Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə9/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   5   6   7   8   9   10   11   12   ...   41

 
30

 
IBM tipli fərdi kompüterlər üçün xüsusi olaraq 
yaradılmış ISA  (Industry Standardt Architecture) şini.  Şinin 
müsbət cəhəti sadə  və çox ucuz qiymətə, mənfi cəhəti isə 
informasiya ötürməsinin aşağı sürətdə olmasıdır. 

 
Yüksək sürətli qlobal EISA (Extended Industry Stan-
dard Architecture) şini.  Şinin müsbət cəhəti yüksək sürətlə 
buraxma qabiliyyəti, mənfi cəhəti isə qiymətinin yüksək 
olmasıdır.  

 
Yüksək sürətli və ucuz qiymətli PCI (Peripheral Com-
ponent Interconnect bus) lokal şini.  
Son zamanlar xüsusi olaraq qrafik materialların ekrana 
çıxarılmasını sürətləndirmək və  mərkəzi mikroprosessoru iş 
prosesində yükdən azad etmək üçün PCI ilə müştərək funksiya 
yerinə yetirən AGP lokal şini də istifadəyə buraxılmışdır. 
Fərdi kompüterə  əlavə qurğuların (sican, klaviatura, 
rəqəmli kamera və s.) qoşulmasını sadələşdirmək məqsədilə 
istifadəçilər USB lokal şinindən də geniş istifadə edirlər.  
Xarici yaddaş qurğusu
. Xarici yaddaş qurğusu kimi 
sərt maqnit disklərindən (Hard Disk Drive (HDD)) və ya 
vinçestrdən
1
 istifadə edirlər. Sərt disklər operativ yaddaşı 
nəzərə almasaq, yaddaş qurğuları içərisində, verilənlərə ən tez 
girişi (adətən 7-20 milli saniyə) və onların  ən sürətli (5 
Mbayt/saniyə) oxunmasını  və yazılmasını  təmin edən 
qurğulardır. Belə disklərə informasiya xüsusi texnologiya ilə 
yazılır. Sərt maqnit disk qurğusu 2-6 maqnit diskindən  ibarət 
olub, möhkəm korpusda saxlanılır. Onun idarə olunması 
eyniadlı kontroller vasitəsilə  həyata keçirilir. Sərt maqnit 
disklərində  əməliyyatlar sistemləri, tətbiqi proqramları, 
müxtəlif verilənlər də saxlayırlar. Sərt maqnit diskləri 
kompüter  şəbəkədən ayrıldıqda belə proqram və verilənləri 
uzunmüddətli saxlayır. 
                                                 
1
 Diskin adı “Vincester 30/30” markalı tüfəngin adından götürülüb. Belə ki, 
haqqında danışılacaq ilk maqnit disklərin də markası 30/30 idi. 


   
31
Sərt maqnit diskləri ana lövhəyə qoşulma üsuluna görə 
aşağıdakı  siniflərə bölünür: 
1.
 
IDE interfeysli (və ya E-IDE interfeysli); 
2.
 
SCSI interfeysli (Ultra SCSI, Ultra II SCSI, Ul-
tra Wide SCSI və s. interfeysi ilə). 
İkincilər birincilərə nisbətən qiymətcə baha olmaqla 
yanaşı, onların işləmə sürətləri də çoxdur.  
Sərt maqnit disklər ilk dəfə kompüterə qoşulduqda  
formatlaşdırılmalıdır. Bu zaman diskdə  və verilənlərin 
saxlanılması üçün işçi sahə yaradılır.  Sərt maqnit diskləri bir-
birindən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənirlər: 

 
tutumu, yəni informasiyanın diskə hansı  həcmdə 
yerləşməsinə görə;  

 
tezliyi, yəni informasiyanın diskə hansı sürətlə yazılması 
və oxunmasına görə; 

 
interfeys, yəni sərt diskin qoşula biləcəyi kontrollerlərin 
tipinə görə. 
İnformasiyanın diskdən oxunma/yazılma sürəti 
kompüterdə istifadə edilən mikroprosessorun tezliyindən, 
kontrollerlərin və  şinlərin tipindən, həmçinin istifadə edilən 
sərt maqnit diskinin özündən çox asılıdır. Müasir texnologiya 
ilə hazırlanmış  sərt maqnit disklərində bu parametr 1.3-5 
Mbayt/s arasında dəyişir. 
Sərt maqnit disklərinin kompüterdə istifadə olunması 
kompüterdən  istifadə etməyi həddindən artıq rahat edir. İndiki 
zamanda sərt maqnit diski olmayan kompüterlərdən demək olar 
ki, istifadə edilmir.  
Monitor. 
Fərdi kompüterə daxil edilən və oradan 
oxunan informasiyanı  əks etdirmək üçün monitordan 
(displeydən-“displey”  əksetdirmə deməkdir) istifadə edilir. 
Monitorların idarə olunması  fərdi kompüterlərin daxilində 
formalaşan rəqəmli videosiqnallarının vasitəsilə baş verir. 
Qeyd edək ki, monitorda lazımi informasiyanı  əks etdirmək 
üçün kompüterə daxil olan məlumatları videosiqnal şəklində 


 
32
formatlaşdırmaq lazımdır. Bunun üçün istifadə edilən elektron 
sxemlərini videokontrollerlər adlandırırlar. Videokontrollerlər 
əsasən xüsusi elektron lövhə formasında hazırlanır.  Əksər 
hallarda isə kompüterin daxilində yerləşən ana lövhənin 
tərkibinə daxil olurlar. IBM tipli kompüterlərdə istifadə olunan 
videokontrollerlər iki-mətn və qrafiki rejimdə işləyirlər. 
Elektron şüa borulu ( CRT – Cathode Ray Tube ), maye 
kristallı (Liquid Crystal Display) monitorlardan istifadə olunur. 
CRT monitorların  əsas elementi elektron şüa borusudur. 
Borunun içərisi lyuminofor adlanan materialla örtülüb və 
içərisində elektron dəstələri vardır. Lyuminofor qatı 
triadalardan təşkili olunub. Triadalar 3 nöqtədən ibarət 
elementlərdir. Bu üç nöqtə  qırmızı (Red) , yaşıl (Green) və 
mavi (Blue) rəngi əks edən elementlərdir. Borunun dar ucunda 
elektron topu (elektronlar mənbəyi) yerləşir. Bunlar şüalar 
buraxır. Həmin  şüalar triadaların üzərinə lazımi intensivlikdə 
düşərək lazımı  rəngi verir. Məsələn, ağ  rəngi vermək üçün 
RGB (255,255,255) olmalıdır, yəni qırmızı, yaşıl və mavi 
elementlər maksimum intensivliyə malik olur və ağ rəngi verir. 
Qara rəng üçün RGB(0,0,0)-dir. Beləliklə, hər pikselə bir triada 
uyğun gəlir və pikselin rəngi triadanın elementlərinə düşən 
intensivlikdən asılıdır. 
Funksional təyinatına görə CRT monitorları hərf-rəqəm 
və qrafik rejimdə  işləyən monitorlara ayrılırlar. Hərf-rəqəm 
monitorları  hərf-rəqəm tipli informasiyanı  əks etdirmək 
üçündür. Belə monitorun ekranında hər birinin uzunluğu 80 
simvol olan 24-25 sətir yerləşdirmək mümkündür. Başqa sözlə, 
hərf-rəqəm monitorlarının ekranında təxminən 2000 simvolu 
təsvir etmək olur. İndiki zamanda mətn rejimində  işləyən 
monitorlardan demək olar ki, istifadə olunmur.  
Monitorun  əsas göstəriciləri ekranın ölçüsü, ekranda 
təsvir olunan nöqtələrin sayı, təsvirin  əks olunmasının 
maksimal tezliyi və ekranın müdafiə dərəcəsidir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə