30
•
IBM tipli fərdi kompüterlər üçün xüsusi olaraq
yaradılmış ISA (Industry Standardt Architecture) şini. Şinin
müsbət cəhəti sadə və çox ucuz qiymətə, mənfi cəhəti isə
informasiya ötürməsinin aşağı sürətdə olmasıdır.
•
Yüksək sürətli qlobal EISA (Extended Industry Stan-
dard Architecture) şini. Şinin müsbət cəhəti yüksək sürətlə
buraxma qabiliyyəti, mənfi cəhəti isə qiymətinin yüksək
olmasıdır.
•
Yüksək sürətli və ucuz qiymətli PCI (Peripheral Com-
ponent Interconnect bus) lokal şini.
Son zamanlar xüsusi olaraq qrafik materialların ekrana
çıxarılmasını sürətləndirmək və mərkəzi mikroprosessoru iş
prosesində yükdən azad etmək üçün PCI ilə müştərək funksiya
yerinə yetirən AGP lokal şini də istifadəyə buraxılmışdır.
Fərdi kompüterə əlavə qurğuların (sican, klaviatura,
rəqəmli kamera və s.) qoşulmasını sadələşdirmək məqsədilə
istifadəçilər USB lokal şinindən də geniş istifadə edirlər.
Xarici yaddaş qurğusu
. Xarici yaddaş qurğusu kimi
sərt maqnit disklərindən (Hard Disk Drive (HDD)) və ya
vinçestrdən
1
istifadə edirlər. Sərt disklər operativ yaddaşı
nəzərə almasaq, yaddaş qurğuları içərisində, verilənlərə ən tez
girişi (adətən 7-20 milli saniyə) və onların ən sürətli (5
Mbayt/saniyə) oxunmasını və yazılmasını təmin edən
qurğulardır. Belə disklərə informasiya xüsusi texnologiya ilə
yazılır. Sərt maqnit disk qurğusu 2-6 maqnit diskindən ibarət
olub, möhkəm korpusda saxlanılır. Onun idarə olunması
eyniadlı kontroller vasitəsilə həyata keçirilir. Sərt maqnit
disklərində əməliyyatlar sistemləri, tətbiqi proqramları,
müxtəlif verilənlər də saxlayırlar. Sərt maqnit diskləri
kompüter şəbəkədən ayrıldıqda belə proqram və verilənləri
uzunmüddətli saxlayır.
1
Diskin adı “Vincester 30/30” markalı tüfəngin adından götürülüb. Belə ki,
haqqında danışılacaq ilk maqnit disklərin də markası 30/30 idi.
31
Sərt maqnit diskləri ana lövhəyə qoşulma üsuluna görə
aşağıdakı siniflərə bölünür:
1.
IDE interfeysli (və ya E-IDE interfeysli);
2.
SCSI interfeysli (Ultra SCSI, Ultra II SCSI, Ul-
tra Wide SCSI və s. interfeysi ilə).
İkincilər birincilərə nisbətən qiymətcə baha olmaqla
yanaşı, onların işləmə sürətləri də çoxdur.
Sərt maqnit disklər ilk dəfə kompüterə qoşulduqda
formatlaşdırılmalıdır. Bu zaman diskdə və verilənlərin
saxlanılması üçün işçi sahə yaradılır. Sərt maqnit diskləri bir-
birindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənirlər:
•
tutumu, yəni informasiyanın diskə hansı həcmdə
yerləşməsinə görə;
•
tezliyi, yəni informasiyanın diskə hansı sürətlə yazılması
və oxunmasına görə;
•
interfeys, yəni sərt diskin qoşula biləcəyi kontrollerlərin
tipinə görə.
İnformasiyanın diskdən oxunma/yazılma sürəti
kompüterdə istifadə edilən mikroprosessorun tezliyindən,
kontrollerlərin və şinlərin tipindən, həmçinin istifadə edilən
sərt maqnit diskinin özündən çox asılıdır. Müasir texnologiya
ilə hazırlanmış sərt maqnit disklərində bu parametr 1.3-5
Mbayt/s arasında dəyişir.
Sərt maqnit disklərinin kompüterdə istifadə olunması
kompüterdən istifadə etməyi həddindən artıq rahat edir. İndiki
zamanda sərt maqnit diski olmayan kompüterlərdən demək olar
ki, istifadə edilmir.
Monitor.
Fərdi kompüterə daxil edilən və oradan
oxunan informasiyanı əks etdirmək üçün monitordan
(displeydən-“displey” əksetdirmə deməkdir) istifadə edilir.
Monitorların idarə olunması fərdi kompüterlərin daxilində
formalaşan rəqəmli videosiqnallarının vasitəsilə baş verir.
Qeyd edək ki, monitorda lazımi informasiyanı əks etdirmək
üçün kompüterə daxil olan məlumatları videosiqnal şəklində
32
formatlaşdırmaq lazımdır. Bunun üçün istifadə edilən elektron
sxemlərini videokontrollerlər adlandırırlar. Videokontrollerlər
əsasən xüsusi elektron lövhə formasında hazırlanır. Əksər
hallarda isə kompüterin daxilində yerləşən ana lövhənin
tərkibinə daxil olurlar. IBM tipli kompüterlərdə istifadə olunan
videokontrollerlər iki-mətn və qrafiki rejimdə işləyirlər.
Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ), maye
kristallı (Liquid Crystal Display) monitorlardan istifadə olunur.
CRT monitorların əsas elementi elektron şüa borusudur.
Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və
içərisində elektron dəstələri vardır. Lyuminofor qatı
triadalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət
elementlərdir. Bu üç nöqtə qırmızı (Red) , yaşıl (Green) və
mavi (Blue) rəngi əks edən elementlərdir. Borunun dar ucunda
elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar
buraxır. Həmin şüalar triadaların üzərinə lazımi intensivlikdə
düşərək lazımı rəngi verir. Məsələn, ağ rəngi vermək üçün
RGB (255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi
elementlər maksimum intensivliyə malik olur və ağ rəngi verir.
Qara rəng üçün RGB(0,0,0)-dir. Beləliklə, hər pikselə bir triada
uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən
intensivlikdən asılıdır.
Funksional təyinatına görə CRT monitorları hərf-rəqəm
və qrafik rejimdə işləyən monitorlara ayrılırlar. Hərf-rəqəm
monitorları hərf-rəqəm tipli informasiyanı əks etdirmək
üçündür. Belə monitorun ekranında hər birinin uzunluğu 80
simvol olan 24-25 sətir yerləşdirmək mümkündür. Başqa sözlə,
hərf-rəqəm monitorlarının ekranında təxminən 2000 simvolu
təsvir etmək olur. İndiki zamanda mətn rejimində işləyən
monitorlardan demək olar ki, istifadə olunmur.
Monitorun əsas göstəriciləri ekranın ölçüsü, ekranda
təsvir olunan nöqtələrin sayı, təsvirin əks olunmasının
maksimal tezliyi və ekranın müdafiə dərəcəsidir.
Dostları ilə paylaş: |