Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə43/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   39   40   41   42   43   44   45   46   ...   234

133

Törədicilərlə çirklənmiş və tam konservləşdirilməmiş (ət, b a lıq, 

tərəvəz),  hisə  verilmiş  ərzaq  (kolbasa,  donuz  əti)  məh sul la rını 

q i da məqsədilə istifadə etdikdə insan botulizmlə yoluxa bilər.

Torpaq  qara  yara  mikroblarının  uzun  müddət  sax lan ması 

üçün ən əlverişli şəraitdir. Qara yaranın törədiciləri tor pağa d ü-

şə  rək (xəstə heyvanların ifrazatı ilə, qara yaradan ölən heyvanla-

rın cəsədlərinin basdırılması zamanı) orada spor əmələ gətirir və 

uzun müddət sağ qalır, əlverişli şəraitdə isə hətta artır.

Torpaq  törədicilərlə  çirklənmiş  torpaqla  yayılan  bağırsaq 

q ru  pu xəs təliklərinin ötürülməsində böyük əhəmiyyət kəsb edir. 

Qarın yatalağı, dizenteriya, infeksion hepatit və başqa törədicilər 

qida lanmada  torpaqla  çirklənmiş  çiy  tərəvəzdən  və  həmin  tor-

paqdan çıxan sudan istifadə etdikdə orqanizmə daxil olur. Törə-

di  cilərlə çirklənmiş torpaq böyük miqdarda insanları əhatə edən 

su epidemiyalarının baş verməsinə səbəb olur.

Torpaq geohelmintlərin (askaridlər, ankilostomidlər və s.) y a-

yılmasında  xüsusi  əhəmiyyət  daşıyır.  Bu  qurdların  yumurtaları 

nəcislə torpağa düşərək orada müəyyən inkişaf dövrünü keçirir. 

İnsanların xəstələnməsi ağız (askaridoz) və dəri vasitəsilə qurd-

ların orqanizmə daxil olmasından sonra baş verir. Nəhayət, üzvi 

maddələrlə  və  tullantılarla  çirklənmiş  torpaq  gəmiricilərin  və 

milçəklərin artmasına əlverişli şərait yaradır.

Qidaməhsulları –yoluxucuxəstəliklərintörədicilərinin

yoluxmaamilidir

Yoluxucu xəstəliklərin törədicilərinin yoluxmasında qida məh-

sullarının  böyük  əhəmiyyəti  vardır.  Su  kimi,  o  da  patogen  b a-

ğırsaq qrupu xəstəliklərinin törədicilərinin (antroponoz, zoo noz) 

ötürülməsində  mühüm  rol  oynayır.  Qida  məhsulları  müəy yən 

dərəcədə  digər  qruplara  aid  xəstəliklərdə:  difteriya,  skar la tina, 

v ə rəm (öküz tipi), tulyaremiya, dabaq, meninqoensefalit, Kü -qız-

dırması, qara yara (bağısaq forması) və s. zamanı iştirak edə b i-

lər. 

Qida  məhsullarının  patogen  mikroblarla  yoluxması  birincili 



və  ikincili  ola  bilər.  Birincili  yoluxma  heyvanlardan  alınan 


134

məhsullardan istifadə etdikdə baş verir. Qida maddələrinin ikin-

cili yoluxması daha çox qeydə alınır. 

Yoluxucu xəstəliklərin törədiciləri qida məhsullarına xəstə və 

ya  basilgəzdirənlərin  əlləri,  çirklənmiş  qab-qacaqla  keçə  bilər. 

Gəmiricilər və ya milçəklər də törədicini qida məhsullarına ö tü-

rə  bilərlər.  İkincili  çirklənmə  qidanın  alınması,  daşınması,  sax-

lan  ması, eləcə də xörək hazırlayan zaman baş verir. Qida məh-

sul  la rına düşmüş törədicilər (xüsusilə heyvani məhsullarla) qısa 

müd dət  ərzində  orada  yaşaması  və  hətta  inkişafı  üçün  əlverişli 

şərait  tapırlar.  Epidemioloji  əhəmiyyətinə  görə  qida  mə h sulları 

aşağı da kı növlərə bölünür: 1) süd və süd məhsulları; 2) ət və ət 

məhsul ları; 3) balıq və balıq məhsulları; 4) yumurta (ördək, qaz, 

toyuq); 5) tərəvəz, giləmeyvə və onların konservi; 6) çörək və u n-

dan ha zır lanmış digər məmulatlar. Yoluxmuş qida məhsulu spo-

ra dək və kütləvi xəstələnməyə səbəb ola bilər. Sonuncu qida epi-

demiyası  adlanır.  Bu  epidemiyanın  xüsusiyyəti  ondadır  ki, 

epi demik proses qeyri-adi sürətlə inkişaf edərək xəstəlik böyük 

say da insanları əhatə edir.

Çox  vaxt  qida  epidemiyaları  törədicilərlə  çirklənmiş  südü 

q ə bul etdikdə baş verir. Südün yüksək epidemioloji əhəmiyyəti 

onunla izah edilir ki, maye mühit olduğu üçün törədicilər onun 

bütün həcmində yayılır və qidalı mühit olan süddə şiddətlə inki-

şaf  edir lər  (18-20

C-dən  başlayaraq).  Birincili  yoluxmuş  süd, 



xüsusilə də xəstə heyvanlardan (bruselyoz, vərəm, dabaq) alınan 

süd  epidemioloji  cəhətdən  çox  təhlükəlidir.  Belə  südün  çiy  ş ə-

kildə  qəbul  edilməsi  nəticəsində  insanlar  bir  sıra  yoluxucu 

xəstəliklərin törə diciləri ilə yoluxurlar. İkincili yoluxmuş süd də 

epi demioloji  cəhətdən  təhlü kəlidir.  Sağlam  heyvandan  alınıb 

son ra saxlanma, nəqliyyat, satış və emal vaxtı çirklənən süd i n-

sanların qarın yatalağı, A və B paratifləri, dizenteriya kimi y o lu-

xucu xəstəliklərlə yoluxmasına səbəb olur. 

Süddən  bir  qədər  az  olsa  da  süd  məhsullarının  (şor,  xama, 

qa tıq, kərə yağı, kremlər, dondurma və s.) törədicilərlə çirklən m ə-

 si qida epidemiyasına bənzər epidemioloji vəziyyətin əmələ gəl-

mə sinə gətirib çıxarır. 

Ət və ət məhsulları da bir çox zoonoz xəstəliklərin yayıl ma-

sın da mühüm rol oynayır. Bunlardan salmonelyoz, qida tok si ko-




135

in feksiyalarının törədicilərinin epidemioloji əhəmiyyəti xüsusilə 

yüksəkdir. Salmonelyoz xəstəliyinin törədicilərinin – salmonel-

laların minə yaxın növü var. Salmonellalar müxtəlif heyvanların 

və  quşların  orqanizmində  inkişaf  edir.  Heyvanların  salmonella-

larla  yoluxması  təkcə  sağlığında  deyil,  kəsilən dən  sonra  da 

( c  əm  dəyin  emalı,  daşınma  zamanı  təmiz  ətin  yolux muş  ətlə  bir-

lik də  aparılması,  yemək  hazırlayarkən  və  s.)  müm kündür.  Xəstə 

quş ların yumurtaları ilə də salmonelyozla yoluxma baş verə b i-

lər. Salmonellalarla yoluxmuş ət, ət məhsullarının və yumurtala-

rın termiki emaldan keçmədən istifadə edilməsi kütləvi toksiko-

infeksiyalara (qida zəhərlənməsi) səbəb olur.

Yoluxmuş ətin hisə verilmiş məhsulları (kolbasa, donuz əti) 

botulizm  toksikoinfeksiyasına  səbəb  olur.  Teni dozların  (donuz 

və öküz) və trixinelyozların yayılmasında heyvan ətinin xüsusi 

əhə miyyəti  var.  Biohelmintlərin  sürfələri  (opistorxoz  və  s.)  ilə 

yoluxmuş  balığı  çiy  yeyərkən  və  ya  termiki  emaldan  düzgün 

keçirilmədikdə insan parazitlərlə yoluxur.

Bir sıra xarici ölkələrdə çirkab suları ilə çirklənmiş su höv zə-

lə rində  yetişdirilmiş  dəniz  ilbizinin  qida  məqsədilə  istifadə 

edilməsi  nəticəsində  qarın  yatalağı  və  viruslu  hepatitlə  kütləvi 

xəs tələnmə qeydə alınmışdır. Bağırsaq qrupu və digər xəstəlik lə-

rin törədiciləri ilə yoluxmuş çörək, çiy tərəvəz və meyvə də p a-

togen törədicilərin yayılmasında iştirak edir. Bu qida məh sulları 

ilə yoluxmaya tək-tək təsadüf olunur, çünki patogen törə di cilər 

onlarda inkişaf etmir.



Məişətvəistehsalatəşyalarıxəstəliklərinyoluxmaamilidir

Xəstə  və  ya  basilgəzdirənlər  tərəfindən  xarici  mühitə  ifraz 

edilmiş patogen mikroblar ətraf mühitdə yerləşən əşyaların ü zə-

rinə  düşə  bilər.  Əşyalar  törədicilərlə  hava  (tozla)  və  h ə şə rat lar 

vasitəsilə də çirklənə bilər. Patogen mikroblar bu əşyaların ü zə-

rində, adətən artmırlar və tədricən məhv olurlar. Xəstəliyin y a yıl-

masında iştirak edən xəstəlik törədiciləri ilə çirklənmiş əşya ların 

rolu eyni deyildir. O, çirklənmənin dərəcəsindən, t    ö   r ə   di  ci lərin ə t-

raf mühitdə saxlanma müddətindən və nəhayət, s ağ  lam şəxslər t ə-



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə