36
üçün standart) və ya Sound Blaster 16 (16 bitlik səs kartları
üçün standart) səs kartları ilə uzlaşmış olsun. Onda istifadəçi iş
prosesində meydana gələcək bütün problemlərdən yan keçmiş
olar.
Qeyd edək ki, kompüter CD/DVD sürüşdürücüləri və
səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri
multimediyalı kompüterlər adlandırırlar. Onlardan təhsildə,
istirahətdə və əyləncədə istifadə edirlər.
Klaviatura.
Fərdi kompüter ilə istifadəçi arasında əlaqə
yaradan qurğu klaviaturadır. Klaviaturanın istənilən düyməsi
mexaniki və ya membran tipli miniatür çeviricidən ibarətdir.
Çeviricinin vəziyyətinə nəzarəti klaviaturanın daxilində
yerləşmiş mikrosxem yerinə yetirir. Mikrosxemin vəzifəsi
klaviatura üzərində olan istənilən düymənin basılmasına uyğun
məlumatı mərkəzi mikroprosessora göndərməkdir. Bu məlumat
mikroprosessorun daxilində olan əmrlər sisteminin köməyi ilə
təhlil edilir.
Adətən, klaviatura üzərində müxtəlif sayda düymələr
yerləşdirilir. Məsələn, IBM PC XT markalı köhnə tipli
kompüterlərdə 84/86 düyməli klaviaturadan (müasir dövrdə
belə klaviaturadan istifadə edilmir), IBM PC AT markalı
müasir tipli kompüterlərdə isə 102 və ya 104 düyməli
klaviaturadan istifadə edilir.
Klaviaturanın müxtəlif modifikasiyalarının
hazırlanmasına baxmayaraq, onlar üzərində yerləşdirilən
düymələrin funksiyaları demək olar ki, dəyişməz qalır.
Düymələrin funksiyalarını dəyişməsi yalnız və yalnız
kompüterin istifadə olunma sahəsinin kompüterin daxilində
olan proqramlar dəstinin dəyişməsi ilə baş verə bilər.
Ümumiyyətlə, klaviaturanın düymələrini 4 qrupa
bölmək olar. Birinci qrupa daxil olan düymələr klaviaturanın
mərkəzində yerləşir. Onlar hərf, rəqəm və bəzi başqa simvolları
kompüterə daxil etmək üçündür. Məsələn, Shift düyməsini
sıxıb saxlamaqla əlifbanın baş hərflərini, həmçinin
37
klaviaturanın birinci qrupuna daxil olan yuxarı reqistr
simvollarını kompüterə daxil etmək mümkündür. Əgər
istifadəçi müəyyən müddət ərzində yalnız baş hərflərlə
işləyəcəksə, bu zaman Caps Lock düyməsini sıxmaq kifayətdir.
Caps Lock düyməsini sıxdıqda istifadəçi yenidən kompüterdə
əlifbanın kiçik hərfləri ilə işləyə bilər. Bəzi tip klaviaturaların
üzərində Caps Lock rejimini qeyd edən işıqlı indikator da
quraşdırılır (bəzi modellərdə Caps Lock-dan latın əlifbasından
digər əlifba kodlaşmasına keçid düyməsi kimi istifadə edilir.
Caps Lock baş hərflərin qeyd olunması deməkdir).
İkinci qrup düymələr funksional düymələr adlanır və
onlar klaviaturanın yuxarı hissəsində yerləşdirilmişdir.
Üzərində F1-F12 yazıları həkk olunmuş düymələrin təyinatı
xüsusi proqramlarla müəyyən edilir. Bir çox hallarda istifadə
edilən sistem proqramlarından asılı olaraq funksional düymələr
Ctrl, Alt və Shift düymələri ilə birgə sıxılaraq öz funksiyalarını
dəyişirlər.
Üçüncü qrup düymələr kursorun hərəkətini
istiqamətləndirmək və ədədi simvollarla işləmək üçündür. Bu
qrup düymələr əsasən iki rejimdə istifadə edilir. Birinci rejim
rəqəmləri aktivləşdirmə rejimi adlanır (Num Lock rejimi) və bu
rejimdə 9 rəqəmdən əlavə dörd hesab əməlinin işarələri
kompüterə daxil edilir. İkinci rejimdən düymələr qrupundan
kursoru idarə etmək üçün istifadə olunur. Yəni, düymələri
basmaqla həm kursoru idarə edən düymələrin, həm də Insert və
Delete düymələrinin yerinə yetirdiyi funksiyalar təkrar edilir.
Hər iki rejim Num Lock düyməsini sıxmaqla müəyyən olunur.
Klaviaturanın üzərində yerləşən ←, ↑, →, ↓, Home,
End, PgUp və PgDn düymələri kursorun hərəkətini idarə edən
düymələr adlanır. Adları çəkilən düymələrdən birini sıxmaqla
kursoru istənilən istiqamətdə hərəkət etdirməklə yanaşı,
monitorun ekranındakı məlumatı “vərəqləmək” mümkündür.
İstifadə məqsədindən asılı olaraq düymələr (həmçinin onların
38
Ctrl, Alt və Shift düymələri ilə kombinasiyaları) bəzən digər
funksiyaları da yerinə yetirə bilirlər.
Qeyd etmək lazımdır ki, 102 saylı düymələri olan
klaviaturada kursorun hərəkətini idarə edən düymələrlə bir
blok üzərində Insert və Delete düymələri də yerləşdirilmişdir.
İstifadəçi kompüterdə istənilən mətni “redaktə etmək”
rejimində işləyirsə, adları çəkilən düymələrdən istifadə
etməklə, monitorun ekranındakı mətni vərəqləyə bilər. Bu
məqsəd üçün istifadəçi PgUp (Page Up)-“səhifəni yuxarı” və
PgDn (Page Down)-“səhifəni aşağı” istiqamətləndirici
düymələrdən istifadə edə bilər. Əgər kursoru sətrin əvvəlinə və
ya sonuna gətirmək tələb edilirsə, o zaman istifadəçi uyğun
olaraq Home və ya End düymələrini basa bilər.
Erqonomik tələbatı nəzərdə tutan xüsusi formalı
klaviaturalar - erqonomik klaviaturalar istifadə olunur.
Onlardan böyük həcmli informasiyaları daxil etmək üçün
nəzərdə tutulan iş yerlərində, məqsədyönlü şəkildə istifadə
edirlər. Erqonomik klaviaturalar təkcə mətn daxil edilməsinin
məhsuldarlığını artırmır və iş günü ərzində ümumi diqqəti və
bir sıra xəstəliklərin (məsələn, bel sütununun yuxarı hissəsinin
osteoxondrozunu) ehtimalını, inkişaf dərəcəsini azaldır.
Sistem bloka qoşulma metodlarına görə klaviaturalar
simli
və simsiz klaviaturalara ayrılırlar. Simsiz klaviaturada
informasiya ötürülməsi infraqırmızı şüalarla həyata keçirilir.
Belə klaviaturaların adətən fəaliyyət radiusu bir neçə metrdən
ibarət olur. Siqnalın mənbəyi isə klaviatura olur.
Disk sürüşdürücüləri.
Disk sürüşdürücüləri
disketlərin, CD və DVD disklərin oxunmasını və
informasiyanın onlara yazılmasını təmin edir .
Siçan.
Siçan plastik qurğu olub, kompüterlə istifadəçi
arasında əlaqə yaratmaqla proqramların idarə olunmasında,
mətnlər, şəkillər üzərində çoxsaylı əmrlərin yerinə
yetirilməsində böyük rol oynayır. Siçan qurğuları diyircəkli,
optik formalarda istehsal olunur.
Dostları ilə paylaş: |