Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

 
56
prosesdən asılı olmur. Nəticədə proqramın operativ yaddaşa 
yüklənməsinə ehtiyac duyulmur, operativ yaddaşdan digər 
məqsədlər üçün istifadə etməyə imkan yaranır. 
Tətbiqi proqramlar 
İnsan fəaliyyətinin konkret fəaliyyət sahələrinə aid 
məsələləri həll etmək üçün nəzərdə tutulan proqramlara  tətbiqi 
proqramlar deyilir. Tətbiqi proqramlar 3 formada – proqram, 
proqramlar paketi və standart proqramlar kitabxanası  şəklində 
istehsal olunur. 
Tətbiqi proqramlar paketi müəyyən sinif məsələləri həll 
etmək üçün nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki
kompleksin komponentlərindən biri idarəedici rolu oynayaraq, 
paketin digər bütün proqramlarının bir-biri ilə  əlaqəsini təşkil 
edir. 
Standart proqramlar kitabxanası isə kompüterdə riyazi 
funksiyaların hesablanmasını, standart mahiyyətli məsələlərin 
həllini, verilənlərin emalını  və s. bu kimi işləri yerinə yetirən 
proqramlardan ibarətdir. Belə proqramlar adətən üsul yonümlü 
proqramlarla birlikdə istifadə olunur.  
Müasir dövrdə  fərdi kompüterlərdə müxtəlif təyinatlı 
yüz minlərlə  tətbiqi proqramlardan istifadə edilir. Funksional 
imkanlarına görə  tətbiqi proqramlar ümumi təyinatlı, üsul 
yönümlü və problem yönümlü proqramlara  bölünür. Ümumi 
təyinatlı proqramlara mətn
1
, elektron cədvəl
2
 prosessorları, 
                                                 
1
 Mətn prosessorları elektron mətn sənədlərinin  hazırlanmasını, redaktəsini 
və formatlaşdırılmasını təmin edir. 
2
 Elektron  cədvəl prosessorları    cədvəllərin yaradılmasını,  ədədi 
verilənlərin təhlilini, verilənlərlə  düsturlar əsasında müxtəlif  əməliyyatlar 
aparmağı təmin edir. Onlara misal olaraq SuperCalc-4, MS Excel, Lotus 1-
2-3 və s. proqramlarını göstərmək olar. 


   
57
nəşriyyat sistemləri
1
, verilənlər bazasının idarəetmə sistemləri, 
qrafiki redaktorlar, təqdimat, multimedia proqramları, 
kompüter oyunları və s. aiddir.  
Üsul yönümlü proqramlar müəyyən sinif məsələlərin 
həll üsulları  əsasında  fəaliyyət gəstərir. Onlara statistik təhlil 
proqramlarını (məsələn, Statistica, StatFi 2007
 
və s.
 
), riyazi 
proqram paketlərini (məsələn, Matlab, Mathcad, Mathmatica, 
Maple və s) və s. göstərmək olar.  
Problem yönümlü proqramlar konkret ixtisaslı 
istifadəçilər üçün onların peşə  fəaliyyətinə aid müəyyən sinif 
məsələlərin həlli üçün yaradılır. Onlar tibbdə, bank işində
müəssisələrin və istehsalatın avtomatik idarəetmə  işində  və s. 
geniş tətbiq olunur. Belə proqramlar adətən Avtomatlaşmış İşçi 
Yeri kimi fəaliyyət göstərirlər. Məsələn,  İRBİS 64 proqram 
paketi kitabxanaların avtomatlaşdırılması üçün istiafadə olunur 
və onun əsasında kataloqlaşdırıcı, kitab verilişi, oxucu, 
administrator, komplektləşdirici və s. Avtomatlaşmış  İşçi 
Yerləri təşkil olunur. 
1.6 
Alqoritmik dillər
 
Kompüter istehsalının ilk dövründə proqramlar maşın 
dilində yazılırdı. Maşın dili kompüterin “başa düşdüyü” 
kodlarla ifadə olunmuş  əmrlərdən ibarət olub, konkret 
kompüterin arxitekturasından asılı idi. Hər bir əmrdə ümumi 
şəkildə, aparılacaq  əməliyyatın məzmunu haqqında məlumat, 
üzərində maşın  əməliyyatı aparılacaq başlanğıc verilənlərin 
yerləşdiyi yer-ünvan, nəticənin ünvanı  və bu əmrdən sonra 
yerinə yetiriləcək  əmr haqqında məlumat verilirdi.  Maşın 
                                                 
1
 
Nəşriyyat sistemləri kitab, qəzet, jurnalların və digər nəşr məhsullarının  
hazırlanmasında geniş istifadə olunur. Bu tip proqramlara misal olaraq 
Adobe PageMarker, QuarkXpress proqramlarını gostərmək olar. Adətən, 
mətnlər mətn redaktorlarının birində  yığılır, sonra yuxarıda sadalanan 
proqramların biri vasitəsilə tərtibat işləri yerinə yetirilir.
  
 


 
58
dilində proqramların yaradılması və onların kompüterdə yerinə 
yetirilməsi kifayət qədər mürəkkəb və vaxt aparan idi. Bu 
səbəbdən kompüter texnologiyasının inkişafının sonrakı 
mərhələsində təbii dilə daha yaxın olan simvolik dillər yarandı. 
Belə ki, ikinci nəsil  kompüterlərin yaranması, konkret maşının 
yox, qoyulmuş  məsələnin xüsusiyyətlərindən asılı olan dillərə 
ehtiyac yaratdı. Bu dillərə formal dillər və ya sadəcə alqoritmik 
dillər deyilir və bir sıra üstünlüklərə malikdir. Bu dillər əyani 
olub, onlarla ixtiyari alqoritmi asanlıqla ifadə etmək 
mümkündür. Alqoritmik dillər alqoritmin birqiymətliliyini, 
mürəkkəb alqoritmin daha sadə alqoritmlərin vəhdəti  şəklində 
ifadə edilməsini təmin edir. İlk mükəmməl alqoritmik dil 1954-
cü ildə  İBM firmasında Con Bekusun rəhbərlik etdiyi qrupun 
yaratdığı FORTRAN dili idi. Bu dilin adı FORTRAN-
FORmulae TRANslation - formulaların tərcüməsi sözündən 
götürülmüşdür. Bu dil çox sadə struktura malik olduğundan 
ondan hal-hazırkı vaxta qədər istifadə olunur. Fortranda 
proqram operatorlar ardıcıllığı  şəklində yazılır. Bu dildə 
yazılan proqram bir və ya bir neçə seqmentlərdən (alt proqram) 
ibarət olur. Bütün proqramın işini idarə edən seqment əsas 
proqram adlanır. 
Fortran dili  elmi və mühəndis texniki hesablama 
sahələrində istifadə edilmək üçün nəzərdə tutulmuşdu. Lakin 
bu dildə budaqlanan strukturlu məsələlər (istehsal prosesinin 
modelləşdirilməsi və s.), bəzi iqtisadi məsələlər və redaktəetmə 
məsələləri (cədvəl, arayış və s. qurulması) üçün proqramlar da 
qurula bilər. Sonrakı illərdə bu dilin müxtəlif modifikasiyaları 
yaradılmışdı. 
1960-cı ildə Alqol-60 (Alhoritmic Language-alqoritmik 
dil) dili,  1966-cı ildə isə Fortran dili əsasında Dartmut 
kollecinin hesablama mərkəzində Basic dili (BASIC-
Beginner’s  Allpurpose Symbolic İnstruction Code-yeni 
başlayanlar üçün çoxməqsədli simvolik əmrlər dili) yaradıldı. 
Basic dili Visual Basic.Net versiyasına qədər  böyük təkamül 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə