Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix11.10.2017
ölçüsü2,82 Kb.
#4433
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

   
39
Siçanın sol düyməsi  əsas  əmrləri yerinə yetirir, sağ 
düyməsi isə seçilmiş obyekt üzərində  əməliyyatlar aparmaq 
üçün kontekst menyu açır. Siçanın göstəricisi ekranda 
kursordur. Siçanlar qoşulma tipinə görə də fərqlənirlər. Belə ki,  
Сom, PS/2 və  USB interfeysli  siçanlar istehsal olunur. 
Xüsusi manipulyatorlar. 
Adi siçan qurğusundan 
başqa, digər manipulyator tipləri də vardır. Məsələn: 
trekbollar, penmauslar, infraqırmızı siçanlar

Trekbol
 siçan qurğusundan fərqli olaraq stasionar 
qaydada quraşdırılır və onun kürəciyi  əlin ovucu ilə qaydaya 
salınır (nizamlanır). Trekbolun üstünlüyü ondan ibarətdir ki, 
onun hamar işçi müstəviyə ehtiyacı olmur, ona görə  də 
trekbollar portativ (yığcam) fərdi kompüterlərdə geniş  tətbiq 
olunur. 
Penmaus
 özündə diyircəkli avtomat qələmin analoqunu 
ifadə edir, ucunda yazan detal yerinə, yerdəyişmə kəmiyyətinin 
qeydiyyatını edən hissə (detal) quraşdırılıb. 
İnfraqırmızı siçan
 adi siçan qurğusundan sistem blokla 
simsiz rabitə qurğusunun olması ilə fərqlənir.  
Kompüter oyunları üçün və  bəzi ixtisaslaşdırılmış 
imitatorlar üçün həmçinin coystiklərdən və onunla analoji olan 
coypadlar, qeympadlar
  və  sükan-pedallı qurğulardan istifadə 
edirlər. Bu tipli qurğular, səs kartında olan xüsusi porta və ya 
USB portuna qoşulurlar. 
Qrafiki verilənləri daxil etmə qurğuları. 
Qrafiki informasiyaları daxil etmək üçün skanerlər, 
qrafiki planşetlər (dicitayzerlər) və  rəqəmli fotokameralar 
adlanan qurğulardan istifadə edirlər. Skanerlər bir neçə 
modifikasiyada istehsal olunur: 
1. Planşetli skanerlər.
  Planşetli skanerlər şəffaf (aydın) və 
qeyri-şəffaf (tutqun) vərəqdən qrafiki informasiyaları daxil 
etmək üçün nəzərdə tutulmuşdur. Bu qurğuların fəaliyyət 
prinsipi ondan ibarətdir ki, materialın səthindən  əks olunmuş  
(və ya aydın materialın içərisindən keçən) işıq  şüası  xüsusi 


 
40
elementlərlə qeyd olunurlar. Qeyd edək ki, planşetli skanerlərin 
köməyilə kağız üzərindəki mətnləri də daxil etmək olur. Bu 
halda mətnin qrafiki obrazı kompüterə daxil olunur və bundan 
sonra xüsusi OCR (optik simvolların oxunması) proqramı 
vasitəsilə qrafiki obraz elektron mətnə çevrilir. Planşetli 
skanerlərin əsas parametrləri bunlardır: 

 
skanerə etmə imkanı (skanerə etmə zamanı bir 
düymdəki nöqtələrin miqdarı); 

 
məhsuldarlıq; 

 
dinamik diapazon (dinamik diapazon təsvirin daha işıqlı 
sahələrin parlaqlığının daha tutqun sahələrin parlaqlığına 
nisbətinin loqarifmi ilə təyin olunur); 

 
skanerə olunan materialın maksimal ölçüsü. 
 Ofis  işlərində istifadə edilən planşetli skanerlərin 
skanerəetmə imkanı tipik göstəricisi: 600-1200 dpi (dpi-dots 
per inch-bir düymdə olan nöqtələrin miqdarı) aralığıdır. 
2.  Əl skanerləri
.  Əl skanerlərinin iş prinsipi əsasən 
planşetli skanerin iş prinsipinə uyğun gəlir. Fərq onunla 
bağlıdır ki,  skanerləşmənin müntəzəmliyi və  dəqiqliyi qeyri-
qənaətbəxş  təmin olunur. Əl skanerinin, skanerəetmə imkanı 
150-300 dpi-dən ibarətdir. 
3. Barabanlı skaner
. Bu tip skanerlərdə skanerləşmə 
üçün nəzərdə tutulan əsas material yüksək sürətlə  fırlanan 
barabanın silindrik səthinə bərkidilir. Bu tip qurğu fotoelektron 
artırıcıları sayəsində  ən yüksək skanerəetmə imkanı (2400-
5000 dpi aralığında) təmin edirlər. Onları yüksək keyfiyyətə 
malik olan ilkin təsvirlər üçün istifadə edirlər, lakin onlar az 
xətti ölçüyə (fotoneqativlər, slaydlar və b.) malik olan təsvirlər 
üçün yaramır. 
4. Forma skanerləri.
 Belə skanerlər, verilənləri me-
xaniki və ya əl ilə doldurulmuş standart formalardan daxil 
etmək üçün nəzərdə tutulmuşlar. Belə zərurət əhalinin siyahıya 
alınmasında, səsvermənin nəticələrinin hesablanmasında və 
anket verilənlərinin analizində meydana gəlir. 


   
41
Forma skanerlərindən skanirləşmənin yüksək dəqiqliyi 
tələb olunmur. 
5. Ştrix-kod skanerlər.
 Əl skanerlərinin bu növü, ştrix-
kod  şəklində kodlaşmış verilənlərin daxil edilməsi üçün 
nəzərdə tutulmuşdur. Belə qurğular pərakəndə ticarət 
şəbəkələrində geniş tətbiq olunurlar. 
Qrafiki planşetlər (dicitayzerlər).
 Bu qurğular qrafiki 
informasiyaları daxil etmək üçün nəzərdə tutulmuşdur. Qrafiki 
planşetlərin fəaliyyətinin bir neçə müxtəlif prinsipləri vardır, 
lakin onların hamısının  əsasında planşetə  nəzərən xüsusi 
qələmin yerdəyişməsinin qeydiyyatı durur. Belə qurğular 
rəssamlar və illüstratorlar üçün əlverişlidir. Çünki, bu onlara 
ənənəvi alətlər (karandaş, pero, fırça) vasitəsilə qazanılmış adi 
(adət halını almış) qaydalarla ekran təsvirlərini yaratmağa 
imkan verir.  
Verilənləri xaricetmə qurğuları. 
Verilənləri xaricetmə qurğusu kimi sənədlərin kağız və 
şəffaf daşıyıcılar üzərində nüsxələrini əldə etməyə imkan verən 
çap qurğuları (printerlər) istifadə olunur. Fəaliyyət 
prinsiplərinə görə printerlər  matrisli, lazer, işıqdiodlu  və 
şırnaqlı
 printerlərə ayrılırlar. 
Matrisli printerlər.
 Bu printerin iş mexanizmi 1964-cü 
ildə Yaponiyanın Seiko Epson şirkəti tərəfindən ixtira edilib. 
Çap iynəciklərdən ibarət matrislər vasitəsi ilə  həyata keçirilir. 
İynələr lazım olan simvola uyğun şəkildə düzülür və rəngli lent 
vasitəsi ilə simvollar kağızın üzərinə vurulur. Çap olunan 
məlumatın keyfiyyəti matrisdə olan iynələrin sayından asılıdır. 
Standart olaraq 9,12,14,18 və 24 iynəli matrislər mövcuddur. 
Bu printerlər maddi cəhətdən sərfəli olduğuna görə hal-hazırda 
da işlədilir. 
 Matrisli  printerlərin işinin məhsuldarlığı saniyədə çap 
olunan işarələrin miqdarı, sayı ilə qiymətləndirilir (cps-
characters per second). Matrisli printerlərin rejimləri bunlardır: 
draft-qaralama çap rejimi, normal-adi çap rejimi və NLQ (Near 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə