Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

   
27
artmış olur. Belə yaddaşlara müraciət vaxtı 70 n.saniyə bərabər 
hesab edilir. 
SDRAM  yaddaş. 
 SDRAM  yaddaşa müraciət vaxtı çox 
kiçikdir, təxminən 10-12 n. san-yə  bərabərdir. Yaddaşdan 
istifadə etməklə kompüterin işləmə sürətini 10% artırmaq 
mümkündür. 
Keş yaddaş
 (ingiliscə cache). Operativ yaddaşa 
müraciəti sürətləndirmək üçün kompüterlərdə xüsusi 
hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Keş 
yaddaşı mikroprosessorla əsas yaddaş arasında yerləşən kiçik 
tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. Ondan 
kompüterin məhsuldarlığını artırmaq üçün istifadə edilir. Bütün 
əsas yaddaşın sürətlə  işləyən keş yaddaş kimi hazırlanması 
texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi 
cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin 
artırılması əlverişlidir.  
Kompüterin yaddaşına müraciət zamanı verilənlər keş 
yaddaşda axtarılır. Buna əsas səbəb odur ki, keş yaddaşına 
verilənləri axtarmaq üçün edilən müraciət vaxtı operativ 
yaddaşa edilən müraciət vaxtından bir neçə  dəfə azdır. 
Kompüterlərdə keş yaddaşın iki növündən istifadə edilir: daxili 
və xarici. 
Xarici keş yaddaşı müxtəlif mikrosxemlər üzərində 
yığılır və operativ yaddaşın işini sürətləndirməyə xidmət edir. 
Daxili keş yaddaş isə mikroprosessorun daxilində 
yerləşərək mikroprosessorun daxilindəki reqistrlərin işini 
sürətləndirir. Belə keş yaddaşlardan ilk dəfə 80486 mik-
roprosessorlarında istifadə edildi. Onların tutumu 8 Mbayt-a 
bərabər idi. 
Intel firmasının istehsalı olan Pentium, Pentium Pro və 
sonrakı model mikroprosessorlarında keş yaddaş birbaşa 
mikroprosessorun daxilində yerləşdirilir. Bu çox əlverişlidir. 
Çünki keş yaddaş üçün əlavə lövhə hazırlamaq lazım gəlmir.  


 
28
BIOS (basic input-output system)
. Ana lövhə 
üzərində enerjidən asılı olmayan daimi yaddaş qurğusu BİOS 
yerləşir. Bu mikrosxemdə  fərdi kompüterin qurğularının 
testləşdirən (məlumatı ekrana çıxarmaqla),  əməliyyat 
sisteminin yüklənməsini təmin edən proqramlar toplusu 
yerləşir. Digər yaddaş qurğularından fərqli olaraq onun tutumu 
elə  də böyük olmur. Qeyd edək ki, BIOS Setup proqramı 
vasitəsilə BİOS-un konfiqurasiyasını dəyişmək olar. 
Portlar
. Mikroprosessorun xarici qurğular (printer, 
sican və sairə) ilə informasiya mübadiləsini həyata keçirən 
yuvalara portlar deyilir. Əsas portlar sistem blokunun arxa 
panelindən görünür. Paralel – LPT (paralel printer portu), 
ardıcıl -COM (universal ardıcıl port) və USB (Universal Serial 
Bus-universal ardıcıl  şin) portlardan istifadə olunur. Ardıcıl 
portlardan siçan və klaviaturanın qoşulması üçün istifadə 
olunur. Paralel portlar printerlərin qoşulması üçün istifadə 
olunur. Ardıcıl portlar sürətli məlumatlar mübadiləsi ilə 
fərqlənirlər. Qeyd edək ki, hal-hazırda  əksər müasir 
kompüterlər paralel və ardıcıl portlarsız istehsal olunur. Son 
dövrlərdə meydana gələn USB portları asanlıqla onları  əvəz 
edir. USB portları flaş disklərin, klaviatura, siçan, printer, 
mobil bərk disklərin, skanerin və bir sıra periferiya 
qurğularının qoşulmasını təmin edir. USB portları daha sürətli 
olub, informasiya mübadiləsini 480 Мbayt/san sürətlə  təmin 
edir. 
Kontroller və  şin
. Kompüterin işləməsi üçün operativ 
yaddaşda proqramlar və verilənlər olmalıdır. Belə proqramlar 
və verilənlər operativ yaddaşa müxtəlif qurğular-klaviatura, 
diskovod və s. vasitələrlə daxil olurlar. Kompüterdə emal 
edilmiş informasiya isə istifadəçiyə monitor, disklər, printer və 
s. vasitəsilə çatdırılır. Başqa sözlə, kompüterdə qurğular və 
operativ yaddaş arasında daima informasiya mübadiləsi prosesi 
gedir. Bunun üçün, hər xarici qurğu özünə  məxsus elektron 


   
29
sxem ilə  təchiz edilir ki, belə sxemlərə  də kontroller qurğusu 
deyirlər. 
Kompüter şini və ya sistem şini
 – prosessorla yaddaş 
arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə 
sxemləri) arasında verilənlərin və idarə siqnallarının 
ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. 
Kompüterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə 
birləşmişdir.  
Bütün kontrollerlər kompüterin daxilində yerləşdirilmiş 
mikroprosessorlar ilə magistral sistemi vasitəsilə əlaqə yaradır 
ki, buna da verilənlər  şini deyirlər. Verilənlər  şini prosessorla 
yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri 
(idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının 
ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. 
İnformasiya mikroprosessora verilənlər  şini vasitəsilə 
ötürülür.  Əgər verilənlər  şini 8 siqnal ötürən naqildən ibarət 
olarsa, onda paralel olaraq 8 bit, 16 naqildən ibarət olarsa, 16 
bit informasiya göndərmək olar və s.  
Prosessorun daxilində  və  fərdi kompüterin ana lövhə-
sində verilənlər  şini və ünvan şini mövcuddur. Verilənlər  şini 
ötürücü və yardımçı elementlər sistemi olub, informasiyanın 
mikroprosessora verilməsi və ondan alınması prosesini həyata 
keçirir. Verilənlər  şini müxtəlif dərəcəliliyə malik olur. Şinin 
dərəcəliliyinin informasiyanın ötürülmə sürətinə  təsir etməsi 
nəticəsində kompüterin işləmə sürəti də dəyişir.  
Ünvan  şini də ötürücü və yardımçı elementlər sistemi 
olub, fərdi kompüterin yaddaşında saxlanılacaq və yazılacaq 
informasiyanın tutduğu sahənin yerini təyin edr. Ünvan şini də 
dərəcəliliyə malikdir. Ünvan şininin dərəcəliliyi mikropro-
sessorun müraciət etdiyi yaddaşın tutumuna təsir edir. 
İstehsal olunan fərdi kompüterlərdə iki, bəzi hallarda isə 
üç verilənlər  şinindən istifadə olunur. Kompüterdə  aşağıdakı 
şinlər istifadə olunur: 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə