Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə15/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

   
49
 
 
 
 
 
D=b*b-4*a*c 
2
,
1
x
Başla
a, b,c
Son
D<0
a
D
b
x
2
2
,
1
±

=
 

yox


 
50
Alqoritmin müəyyən  əməliyyatları sonlu sayda təkrar oluna 
bilər. Təkrarlanan  əməliyyatlara malik alqoritmlər dövrü 
strukturlu alqoritmlər adlanır. Blok - sxemdə  təkrarlanan 
əməliyyatlar dövr bloku vasitəsilə  təsvir olunur. Dövrü 
struktur sadə və mürəkkəb olur. Sadə dövrü struktur bir dövr 
blokuna, mürəkkəb struktur isə biri digərinə daxil olan iki və 
daha çox dövrdən ibarətdir. Məsələn, birdən yüzə  qədər 
ədədlərin cəminin hesablanması alqoritmi sadə dövrü 
alqoritmdir.  
k
i
s
i
k
∑∑
=
=
+
=
100
1
50
1
)
5
(
məsələsinin həll alqoritmi isə mürəkkəb 
dövrü alqoritmdir.  
1.5 
Kompüterlərin proqram təminatı
 
Proqram təminatı kompüterlərin istifadə etdiyi 
proqramlar toplusundan ibarətdir. Proqram isə öz növbəsində 
tələb olunan məsələnin həll alqoritminin kompüterin “başa 
düşəcəyi dildə” yazılmış təsvir formasıdır. Kompüter proqramı 
yerinə yetirməklə alqoritmə uyğun əməliyyatları yerinə yetirir. 
Müvafiq proqram təminatı kompüteri insan fəaliyyətinin  ən 
müxtəlif sahələrində tətbiq edilməsinə imkan verir. Məhz onun 
sayəsində kompüterlər çoxsahəli bir əmək aləti olaraq, insan 
həyatının zəruri bir elementinə çevrilməkdədir. 
Öz funksional təyinatına görə proqramlar üç 
kateqoriyaya bölünür: 
1.
 
Sistem proqramları (System Software
2.
 
İnstrumental sistemlər 
3.
 
Tətbiqi proqramlar 
Sistem proqramları 
Sistem proqramları  əməliyyat və istifadəçi interfeysi 
mühitinin yaradılmasını, kompüterin  qurğularının və digər 
proqramların birgə  fəaliyyətini, kompüter şəbəkəsinin idarə 
olunmasını, diaqnostika və profilaktika, bir sıra köməkçi 


   
51
texnoloji əməliyyatların (məsələn, informasiyanı arxivləşdirmə, 
ehtiyat surətinin yaradılması  və s.) yerinə yetirilməsini təmin 
edir. Bu kateqoriyaya aid proqramlar kompüterin 
arxitekturasını  nəzərə almaqla və keyfiyyət standartlarına
1
 
uyğun  hazırlanır. 
Sistem proqramlarını şərti olaraq iki qrupa bölmək olar: 
1.
 
Əməliyyat sistemləri 
2.
 
Xidməti proqramlar 
Əməliyyatlar sistemi hər bir kompüter üçün zəruri olan, 
onun informasiya, proqram və aparat təminatını idarə edən, 
istifadəçi ilə kompüter arasında dialoqu təmin edən proqramlar 
kompleksindən ibarətdir.  Əməliyyatlar sistemi adətən xarici 
yaddaş qurğusunda saxlanılır və kompüter elektrik 
dövriyyəsinə qoşulduqda operativ yaddaşa yüklənərək, 
məsələnin həlli üçün tələb olunan fiziki və məntiqi ehtiyatlar
2
 
ayırır və istifadəçiyə rahat və sadə işçi interfeysi təklif edir.  
Xarici yaddaş qurğusu olmadığından ilk fərdi 
kompüterlər  əməliyyatlar sisteminə malik olmamışlar. Yalnız 
bu qurğular yaradıldıqdan sonra faylların idarə olunması üçün 
əməliyyatlar sisteminin yaranması  zərurəti yaranmışdır. Qeyd 
edək ki, fərdi kompüterlər üçün ilk əməliyyatlar sistemi Harri 
Kilde
3
 tərəfindən yaradılan CP/M (Control 
Program/Microcomputer)    əməliyyatlar sistemi hesab olunur. 
IBM PC tipli kompüterlər 1982-ci ildən 1995-ci ilə  qədər 
əsasən MS-DOS (Microsoft Discs Operating System) 
4
, PC 
DOS
5
, sonradan isə  Windows seriyasında olan Windows-
                                                 
1
 Sistem  proqramlarının  keyfiyyəti  onun etibarlılığı ilə, çoxfunksiyalılığı 
ilə, istifadə üçün  rahat və effektiv olması ilə təyin edilir. 
2
 Fiziki ehtiyatlara kompüterin qurğuları  və perferiya qurğuları, məntiqi 
ehtiyatlara isə proqramlar, fayllar və s. aiddir. 
3
 Sonradan o, Digital Research kompaniyasını yaratmışdır. 
4
 Bu 15 ildə o, MS-DOS 1.0 versiyasından MS-DOS 6.22-yə böyük təkamül 
yolu keçmişdir. 
5
 
PC DOS
  əməliyyatlar sistemini IBM və DR DOS firmaları birgə tərtib 
etmişdir. 


 
52
95/98/2000/XP
1
, Windows Vista UNIX, OS/2, Linux 
əməliyyatlar sistemindən istifadə edilir. Apple PC kompüterləri 
isə  Macintosh əməliyyatlar sistemindən istifadə edir. 
Kompüterlərdə müxtəlif arxitekturalı  və funksional 
imkanlı 
əməliyyatlar sistemlərindən istifadə olunur. 
Əməliyyatlar sisteminin normal iş rejimi müvafiq 
konfiqurasiyalı aparat təminatı olduqda təmin olunur. Məsələn, 
maynfreymlərdə  və  fərdi kompüterlərdə  fərqli  əməliyyatlar 
sistemləri istifadə olunur. Əməliyyatlar sistemində 
əməliyyatların yerinə yetirilməsi sürəti kompüterin operativ 
yaddaşından və istifadə etdiyi prosessordan asılıdır. Bu 
baxımdan,  əməliyyatlar sisteminin istifadə etdiyi prosessorun 
tərtibinə görə təsnifatını vermək olar. Fərdi kompüterlərdə 16, 
32, 64 -tərtibli  əməliyyatlar sistemlərindən istifadə olunur. 
Məsələn,  İBM tipli kompüterlərdə istifadə olunan MS-DOS, 
PC-DOS, FreeDOS əməliyyatlar sistemləri 16 tərtibli, 
Windows 2000 sistemi 32 tərtibli, Windows XP 64 Bit Editon 
sistemi 64 tərtibli əməliyyatlar sistemidir. 
Əməliyyatlar sistemi yerinə yetirdikləri məsələlərin 
miqdarına görə birməsələli və çoxməsələli sistemlərə bölünür. 
Birməsələli əməliyyatlar sistemində cari anda yalnız bir məsələ 
yerinə yetirilir. Bu cür əməliyyatlar sistemlərinin tipik 
nümunəsi kimi MS-DOS əməliyyatlar sistemini misal 
göstərmək olar. 
Çoxməsələli 
əməliyyatlar sistemi kompüterdən 
istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv 
istifadəni təmin edir. Bu zaman cari anda kompüterin operativ 
yaddaşında bir neçə proqram və məsələlər toplusu ola bilər ki, 
mikroprosessor kompüterin ehtiyatlarını onların arasında 
effektiv bölüşdürür. Belə  əməliyyatlar sisteminə misal olaraq 
UNIX, OS/2, Windows 9x/Xp/Vista, Windows NT/Server və 
digər əməliyyatlar sistemlərini göstərmək olar. 
                                                 
1
 Windows-95. Yüz milyonlarla insanlar üçün «elektron informasiya 
dünyasına pəncərə» açmışdır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə