Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə13/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

 
42
Letter Quality) rejimi, sonuncu rejim çap makinasının 
keyfiyyətinə yaxın, çap keyfiyyətini təmin edir. 
Lazer printerləri.
 Lazer printerlərində çap 1938-ci ildə 
Çester Karlson tərəfindən ixtira edilən lazer vasitəsi ilə həyata 
keçirilir. Nəticədə təsvir daha dəqiq olur və printer daha sürətli 
işləyir. Bu texnologiyanı 1972-ci ildə Xerox şirkəti tətbiq edə 
bildi. EARS adlanan ilk lazer printerini istehsal etdi. Lazer 
printerləri yüksək çap keyfiyyətini təmin edir, bir çox hallarda 
isə poliqrafik çapı da ötüb keçir. Onlar, həmçinin yüksək 
çapetmə sürətilə fərqlənirlər. Matrisli printerlərdə olduğu kimi, 
yekun təsvirlər ayrı-ayrı nöqtələrdən formalaşır. 
Lazer printerlərinin  əsas parametrlərinə  aşağıdakılar 
aiddir: 

 
düymdə nöqtələri yerləşdirmə imkanı, dpi (dots per 
inch-düymdə nöqtələr) 

 
məhsuldarlıq (dəqiqədə səhifələr); 

 
istifadə olunan kağızın formatı; 

 
özünün operativ yaddaşının həcmi. 
Lazer printerlərinin əsas üstünlükləri yüksək keyfiyyətli 
təsvirlərin alınması imkanları ilə bağlıdır. Orta sinif modellər 
600 dpi çap, yarı peşəkar modellər-1200 dpi, peşəkar modellər 
1800 dpi çap imkanını təmin edir. 
İşıq diodlu printerlər
.  İşıq diodlu printerlərin iş 
prinsipi lazer printerlərin iş prinsipinə oxşayır. Fərq ondan 
ibarətdir ki, işığın mənbəyi burada lazer başlığı deyil, işıq 
diodlarının xətkeşidir. Belə ki, bu xətkeş çap olunan səhifənin 
bütün eni üzrə yerləşir üfiqi açılmaları formalaşma 
mexanizminə  zərurət aradan qalxır və bütün konfiqurasiya  
daha sadə, etibarlı  və ucuz alınır.  İşıq diodlu printerlər üçün 
çap imkanının tipik həcmi 600 dpi-dir. 
Şırnaqlı printerlər. 
Şırnaqlı çap qurğularında təsvirlər 
boyayıcının kağız üzərinə düşən damcısından yaranan ləkədən 
formalaşır. Boyayıcının mikrodamcı tullaması, pezokristal 
vasitəsilə yerinə yetirilir. Bu tip modellərdə damcı, 


   
43
pyezoelektrik effekt nəticəsində silkmə ilə tullanılır. Bu metod 
sferik damcıya yaxın daha stabil damcı formasını təmin etməyə 
imkan verir.  
Təsvirlərin çapının keyfiyyəti çox hallarda damcının 
formasından və onun ölçüsündən, həmçinin maye boyayıcının 
kağız üzərinə hopmasının xarakterindən asılı olur. Bu şərtlərdə 
əsas rolu boyayıcının yapışqanlıq xassəsi və kağızın xassələri 
oynayır. 
Şırnaqlı çap qurğularının müsbət xassələrinə, nisbətən 
az miqdarda hərəkət edən mexaniki hissələrini, uyğun olaraq 
qurğunun sadəliyini, etibarlılığını  və onun nisbətən aşağı 
dəyərini də aid etmək lazımdır. Lazer printerlə müqayisədə 
əsas çatışmamazlığı  əldə olunmuş çap imkanının qeyri-
sabitliyidir ki, bu da ağ-qara yarımton (şəkildə açıq tondan tünd 
tona keçidi təşkil edən rəng) çapda onların tətbiq edilmə 
imkanlarını məhdudlaşdırır. 
Bu gün şırnaqlı printerlər rəngli çapda çox geniş tətbiq 
olunur. Konstruksiyasının sadəliyi sayəsində onlar dəyər 
(qiymət) göstəricilərinə görə  rəngli lazer printerləri ötüb 
keçirlər. 600-dpi-dən yuxarı çap imkanında onlar fotokimyəvi 
metodlarla alınmış rəngli təsvirlərin keyfiyyətindən üstün olan 
rəngli  şəkillər  əldə etməyə imkan verirlər.  Şırnaqlı printeri 
seçdikdə bir şəklin, yazının çap dəyəri, qiyməti parametrini 
hökmən nəzərə almaq lazımdır.  Əlavə olaraq, şırnaqlı çap 
qurğularının qiyməti lazer printerlərindən nəzərəçarpacaq 
dərəcədə  aşağıdır. Onlarda bir şəklin, yazının çap dəyəri, 
xüsusi kağız lazım gəldiyindən on dəfələrlə yüksək ola bilər. 
1.4 Alqoritm anlayışı, alqoritmin əsas xassələri, tipləri 
və təsvir üsulları. 
Alqoritm sozü görkəmli alim Əbu Muhamməd  İbn Musa 
əl Xarəzminin (787-850) adının təhrif olunmuş formasıdır. Belə 
ki, alimin “Kitab əl cəbr və  əl-muqabala"  əsəri XII əsrdə latın 
dilinə tərcümə edilmiş və bu zaman tərcüməçi alimin adındakı əl 


 
44
Xarəzmi sözünü təhrif edərək Alqoritmi kimi verilmişdir və 
əsəri “Algoritmi de numero indorum”, yəni “Alqoritmi hind 
hesabı haqqında” adlandırmışdır. Bu tərcümə sayəsində alqoritm 
sözü Avropa dillərində, sonradan isə  əksər dünya dillərində, o 
cümlədən azərbaycan dilində bir termin kimi istifadə 
olunmaqdadır
1
.  
Orta  əsrlərdə Avropada alqoritm dedikdə onluq say 
sistemində  ədədlərlə hesablama qaydaları başa düşülürdü.  
Müasir dövrdə isə bu anlayış daha geniş  mənada, verilmiş 
məsələni həll etmək və ya müəyyən məqsədə çatmaq üçün 
zəruri olan əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi 
haqqında icraçıya verilən dəqiq və aydın göstərişlərin-əmrlərin 
təsviri kimi başa düşülür. Alqoritmin əmrləri sonlu sayda olub 
ardıcıl yerinə yetirilir. Hər bir alqoritm konkret icraçı üçün 
qurulur. İcraçı alqoritmi yerinə yetirməyə qadir olmalıdır. Başqa 
sözlə alqoritmin bütün əmrləri isifadəçi üçün “başa düşülən” 
olmalıdır. Məsələn, aydındır ki, birinci sinif şagirdi riyaziyyatın 
ilk alqoritmlərindən hesab olunan Evklid alqoritmini yerinə 
yetirə bilməz.   
 Alqoritm anlayışı bir termin kimi əksər elm sahələrində, o 
cümlədən informatikada istifadə olunur. Alqoritm 
informatikanın  fundamental anlayışlarından biridir. Belə ki, 
informatikanın əsas tədqiqat obyekti ilkin informasiya əsasında 
yeni rəqəmli informasiyanın yaradılmasını, informasiyanın 
saxlanılmasını, işlənilməsini, operativ mübadiləsini, 
təhlükəsizliyini, insan əməyinin avtomatlaşdırılmasını  təmin 
edən, effektiv və kompüterdə icra olunan alqoritmlərin 
yaradılmasıdır. Bu baxımdan informatikada alqoritm anlayışına 
aşağıdakı kimi tərif vermək olar: 
 Alqoritm – verilmiş  məsələni həll etmək üçün ilkin 
verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların sonlu 
sayda ardıcıllığıdır
.   
                                                 
1
 Bu tərcümə sayəsində avropalılar onluq say sistemilə tanış olmuşdur. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə