Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

   
53
İstənilən bir məsələni kompüterdə həll edərkən çoxsaylı 
elementar  əməliyyatları yerinə yetirmək tələb olunur. 
Əməliyyatlar sistemi belə elementar, amma mürəkkəb 
əməliyyatları kompüterin daxilində olan qurğularda həll edərək 
bütün iş prosesini istifadəçidən gizli saxlayır, istifadəçiyə 
kompüterdə  işləmək üçün əlverişli interfeys yaradır. 
İstifadəçiyə  təklif etdiyi işçi interfeysinə görə  əməliyyatlar 
sistemləri  əmr və qrafiki interfeysli əməliyyatlar sistemlərinə 
bölünür.  Əmr interfeysli əməliyyatlar sistemlərində  hər bir 
əməliyyat müvafiq əmri klaviaturadan daxil etməklə yerinə 
yetirilir.  
Qrafiki əməliyyatlar sistemində əmrlər əsas və kontekst 
menyu sistemi, alətlər panelləri və dialoq pəncərələri
1
 vasitəsilə 
yerinə yetirilir. Qrafiki əməliyyatlar sistemi daha rahat və sadə 
işçi interfeysinə malikdir. İlk qrafiki əməliyyat sistemi 1983-cü 
ildə Apple firmasında Apple PC kompüterləri üçün hazırlanmış 
Macintosh
2
 əməliyyatlar sistemi olmuşdur.  İBM PC tipli 
kompüterlər üçün isə ilk qrafiki əməliyyatlar sistemi Windows-
95  əməliyyatlar sistemi hesab olunur. Hal-hazırda bu tip 
kompüterlərdə Windows ailəsindən olan Windows-
98/2000/Xp
3
, Windows Vista və Linux əməliyyatlar 
sistemindən istifadə edilir. 
Xidməti proqram təminatı 
Praktikada kompüter istifadəçiləri bir sıra hallarda 
proqram-texniki problemlərlə qarşılaşır. Bu problemlərin 
səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması xidməti 
proqramlar vasitəsilə yerinə yetirilir.  
                                                 
1
 Dialoq pəncərələrində əmrin yerinə yetirilməsi üçün parametrlər müəyyən 
olunur və ya əməliyyatın yerinə yetirməsi  
2
 və ya qısa olaraq Mac 
3
 Windows-95-in (1995-ci il) sələfi hesab etmək olar. Yüz milyonlarla 
insanlar üçün «elektron informasiya dünyasına pəncərə» açmışdır. 


 
54
Xidməti proqramlar kompüterin aparat hissəsinin işinə 
nəzarət edir, kompüterdə baş verən nasazlığı  və onun harada 
baş verdiyini aşkar edir, əməliyyatlar sisteminin əvvəlki 
vəziyyətinin bərpa olmasını,  icra zamanı qarşıya çıxan səhvləri 
düzəltməyə, sərbəst proqram modulları arasında qarşılıqlı 
əlaqəni təmin etməyə, disklərin formatlaşdırılmasına, CD və 
DVD disklərinə yazılması  və sairə bu kimi texnoloji işlərin 
həyata keçirilməsinə imkan verir. 
Xidməti proqramlar qrupuna interfeys proqramları, 
diaqnostika, antivirus və  şəbəkəyə xidmət, arxivləşdirmə 
proqramları, drayverlər aiddir. 
İnterfeys proqramları  əməliyyatlar sistemi ilə birgə 
fəaliyyət göstərərək istifadəçiyə daha sadə  və rahat  interfeys 
təqdim edir. Məsələn, MS-DOS əməliyyatlar sistemi üçün 
Norton Commander (NC)
1
,  1985-ci ildə isə Windows 1.0, 
1990, 1992, 1993-cü illərdə Windows 3.0/3.1/3.11 qrafiki 
proqram örtükləri
2
 yaradılmışdı.  
Diaqnostika proqramları kompüterin qurğularını  
diaqnostika edərək yaranan nasazlıqları  aşkar edir və imkan 
daxilində aradan qaldırmağa xidmət göstərir. Məsələn, maqnit 
disklərin diaqnostikası üçün Scandisk, Norton Disk Doctor 
(NDD), diskin defraqmentləşdirilməsi üçün Defrag,    Speed 
Disk, diskdən ləğv olunmuş fayl və qovluqların bərpası üçün 
Easy Recover, Tiramisu, Drive Rescue proqramlarından 
istifadə etmək olar. CD və DVD disklərinə yazılma 
proqramları diskin surətinin alınmasını, multimedia disklərin, 
avtomatik yüklənən proqram disklərin hazırlanmasını  və s. 
texnoloji  əməliyyatları yerinə yetirirlər. Bu tip proqramlara 
RegCleaner, Customizer XP Easy CD Creator, WinOnCD, 
                                                 
1
 Bu  örtüyün  işləmə mahiyyəti ondan ibarətdir ki, klaviaturanın müəyyən 
düymələrini basmaqla bu və ya digər əmri yerinə yetirmək mümkündür. 
2
 Məhz onları ilk qrafiki əməliyyat sistemi olan Windows-95-in (1995-ci il) 
sələfi hesab etmək olar.  
 


   
55
Nero Burning ROM, Direct CD   və s. proqramları gostərmək 
olar. 
Arxivləşdirmə proqramları faylları xüsusi riyazi 
alqoritm əsasında sıxaraq daha kiçik həcmdə, bir və ya bir neçə 
arxiv faylında saxlayır. Hal-hazırda faylları arxivləşdirmək 
üçün ARJ, ZIP, WINZIP, RAR, WINRAR proqramlarından 
istifadə edilir. 
Antivirus proqramları isə kompüterin virusa 
yoluxmasının qarşısını alır, vaxtaşırı faylları yoxlayır və 
onlarda əmələ gəlmiş virusları aradan qaldırır. 
İnstrumental sistemlər 
İnstrumental sistemlər yeni sistem və  tətbiqi proqram 
vasitələri yaratmaq üçün istifadə edilir. İnstrumental sistemlər 
maşın dilindən fərqli və istifadəçi üçün asan olan alqoritmik 
dillərdə işləməyi təmin edir. 
Kompüter yalnız maşın dilini başa düşdüyü üçün 
alqoritmik dildə yazılan proqram icra prosesindən qabaq 
mütləq maşın koduna çevrilməlidir. Bu məqsəd üçün 
instrumental sistemlər qrupuna daxil olan translyator adlanan 
proqramlar kompleksindən istifadə olunur. 
Translyatorun işi iki üsulla təşkil oluna bilər: 
interpretasiya və kompilyasiya yolu ilə. Buna uyğun olaraq çox 
vaxt translyatoru interpretator və ya kompilyator adlandırırlar. 
Onlar arasında fərq çevrilən proqramın mətninin müxtəlif 
üsullarla emal olunmasıdır.  
İnterpretator proqramın  operatorlarını bir-bir təhlil edir 
və onu bütövlükdə operativ yaddaşa yükləyir. Nəticədə 
proqramın işləmə vaxtı  uzanır.  Bu isə  fərdi kompüterdən 
istifadə edən istifadəçi üçün əlverişli deyil. 
Kompilyator isə bütün proqramı maşın koduna 
çevirərək mövcud səhvlər haqqında məlumatları vaxtında 
istifadəçiyə çatdırır. Burada operatorların təhlil edilməsi və 
maşın koduna çevrilməsi birdəfəlik aparılır. Odur ki, 
kompüterin işləmə sürəti artır, proqramın icra olunması 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə