elə törədicilər vardır ki, onlar müxtəlif üzv və 

t o  xu malarda (politrop) yaşayırlar. Politrop törədicilərin törətdiyi 

yoluxucu  xəstəlikdə  onun  ilkin  lokalizasiyasına  digərləri  (ikin-

cili) də əlavə olunur. Ancaq hər bir yoluxucu xəstəliyin epidemi-

oloji  xa rakteristikasını  verərkən  törədicinin  ancaq  o  lokalizasi-

yası  ma raq  doğurur  ki,  oradan  törədici  yoluxmuş  orqanizmdən 

həssas orqanizmə keçmək imkanı qazansın. Məsələn, serebros-

pinal meningitin törədicisi əvvəl burun-boğazın selikli qişasına 

düşərək  orada  inkişaf  edir  (törədicinin  birincili  lokalizasiyası). 

Sonralar  meninqokoklar  beyin  qişalarında,  oynaqlarda  və  s. 

nahiyələrdə  məskunlaşır  (ikincili  lokalizasiya).  Ancaq  ikincili 

lokaliza si yanın epidemioloji əhəmiyyəti yoxdur, çünki t örə di ci-

lər buradan xarici mühitə ifraz edilə bilmir və xəstəliyin y a yıl-

ma sında  iştirak  etmirlər,  xəstəlik  isə  törədicilərin  ancaq  yuxarı 

tənəf füs  yollaranın  selikli  qişasının  ifrazatı  vasitəsilə  ətraf  m ü-

hi tə xaric edilməsi nəticəsində sağlam (həssas) şəxslərə yo luxa 

bilər. 

   Yuxarıda qeyd etdiyimiz kimi, xəstəlik törədicilərinin y a-



yıl  ması mexanizmi üç mərhələdən ibarətdir. Birinci mərhələdə – 

patogen  törədicinin  orqanizmdən  xaric  edilməsi,  ikinci  mər hə-

lə də  –  törədicinin  xarici  mühitdə  qalması  baş  verir.  Yoluxma 

m   e   xanizminin bu iki mərhələsi bir-birilə sıx əlaqədardır və s a hi-

bin orqanizmində törədicinin lokalizasiyasından asılıdır. Belə ki, 

vəba, dizenteriya və digər bağırsaq qrupu xəstəliklərinin törə di-

ci ləri ifrazat vasitəsilə torpağa, suya, tənəffüs yolunun x əs tə lik-



129

lə rində isə törədici tüpürcək, selik damcıları vasitəsilə ancaq h a-

va ya düşür. 

 

Törədicilərin yoluxma mexanizminin üçüncü mərhələsi, 



yəni parazitin yeni sahibin orqanizminə daxil olması mərhələsi 

isə öz növbəsində ikinci mərhələ ilə – törədicinin xarici mühitdə 

qal ması ilə müəyyən edilir. Belə ki, havada olan patogen t ö rə di-

ci lər ancaq həmin hava ilə yeni sahibin orqanizminə düşə bilər. 

Suya  (qidaya)  düşmüş  patogen  törədicilər  yalnız  onları  qəbul 

etdikdə insanı yoluxdura bilər. Xarici mühitə çıxış yolu olmayan 

üzv və ya orqanda yerləşən törədicilərin orqanizmdən xaric edil-

mə si isə qansoran buğumayaqlılar vasitəsilə həyata keçir. Başqa 

sözlə desək, patogen törədicinin orqanizmdə lokalizasiyası və bu 

törədicinin  bir  bioloji  sahibdən  digərinə  ötürülməsi  mexanizmi 

bir-biri ilə sıx əlaqəlidir. 

Xarici şəraitdə yoluxucu xəstəlik törədicilərinin müxtəlif d a-

vamlılığı yoluxma mexanizmi ilə təyin olunur. Məsələn, mal ya-

riya  parazitləri  xarici  mühitdə  davamsızdır,  bu  törədicilər  bir 

sahibdən başqasına keçərkən qansorucu buğumayaqlılar tərə fin-

dən  ətraf  mühitin  təsirlərindən  qorunur.  Ətraf  mühitin  tə si rinə 

bağırsaq qrupu xəstəliklərinin törədiciləri (qarın yatalağı, dizen-

teriya  və  s.)  daha  davamlıdır. Yoluxmuş  xəstədən  nəcislə  xaric 

edilmiş  bu  törədicilər  yeni  sahibə  daxil  olana  qədər  mü rək kəb 

yol keçirlər. Bu yollardan birinin inkişaf sxemi aşağıdakı ki  mi-

dir: patogen törədici nəcislə yoluxmuş xəstənin və ya ona qulluq 

edənlərin əllərinə düşür, sonra törədici çirkli əllə qida məh sul la-

rı na,  oradan  ağız  vasitəsilə  orqanizminə  daxil  olur.  Di  gər  vari-

antda  törədici  nəcislə  torpağa,  suya  düşür,  tərəvəzi  çirk lən dirir 

və  sonra  ağız  vasitəsilə  bədənə  daxil  olur.  Bütün  mər hələlərdə 

ətraf  mühit  törədicinin  özünə  də  mənfi  təsir  göstərir  ki,  bəzən 

buna cavab olaraq bir çox törədicilərdə bu təsirlərə qarşı davam-

lılıq yaranır.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə