Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   2   3   4   5   6   7   8   9   ...   41

 
14
kompüterlərin sürətlə miniatürləşməsini və ucuzlaşmasını 
təmin etdi. Bununla yanaşı üçüncü nəsil kompüterlərin 
məhsuldarlığı  kəskin yüksəldi. Artıq kompüterlərdə 100 
kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq olunurdu, onlar 
saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi. 
Miniatürləşmə ilə paralel olaraq kompüterlərin arxitekturasında 
köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq 
maqnit disklərindən və diski oxuyan qurğulardan-
diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı 
kompüterlər məsələn, kosmik raketlərdə,  aviasiyada və 
gəmilərdə istifadə edilən bortkompüterlər meydana gəldi.  
Bununla yanaşı az - təqribən 4 kilovat enerji sərf edən mini 
kompüterlərin istehsalına başlandı. Məsələn, ABŞ-da RDR
VAX mini kompüterləri və SSRİ-də isə onların analoqu olan 
CM-1/2/3/4/1420 və s. istehsal olundu.  Mini kompüterlər 
sənayedə texnoloji proseslərin idarə edilməsində, məlumat 
banklarının yaradılmasnda və informasiyanın idarə edilməsində 
geniş istifadə olunurdu. Üçüncü nəsil kompüterlər seriya 
şəklində istehsal olunurdu. ABŞ-da  İBM 360, SSRİ  və    Şərqi 
Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompüterlər 
istehsal olunurdu. 
Üçüncü nəsil kompüterlərdə ilk dəfə olaraq multi-
proqram rejimi tətbiq olundu. Bu rejim  paralel olaraq bir neçə 
istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.  
IV nəsil kompüterlərin istehsalı. 
 Bu mərhələ böyük 
inteqral sxemlərin kompüter istehsalında tətbiqi ilə  1974-1976 
–cı ildən  başlamışdır. Böyük inteqral sxemlər  bir kristal 
üzərində minlərlə tranzistor və digər elektron komponentləri 
birləşdirməyi təmin etdi. Bunun nəticəsində  əvvəllər ayrı-ayrı 
elementlərdən ibarət olan kompüterin funksional qurğularını 
böyük inteqral sxemlər  əvəz etdi. Məsələn, böyük inteqral 
sxemlərdən ibarət olan mikroprosessorlar, xarici qurğular 
kontrollerləri, operativ yaddaş  və digər qurğular yaradıldı. 
Bunun nəticəsində kompüterlərin məhsuldarlığı və etibarlığı on 


   
15
dəfələrlə yüksəldi. Böyük inteqral sxemlərə keçid kompüterin 
qurğularını kiçik ölçülü bir lövhə-“ana lövhə” üzərində 
asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli 
kompüterlərin istehsalını  təmin etdi. Altair adlı ilk mikro 
kompüter 1974-75-ci ildə
 
Intel 8080
 
mikroprosessoru əsasında 
istehsal olundu və bununla da insanlar ucuz,  az enerji sərf 
edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi heyəti tələb 
etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən 
fərdi kompüterlər adlanan kompüterlər  əldə etdilər. 1981-ci 
ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına başladı 
və  mikroprosessorlar istehsal edən İntel firması ilə əməkdaşlıq 
edərək fərdi kompüterlərin əsas  istehsalçısına çevrildi.  
Mikroelektronikada  əldə edilən uğurlar və müasir 
proqram təminatının yaradılması sayəsində fərdi kompüterlərin 
sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı firmalar 
müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi kompüterlər istehsal 
edirlər və insan fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar.   
V nəsil kompüterlərin  yaradılması.
 Bu mərhələ 
müasir dövrü əhatə edir və  məqsəd yeni və  ən yeni elektron 
texnologiyalara əsaslanan müasir və gələcəyin kompüterlərinin 
istehsalını  təşkil etməkdir.  V nəsil  kompüterlər çox yüksək 
məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni 
funksional tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə 
işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə 
nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə,  ən yeni 
proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və 
s. imkan verməlidirlər. Hal-hazırda neyron, qeyri-səlis məntiq - 
Fuzzu nəzəriyyəsinə  əsaslanan yeni texnologiyaları    və nano 
texnologiyaları tətbiq etməklə bio və optik neyrokompüterlərin 
yaradılması nəzərdə tutulur.  
 


 
16
1.2 Kompüterl
ərin təsnifatı 
Kompüterləri təyinatına, uyğunluq parametrlərinə, 
ölçülərinə görə  təsnifatlaşdırmaq mümkündür. Kompüterlərin 
təyinat üzrə təsnifatı daha geniş kompüterlər sinfini əhatə edən 
təsnifat formasıdır. Bu təsnifata görə kompüterlər tətbiq 
olunma sahələrinə görə qruplaşmışlar. Təyinatı üzrə  təsnifat  
prinsipinə görə kompüterlər aşağıdakı qruplara bölünür: 

 
Mainfreymlər, 

 
Mini-kompüterlər, 

 
Mikrokompüterlər və ya fərdi kompüterlər.  
Mainfreymlər çox böyük müəssisələrdə istifadə 
edilərək, elektron informasiyanın mərkəzləşmiş saxlanılmasını 
və paralel işlənilməsini təmin edir. Bu sinif kompüterlərin 
istehsalına 1964 –cü ildə IBM/360 kompüterinin istehsalı ilə 
başlanmışdır və onların əsas istehsalçıları IBM, Amdahl, ICL, 
Siemens Nixdorf və digər firmalar hesab olunur. 
Mainfreymlərin IBM 370, IBM ES/9000, Cray 3, Cray 4, 
VAX-100, Hitachi, Fujitsu VP2000 modelləri geniş 
yayılmışdır. Bu gün hərbi-sənaye və  biznes məlumatlarının 
70% mainfreymlərdə emal olunur. Təkcə dünyanın 25 000 
təşkilatında  İBM firmasının istehsal etdiyi mainfreymlərdən 
istifadə olunur.  
Müasir mainfreymlər saniyədə on milyardlarla 
əməliyyat yerinə yetirən, paralel işləyən, 64 tərtibli, bir neçə 
mərkəzi və perferiya prosessorundan ibarət çoxprosessorlu 
sistemdir. Hesablama əməliyyatı mərkəzi prosessorlarda yerinə 
yetirilir. Perferiya prosessorları isə çoxsaylı perferiya 
qurğularını idarə edir. Mainfreymlər çox istifadəçi rejimində 
fəaliyyət göstərir. Belə ki, mainfreymin əsas blokuna
1
 
                                                 
1
Mərkəzi  ayrıca otaqda yerləşir. Bu otaqda temperatur və rütubət normaları 
gözlənilir, elektromaqnit maneələrdən, tozdan və tüstüdən yüksək qorunma 
həyata keçirilir.
  


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə