Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

   
63
üçün ötürücü mis naqil torşəkilli qoruyucu ilə əhatə olunmuş-
dur. İki tip koaksial kabellər istehsal edilir (şək. 2).  

 
Nazik; 

 
Qalın. 
 
 
Şək. 2. 
Nazik koaksial kabellər 0,5 sm qalınlığa malik olub 
siqnalı 185m məsafəyə sönmədən, maneəsiz ötürməyə qadirdir. 
Elastik olduğu üçün montaj üçün rahatdır və praktiki olaraq 
bütün növ şəbəkələr üçün yararlıdır. BNC, BNCT 
konnektorları vasitəsilə şəbəkə platasına qoşulur (şək.3). 
 
 
Şək.3. 
İki kabel seqmentini birləşdirmək üçün borel-
konnektorlardan istifadə olunur. 
Qalın koaksial kabellər 1 sm diametrə malikdirlər və 
siqnalı daha uzaq məsafəyə – 500 m məsafəyə ötürə bilir. 
Ondan  əsasən nazik koaksial kabellər  əsasında yaradılmış bir 
neçə kiçik şəbəkələri birləşdirən  əsas kabel - magistral kabel 


 
64
kimi istifadə olunur. Magistral kabel qoşulmaq üçün xüsusi 
transiverdən istifadə olunur (şək.4). Transiver iti «dişlərə» 
malik konnektorla təchiz olunmuşdur ki, məhz bu dişlər 
kabelin izolyasiyasına daxil olaraq ötürücü naqillə birbaşa 
əlaqəyə girir. Transiver şəbəkə kartının AUI  portuna transiver 
kabeli vasitəsilə qoşulur. 
 
 
 
 
 
 
 
 
Şək.4. 
İki cütlük izolyasiyalı  və bir-birinə dolaşmış    mis 
naqillər cütündən ibarətdir.  İki tip: ekranlaşmış (STP) və ek-
ransız (UTP) kabellər istehsal olunur.   
 
 
 
                                       Şək. 5. 
Ekran qoruyucu rolu oynayır və siqnalı nisbətən uzaq 
məsafəyə ötürməyə  zəmin yaradır. Kabel şəbəkə kartına, 
kommutasiya panelinə və divar rozetkasına RJ-45 tipli konnek-
torlar (şək. 6) vasitəsilə qoşulur. 
 
                                    Şək.6. 
Konnektor
Transiver kabeli
Transiver


   
65
Optik lifli kabellərdə informasiya optik lif boyunca 
modullaşmış  işıq impulsu şəklində yayılır. Bu kabellər böyük 
həcmli informasiyanı çox böyük sürətlə  və etibarlı surətdə 
ötürə bilir. Optik lif – nazik şüşə silindrdən ibarətdir. Qoruyucu 
şüşə örtüklə əhatə olunmuşdur. Hər bir optik lif informasiyanı 
yalnız bir istiqamətdə ötürməyə qadirdir. Ona görə optik-lifli 
kabellər xüsusi konnektorlarla təchiz olunmuş iki optik lifdən 
ibarət olur (şək. 7). İnformasiya ötürmə  100 Mbit/s - a qədər 
ola bilər. 
 
 
Şək. 7. 
 
Şəbəkə platası 
Şəbəkə platası kompüter və  şəbəkə kabeli arasında in-
terfeys rolu oynayır və aşağıdakı funksiyaları yerinə yetirir: 

 
İnformasiyanın ötürülməsinə hazırlıq; 

 
İnformasiyanın ötürülməsi ; 

 
İnformasiya axınının idarə olunması. 
Məlumdur ki informasiya kompüterdə ikilik say 
sistemində kodlaşmış - bitləşmiş formada saxlanılır və 16 və ya 
32 tərtibli  şin vasitəsilə paralel olaraq kompüterin daxili 
qurğularına, məsələn: mikroprosessora, operativ yaddaşa və s. 
ötürülür. Kabel informasiyanı yalnız ardıcıl ötürmə 
qabiliyyətinə malik olduğundan informasiyanın ötürülməsinə 
hazırlıq mərhələsində plata ilk növbədə ötürüləcək 
informasiyanı paralel formadan ardıcıl formaya çevirir. Sonrakı 
mərhələdə plata informasiya qəbul edəcək kompüterin platası 
ilə "əlaqə" yaradaraq ona aşağıdakı məlumatları çatdırır: 


 
66

 
Ötürüləcək informasiya bloklarının maksimal ölçüsü 

 
İnformasiyanın həcmi 

 
İnformasiya bloklarının ötürmə intervalı  

 
Təsdiqedici interval 

 
Ötürmə sürəti. 
Bundan sonra informasiya elektrik və ya optik siqnalına 
çevrilir və informasiya kabeli vasitəsilə  şəbəkənin digər 
kompüterinə ötürülür. 
Hər bir şəbəkə platası unikal ünvana və parametrlərə 
malik olur. Şəbəkədə hər bir plata bu haqda qarşılıqlı məlumata 
malik olur və parametrləri digər şəbəkə platasının parametrinə 
müvafiq uyğunlaşdırma qabiliyyətinə malikdirlər. Məsələn, 
şəbəkədə yüksək sürətli plata informasiya mübadilə sürətini 
digər plataların sürətinə uyğunlaşdırır. 
İnformasiya mübadiləsində  şəbəkə platası mühüm rol 
oynadığından 
şəbəkənin fəaliyyəti, sürəti platanın 
seçilməsindən, düzgün quraşdırılmasından və ona uyğun pro-
qram modullarından (məsələn drayverindən) çox asılıdır. Plata 
ilk növbədə kompüterin arxitekturasına və ona qoşulacaq 
kabelə uyğun olmalıdır. Qeyd edək ki, rabitə  xəttlərsiz lokal 
şəbəkələrdə xüsusi növ şəbəkə platasından istifadə olunur. Bu 
platalar siqnal ötürücü və qəbuledici antenaya malik olurlar. 
 
 
1.7.2. Şəbəkə topologiyası 
Topologiya termini ilə  şəbəkənin strukturu - kompüter, 
server, periferiya qurğuları  və digər  şəbəkə komponentlərinin 
yerləşmə sxemi ifadə olunur. Şəbəkə qurğularının növlərindən 
və xarakteristikalarından, şəbəkənin genişlənmə imkanlarından, 
şəbəkənin idarəetmə üsulundan asılı olaraq şəbəkə  əsasən 3 
baza topologiyası: 

 
xətti (bus) 

 
ulduz (star) 


   
67

 
halqa (ring) 
və onların kombinasiyaları olan 

 
xətti-ulduz 

 
ulduz-halqavari  
əsasında yaradılır. 
Xətti topologiya
. Bu topologiya sadə  və  ən geniş yayılmış 
topologiyadır.  Şəbəkədə kompüterlər, serverlər, periferiya 
qurğuları magistral və ya seqment adlanan vahid kabelə ardıcıl 
olaraq qoşulur  (şək. 8). 
 
Şəkil 8. 
Kabelin başlanğıc  və  sonunda siqnalın sönməsi üçün  
terminatorlar yerləşdirirlər.         
Fayl şəklində saxlanılan informasiyanın həcmi 4 
1
кб -
dən artıq olduqda informasiya ötürülməzdən  əvvəl kompüter 
onu paket və ya kadr adlanan kiçik bloklara bölür. Hər paket 
aşağıdakı struktura malik olur:  

 
başlıq 

 
verilənlər  

 
treyler 
Başlıq informasiya ötürücüsünün və alıcısının 
ünvanlarını, paketin ötürülməsi və vahid fayl şəklində 
birləşməsi haqda məlumatı daşıyır. Verilənlər ötürülən fayl 
fraqmentidir və  həcmi 4 kb-dan çox olmur. Treyler özündə 
paketin ötürülməsinin korrektliyini yoxlayan və  şəbəkə 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə