Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə14/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

   
45
Alqoritmlər çox rəngarəng olsalar da, onların hamısı 
aşağıdakı ümumi xassələrə malikdir: 
1.
 Diskretlilik xassəsi.  Hər bir alqoritm məsələnin həll 
prosesini sadə addımların yerinə yetirilməsi ardıcıllığı şəklində 
ifadə edir və  hər bir addımın yerinə yetirilməsi üçün sonlu 
zaman fasiləsi tələb olunur, yəni başlanğıc verilənlərlə icra 
olunan hesabi və  məntiqi  əməliyyatların yerinə yetirilməsi və 
nəticənin alınması zamana görə diskret yerinə yetirilir. 
2.
  Müəyyənlik xassəsi.  Hər bir alqoritm dəqiq, 
birqiymətli olmalıdır. Bu xassəyə  əsasən alqoritm yerinə 
yetirildikdə istifadəçinin və onun istifadə etdiyi kompüterdən 
asılı olmayaraq eyni nəticə əldə edilməlidir. 
3. Kütləvilik xassəsi.
 Müəyyən sinif məsələnin həlli 
üçün qurulmuş alqoritm bu sinfə aid olan yalnız başlanğıc 
qiymətləri ilə  fərqlənən bütün məsələlərin həllini təmin 
etməlidir. Məsələn, 0
2
=
+
+
c
bx
ax
kvadrat tənliyi üçün 
qurulmuş alqoritm a,b, c – nin ixtiyari qiymətləri üçün 
məsələni həll edir.  
4. Nəticəlilik və sonluluq xassəsi.
 Alqoritm sonlu sayda 
addımdan sonra başa çatmalı  və verilmiş  məsələnin həlli 
tapılmalıdır. 
Alqoritm aşğıdakı üsullarla təsvir olunur: 

 
Sözlə 

 
Blok-sxemlə 

 
Alqoritmik dillə 

 
Qrafalarla 
Alqoritmlərin  ən sadə    təsvir forması    təbii dillə - sözlə 
yazılış formasıdır. Alqoritmin mahiyyətinin izahını vermək 
üçün bu üsul çox əlverişli olur. Məsələn, verilmiş iki A və B 
ədədlərindən böyük olanının tapılması alqoritmini sözlə ifadə 
edək: 
1.
 
A ədədindən B ədədini çıxın. 
2.
 
Nəticədə mənfi qiymət alınarsa, B ədədinin böyük 
olmasını bildirin. 


 
46
3.
 
Müsbət qiymət alınarsa, A ədədinin böyük olmasını 
bildirin. 
4.
 
Sıfır alınarsa, hər iki ədədin bərabər olduğunu bildirin. 
Alqoritmi əyani təsvir etmək üçün onu blok-sxem şəklində 
vermək məsləhətdir. Bu təsvir forması sözlə yazılışa nisbətən 
daha yığcam və dəqiqdir. 
Blok-sxem blok adlanan aşağıdakı standart həndəsi 
fiqurlardan ibarət olur: 
 
Blokun təsviri 
Blokun adı 
 
Başlanğıc/son blok 
 
Hesablama və ya əməliyyat 
bloku 
 
 
 
Daxiletmə bloku 
 
 
 
 
 
Dövr bloku 
 
Altproqram bloku 
 
 
Çap bloku 
 
 
 
Fayl bloku 
 
Səhifələrarası birləşdirici 


   
47
 
Hər bir blokda alqoritmin konkret bir və ya eyni tipli 
bir neçə əmrini təsvir etmək olar. Bloklar bir-birilə şaquli və 
ya üfüqi xətlərlə və ya oxlarla əlaqələndirilir. Şaquli xəttlər 
üçün istiqamət olaraq yuxarıdan - aşağıya, üfüqi xəttlər 
üçün isə soldan- sağa qəbul olunmuşdur.   
Blok-sxemi Proqram Sənədlərinin Vahid Standartı 
əsasında tərtib edilməlidir. Məsələn, bu standarta əsasən 
hesablama və ya əməliyyat blokunun  minimal eni 10 mm 
olmalı, bir blok-sxemdə verilən eyniadlı blokların ölçüləri 
eyni olmalıdır. Məntiqi blok istisna olmaqla digər 
bloklardan yalnız bir xət və ya ox çıxa bilər
1
. Məntiqi 
blokdan isə iki xətt və ya ox çıxmalıdır. Blok - sxem bir 
səhifəyə  sığışmadıqda səhifələrarası birləşdirici vasitəsilə 
blok-sxemi növbəti səhifədən davam etdirmək olar. 
Səhifələrarası birləşdiricidə birləşdirci xəttin və ya oxun 
haradan haraya istiqamətləndirildiyini göstərmək lazımdır. 
Alqoritmin alqoritmik dillə  təsvir üsulu onun 
kompüterdə icrası üçün tərtib olunur. Alqoritmin belə yazılışı – 
kompüter üçün proqram adlanır.  
Alqoritmlər xətti, budaqlanan və dövrü struktura malik 
ola bilər: 
 Heç bir mərhələsi buraxılmadan və  təkrarlanmadan, 
bütün mərhələləri tam ardıcıllıqla yerinə yetirilən alqoritmə 
xətti alqoritm deyilir. 
Məsələn, Ücbucağın sahəsinin 
hesablanması məsələsinin alqoritmi xətti alqoritmidir
                                                 
1
 Lakin bir neçə ox girə bilər. 


 
48
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qoyulmuş  şərtdən asılı olaraq alqoritm məsələnin 
həlli variantlarından birini seçməyə imkan verirsə, belə 
alqoritmə budaqlanan alqoritm deyilir. 
Budaqlanmadan iki halda istifadə olunur: 
1.
 
Alqoritmdə elə addımlar olur ki, müəyyən şərtdən asılı 
olaraq onları buraxmaq lazım gəldikdə; 
2.
 
Müəyyən  şərtdən asılı olaraq alqoritim müəyyən 
əməliyyatlardan birini yerinə yetirdikdə. 
 Blok-sxemdə budaqlanma şərti məntiqi blokla 
göstərilir və ondan iki ox çıxır: "hə" oxu şərt ödəndikdə, 
"yox" oxu isə  şərt ödənmədikdə yerinə yetiriləcək bloku 
müəyyən edir. 
Məsələn,  kvadrat tənliyin həqiqi kökünün hesablanması 
alqoritmi budaqlanan alqoritmdir. 
 
S=a*b 
S
Başla
a,  b
Son


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə