Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

   
59
yolu keçmişdir. Hal-hazırda Visual Basic.Net dilindən qrafiki 
interfeysli proqram əlavələrin yaradılmasında geniş istifadə 
olunur. 
Fortran, Alqol-60 dillərilə paralel olaraq intensiv inkişaf 
edən elm və texnikanın yeni sahələrinin tələbatını ödəmək üçün 
yeni proqramlaşdırma dilləri yaradılmışdır. Məsələn, 1957-ci 
ildə riyazi verilənlərin emalı üçün APL (Aplication 
Programming Language) dili, 1959-cu ildə  İBM firması 
tərəfindən  böyük həcmli verilənlər massivinin emalı üçün 
Cobol (Common Business Oriented Language) dili, mətn 
informasiyanın emalı üçün 1962-ci ildə  Snobol
1
, 1969-ci ildə 
çoxluqlar üzərində  əməliyyatlar aparmaq üçün SETL dili 
yaradılır. 
Üçüncü nəsil kompüterlərin yaranması, universal 
alqoritmik dillərin yaradılması  məsələsini qarşıya qoydu. Bu 
cür dillərin yaradılması üçün edilən cəhdlərdən biri nəticəsində 
İBM firması  tərəfindən PL/1 (Programming-Language/1-
proqramlaşdırma dili-1) dili yaradılır. Bu dil Fortran, Alqol və 
Cobol dillərinin  əsasında yaradılmış  və bu dillərin 
üstünlüklərini özündə birləşdirmişdi. 
1971-ci ildə Nikuls Virt tərəfindən Paskal
2
 dili yaradılır. 
Bu dil struktur proqramlaşdırma ideyasının, yəni proqramın 
kiçik, dəqiq təyin edilmiş prosedurlardan tədricən qurulması 
ideyasının həyata keçirilməsini təmin edən ilk dildir. 1983-cü 
ildə Pentaqonda Ada
3
 dili  yaradılır. Bu dil əsasən hərbi və 
bğyük sənaye layihələrinin yaradılmasında istifadə edilir. Dil 
birinci proqramlaşdırıcı – qrafinya  Ada Lavlaysın  şərəfinə 
adlandırılmışdır. 1972 -ci ildə Kreniqan və Ritçi tərəfindən     
C dili, 1986-cı ildə onun bazasında Brayn Straustrup tərəfindən  
problem yönümlü C
++
 dili yaradılır. C/C
++
 dili-universal dil 
olub, sistem proqramlarının yaradılmasında, o cümlədən geniş 
                                                 
1
 Onun  müasir sələfi 1974-cü ildə yaradılmış İcon dilidir. 
2
 Bu dil XVII əsr böyük fransız alimi Paskalın şərəfinə adlandırılmışdır. 
3
 1995-ci ildə dilin yeni versiyası ADA -95 yaradılmışdır. 


 
60
yayılmış UNİX  əməliyyat sistemi üçün kodların yazılmasında 
geniş istifadə olunur. 1995-ci ildə Sun Microsystems 
kompaniyasında Java dili yaradılır. Qeyd etdiyimiz dillərdən 
başqa dillər də mövcuddur və bu dillərin yaradılması prosesi 
davam etdirilir. 
XX 
əsrin 90-cı illərindən başlayaraq Web 
proqramlaşdirma dilləri meydana gəldi.  Web proqramlaşdirma 
dilləri Web səhifələrin idarə olunmasında istifadə olunur. 
Onlara misal olaraq HTML, XML, JavaScript, VbasicScript, 
Perl, Payton göstərmək olar. 
1.7. 
Kompüter şəbəkələri 
 Kompüter 
şəbəkələri rabitə vasitələrinin köməyilə bir-
birilə  əlaqələndirilmiş  və müəyyən protokollarla informasiya 
mübadiləsi etmək qabiliyyətinə malik kompüterlər, serverlər
1
 
və periferiya qurğuları sistemidir. Kompüterlər arasında 
məsafədən asılı olaraq rabitə vasitəsi olaraq kabel, telefon 
rabitəsindən, radiorabitədən, infraqırmızı 
və lazer 
şüalandırmadan istifadə olunur.   
Şəbəkələr tətbiq olunduğu əhatə dairəsinə görə lokal  və  
qlobal kompüter şəbəkələrinə bölünür. Lokal kompüter 
şəbəkələri məhdud  ərazidə,  adətən bir müəssisə daxilində 
fəaliyyət göstərir və şəbəkə ehtiyatlarından
2
 birgə istifadəni və 
kompüterlər arasında interaktiv əlaqəni təmin edir. Rabitə 
vasitəsi olaraq əsasən kabeldən istifadə olunur.   
Lokal kompüter şəbəkələrinin tətbiqi ayrı-ayrı 
qurğulara qənaət etməyə, operativ informasiya mübadiləsinə 
nail olmağa imkan yaradır. Məsələn, şəbəkə printeri şəbəkənin 
istənilən kompüterindən informasiyanın çapını  təmin edir ki, 
hər bir kompüterə printer qoşulması  zərurəti aradan qalxır. 
İnformasiyadan, proqram və  əlavələrdən birgə istifadə  
                                                 
1
 Server-yüksək texniki göstəricilərə malik kompüterdir. 
2
 Şəbəkə ehtiyatları dedikdə  informasiya ehtiyatı, proqram və  əlavələr
periferiya qurğuları nəzərdə tutulur. 


   
61
informasiya daşıyıcılarına qənaətə, hamının eyni proqram  və 
əlavələrdən istifadəsinə  şərait yaratmaqla,  iş prosesi  zamanı 
meydana çıxan bir sıra problemlərin məsələn, proqram 
versiyasının uyğunsuzluğu,  şriftlərlə bağlı  və s. problemləri 
avtomatik aradan qaldırır.  
Müəssisənin  xarakterindən asılı olaraq lokal kompüter 
şəbəkələri öz növbəsində bir ranqlı,  serverli və kombinə 
edilmiş şəbəkələrə bölünür.  
Şək. 1 
 
Bir ranqlı  şəbəkələr az saylı istifadəçilər üçün nəzərdə 
tutulmuşdur. Bu şəbəkədə kompüterlərin sayı ondan artıq 
deyildir və informasiyanın etibarlı surətdə qorunmasına nail 
olmaq çətindir.  Şəbəkədə vahid administrasiya xidməti 
olmadığından  hər bir istifadəçi  kompüterin ehtiyatlarını 
ümumi istifadə üçün özü müəyyən edir. Server əsasında 
yaradılmış  şəbəkə böyük həcmli informasiyanı eyni zamanda 
çoxsaylı istifadəçinin birgə istifadəsini təmin edir. Server 
şəbəkənin işlənməsinə  nəzarət, diaqnostika və informasiyanın 
Bir ranqlı şəbəkə 
Serverli şəbəkə 


 
62
qorunması funksiyalarını həyata keçirir. Şəbəkədə  bir və ya bir 
neçə    server  ola  bilər. Məsələn,  şəbəkədə fayl serverlə yanaşı 
kommunikasiya, verilənlər bazası serveri və s. ola bilər.  
Şəbəkəyə qoşulmuş  digər kompüterlər klient və ya işçi yerlər 
adlanır. İşçi yerləri  bu və ya digər  xüsusiyyətlərinə görə vahid 
qrupda- işçi qrupda birləşirlər. Hər bir işçi qrup serverdə 
qeydiyyatdan keçir. Bu isə informasiya ehtiyatlarının 
axtarılmasını və qorunmasını asanlaşdırır.  
Kombinə edilmiş şəbəkələr özündə bir ranqlı və serverli 
şəbəkələrin  ən yaxşı keyfiyyətlərini birləşdirir və geniş  tətbiq 
dairəsinə malikdir. Adətən bu tip şəbəkələrdə bir neçə 
əməliyyatlar sistemi birgə istifadə olunur. Belə ki, serverlərdə  
Windows NT, Windows Server,  işçi stansiyalarda Windows 
9x,Windows NT Workstation, Windows XP, Windows Vista 
əməliyyatlar sistemləri istifadə oluna bilər.  
 Qlobal 
şəbəkələr çox geniş  ərazidə  (şəhər, ölkə  və s.) 
fəaliyyət göstərən,  bir-birilə qarşılıqlı  əlaqəli, ayrı-ayrı 
kompüterlər və lokal  şəbəkələr şəbəkəsindən ibarətdir. Qlobal 
şəbəkələrin  ən bariz nümunəsi  İNTERNET beynəlxalq infor-
masiya şəbəkəsidir.  
 
1.7.1 Ş
əbəkə komponentləri. 
Kabel
 
 
Şəbəkədə istifadə olunan kabelləri 3 böyük qrupa 
bölmək olar:  
Koaksial (coaxial); 
İki cütlük (twisted pair); 
Optik lifli. 
Koaksial kabellərdə siqnal polivinilxlorid və ya tefelon 
izolyasiyalı mis naqil boyu ötürülür. Siqnalın zəifləməsinə 
səbəb olan elektromaqnit dalğaların təsirini aradan qaldırmaq 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə